Məhkəmə qərarları › İş №2(102)-5592/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-5592/2019

08.08.2019 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5592/2019 08.08.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Allahverdiyev Qəhrəman Əli oğlu (sədrlik edən və məruzəçi) Xələfov İlqar Rəhim oğlu və Şadıyev Ənvər Əhməd oğlundan ibarət tərkibdə, ACnun katibliyi, Cavabdeh, 3-cü şəxin nümayəndəsi X1, cavabdehin və müstəqil tələb irəli sürməyən 3-cü şəxsin vəkili RMnun iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 12 mart 2019-cu il tarixli qətnaməsindən cavabdeh Cavabdeh və 3-cü şəxs "xxxx" Sığorta Şirkəti tərəfindən verilmiş kassasiya şikayətləri üzrə işə 08 avqust 2019-cu il tarixdə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Suraxanı ray on Məhkəməsinin 26 noyabr 2018-ci il tarixli qətnaməsi (hakim R.Həsənov; 2(010)-5861/2018 saylı mülki iş üzrə) ilə iddia qismən təmin edilərək, Cavabdeh iddiaçı "xxxx" X3 xeyrinə 7500(yeddi min beş yüz) manat məbləğində vurulmuş ziyan və 30.40 ( otuz manat qırx qəpik) manat məbləğində dövlət rüsumu üçün çəkilmiş xərcin əvəzinin tutulması qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsi MK-nın 12 mart 2018-cı il tarixli qətnaməsi ilə (hakimlər; X.Mərdanova (sədrlik edən və məruzəçi), E.Həsənov və F.Babayev, 2(103)2288/2018 saylı mülki iş) cavabdeh Cavabdeh apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 26 noyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilərək, cavabdeh Cavabdeh tərəfindən iddiaçı Bakı şəhər İcra Hakimiyyəti "xxx x" X6 ödənilməli ziyanın məbləği 5120 manat məbləğində müəyyən edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. İşin halları İddiaçı Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti "xxxx" X5 Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi tələbinə dair” iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh "xxxx" EŞM-nə vurulmuş ziyana görə 7500 manat və dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları çıxarılmışdır. Kassasiya şikayətinin dəlilləri Cavabdeh və 3-cü şəxs "xxxx" Sığorta Şirkəti apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını, işə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barəd ə qərar qəbul edilməsini xahiş etmişlər. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən prosessual hüquq normaları pozulmuş, düzgün tətbiq edilməmişdir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh, 3-cü şəxin nümayəndəsi X4, cavabdehin və müstəqil tələb irəli sürməyən 3-cü şəxsin vəkili RM kassasiya şikayətlərini müdafiə edərək, şikayətlərin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Həmin maddənin tələbinə görə iclasın vaxtı və yeri haqqı nda lazımı qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxsdən hər hansı birinin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasi ya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Cavabdeh 24.04.2018-ci il tarixdə Nobel prospektində "xxxx" X2 məxsus 1 ədəd “Palermo” tipli işıq dirəyini idarə etdiyi “Opel” markalı, -CC-772 dövlət qeydiyyat nömrə nişanlı avtomaşın vasitəsi ilə vurub sıradan çıxarmışdır. «Şəhərin Lurici işıqlandırılması üçün quraşdırılmış avadanlıqların və yerinə yetirilmiş işlərin təhvili və qəbulu» 30.09.2011-ci il tarixli aktı ilə Nobel prospekti və Babək prospektinidə aparılan xarici işıqlandırmanın araşdırılması ilə əlaqədar olaraq aşağıda göstərilən materiallar Xətai rayon sahəsinin balansına keçirilərək istismara verilmişdir: k abel AVVQ 3x16+1x10-610 metr; kabel AVVQ 3x25+1x16-680 netr; Kabel AVVQ 3x10+1x16-630 metr; Palermo İtaliya tipli dirək -32 ədəd; Kabel NYY 2x2,5 1325 netr; işıq dirəkləri Palermo -21 ədəd (birinin dəyəri 7500 manat); dirək 4.132-57,9-14 ədəd; kabel NYY 2x2,5 -350 metr. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən, hüququ pozulmuş şəxs, İ ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulsun. Həmin Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkə t və hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam ödənilməlidir. Həmin Məcəllənin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Həmin Məcəllənin 1108.1-ci maddəsinin tələblərinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti ( nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən 'zəhərlərdən və i.a istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Apellyasiya instansiyası məhkəməs i qeyd etmişdir ki, hazırkı iş üzrə hüquq pozuntusu (delikt) nəticəsində başqasına vuran yüksək təhlükə mənbəyinin - “Opel” markalı **-CC-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Cavabdeh tərəfindən yol nəqliyyat hadisəsi törədilməsi və mülkiyyətində olan dirəvi sıradan çıxarması zərər vurulması işin mübahisəsiz halıdır, məhkəmə kollegiyası baş vermiş yol nəqliyyat hadisəsi zamanı iddiaçıya vurulmuş ziyanın ilə bağlı qeyd edir ki, apellyasiya şikayətinə əlavə edilmiş “Baki Şəhər İşığı” Elektrik Şəbəkəsinin 02 may 2018-ci il tarixli məktubu, 21 aprel 2018-ci il tarixli vurulmuş dirəyin bərpasına yaranan xərclərin smetası və 19 sentyabr 2018-ci il tarixli arayışına əsasən, Bakı şəhəri. Nobel prospektində quraşdırılmış “Polermo” tipli bir dirəyin dəyəri 6324 manat təşkil etmişdir. Dirəklərin 2008-il tarixdən istismarda olmasını nəzərə alaraq amortizasiya tətbiq edilməklə dirəyin dəyəri 5120 manat məbləğində müəyyən edilmişdir. Dirəklərin dəyəri barədə tərəflər məhkəməyə hər-hansı sübut təqdim etməmişlər. Belə ki, üçüncü şəxs tərəfindən məhkəməyə təqdim edilmiş anoloji sığorta hadisələri üzrə aktlarına əsasən, həmin hadisələr üzrə "xxxx" EŞM-yə vurulmuş ziyanın 1650-1350 təşkil etdiyinə istiad etsə də, həmin hadisələrin baş verməsi zamanı "xxxx" EŞM -nin əmlakına ziyan vurulması, əmlakın növü, adı, istehsal ölkəsi və digər xüsusiyyətləri barədə əməyə hər-hansı sübut təqdim etməmişdir. Belə olan halda qeyd olunan sığorta hadisələri ilə vurulmuş ziyanla hazırkı mübahisə predmeti olan dirəyin sıradan çıxması nəticəsində vurulmuş ziyanı eyniləşdirmək mümkün olmamışdır. İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası hesab etmişdir ki, üçüncü şəxsin gətirdiyi dəlillər onun şəxsi mülahizələrinə əsaslanır və həqiqəti əks etdirmir. Buna görə də, həmin dəlillər sübut kimi qiymətləndirilə bilməz. Qeyd olunanlara əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Qətnamənin ləğv edilməsi və kassasiya şikayətinin təmin olunması üçün heç bir əsas olmadığından qətnamə dəyişdirilmədən saxlanmalı, kassasiya şikayəti təmin edilməməlidir. Şərh edilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kolleg iyası QƏRARA ALDİ: Cavabdeh Cavabdeh və 3-cü şəxs "xxxx" Sığorta Şirkətinin kassasiya şikayətləri təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın hazırkı iş üzrə 12 mart 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar