Məhkəmə qərarları › İş №2(102)-5594/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-5594/2019

08.08.2019 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5594/2019 08.08.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu, Allahverdiyev Qəhrəman Əli oğlu və X4 ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 24 aprel 2019-cu il tarixli 2(103)4787/2019 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xətai rayon məhkəməsinin 16 aprel 2018-ci il tarixli qətnaməsi ilə (hakim İ.N.Abbasova, iş № 2(011)-3760/2018) İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddiası təmin edilərək Cavabdeh 10 aprel 2008- ci il təvəllüdlü X2 və 11 iyul 2010-cu il təvəllüdlü X1 üçün hər ay hər uşağa görə 154 manat, cəmi 308 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməsi, alimentin tutulmasının məhkəməyə müraciət edildiyi tarixdən, yəni 15.03.2018-ci il tarixdən hesablanması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 24 aprel 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər: Ş.Ə.Məhərrəmova, E.Y.Şamayev və X.Ə.Sarıyev) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Xətai rayon məhkəməsinin 16 aprel 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin halları: Tərəflər 06 iyun 2007-ci il tarixdə rəsmi nikaha daxil olmuş, həmin nikahdan 10.04.2008-ci il təvəllüdlü N və 11.07.2010-cu il təvəllüdlü N adlı iki övladları anadan olmuşdur. 2018-ci ilin mart a yında İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət uşaqlarının saxlanılması üçün cavabdehin heç bir maddi yardım göstərməməsini əsas gətirərək cavabdehdən uşaqları N və Nın yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün hər ay hər uşaq üçün 154 manat olmaqla cəmi 308 manat alimentin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi üzrə yuxarıda göstərilən məhkəmə qətnamələri qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri: İş üzrə Cavabdeh kassasiya şikayəti verərək qət olunmuş alimenti ödəməyə çətinlik çəkməsini və s. əsas göstərməklə qətnamənin ləğv edilməsi və 2 uşağa görə qazancın üçdə bir hissəsinin əmək haqqından tutulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya kollegiyasının iclasında iddiaçı və vəkili kassasiya şikayəti ilə razılaşmayar aq təmin edilməməsini xahiş etmişlər. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmasına baxmayaraq cavabdeh məhkəmə kollegiyasının iclasına gəlməmiş, lakin kollegiya işə onun iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Hüquqi məsələlər: Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kassasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi cavabdehdən iki uşağın saxlanılması üçün 308 manat mə bləğində aliment tutulmasını qanuni hesab edərkən Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75-78-ci maddələrinə əsaslanmışdır. İş materiallarından görünür ki, cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Heydər Əliyev adına X7 9 nömrəli sahədə elektrik montyoru vəzifəsində işləyir və onun əmək haqqı 2018-ci ilin dekabr ayı üçün 841,99 manat, 2019-cu ilin yanvar ayı üçün 770,58 manat, fevral ayı üçün isə 682,09 manat təşkil etmişdir. Kassasiya şikayətində cavabdeh qətnamənin ləğv edilib iddianın qismən təmin olunmasını xahiş edərkən qət olunmuş hər uşağa görə 154 manat məbləğində alimenti ödəməyə maddi imkanının olmamasını əsas göstərmişdir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyy ən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqları n saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. (78.1.) Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. (78.2.) “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanunu ilə 2018-ci ildə ölkədə uşaqlar üçün yaşayış minimumu 154 manat, 2019-cu il üçün 160 manat məbləğində müəyyən olunmuşdur. Göstərilənlərlə əlaqədar kollegiya apellyasiya instansiyası məhk əməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, qətnamə qanuni və əsaslı olmaqla maddi və prosessual hüquq normalarının tələblərinə uyğun çıxarılmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan 24 aprel 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar