Məhkəmə qərarları › İş №2(102)-5598/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-5598/2019

13.09.2019 · Əmək mübahisələri - Əmək haqqı tələbi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mənəvi zərəri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5598/2019 13.09.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Hacıyev Sənan Firudin oğlu (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu, Vəliyeva Elşanə Rafiq qızından ibarət tərkibdə, Qılıcova Sevda Mübariz qızının katibliyi ilə, İddiaçı vəkili ***nun iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 23.01.2019-cu il tarixli, 2(103)-699/2019 nömrəli qətnaməsindən İddiaçı kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4014/2018 saylı iş üzrə 21 avqust 2018-ci il tarixli qətnaməsi ilə İddiaçı ***nun iddiası qism ən təmin edilmiş, cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətindən İddiaçı xeyrinə 49.606 manat əmək haqqı, maddi ziyana görə 1.000 manat və mənəvi zərərə görə 1.000 manat məbləğində pul vəsaitinin alınaraq İddiaçı verilməsi, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 23.01.2019-cu il tarixli, 2(103)-699/2019 nömrəli qətnaməsi ilə (hakimlər A.N.İmanov, A.Q.Hüseynov, V.N.Sadıqov) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, cavabdehin apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 21 avqust 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, İddiaçı cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətinə qarşı vurulmuş maddi və mənəvi zərər tələbi barədə iddiası təmin edilməmişdir. İddiaçı iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Ko llegiyasının 23.01.2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti vermişdir. İşin halları: İddiaçı cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətinə qarşı vurulmuş maddi və mənəvi zərər tələbi barədə iddia ərizəsi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətindən 49606 manat əmək haqqından vergi ödəmələri çıxılmala əmək haqqı, vurulmuş maddi ziyana görə 7000 manat və vurulmuş mənəvi ziyana görə 30.000 manat pul məbləğinin alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslanıdırlmışdır ki, o, 12.11.2016-cı il tarixdə saat 10:00 radələrində kompleks transformator məntəqəsində işləyərkən elektrik vurması nəticəsində qarın əl və aşağı ətraflarının çoxsaylı termikli yanğından ibarət sağlamlığına ağır zərərvurmaya aid bədən xəsarətləri aldığına görə Şabran rayon prokuroru ***un 17 yanvar 2017-ci il tarixli qərarı ilə fakta görə Azərbaycan Respublikası CM-nin 162.1-ci maddəsi ilə cinayət işi başlanılmış və o, zərərçəkmiş şəxs qismində tanınmışdır. Şabran Rayon Məhkəməsinin (031)-34/2017 saylı 25 dekabr 2017-ci il tarixli hökmü ilə “xxxx” ASC-nin ***-nin X1 rəisi X5 Azərbaycan Respublikası CM-nin 162.1-ci maddəsi ilə təqsirli bilinərək 500 manat cərimə cəzasına məhkum edilmişdir. Onun zərərçəkmiş şəxs kimi verdiyi iddia tələbi üzrə mülki məhkəmə icraatı qaydasında iddia tələbi vermək hüququ izah olunmuşdur. Hökmdən nümayəndə tərəfindən verilmiş apellyasiya şikayəti Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(105)0184/2018 saylı 05 aprel 2018-ci il tarixli qərarı ilə qismən təmin edil ərək hökmün nəticə hissəsinə “mülki iddia baxılmamış saxlanılsın” müddəası əlavə olunmuşdur. İşin halları aşağıdakılardan ibarətdir. O, məzuniyyətdə olarkən 11.11.2016-cı il tarixdə “xxxx” ASC-nin ***-nin X1 rəisi X5 ona zəng edərək ***ndə yerləşən “xxxx” ASC *** Regional nümayəndəliyinin Şabran bölməsinin kompleks transformatorunun nasaz olmasını bildirmiş və təmir etmək üçün ora getməsinin vacib olduğunu telefonla demişdir. Məzuniyyətdə olduğunu təmir üçün hazırda işdə olan şəxslərdən birini göndərməsini bildirmiş, lakin rəis cavabında nə tez məzuniyyəti başıma qaxarsan” deyərək transformatoru təmir etməyi təklif etmişdir. O, məzuniyyətdən yenidən işə qayıdacağını və rəisin ona qarşı ədavəti ola biləcəyini, eyni zamanda işdən çıxarıla biləcəyini fikirləşib onunla razılaşmağa məcbur olmuş dur. Səhəri 12.11.2016-cı il tarixdə idarəyə gələrək rəislə görüşmüşdür. Rəis ona bildirmişdir ki, dalınca maşın gələcək, gedib transformatoru təmir edərsən. O, lazımi alətləri görüb gələn maşına minib ***a getmiş və transformatorun təmirinə başlamışdır. Xəttin ikisini təmir edib, üçüncü xəttə keçərkən elektrik vurması nəticəsində qarın, yuxarı və aşağı ətraflarının çoxsaylı termiki yanğınından ibarət sağlamlığına ağır zərər vurmaya aid bədən xasarətləri almışdır. Onu Bakıya xəstəxanaya aparmışlar. Uzun müddət ağır xəsarətdən müalicə alsa da, sağ ayağı və əlləri işləmir və gələcəkdə də işləməsi ehtimalı yoxdur. Baş vermiş hadisə nəticəsində ona birbaşa mənəvi, fiziki və maddi ziyan dəymişdir. Hazırda onun sol əlinini bir barmağı amputasiya olub, iki barmağı işləmir, ikisi isə hərəkət etsə də, qatlanmır. Bədəninin termik yanıqlarının müalicsəi davam etdirilir. Ona zərər vurulanadək aylıq qazancı 475 manat olmuşdur. 475X12=5700:12-475 manat, xx.xx.1960-cı il tarixdə anadan olmuşdur. 2025-ci ildə 65 yaşı tamam olacaq, o, 100 faiz əmək qabiliyyətini itirmiş və pensiya yaşına çatana qədər hər ay 475 manat qazancdan məhrum olmuşdur. Həmin qazanc birdəfəlik ona ödənilməlidir. O, xəsaərt alarkən tək olmuş, xəsarət alan anda güclü stres keçirmiş, şoka düşmüş, bu günə qədər də ağrıları davam edir. Ona vurulmuş mənəvi ziyanı 30.000 manat dəyərində qiymətləndirir. Xəstəxanada müalicə üçün hələlik 7000 manat xərc çəkmişdir. Xəstəxana dövlət balansında olsa da, bütün dərmanları pul ödəməklə alır. xx xxxx 1960-cı il +65 yaş=25 iyul 2025 (pensiya yaşı tamam olur); 25 iyul 2015-ci il-12 no yabr 2016-cı il (hadisə baş verın gün)-8 il, 8 ay 13 gün; 8 il+ 8 ay+ 13 gün= 104 ay 13 gün x 475= 49.606 manat (pensiya yaşına çatana qədər alacağı əmək haqqı). O, pensiya yaşına çatanadək əmək haqqının artırılması nəzərə alınmamaqla, verdi ödəmələri nəzərə alınmaqla 49.606 manat əmək haqqı almalıdır. Cavabdeh (vergi ödəmələri çıxılmaqla) 49606 manat əmək haqqı, vurulmuş maddi ziyana görə müalicə xərci olaraq 7000 manat və vurulmuş mənəvi ziayana görə 30.000 manat pul məbləği ona ödənməlidir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: İddiaçı iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 23.01.2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti verərək, onun ləğv, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmi şdir. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, məhkəmə AR MPM-nin 54-cü maddəsini tətbiq etmiş, lakin hər hansı bir maddi hüquq normasına istinad etməmiş, nəticə olaraq “***” aktının olmaması qənaətinə gələrək, qanuni qüvvəyə minmiş məhkəmə hökmü və qərarında müəyyən olunmuş hallara qiymət verməmişdir. Bununla da məhkəmə Azərbaycan Respublikası MPM-nin 418.1 və 418.2-ci, eyni zamanda 386-cı maddələrinin tələblərini pozmuşdur. Azərbaycan Respublikası Əmək Müfəttişliyinin verdiyi rəylə müəyyən edilir ki, baş vermiş hadisə istehsalat qəzasıdır və bununla bağlı Nəsimi Rayon Məhkəməsinə təqdim etdiyi araşdırma və rəy əsasında Nəsimi Rayon Məhkəməsinin qətnaməsinə əsasən hadisənin istehsalatda baş verməsi təsdiq edilərək “***” aktının verilməsi cavabdeh təşkilatın üzərinə qoyulmuşdur. Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin 2(006)-927/2019 saylı, 27 may 2019-cu il tarixli qətnaməsi ilə onun, cavabdeh “xxxx” ASC-yə qarşı “xxxx” ASC-nin X6 Təchizatı və Satışı İdarəsinin X2 istehsalat zədəsi almağı barədə akt tərtib edilməklə hadisənin istehsalatda baş vermiş bədbəxt hadisə olması haqqında *** formalı aktla (*** aktı) rəsmiləşdirilməsi və həmin aktın ona verilməsi vəzifəsi cavabdehin üzərinə qoyulması qət olunmuşdur. PROSESSUAL MƏSƏLƏLƏR: Məhkəmə iclasında iştirak edən İddiaçı vəkili *** kassasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv, iddianın təmin barədə qərar qəbul olunmasını xahiş etmişdir. Cavabdeh işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasında nümayəndəsinin iş tirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasında onun nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası qəbul etdiyi 23.01.2019-cu il tarixli qətnaməsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 21 avqust 2018-ci il tarixli qətnaməsini ləğv edib iddianı rədd edərkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, iş üzrə səhv nəticəyə gəlmişdir. Belə ki, apellyasiya instan siyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından göründüyü kimi, Sumqayıt Apellyasiya Məhkəməsinin 1(105)-184/2018 saylı 05 aprel 2018-ci il tarixli qərarına əsasən, Şabran Rayon Məhkəmənin 1(031)-34/2017 saylı 25 dekabr 2017-ci il tarixli hökmü dəyişdirilmiş, hökmün nəticə hissəsinə “mülki iddia baxılmamış saxlanılsın” müddəası əlavə olunmuşdur. “xxxx” Açıq Səhmdar Cəmiyyəti tərəfindən 23.08.2018-ci il tarixdə verilmiş 0039 saylı əmək haqqının aylar üzrə məbləği barədə arayışdan görünür ki, İddiaçı Hacıməmməd oğlu həqiqətən “xxxx” Açıq Səhmdar Cəmiyyəti ***-nin X2 usta vəzifəsində işləmiş, onun aylıq əmək haqqı 470.00 manat olmaqla, 2016-cı ilin dekabr ayından 2017-ci ilin oktyabr ayınadək yekun məbləğ 5.560.82 manat təşkil etmişdir. “xxxx” Açıq Səhmdar Cəmiyyəti-nin K/l 8-004 71 saylı əmrindən görünür ki, ***-nin X2 paylayıcı Şəbəkə sahəsinin ustası İddiaçı əmək müqaviləsinə müqavilə müddətinin qurtarması ilə əlaqədar 26.01.2018-ci il tarixindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci bəndinin “b” yarımbəndinə əsasən xitam verilmişdir. Azərbaycan Respublikası ƏM-nin 83-cii maddəsinin 2-ci hissəsinə əsasən son haqq hesabın (20.04.2016-26.01.2018-ci il üçün istifadə olunmamış məzuniyyət günləri üçün 53 t/g pul əvəzi və əmək haqqı) ödənilməsi təmin edilsin. İddiaçı Əmək haqqının aylar üzrə cədvəldən görünür ki, onun aylıq əmək haqqı 470 manat təşkil etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 54-cü maddəsinə əsasən iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə ve rildikdə məhkəmə iddiaçının razılığı ilə ilk iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. İddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsi iddia ərizəsini icraata qəbul edən zaman tələb hüququnun iddiaçıya məxsus olduğunu və cavabdehin iddia üzrə cavab verməli şəxs olduğunu müəyyənləşdirməli olduğu halda bunu etməmişdir. Əsl olmayan cavabdehin işdə iştirakı mübahisənin qanuni və əsaslı həllinə mane olur. Buna görə də, əsl olmayan cavabdeh əvəz edilmədən verilmiş iddianı həll etmək mümkünsüzdür. Belə ki, işdən göründüyü kimi, iddiaçı iddia ərizəsində 12.11.2016-cı il tarixdə saat 10:00 radə lərində “xxxx” ASC-nin ***-nin X1 sabiq rəisi X3 təqsiri səbəbindən kompleks transformator məntəqəsində işləyərkən elektrik vurması nəticəsində qarın, əl və aşağı ətraflarının çoxsaylı termikli yanğından ibarət sağlamlığına ağır zərərvurmaya aid bədən xəsarətləri aldığını, buna görə Şabran Rayon Prokuroru ***un 17 yanvar 2017-ci il tarixli qərarı ilə fakta görə Azərbaycan Respublikası CM-nin 162.1-ci maddəsi ilə cinayət işi başlanmaqla onu zərərçəkmiş şəxs qismində tanındığını, Şabran Rayon Məhkəməsinin (031)-34/2017 saylı 25 dekabr 2017-ci il tarixli hökmü ilə “xxxx” ASC-nin ***-nin X1 rəisi X5 Azərbaycan Respublikası CM-nin 162.1-ci maddəsi ilə təqsirli bilinərək 500 manat cərimə cəzasına məhkum edildiyini, onun zərərçəkmiş şəxs kimi verdiyi iddia tələbi üzrə mülki məhkəmə icraatı qaydas ında iddia tələbi vermək hüququnun izah olunduğunu qeyd etsə də, iddiaçı işdən göründüyü kimi, iş üzrə cavabdeh qismində X4 deyil, düzgün olmayaraq “xxxx” ASC-ni göstərmişdir. Belə olan halda birinci instasniya məhkəməsi öz təşəbbüsü ilə prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq cavabdehin əsl cavabdehlə əvəz edilməsi ilə bağlı iddiaçının razılığının olub-olmamasını müəyyən etməli olduğu halda, bu tələbə riayət etmədən iddiaya cavab verməli olmayan şəxsə münasibətdə mahiyyəti üzrə işə baxaraq qətnamə qəbul etmişdir. Belə ki, işin mübahisəsiz halı ondan ibarətdir ki, “xxxx” ASC-nin K/16-05156 nömrəli 28.10.2016-cı tarixli əmri ilə məzuniyyətdə olan İddiaçı 11.11.2016-cı il tarixdə Şabran rayon ərazində yerləşən “xxxx” ASC-nin balansında olan 63 kva gücündə olan TM-da elektrik a vadanlıqlarında təmir işlərini görərkən almış olduğu xəsarətlə əlaqədar Şabran Rayon Məhkəməsinin (031)-34/2017 saylı 25 dekabr 2017-ci il tarixli hökmü ilə X5 Azərbaycan Respublikası CM-nin 162.1-ci maddəsi ilə təqsirli bilinib 500 (beş yüz) manat cərimə cəzasına məhkum edilmişdir. Kassasiya kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq, aşağıdakıları qeyd edir. İlk növbədə qeyd edilməlidir ki, apellyasiya instansiyası məhkəməsi iddiaçı tərəfin cavabdeh “xxxx” ASC-yə qarşı *** aktının tərtib edilməsi vəzifəsinin üzərinə qoyulmasına dair iddia ilə məhkəməyə müraciət edib-etməməsini araşdırmadan hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddiaçının almış olduğu xəsarətlərin istehsalatda baş verən bədbəxt hadisə olması faktı kimi qəbul edərək iddia tələbinin təmin etməkdə səhv nəticəyə gəlmişdir. Halbuki, kassasiya şikayətinə əlavə edilmiş Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 27.05.2019-cu il tarixli Qətnaməsindən görünür ki, cavabdeh “xxxx” ASC-nin üzərinə İddiaçı istehsalat zədəsi alması barədə akt tərtib edilməklə hadisənin istehsalatda baş vermiş bədbaxt hadisə haqqında *** formalı aktla rəsmiləşdirilməsi və həmin aktın iddiaçıya verilməsi vəzifəsinin qoyulması qət edilmişdir. Digər tərəfdən qeyd edilməlidir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından göründüyü kimi, hazrki iş üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti baxımından preyudisial əhəmiyyət kəsb edən (MPM 82.4) Şabran Rayon Məhkəməsinin (031)-34/2017 saylı 25 dekabr 2017-ci il tarixli hökmü ilə “xxxx” ASC-nin ***-nin X1 rəisi olan X5 məhz Azərbaycan Respublikası CM-nin 162.1-ci maddəsi ilə təqsirli bilinərək, məhkum edilmişdir. Azərbaycan Respublikası CM-nin 162.1-ci maddəsinə əsasən texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs tərəfindən bu qaydaların pozulması nəticəsində ehtiyatsızlıqdan insan sağlamlığına ağır və ya az ağır zərər vurularsa iki min manatdan üç min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Göründüyü kimi, X5 həyat və sağlamlıq əleyhinə olan cinayətlərə görə deyil, məhz “xxxx” ASC-nin işçisi olaraq iş başında olarkən əmək mühafizəsi qaydalarını pozma maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilərək məhkum edilmişdir. Bu hal isə X3 cinayəti törədən zaman məhz cavabdehin işçisi statusunda olmasını ehtiva edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099.1-ci maddəsinə əsasən hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Göründüyü kimi hadisənin istehsalatda bədbaxt hadisə hesab edilib-edilməməsindən asılı olmayaraq, iddiaçının məruz qaldığı zərər cavabdehin işçisinin məhz iş başında olarkən etdiyi təqsirli hərəkətləri nəticəsində vurulduğundan istinad edilən maddi hüquq normasının tələbi baxımından iddiaçının zərərin əvəzinin məhz cavabdehdən, yəni “xxxx” ASC-dən tələb etməsi əsaslıdır. Buna baxmayar aq, apellyasiya instansiyası məhkəməsi cavabdehi hazırki tələb üzrə cavab verməli olmayan şəxs hesab etməklə, maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol vermişdir. İş üzrə yekun qərarın qəbul edilməsi üçün işin faktiki halları ilə bağlı qanunvericiliyin tələb etdiyi yuxarıda qeyd edilən halların araşdırılması zərurəti olduğundan, kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Kollegiya hesab edir ki, işə yenidən baxan məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normala rının düzgün tətbiq olunmasını təmin etməli, araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbləri baxımından düzgün qiymət verməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 28 fevral 2012-ci il tarixli Qərarına əsasən yeni apellyasiya baxışında kassasiya məhkəməsinin qərarında maddi və prosessual hüquq normalarının tətbiqinə dair MPM-in 420-ci maddəsinə uyğun olaraq şərh edilən göstərişlər nəzərə alınmaqla, işin qanuni həlli təmin olunmalıdır. Belə ki, sonuncu maddəyə görə kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəl ləsinin 417.1.3-cü maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı kassasiya şikayəti qismən təmin edilsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 23.01.2019-cu il tarixli, 2(103)699/2019 nömrəli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar