Məhkəmə qərarları › İş №2(102)-5598/2018

Ali Məhkəmə Qərar — İş №2(102)-5598/2018

20.09.2018 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5598/2018 20.09.2018 ALİ MƏHKƏMƏ AzərbaycanRespublikasıadından AzərbaycanRespublikasıAliMəhkəməsinin MülkiKollegiyasının QƏRARİ 20 sentyabr2018-ciil İş№ 2(102)-5598/2018 Bakışəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Qoldman Tatyana Aleksandrovnanın sədrliyi və məruzəsi ilə, Mirzəliyev Əsəd Abdulla oğlundan və Quliyev Gündüz Ağababa oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Qoşqarlı Rəşad Nizami oğlunun iştirakı ilə, Cavabdeh1in Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-291/2018 saylı 29 mart 2018-ci il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Yevlax Rayon Məhkəməsinin 06 mart 2017-ci il tarixli qətnaməsi ilə (hakim V.İ.Məlikov, iş № 2(039)-230/2017) iddia tələbi təmin edilmiş, cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2dən 8701.44 (səkkiz min yeddi yüz bir dollar qırx dörd sent) ABŞ dolları əsas, 1233.14 (bir min iki yüz otuz üç dollar, on dörd sent) ABŞ dolları faiz, 28.59 (iyirmi səkkiz dollar əlli doqquz sent) ABŞ dolları cərimə məbləği, cəmi 9963.17 (doqquz min doqquz yüz altmış üç dollar on yeddi sent) ABŞ dolları məbləğində borcun milli manat ekvivalentində və 30 (otuz) manat məbləğində rüsum xərcinin müştərək qaydada alınaraq İddiaçı ASC-nin xeyrinə verilməsi qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 29 mart 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər R.R.Rəfiyev (sədrlik edən və məruzəçi), G.Q.Abbasov və E.Ş.Hüseynov, iş № 2(107)291/2018) Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayə ti təmin edilməmiş, iş üzrə Yevlax Rayon Məhkəməsinin 06 mart 2017-ci il tarixli, 2(039)-230/2017 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmış, iş üzrə məhkəmə kollegiyası tərəfindən təyin edilmiş qiymətləndirmə xərci olan 50 (əlli) manatın Cavabdeh1dən tutulub Dövlət Xəzinədarlığı Agentliyinin hesabına köçürülməsi qət edilmişdir. Göstərilən qətnamədən Cavabdeh1 kassasiya şikayəti vermişdir. İşin halları: İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2dən müştərək qaydada İddiaçı ASC-nin xeyrinə 08 may 2015-ci il tarixli, 115.LN.1609.080515.R.****1 saylı kredit müqaviləsi üzrə 8701.44 (səkkiz min yeddi yüz bir dollar qırx dörd sent) ABŞ dolları əsas, 1233.14 (bir min iki yüz otuz üç dollar on dörd sent) ABŞ dolları faiz, 28.59 (iyirmi səkkiz dollar əlli doqquz sent) ABŞ dolları cərimə məbləği, cəmi 9963.17 (doqquz min doqquz yüz altmış üç dollar on yeddi sent) ABŞ dolları məbləğində borcun və 30 (otuz) manat məbləğində dövlət rüsumunun müştərək qaydada alınaraq bankın xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında 08 may 2015-ci il tarixli 115.LN.1609.080515.R.****1 saylı kredit müqaviləsi bağlanmışdır. Həmin kredit müqaviləsinə əsasən, Cavabdeh1 İddiaçı Açıq Səhmdar Cəmiyyətindən illik 20 faizlə 30 ay müddətində 9500 (doqquz bin beş yüz) ABŞ dolları borc almışdır. Bu kredit müqaviləsənin təminatı olaraq, Cavabdeh3 və Cavabdeh2 ilə bank arasında 08 may 2015-ci il tarixdə zaminlik müqaviləsi bağ lanmışdır. Lakin, borclu Cavabdeh1 müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. Cavabdeh1 08 may 2015-ci il tarixli 115.LN.1609.080515.R.****1 saylı kredit müqaviləsi üzrə 8701.44 ABŞ dolları əsas, 1233.14 ABŞ dolları faiz, 28.59 ABŞ dolları cərimə məbləği, cəmi 9963.17 ABŞ dolları məbləğində borcu yaranmışdır. İddiaçı ASC kreditor kimi müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri tam icra etmişdir. Lakin cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 kredit müqaviləsinin şərtlərini yerinə yetirməyərək kreditin əsas məbləğini və ona hesablanmış faizlərin ödənilməsini təmin etməmişlər. Onlara bank tərəfindən dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq öhdəliyi yenə icra etməmişlər. Odur ki, hazırda bu tələblə məhkəməyə müraciət etməli olmuşlar. Məhkəmə instansi yaları tərəfindən mübahisə yuxarıda göstərilən qaydada həll edilmişdir. Kassasiya şikayətinin dəlilləri: Cavabdeh1 və vəkili X3 kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsi qətnaməsinin ləğv edilməsini və işin yeni apellyasiya baxışına göndərilməsini xahişetmişlər. Kassasiyaşikayətionunlaəsaslandırılmışdırki, apellyasiyainstansiyasıməhkəməsininqətnaməsimaddivəprosessualhüquqnormalarınınpozulmasıvə düzgüntətbiqedilməməsiiləçıxarılmış, işüzrəəhəmiyyətlihallaraqiymətverilməmiş,işin halları obyektiv araşdırılmamışdır. Kassasiya şikayətində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuş, o cümlədən MPM-nin 14, 77, 88, 217, 385-ci maddələrinin tələblərinə riayət etməməklə, nəticədə qanunvericiliyin tələblərini pozmaqla, əsassız qət namə qəbul etmişdir. Prosessual məsələlər: Məhkəməkollegiyasıiclasınınyerivəvaxtıbarədəlazımiqaydadaməlumatlandırılmalarınabaxmay araqtərəflər heçbirüzrlüsəbəbgöstərmədənməhkəməkollegiyasınıniclasınagəlməmişlər. MəhkəməkollegiyasıMPM-nin 415.3-cü maddəsini rəhbər tutaraq işə tərəflərin iştirakıolmadanbaxılmasınımümkünhesabetmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Məhkəmə kollegiyası işin materiallarını tədqiq edərək, məruzəçini dinləyərək, kassasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tələblərinə tam həcmdə riayət olunmuşdur və buna görə də qəbul olunmuş qətnamə verilmiş kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar (Konstitusiyanın 60-cı maddəsinin İ hissəsi, 71-ci maddəsinin İ hissəsi və 127-ci maddəsinin İİ hissəsi). Mülki işlər üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və ya hüquqi şəxsin Azərbaycan Respublikası Konstitusiyasından, qanunlarından və digər normativ-hüqu qi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Mülki məhkəmə icraatı qanunçuluğun və ictimai qaydanın bərqərar edilməsinə, vətəndaşların qanunlara dönmədən hörmət ruhunda tərbiyə edilməsinə rəvac verir (MPM-in 2.1 və 2.2-ci maddələri). Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci və apellyasiya instansiyaları məhkəmələri tərəfindən sübut kimi müəyyən olan faktlara qiymət vermir. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsini yoxlayarkən iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırmaq kimi qiy mətləndirilə bilməz. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən olunmuş işin faktiki hallarından görünür ki, 08 may 2015-ci il tarixli, 115.LN.1609.080515.R.****1 saylı kredit müqaviləsi üzrə İddiaçı ASC ilə Cavabdeh1 arasında əsas Kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinin şərtlərinə görə Cavabdeh1ə Bank tərəfindən 9500 (doqquz min beş yüz) ABŞ dolları məbləğində kredit verilmiş və o, 30 ay ərzində, illik 20 faizlə kreditin əsas məbləğini və ona hesablanmış faizləri ödəməyi öhdəsinə götürmüşdür. Kredit müqaviləsinin təminatı kimi həmin tarixdə Cavabdeh3 və Cavabdeh2 ilə zaminlik müqaviləsi bağlanmışdır. Cavabdehlərin 22.11.2016-ci il tаrixə əsаs bоrc üzrə 8701.44 ABŞ dolları, fаiz bоrcu üzrə 1233.14 ABŞ dolları, dəbbə pulu (cərimə) üzrə 28.59 ABŞ dolları olmaqla, cəmi 9963.17 ABŞ dolları borcu yaranmışdır. Cavabdehlər götürdüyü öhdəliyi lazımi qaydada icra etmədikləri üçün hazırki mübahisə yaranmışdır. Qüvvədə olan mülki qanunvericiliyin müddəalarına əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır (Mülki Məcəllənin 739.1, 739.2-ci maddələri). Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əml ak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və geci kdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o, icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Öhdəliyin icrası barədə iddia irəli sürülməsi, habelə icraya dair yazılı tələbin çatdırılması xatırlatmaya bərabər tutulur. Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 442, 443.1, 445, 448.1, 449.4, 462.1, 467-ci maddələri). Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticələrlə razılaşır. Belə ki, işdən görünür ki, cavabdeh kredit müqaviləsi üzrə götürdüyü öhdəliyi icra etməmişdir. Cavabdehin iddiaçı banka olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxt və qaydada ödəməmiş, müqavilə şərtlərini pozmuşdur. Buna görə də o, risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, əsas kredit borcunu müqavilədə razılaşdırıldığı kimi faizlər və dəbbə pulu ilə birlikdə iddiaçıya ödəməlidir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyas ı hesab edir ki, apellyasiya instansiyası məhkəməsi qətnamə qəbul edərkən iş üzrə maddi və prosessual hüquq normalarının pozulmasına yol verməmiş, işin hallarının hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmış və nəticə etibarı ilə qanuni və tam əsaslı qətnamə qəbul etmişdir. Buna görə də kassasiya şikayətinin dəlilləri formal mülahizə olmaqla apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417.1.1, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: Cavabdeh1in kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-291/2018 saylı 29 mart 2018-ci il tarixli qətnaməsi verilmiş kassasiya şikayətinə əsasən kassatora münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: imza Hakimlər: imzalar Əsli ilə düzdür. Ali Məhkəmənin hakimi Tatyana Qoldman

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar