Məhkəmə qərarları › İş №2(102)-559/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-559/2023

23.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-559/2023 23.02.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı1 Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı iddiası ilə bağlı mülki iş üzrə QƏRARİ İş № 2(102)-559/2023 (Açar sözlər: kredit müqaviləsi üzrə borcun tutulması, sübutların qiymətləndirilməsi, sübutetmə yükü) Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər X1 (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Hüseynov Abiddin Qabil oğlundan ibarət tərkibdə, İddiaçı1 Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borc tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-2541/2022 saylı, 13 sentyabr 2022-ci il tarixli qətnaməs indən İddiaçı1 Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi və vəkili Vəkil2 tərəfindən verilmiş kassasiya şikayətinə 23 fevral 2023-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı1 Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 13 sentyabr 2012-ci il tarixli, R-BS-DK0154518/12 saylı razılaşmaya əsasən, Bank müştəriyə müxtəlif növ kreditlər verilməsi, hesabların açılması və s. kimi müqavilədə göstərilən şərtlərlə məhsullar təklif edir, müştəri isə həmin məhsulları əlavə təsdiqləmə proseduruna riayət etməklə şərtlər daxilində sifariş edir və sifariş müvafiq qaydada Bank tərəfindən təsdiq edildikdən sonra onlardan istifadə edir. Bu razılaşma üzrə müştərinin Bank tərəfindən təsdiq edilmiş sifarişləri üzrə vəsaitlər müştəriyə ona təqdim edilmiş kart vasitəsilə təqdim edilir. Müştəri sifarişlər üzrə verilmiş kredit və hesablanmış faizləri Bank tərəfindən müəyyən olunmuş qaydada Bankın kassasına nağd və ya onun müxbir hesabına köçürmə yolu ilə müvafiq kreditin müddətində tamamən qaytarır (maddə 1.1-1.3).

2. Razılaşma üzrə təklif edilən məhsullardan birini və ya hər ikisini müştəri Banka müəyyən edilmiş vasitələrlə və qaydada müraciət etməklə əldə edə bilər. Bu razılaşma üzrə sifariş üçün vasitə kimi həm müştərinin Banka fiziki şəxs olaraq müraciəti, həmçinin qısa mesaj (SMS) vasitəsi ilə müəyyən müraciəti başa düşülür. Bank müştərinin konkret sifarişini aldıqdan sonra onun icrasının mümkünlüyünü özünün daxili qaydalarına əsasən müəyyənləşdirir və sifarişdə qeyd edilən məhsulun təqdim edilməsi mümkün olduqda bu barədə müştəriyə məlumat verir. Sifarişin icrası həmin şərtlərlə mümkün olmadıqda Bank müştəriyə icrası mümkün olan şərtlər barədə məlumat verir. Həmin şərtlər müştərini qane etdikdə sifarişin həmin SMS vasitəsi ilə kredit məbləğinin kart hesabına yerləşdirilməsi aşağıdakı qaydada həyata keçirilir: Müştəri bankın təklif etdiyi kredit məbləği və şərtləri ilə razılaşdığı halda müvafiq nömrəyə razılıq SMS göndərir. Cavab SMS-də Bank tərəfindən müştəriyə hansı məbləğdə və şərtlərlə kredit verilə biləcəyi barədə məlumat göndərilir. Bundan sonra bank tərəfindən müştərinin kart hesabına razılaşdırılmış məbləğdə və şərtlər çərçivəsində vəsait yerləşdirilir (maddə 3.1-3.3). İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

3. Kreditor İddiaçı1 Açıq Səhmd ar Cəmiyyətinin borclu Cavabdeh qarşı borc tələbinə dair ərizəsi ilə 28 yanvar 2016-cı il tarixdə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən onun xeyrinə 5.868,46 manat əsas, 2.508,7 manat faiz borcunun və 20 manat dövlət rüsumunun tutulması məhkəmə əmrinin verilməsini xahiş etmişdir.

4. Bank tələbini onunla əsaslandırmışdır ki, kreditorla arasında xx.xx.2012-ci il tarixdə imzalanmış Baş sazişə əsasən ona xx.xx.2014-cü il tarixdə illik 28 faiz olmaqla 58 ay müddətinə 5.988 manat məbləğində kredit verilmişdir. Kredit Baş sazişin və razılaşmanın 3.1-ci maddəsində nəzərdə tutulmuş qısa mesaj vasitəsi ilə verilmişdir. Hazırda borclu kartdan məxaric etdiyi məbləği və ona hesablanmış faizləri ödəməkdən yayınaraq, kredit müqaviləsinin tələblərini pozur. Borc müqaviləsinə ə sasən, kredit alan pul öhdəliklərinin icrasını gecikdirdikdə Bank öhdəliyin vaxtından əvvəl icrasını tələb edə bilər.

5. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-2022/2016 saylı, 01 fevral 2016-cı il tarixli məhkəmə əmri ilə (hakim Fəqan Əhmədov) Cavabdeh 5.868,46 manat əsas borc, 2.508,7 manat faiz borcu və 20 manat dövlət rüsumunun tutularaq İddiaçı1-nin xeyrinə ödənilməsi əmr edilmişdir.

6. Məhkəmə əmrinə qarşı Cavabdeh nümayəndəsi və vəkili Vəkil1 tərəfindən 23 avqust 2021-ci il tarixdə verilmiş etiraza əsasən, məhkəmənin 08 iyul 2021-ci il tarixli qərardadı ilə 01 fevral 2016-cı il tarixli məhkəmə əmri ləğv edilərək işə iddia icraatı qaydasında yenidən baxılması qərara alınmışdır.

7. İddiaçının nümayəndəsi məhkəmə iclasında verdiyi izahatında iddianı müdafiə edərək, həmçinin bild irmişdir ki, iddiaçı xx.xx.2012-ci il tarixli Baş sazişə əsasən Bankdan müxtəlif vaxtlarda - xx.xx.2021-ci il tarixdə 3.200 manat, xx.xx.2013-cü il tarixdə 5.200 manat, xx.xx.2014-cü il tarixdə 5.749 manat və xx.xx.2014-cü il tarixdə 5.988 manat məbləğində kredit götürmüşdür.

8. Cavabdehin nümayəndəsi və vəkili isə iddiaya etiraz edərək bildirmişdir ki, cavabdehlə Bank arasında imzalanmış xx.xx.2012-ci il tarixli Baş Sazişə əsasən xx.xx.2014-cü il tarixdə illik 28 faiz olmaqla 58 ay müddətinə 5.988 manat məbləğində kredit götürməsi tam yalandır. Cavabdeh krediti 2012-ci il götürmüş, lakin həmin məbləğdə deyil, daha az məbləğdə götürmüşdür. 2012-ci ildən 2014-cü ilədək 2 il ödəniş etmiş, qalan borcunu isə 2019-cu ilədək ödəyib qurtaramışdır. Hazırda Banka heç bir borcu yoxdur. Hətta, Azər baycan Respublikası Prezidentinin kreditlərin restrukturizasiyası barədə xx.xx.2019-cu il tarixli Fərmanının qüvvəyə mindiyi günə, yəni xx.xx.2019-cu il tarixədək cavabdeh tərəfindən Bankla bağlı öhdəliklər tam şəkildə icra edildiyindən Fərmanın təsiri altına düşməmişdir. Əgər Banka borcu qalsaydı, Fərmanın təsiri dairəsinə düşərdi. 9. "xxxx" ASC-nin xx.xx.2021-ci il tarixli, 41-11648/2021 saylı sarğuya cavab məktubundan görünür ki, cavabdehə məxsus pensya kartından Bankın xeyrinə bir dəfə olmaqla xx.xx.2021-ci il tarixdə 332,43 manat vəsait silinmişdir.

10. Azərbaycan Respublikası Mərkəzi Bankının məhkəmə sorğusuna xx.xx.2021-ci il tarixli cavab məktubundan görünür ki, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli, 551 saylı Fərmanının icrası Mərkəzi Bankın xx.xx.2019-cu il tarixinə Mərkəzləşdirilmiş Kredit Reyestrinin (MKR) məlumat bazasına, habelə Fərman çərçivəsində yaradılmış məlumat bazasında (PK) göstərilən və müvafiq bankların təqdim etdikləri məlumatlara əsasən həyata keçirilir. Mərkəzi Bankın MKR və PK məlumat bazalarına əsasən cavabdehlə Bank arasında xx.xx.2012-ci il tarixdə 3.200 manat məbləğində kredit müqaviləsi və həmin tarixdə 400 manat məbləğində kredit xətti müqaviləsinin rəsmiləşdirilməsi barədə məlumatlar daxil edilmişdir. Həmin məlumatlara əsasən bu müqavilələr üzrə öhdəliklər Fərmasnın qüvvəyə mindiyi günə - xx.xx.2019-cu il tarixədək tam şəkildə icra edildiyindən, restrukturizasiya hissəsində Fərmanın təsiri dairəsinə düşməm işdir.

11. Bank tərəfindən təqdim edilmiş xx.xx.2021-ci il tarixli maliyyə arayışına əsasən, cavabdehin 5.868,46 manat əsas borc, 1.895,45 manat faiz borcu mövcuddur.

12. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-5675/2021 saylı, 24 noyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakim Nilufər Cəfərli) iddia qismən təmin edilərək, cavabdehdən 5.868,46 manat əsas borc, 1.895,45 manat faiz borcu və 20 manat dövlət rüsumunun tutularaq iddiaçının xeyrinə ödənilməsi, iddianın qalan hissədə rədd olunması qət edilmişdir.

13. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, tərəflər arasında qanunla müəyyən edilmiş qaydada kredit müqaviləsi bağlanılmış, həmin müqaviləyə əsasən qarşılıqlı öhdəliklər yaranmış, iddiaçı tərəfindən öhdəliklər yerinə yetirilmiş, cavabdeh isə üzərinə düşən öhdəlikləri lazımi qaydada yerinə yetirməmişdir.

14. Cavabdeh xx.xx.2014-cü il tarixdə kredit götürmədiyini iddia etsə də, xx.xx.2021ci il tarixli hesabdan çıxarışdan görünür ki, ona məxsus hesaba həmin tarixdə 5.988 manat məbləğində kredit ayrılmış, məhz həmin dövrdən sonrakı tarixlərdə cavabdeh müxtəlif vaxtlarda həmin hesaba kredit ödənişləri etmişdir. Nümayəndəsi məhkəmə iclasında qeyd edilən dövr ərzində cavabdehin ödənişlərinin digər kredit borcu üzrə olduğunu qeyd etsə də, bu halı təsdiq edəcək sübut məhkəməyə təqdim etməmişdir.

15. Qeyd edilənlərə əsasən məhkəmə hesab etmişdir ki, iddia tələbi qismən xx.xx.2021-ci il tarixli malliyə arayışında göstərilən məbləğlər hissəsində təmin edilməlidir.

16. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki 385.1, 386.1, 442, 443.1, 44 5, 448.1, 449.4, 739.1, 739.2-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 88-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat

17. Qətnamədən cavabdeh və onun nümayəndəsi və vəkili apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişlər.

18. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh 2014-cü ildə Bankdan cəmi 500 manat məbləğində SMS vasitəsilə kredit götürmüş və həmin krediti tam ödəmişdir. Əgər onun Banka kredit borcu qalsaydı, həmin kredit xx.xx.2019-cu il tarixli Fərmanın təsir dairəsinə düşərdi. Həmçinin, məhkəmə araşdırmamışdır ki, onun istifadəsində olan (055) ***-**-** saylı mobil telefonun dan Banka kredit sifarişi verilməsi barədə SMS göndərilməmişdir. Beləliklə, məhkəmə gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları araşdırmamış, məhkəmə tərəfindən müəyyən edilmiş hesab olunan, iş üçün əhəmiyyətli olan hallar sübut edilməmiş, məhkəmənin qətnamədə göstərilmiş nəticələri işin hallarına uyğun gəlməmişdir.

19. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-2541/2022 saylı, 13 sentyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər – İlham Kərimli (sədrlik edən və məruzəçi), Akif İsgəndərov və Elşən Kazımov) apellyasiya şikayəti təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iddia rədd olunmuşdur.

20. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq hesab etmişdir ki, cavabdehin B ankdan xx.xx.2014-cü il tarixdə 5.988 manat kredit götürməsi və Banka borclu qalması barədə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyəti olan hallar sübut edilməmişdir.

21. Belə ki, apellyasiya icraatı zamanı Bankın nümayəndəsinə cavabdehə SMS vasitəsilə 5.988 manat kredit verilməsini təsdiq edən sənədlərin (kreditin ayrılmasına dair SMS bildiriş, kreditin ayrılmasına dair razılıq, kredit kartının verilməsinə dair sənəd və s.) məhkəməyə təqdim olunması təklif olunmuş, eyni zamanda bu barədə Banka sorğu göndərilmiş, lakin Bank tərəfindən bununla bağlı məhkəməyə heç bir sənəd təqdim olunmamışdır.

22. Bundan əlavə, məhkəmə kollegiyası tərəfindən müvafiq qərardad qəbul olunaraq Azərbaycan Respublikası Mərkəzi Bankına və "xxxx" MMC-yə sorğu verilmiş, Mərkəzi Bankda n tərəflər arasında xx.xx.2012-ci il tarixdə bağlanmış razılaşma və həmin saziş çərçivəsində xx.xx.2014-cü il tarixdə cavabdehə kredit verilib-verilməməsi barədə Mərkəzləşdirilmiş Kredit Reyestrində olan məlumatların verilməsi, habelə "xxxx" MMC-dən xx.xx.2014-cü il tarixdə cavabdehin istifadəsində olan (055) ***-**-** saylı telefona kredit verilməsi ilə bağlı SMS göndərilib-göndərilməməsi, əgər göndərilmişdirsə, mesajın məzmunu barədə məlumat verilməsi tələb olunmuş, "xxxx" MMC tərəfindən müvafiq SMSlərin mətnlərinin verilməsi texniki cəhətdən mümkün olmamış, Mərkəzi Bank isə bildirmişdir ki, kredit tarixçələri barədə məlumatlar Mərkəzi Bankda toplanmır.

23. Məhkəmə kollegiyası qeyd etmişdir ki, SMS vasitəsilə verilmiş kreditlərə dair mübahisələr üzrə banklar bir qayda olaraq SMS-lərin mə tni əks olunan sübutları məhkəməyə təqdim edirlər. Hazırkı işdə isə Banka dəfələrlə təklif olunmasına baxmayaraq, bu sübutları məhkəməyə təqdim etməmişdir. Təqdim etdiyi hesabdan çıxarış isə bilavasitə bu iddianın təmin olunmasında maraqlı olan Bank tərəfindən tərtib olunduğundan və çıxarışda əks olunan məlumatlar digər sübutlarla təsdiq olunmadığından, sübut növü kimi qəbul edilməmişdir. Göründüyü kimi, Bank tərəfindən məhkəməyə müştərinin kredit almaq üçün fiziki şəxs olaraq müraciəti və ya qısa mesaj (SMS) göndərməsi barədə sübut təqdim edilməmişdir.

24. Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən məhkəmə sorğusuna verilmiş cavab məktubunda cavabdehlə Bank arasında xx.xx.2012-ci il tarixdə bağlanmış kredit müqaviləsi və kredit xətti müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməs i qeyd olunmuşdur.

25. Bələliklə, iddiaçı tərəflər arasında bağlanmış xx.xx.2012-ci il tarixli Baş sazişə əsasən cavabdehə xx.xx.2014-cü il tarixdə illik 28 faiz olmaqla 58 ay müddətinə 5.988 manat kredit verilməsini və cavabdehin borclu qalmasını sübuta yetirə bilmədiyindən, iddia rədd olunmalıdır.

26. Apellyasiya məhkəməsinin məhkəmə kollegiyası öz mövqeyini, Mülki Məcəllənin 406.1, 406.2, 406.3, 739.1-ci və MPM-in 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri

27. İddiaçı (Vəkil2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

28. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, xx.x x.2012-ci il tarixli razılaşmaya əsasən cavabdehə müxtəlif növ kreditlər verilməsi, hesabların açılması və s. təklif olunmuş, o, öz iradəsi əsasında təqdim olunmuş məhsullardan müvafiq olanını əldə etmək istədiyini bildirmişdir. Tərəflər arasında əqdlər həm kağız daşıyıcılarda, həm də internet, SMS və digər vasitələrdən istifadə edilməklə bağlana bilər. Cavabdehlə müqavilənin bağlanması SMS vasitəsilə həyata keçirilmiş və razılaşmaya əsasən xx.xx.2014-cü il tarixdə ona 5.988 manat kredit verilmişdir. Müqavilə üzrə öhdəlik vaxtında icra edilmədiyi üçün məhkəməyə müraciət edilmişdir. Apellyasiya məhkəməsi isə iş üzrə tam araşdırma aparmamış, sübutlara düzgün hüquqi qiymət verməmişdir. Belə ki, məhkəmə Bank tərəfindən sübut təqdim edilmədiyini qeyd etsə də, tərəflərindən cari hesabdan çıxarış təqdim edilmişdir. Hansı ki, cavabdehə 5.988 manat kredit ayrılması, həmin kreditin onun tərəfindən istifadə edilməsi və aylıq ödəniş aparılması barədə əməliyyatlar öz əksini tapmışdır. Cavabdeh kredit borcunu tam icra etdiyini bildirsə də, bu halı sübut edəcək hər hansı qəbz və ya əsaslı sənəd təqdim etməmiş, eyni zamanda birinci instansiya məhkəməsinin iddianın qismən təmin olunması barədə qətnaməsi qəbul edildikdən sonra xx.xx.2022-ci il tarixdə 20 manat ödəniş etmişdir. Bir sözlə, borclu olmadığını iddia etdiyi halda ödəniş həyata keçirməklə borclun mövcudluğunu qəbul etmişdir.

29. Digər tərəfdən, cavabdeh Bank tərəfindən ona kreditin götürülməsi üçün göndərilmiş SMS mətnini mübahisələndirmir. İzahatında bildirdiyi 500 manat isə onunla bağlı olmuşdur ki, hesabdan çıxarışdan da göründü yü kimi, onun əvvəlcə Bankda aktiv krediti olmuşdur. xx.xx.2014-cü il tarixdə əldə etdiyi 5.988 manat kredit məbləğindən 5.069,33 manat həmin aktıv kreditin tam şəkildə ödənilməsinə sərf olunmuş, həmçinin Bolkarta dair borcuna görə 414 manat çıxılmışdır. Qeyd olunan səbəblərdən cavabdeh ona ayrılmış 5.988 manat kreditdən 504,67 manat əldə etmişdir. Bütün əməliyyatlar hesabdan çıxarış vasitəsilə sübut olunur. Lakin apellyasiya məhkəməsi cavabdehin şifahi ifadələri əsasında öz fərziyyələrinə istinadən onun borclu olmadığı qənaətinə gəlmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

30. Cavabdehin nümayəndəsi və vəkili Vəkil1 iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə qarşı etiraz vermiş və etirazını onunla əsaslandırmışdır ki, cavabdehin xx.xx.2014-cü il tarixdə illik 28 faiz olm aqla 58 ay müddətinə 5.988 manat kredit götürməsi tam yalandır. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən 1 yanvar 2012-ci il tarixdən 28 fevral 2019-cu il tarixədək bağlanmış kredit müqavilələri üzrə 360 gündən çox gecikdirilmiş və borcu 17.000 manatdan az olan kreditlərin restruktarizasiyası nəzərdə tutulur. Bankla bağlanan müqavilə üzrə cavabdehin öhdəlikləri Fərmanın qüvvəyə mindiyi günə - xx.xx.2019-cu il tarixədək tam şəkildə icra edildiyindən restruktarizasiya hissəsində Fərmanın təsiri altına düşməmişdir. Əgər cavabdehin Bank of Baku ASC-yə kredit borcu qalsaydı onda Fərmanın təsiri altına düşməli idi. Bu Azərbaycan Respublikası Mərkəzi Bankının məktubları ilə bir daha sübut olunur. Cavabdeh SMS vasitəsi ilə 2014-cü ildə Bank of Baku ASC-dən 5.988 manat məbləğində pul sifariş verməmiş və həmin pulu da götürməmişdir. Buna dair heç bir sübut yoxdur, heç bir sənəddə pulun götürülməsi ilə bağlı onun imzası yoxdur. Bank SMS yazılarını məhkəməyə təqdim edə bilməmişdir. Əgər cavabdeh tərəfindən SMS vasitəsi ilə pul sifarişi olubsa onda qoy Bank həmin SMS yazılarını məhkəməyə təqdim etsin. Etirazda kassasiya şikayəti əsassız olduğundan təmin edilməməsi, apellyasiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması xahiş olunmuşdur. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi.

31. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun is ə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

32. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

33. Maddə 406.1. Müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin.

34. Maddə 406.2. Əgər tərəflər müqaviləni müəyyən formada bağlamaq barəsində şərtləşiblərsə, həmin müqavilə növü üçün bu Məcəllə ilə belə forma tələb edilməsə də, müqavilə şərtləşdirilmiş formaya salındıqdan sonra bağlanmış sayılır.

35. Maddə 406.3. Yazılı formada müqavilə tərəflərin imzaladığı bir sənədin tərtibi yol u ilə, habelə poçt, teleqraf, teletayp, telefon, elektron rabitəsi və ya sənədin müqavilə üzrə tərəfdən gəldiyini dürüst müəyyənləşdirməyə imkan verən digər rabitə vasitəsilə sənədlər mübadiləsi yolu ilə bağlana bilər.

36. Maddə

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

37. Maddə 445.4. İcra üçün təqvim günü təyin edildikdə, əgər borclu təyin edilmiş vaxtadək öhdəliyi icra etməzsə, icranı xatırlatmasız gecikdirmiş sayılır.

38. Maddə 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc ala na) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

39. Maddə

740. Borc müqaviləsi şifahi bağlanır. Tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər (30 iyun 2016-cı il tarixədək qüvvədə olmuş redaksiya).

40. Maddə

741. Əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidi. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.

41. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

42. Maddə 77.

1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

43. Maddə 76.1. tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

44. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

45. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqca dan müəyyən edilmiş qüvvəsi yoxdur.

46. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

47. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

48. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

49. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

50. Maddə 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.

51. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

52. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

53. Kassasiya şikayətində iddiaçı apellyasiya instansiyası məhkəməsinin aktının ləğvini xahiş etmişdir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsini kollegiya tam yoxlayır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi

54. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

55. Belə ki, məhkəmə kollegiyasının qənaətinə görə işə mahiyyəti üzrə baxan apellyasiya instansiyası məhkəməsi işlə bağlı sübutetmə yükünü düzgün bölüşdürmüş və səlahiyyətləri çərçivəsində təqdim olunmuş sübutlara hüquqi qiymət vermişdir.

56. İşin apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından və gəldiyi nəticədən görünür ki, cavabdehin Bankdan xx.xx.2014-cü il tarixdə 5.988 manat kredit götürməsi və Banka borclu qalması barədə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyəti olan hallar sübut edilməmişdir. Belə ki, apellyasiya icraatı zamanı Bankın nü mayəndəsinə cavabdehə SMS vasitəsilə 5.988 manat kredit verilməsini təsdiq edən sənədlərin (kreditin ayrılmasına dair SMS bildiriş, kreditin ayrılmasına dair razılıq, kredit kartının verilməsinə dair sənəd və s.) məhkəməyə təqdim olunması təklif olunmuş, eyni zamanda bu barədə Banka sorğu göndərilmiş, lakin Bank tərəfindən bununla bağlı məhkəməyə heç bir sənəd təqdim olunmamışdır. Bundan əlavə, apellyasiya məhkəməsi kollegiyası tərəfindən müvafiq qərardad qəbul olunaraq Azərbaycan Respublikası Mərkəzi Bankına və "xxxx" MMC-yə sorğu verilmiş, Mərkəzi Bankdan tərəflər arasında xx.xx.2012-ci il tarixdə bağlanmış razılaşma və həmin saziş çərçivəsində xx.xx.2014-cü il tarixdə cavabdehə kredit verilib-verilməməsi barədə Mərkəzləşdirilmiş Kredit Reyestrində olan məlumatların verilməsi, habelə "xx xx" MMC-dən xx.xx.2014-cü il tarixdə cavabdehin istifadəsində olan (055) ***-**-** saylı telefona kredit verilməsi ilə bağlı SMS göndərilib-göndərilməməsi, əgər göndərilmişdirsə, mesajın məzmunu barədə məlumat verilməsi tələb olunmuş, "xxxx" MMC tərəfindən müvafiq SMSlərin mətnlərinin verilməsi texniki cəhətdən mümkün olmamış, Mərkəzi Bank isə bildirmişdir ki, kredit tarixçələri barədə məlumatlar Mərkəzi Bankda toplanmır. SMS vasitəsilə verilmiş kreditlərə dair mübahisələr üzrə banklar bir qayda olaraq SMS-lərin mətni əks olunan sübutları məhkəməyə təqdim edirlər. Hazırkı işdə isə Banka dəfələrlə təklif olunmasına baxmayaraq, bu sübutları məhkəməyə təqdim etməmişdir. Təqdim etdiyi hesabdan çıxarış isə bilavasitə bu iddianın təmin olunmasında maraqlı olan Bank tərəfindən tərtib olunduğund an və çıxarışda əks olunan məlumatlar digər sübutlarla təsdiq olunmadığından, sübut növü kimi qəbul edilməmişdir. Bank tərəfindən məhkəməyə müştərinin kredit almaq üçün fiziki şəxs olaraq müraciəti və ya qısa mesaj (SMS) göndərməsi barədə sübut təqdim edilməmişdir. Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən məhkəmə sorğusuna verilmiş cavab məktubunda cavabdehlə Bank arasında xx.xx.2012-ci il tarixdə bağlanmış kredit müqaviləsi və kredit xətti müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməsi qeyd olunmuşdur.

57. Bu baxımdan kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və yuxarıda qeyd olunanları nəzərə alıb hesab edir ki, iddiaçının kassasiya şikayəti ilə bağlı hallar apellyasiya instansiyası məhkəməsi tə rəfindən araşdırılaraq düzgün hüquqi qiymət verildiyi üçün həmin dəlilləri araşdırmağa lüzum yoxdur.

58. Məhkəmə kollegiyası bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar ətraflı araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.

59. Məhkəmə kollegiyası kassasiya şikayətinin birinci instansiya məhkəməsinin iddianın qismən təmin olunması barədə qətnaməsi qəbul edildikdən sonra cavabdehin xx.xx.2022-ci il tarixdə 20 manat ödəniş etməsi, bununla borclu olmadığını iddia etdiyi halda ödəniş həyata keçirməklə borclun mövcudluğunu qəbul etməsi barədə dəlilinə münasibət bildirərək həmçinin onu da qeyd edir ki, kas sasiya şikayətinin həmin dəlili əsassızdır. Belə ki, iddiaçının nümayəndəsi sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsinə qeyd olunan dəlillə bağlı hər hansı sübut təqdim etməmişdir.

60. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası həmçinin qeyd edir ki, kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və han sı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Bu səbəbdən kassasiya şikayətinin dəlilləri əsassız olduğuna görə, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.

61. İzah olunmalıdır ki, məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir.

62. İşin faktiki halların ı obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz.

63. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir.

64. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

65. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər t utaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı1 Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi və vəkili Vəkil2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-2541/2022 saylı, 13 sentyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar