Məhkəmə qərarları › İş №2(102)-5595/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-5595/2022

17.10.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5595/2022 17.10.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı X2 Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: apellyasiyanın qeyri-mümkünlüyü əsasları, dövlət rüsumunun məbləği Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, iddiaçı X2 Cavabdeh qarşı maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6431/2022 nömrəli iş üzrə 31 avqust 2022-ci il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 17 oktyabr 2022-ci il tarixdə Ali Məhkəmənin binas ında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra - cavabdeh) qarşı inzibati xəta nəticəsində dəymiş zərərin əvəzi olaraq 4081,67 manat, mülkiyyətində olan “Renault Magane” markalı, **-SB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vəsaitəsindən iki ay ərzində istifadə etməməsi nəticəsində dəymiş mənəvi zərərin əvəzi olaraq isə 3000 manat və dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul vəsaitinin, ümumilikdə isə 7111,67 manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (bundan sonra – birinci instans iya məhkəməsi) 2(011)-79/2022 nömrəli iş üzrə 18 mart 2022-ci il tarixli qətnaməsi ilə (hakim Əminə Abbasova) iddia tələbinin qismən təmin edilməsi, dəymiş maddi ziyana görə 315 manat, mənəvi zərərə görə 1500 manat və ödənilmiş dövlət rüsumuna görə 30 manat məbləğində pul vəsaiti cavabdehdən alınaraq iddiaçıya ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

3. Məhkəmə qeyd etmişdir ki, cavabdeh tərəfindən yol hərəkəti qaydalarının pozulması nəticəsində baş vermiş yol qəzasına görə iddiaçının mənəvi sarsıntı keçirməsi mübahisəsizdir və o, bu hadisə nəticəsində və ondan sonrakı proseslər zamanı keçirdiyi stress vəziyyəti ilə bağlı vurulmuş mənəvi ziyanın ödənilməsini tələb etməkdə haqlıdır.

4. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəllə sinin 21.1, 1096.1, 1096.2, 1097.1-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddələrinə və “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 noyabr 2008-ci il tarixli qərarına istinadla əsaslandırmışdır.

5. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin 1500 manat məbləğində mənəvi ziyanın tutulmasına dair hissədə ləğv edilməsini xahiş etmişdir.

6. Birinci instansiya məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti geri qaytarılmışdır.

7. Məhkəmə öz qərardadını belə əsaslandırmışdır ki, şikayət Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsində nəzərdə tutulan forma və məzmunda tərtib olunmamışdır. 8. 27.06.2022-ci il tarixində cavabdeh müddətin bərpasına dair ərizə və apellyasiya şikayəti vermiş, birinci instansiya məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə müddət bərpa edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

9. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-6431/2022 nömrəli iş üzrə 31 avqust 2022-ci il tarixli qərardadı ilə (hakimlər – X1 (sədrlik edən və məruzəçi), X5, X4) apellyasiya şikayəti qəbul olunmamış hesab edilərək, mülki işin birinci instansiya məhkəməsinə göndərilməsi qərara alınmışdır.

10. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, apellyasiyanın mümkünlüyünə qiymət verilərkən müəyyən prosessual müddətlər həddində tərəflərin şikayət vermək (hüququ) müddəti gözlənilmədən qanunvericiliyin tələbinə riayət edilmədiyi aşkar edilmiş, birinci instansiya məhkəməsi qarşı tərəfin şikayət vermək hüququnu gözləmədən işi apellyasiya instansiyası məhkəməsinı göndərmişdir.

11. Eləcə də, şikayətə qanunla müəyyən edilmiş məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə olunmamışdır.

12. Apellyasiya instansiya məhkəməsi öz qərarını “Dövlət rüsumu haqqında” Qanuna, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 3.1, 363.1.2, 366.2-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

13. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin 31 avqust 2022-ci il tarixli qərardadının dövlət rüsumunun qanun vericiliyin tələblərinə uyğun ödənilmədiyinə dair hissədə ləğv edilməsi haqqında qərardad qəbul edilməsini xahiş etmişdir.

14. Şikayət onunla əsaslandırılmışdır ki, hazırkı məhkəmə mübahisəsi xx.xx.2021-ci il tarixindən öncə başlamışdır. Mülki iş üzrə iddiaçı tərəfindən məhkəməyə müraciət edilərkən qanunvericiliyin tələblərinə əsasən 30 manat dövlət rüsumu ödənilmişdir. Buna müvafiq olaraq cavabdeh tərəfindən apellyasiya şikayəti verilərkən iddiaya görə müəyyən edilmiş dövlət rüsumunun 50%-i, yəni 15 manat məbləğində dövlət rüsumu ödənilmişdir.

15. Qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə görə, fiziki və hüquqi şəxslərin vəziyyətini ağırlaşdıran normativ hüquqi aktların geriyə qüvvəsi yoxdur. Yəni “Dövlət rüsumu haqqında” Qanunda 1 oktya br 2021-ci il tarixdən qüvvəyə minmiş dəyişikliklər hazırkı mübahisəyə tətbiq edilə bilməz. Məhkəmənin hazırkı mövqeyi qüvvədə saxlanılacağı təqdirdə cavabdehin vəziyyəti ağırlaşır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

16. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Mülki Prosessual Məcəllə

17. Maddə 3.1. Məhkəmə icraatı işə baxılan, ayrı-ayrı prosessual hərəkətlər həyata keçirilən və yaxud məhkəmə aktı icra edilən zaman qüvvədə olan mülki prosessual qanuna əsasən aparılır.

18. Maddə 363.1.2. Apellyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər əlavə olunmamışdırsa, qanunla dövlət rüsumunun ödənilməsinə möhlət verilməsi, hissə-hissə ödənilməsi və ya onun məbləğinin azaldılması imkanı nəzərdə tu tulmuşdursa, bu barədə vəsatət olmadıqda və ya vəsatət rədd edilmişdirsə, apellyasiya şikayəti birinci instansiyası məhkəməsi tərəfindən qaytarılır.

19. Maddə 366.2. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər.

20. Maddə 416.1 Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

21. Maddə 416.2 Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

22. Maddə 417.1.3 Kassasiya məhkəməsi işə bax arkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. “Dövlət rüsumu haqqında” Qanun

23. Maddə 8.6. Apellyasiya, kassasiya və ya əlavə kassasiya şikayətinin, qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılması üçün ərizənin verilməsinə görə bu Qanunun müvafiq olaraq 8.1-ci və 8.2-ci maddələrində müəyyən edilmiş dövlət rüsumunun 50 faizi məbləğində dövlət rüsumunun ödənilməsi müəyyən edilmişdir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının xx.xx.2021-ci il tarixli Qanununun keçid müddəaları

24. Maddə 2.1. Bu Qanun 2021-ci il oktyabrın 1-dən qüvvəyə minir.

25. Madd ə 2.2. Bu Qanun onun qüvvəyə minməsindən sonra verilən iddia ərizələri və digər ərizələrə, habelə şikayətlərə görə ödənilən dövlət rüsumlarına şamil edilir. Kassasiya baxışının hədləri

26. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

27. Apellyasiya instansiyası məhkəməsinin aktı cavabdehin şikayəti əsasında tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

28. İş materiallarından görünür ki, İddiaçı iddia ərizəsi məhkəməyə xx.xx.2021-ci il tarixdə daxil olmuşdur. 29. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.6-cı maddəsinə əsasən kassasiya şikayətinin verilməsinə görə bu Qanunun müvafiq olaraq 8.1-ci və 8.2-ci maddələrində müəyyən edilmiş dövlət rüsumunun 50 faizi miqdarında dövlət rüsumu ödənilməlidir.

30. Qanunun qeyd olunan maddəsinə və həmin Qanuna dəyişikliklər edilməsi barədə xx.xx.2021-ci il tarixli Qanunun Keçid müddəalarına müvafiq olaraq xx.xx.2021-ci il tarixinədək məhkəmələrə daxil olmuş iddia ərizələri əsasında qəbul edilmiş mülki işlərdə kassasiya şikayətləri üzrə dövlət rüsumu məhz iddia ərizəsi verilərkən müəyyən edilmiş və ya ödənilmiş dövlət rüsumun un 50 faizi miqdarında ödənilməlidir.

31. Buna baxmayaraq apellyasiya instansiyası məhkəməsi hazırkı iş üzrə kassasiya şikayətinə 2021-ci il oktyabrın 1-dən sonra verilən iddia ərizələri üçün ödənilməli olan dövlət rüsumu dərəcəsini tətbiq etmiş və bu əsasla (kassasiya şikayətinin verilməsi üçün qanunla müəyyən edilmiş məbləğdə dövlət rüsumunun ödənilməməsi) kassasiya şikayətini geri qaytarmışdır.

32. Eyni zamanda apellyasiya instansiyası məhkəməsi qeyri-mümkünlüyün digər əsası kimi müddətin bərpa edilməsi barədə qərardaddan şikayət vermə müddətinin keçmədiyi ilə əsaslandırmışdır.

33. Nəzərə alınmalıdır ki, mövcud prosessual qaydalara əsasən qanunda nəzərdə tutulan əsaslar istisna olmaqla məhkəmə qərardadları tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində şikayət verilmədikdə qan uni qüvvəyə minir. Bu mənada əgər məhkəmə tərəfindən müddətin bərpa edilməsi barədə qərardad qəbul edilibsə bərpa edilmiş prosessual hərəkət qərardad qanuni qüvvəyə mindikdən sonra icra olunmalıdır.

34. Buna baxmayaraq MPM-də apellyasiya şikayətlərinin qeyri-mümkünlük əsasları sırasında işin qeyd olunan müddət gözlənilmədən apellyasiya instansiya məhkəməsinə göndərilməsi əsası göstərilməmişdir.

35. Həmçinin baxılan iş üzrə apellyasiya şikayətinin mümkünlüyü barədə məsələnin həll olunduğu xx.xx.2022-ci il tarixdə qərardadın qəbul edildiyi tarixdən 26 gün, iddiaçıya göndərildiyi müddətdən isə artıq 12 gün keçmiş, iş materiallarında müddətin bərpası barədə qərardaddan iddiaçının şikayət verildiyi barədə məlumat olmamışdır. Apellyasiya instansiyası məhkəməsi qeyd olunanları nəzərə almadan, həm çinin yaranmış qeyrimüəyyənliyə tərəflərin iştirakı ilə aydınlıq gətirilməsi mümkünlüyünü müzakirə etmədən şikayəti qeyri-mümkün hesab etmişdir.

36. Qeyd olunanları nəzərə alaraq Məhkəmə kollegiya hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qərardadı ləğv olunmalı, mülki iş şikayətin mümkünlüyü barədə məsələnin yenidən müzakirə edilməsi üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.

37. Göstərilənlərə əsasən və MPM-in 416-417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6431/2022 nömrəli iş üzrə 31 avqust 2022-ci il tarixli qərardadı ləğv edilsin və iş materialları qərardaddan verilmiş şikayətin mümkünlüyü məsələsinin yenidən müzakirə edilməsi üçün apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar