Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5599/2021 12.10.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı ASC-nin cavabdeh1na qarşı iş üzrə QƏRARİ iş № 2(102)-5599/21 (Açar sözlər: kredit borcu, borcun ipoteka predmetinə yönəldilməsi) Bakı şəhəri, 12 oktyabr 2021-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, İddiaçı ASC-nin vəkili X4 iştirakı ilə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-1163/2021 nömrəli iş üzrə 25 may 2021-ci il tarixli qətnaməsindən cavabdeh1 tərəfindən veril miş kasasiya şikayəti üzrə işə 12 oktyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı ASC cavabdeh Cavabdeh1na qarşı “borcun ödənilməsi və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ASC və Cavabdeh1 arasında bağlanmış 20.02.2015-ci il tarixli 142769-1-13992 saylı kredit müqaviləsinə əsasən 14 may 2017-ci il tarixə banka borclu olduğu 12.125,06 ABŞ dolları əsas borc, 1.427,28 ABŞ dolları faiz borcu, 65,60 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 13.617,94 ABŞ dolları məbləğində pulun (qətnamə icra olunduğu günə olan manat məzənnəsi ilə) və 30 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh1ndan İddiaçı ASC-nin xeyrinə tutulması, tutmanın bank qarşısınd a ipoteka ilə yüklü edilmiş “Kia Cerato” minik markalı, ağ mirvari rəngli, buraxılış ili 2012-ci il, sedan tipli, mühərrik KNAFX411BD5030968, ban G4FGCH607803 olan ** ZB *** dövlət nömrə nişanlı avtomobilə yönəldilməsi, avtomobilin açıq hərracdan satılması və satışdan əldə edilən vəsaitin İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı ASC iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ASC 14.05.2013-cü il tarixli, 112939-1-6611 saylı avtomobil krediti müqaviləsinə əsasən X2 illik 17 faiz hesablanması şərtilə 48 ay müddətinə 19.400 ABŞ dolları kredit vermişdir. Öhdəliyin icrasının təmini üçün X3 mülkiyyətində olan “Kia Cerato” minik markalı, ağ mirvari rəngli, buraxılış ili 2012-ci il, sedan tipli, mühərrik KNAFX411BD5030968, ban G4FGCH607803 olan ** ZB *** dövlət nömrə nişanlı avtomobili 14.05.2013-cü il tarixli, 112939-16-8821 saylı ipoteka müqaviləsi əsasında bank qarşısında ipoteka ilə yüklü edilmişdir. Bank ilə X3 və Cavabdeh1 arasında bağlanmış həmin avtomobil krediti müqaviləsinə dəyişiklik edilməsi barədə 20.02.2015-ci il tarixli 1 nömrəli əlavə razılaşmaya görə X1 hüquq və öhdəlikləri Cavabdeh1na ötürülmüşdür. Bank ilə Cavabdeh1 arasında bağlanmış 20.02.2015-ci il tarixli 142769-1-13992 saylı avtomobil krediti müqaviləsinə dəyişiklik və əlavələr edilməsi barədə 01 saylı, 08.07.2015-ci il tarixli razılaşmaya əsasən onun 13.444 ABŞ dolları borcu 22 ay 6 gün müddətinə 14.05.2017-ci il tarixədək illik 17 faiz hesablanmaqla kapitallaşdırılmışdır. Eyni za manda, tərəflər arasında 20.02.2015-ci il tarixli 142769-16-17332 saylı ipoteka müqaviləsinə dəyişiklik edilməsi barədə 01 saylı 08.07.2015ci il tarixli razılaşma bağlanmışdır. Cavabdeh üzərinə götürdüyü kredit öhdəliklərini yerinə yetirməmiş və nəticədə məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Abşeron Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 24 fevral 2020-ci il tarixli 2(012)-28/2020 nömrəli qərardadı ilə (hakim Cəmilə Səfiyeva) iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş, ekspertizanın aparılması Məhkəmə Ekspertizası Mərkəzinə tapşırılmış həvalə edilmişdir. Məhkəmə-mühasibatlıq ekspertizasının 9/341 №li 18.06.2020-ci il tarixli rəyi ilə 14.05.2013-cü il tarxili 112939-1-6611 saylı kredit müqaviləsi üzrə Cavabdeh 14.05.2017ci il tarixə banka olan əsas borcu 12128 ABŞ dolları, faiz borcu 2943.74 ABŞ dolları, cəmi 15071.74 ABŞ dolları müəyyən edilir. Birinci instansiya məhkəməsinin 05 oktyabr 2020-ci il tarixli 2(012)-28/2020 nömrəli qətnaməsi ilə (hakim Cəmilə Səfiyeva) iddia qismən təmin edilərək, Cavabdeh1ndan 12.125,06 ABŞ dolları əsas borc, 1.427,28 ABŞ dolları faiz borcu, 5 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 13.557,34 ABŞ dolları məbləğində pulun (qətnamə icra olunduğu günə olan manat məzənnəsi ilə) və 15 manat ödənilmiş dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulması, tutmanın kreditin təminatı olan “Kia Cerato” minik markalı, ağ mirvari rəngli, buraxılış ili 2012-ci il, sedan tipli, mühərrik KNAFX411BD5030968, ban G4FGCH607803 olan ** ZB *** dövlət nömrə nişanlı avtomobilə yönəldilməsi, açıq hərracda satılması, satışı ndan əldə edilən vəsait hesabına Cavabdeh1nın İddiaçı ASC-yə olan borcunun ödənilməsi, Cavabdeh1ndan 100 manat və İddiaçı ASC-dən 100 manat məhkəmə ekspertizası xərcinə görə pulun tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, cavabdeh bank qarşısında öhdəliyini vaxtında icra etmədiyindən və ekspert rəyi əsasında tələb edilən əsas və faiz borcunun yaranması öz təsdiqini tapdığından iddia həmin hissədə təmin edilməlidir. Həmçinin məhkəmə hesab edir ki, 20.02.2015-ci il tarixli 142769-113992 saylı kredit müqaviləsinə əsasən hesablanmış 65,60 ABŞ dolları cərimənin məbləği azaldılmalı və 5 ABŞ dolları müəyyən edilməlidir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən əsaslı olmaqla qi smən təmin edilməli, İddiaçı ASC və Cavabdeh1 arasında bağlanmış 20.02.2015-ci il tarixli 142769-1-13992 saylı kredit müqaviləsinə əsasən 12.125,06 ABŞ dolları əsas borc, 1.427,28 ABŞ dolları faiz borcu, 5 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 13.557,34 ABŞ dolları məbləğində pulun (qətnamə icra olunduğu günə olan manat məzənnəsi ilə) və 30 manat ödənilmiş dövlət rüsumunun 15 manatı Cavabdeh1ndan tutularaq İddiaçı ASC-nin xeyrinə tutulmalı, tutma bank qarşısında ipoteka ilə yüklü edilmiş “Kia Cerato” minik markalı, ağ mirvari rəngli, buraxılış ili 2012-ci il, sedan tipli, mühərrik KNAFX411BD5030968, ban G4FGCH607803 olan ** ZB *** dövlət nömrə nişanlı avtomobilə yönəldilməli, avtomobil açıq hərracdan satılmalı və satışdan əldə edilən vəsait İddiaçı ASC-yə ödənilməlidir. Birinci instansiya məhkəməsi qənaətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317, 319.1, 319.6, 385.1, 442, 443.1, 448.1, 462.1, 465.2, 467, 743-cü, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 78.1, 107, 115.0.1, 119.1 və 217.4-cü maddələri ilə əsaslandırmışdır. Qətnamədən narazı qalan cavabdeh apelyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apelyasiya instansiyası məhkəməsində icraat Sumqayıt Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Şəmsəddin Abasov - sədrlik edən və məruzəçi, Səyyad Qafari, Telman Məmmədov) 2(105)-1163/2021 saylı, 05 mart 2021-ci il tarixli qərardadı ilə məhkəmə-ə mtəəşünaslıq ekspertizası təyin edilmiş, ekspertizanın aparılması “B+Ş Audit” MMC-yə həvalə edilmişdir. “B+Ş Audit” MMC-nin 19.04.2021-ci il tarixli mütəxəssis rəyinə əsasən, Cavabdeh1na məxsus olan “Kia Cerato” minik markalı, **-ZB-*** dövlət nömrə nişanlı, 2012-ci il buraxılışlı, ağ mirvari rəngli avtomobilin 19.04.2021-ci il tarixinə orta bazar qiyməti 19500 manat, likvid dəyəri 17000-17500 manat müəyyən edilir. Sumqayıt Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Şəmsəddin Abasov - sədrlik edən və məruzəçi, Səyyad Qafari, Telman Məmmədov) 2(105)-1163/2021 saylı, 25 may 2021-ci il tarixli qətnaməsi ilə apelyasiya şikayəti təmin edilməyərək, hazırkı iş üzrə Abşeron Rayon Məhkəməsinin 2(012)-28/2020 saylı, 05 oktyabr 2020-ci il tarixli qətnaməsinin ipoteka predmetinin ilkin sat ış qiyməti hissəsində dəyişdirilməsi, Cavabdeh1na məxsus “Kia Cerato” minik markalı, ağ mirvari rəngli, buraxılış ili 2012-ci il, sedan tipli, mühərrik KNAFX411BD5030968, ban G4FGCH607803 olan ** ZB *** dövlət nömrə nişanlı avtomobilinin ilkin satış qiymətinin 17500 manat müəyyən edilməsi, apelyasiya şikayətinin verilməsi üçün ödənilmiş 15,40 manat dövlət rüsumunun cavabdeh Cavabdeh1na aid olunması, aparılmış məhkəmə əmtəəşünaslıq ekspertizasının dəyəri kimi 200 manatın cavabdeh Cavabdeh1ndan tutularaq B+Ş Audit” MMC-nin bank hesabına keçirilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Apelyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən, cavabdeh Cavabdeh1 həmin kredit müqavil əsi üzrə iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi, eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Kreditin alınmasına baxmayaraq, cavabdeh kredit vəsaitinin ödənilməsinə dair vəzifələrini tam yerinə yetirməmişdir. cavabdeh Cavabdeh1nın iddiaçı bank qarşısında öhdəliyi yaranmışdır və bu öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Onun iddiaçıya kredit müqaviləsindəki öhdəlikləri yerinə yetirmədiyinə görə kredit müqaviləsi və ona edilmiş razılaşma üzrə əsas kredit borcu üzrə 12.125,06 ABŞ dolları, faiz borcu üzrə 1.427,28 ABŞ dolları borcu yaranmışdır. Bu borc işdə olan obyektiv sübutlar, hesabdan çıxarış, maliyyə arayışı, o cümlədən ekspert rə yi ilə təsdiq olunur. Həmçinin, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən, müqavilə üzrə cərimə borcunu 5 ABŞ dollaradək azaltmaqda məhkəmə haqlıdır. Bundan başqa, məhkəmə kollegiyası hesab edir ki, iddiaçı yaranan borc ödənilmədiyi üçün bunu ipoteka predmetinə yönəltməyi tələb etməkdə haqlıdır. Qeyd olunduğu kimi, borclu Cavabdeh1 kredit müqaviləsi üzrə bank qarşısında öhədliklərini icra etməmiş, nəticədə iddiaçı qarşısında borcu yaranmışdır və buna görə də İddiaçı ASC-nin ipoteka saxlayan kimi, borcun mübahisə predmeti olan avtomobilə yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması və borcun satılmış əmlak nəticəsində əldə edilmiş vəsait hesabına ödənilməsi barədə iddiası əsaslıdır. Bu hissələrdə mübahisə üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə q anuni olduğundan məhkəmə kollegiyası həmin nəticə ilə razılaşır. Bununla belə, işdən görünür ki, birinci instansiya məhkəməsi ipoteka predmetinin açıq hərracdakı ilkin satış qiymətini müəyyən etməmişdir. İş materiallarından görünür ki, bankın tələblərindən biri də, ipoteka predmetinin hərracda satılması barədədir. “İpoteka haqqında” Qanunun 39.3.3-cü maddəsinin tələblərinə görə ipoteka predmetinin ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Yuxarıda qeyd edildiyi kimi ipoteka müqaviləsi 14.05.2013-cü ildə bağlanmış və ipoteka predmeti 21556 ABŞ dolları məbləğində qiymətləndirilmişdir. İş materiallarından isə görünür ki, mübahisəni araşdıran birinci instansiya m əhkəməsi hərraca çıxarılan avtomobilin ilkin satış qiymətini ümumiyyətlə müəyyən etməmiş, bununla da qüvvədə olan qanunvericiliyin tələblərini pozmuşdur. İş üzrə tərəflər ipoteka predmetinin ilkin satış qiyməti ilə bağlı məhkəməyə hər hansı bir təklif verməmişlər. Müqavilədə isə ipoteka predmetinin dəyəri ABŞ dolları ilə göstərilmiş, müqavilənin bağlandığı vaxtdan isə səkkiz ilə yaxın müddət keçmişdir. Qeyd olunduğu kimi, B+Ş Audit” MMC-nin A-01/26 saylı, 20.04.2021-ci il tarixli qiymətləndirmə hesabatından görünür ki, Cavabdeh1na məxsus “Kia Cerato” minik markalı, ağ mirvari rəngli, buraxılış ili 2012-ci il, sedan tipli, mühərrik KNAFX411BD5030968, ban G4FGCH607803 olan ** ZB *** dövlət nömrə nişanlı avtomobilinin orta bazar dəyəri 19500 manat, likvid dəyəri isə 17500 manat təşkil edir. M əhkəmə kollegiyası hesab edir ki, mübahisəli avtomobil açıq hərraca çıxarılarkən onun ilkin satış qiyməti məlum qiymətləndirmə rəyinə müvafiq olaraq likvid dəyərində, yəni 17500 manat məbləğində müəyyən edilməlidir. Kasasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kasasiya şikayətinin dəlilləri Cavabdeh1 (vəkili Vəkil) kasasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, aralarında bağlanmış müqavilə ilə bağlı öhdəliklərinin icrası ilə bağlı o, mütəmadi tam ödənişlər etmiş, kredit müqaviləsi üzrə öhdəliklərinin yerinə yetirilməsində yaranmı ş müvəqqəti çətinlik ümumi respublikada yaranmış maliyyə bazarı problemləri ilə bağlı olmuşdur. Ödədiyi pullar bank tərəfindən qanunsuz başqa məqsədlərə silinmişdir. Onun banka müraciəti olmuşdur ki, müqavilənin şərtlərini dəyişdirib daha asan forma müəyyən etsinlər. Abşeron rayon Məhkəməsində məhkəmə-mühasibatlıq ekspertizası təyin edilib keçirilmiş, Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 13 mart 2020-ci il tarixli 9/341 №-li ekspert rəyinə əsasən, onun İddiaçı ASC-yə 14 may 2017-ci il tarixədək 12.128,00 ABŞ dolları əsas borcu, 2.943,74 ABŞ dolları faiz borcu vardır. Əslində isə onun banka ümumilikdə 6000 ABŞ dolları borcu qalmış, devalvasiya ilə bağlı Fərmanın təsiri altına düşüb silinmişdir. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri İddiaçı ASC-nin vəkili X5 məhkə məyə kasasiya şikayətinə qarşı yazılı etiraz ərizəsi ünvanlayaraq göstərmişdir ki, kasasiya şikayətində irəli sürülən dəlillərin hüquqi əsası yoxdur və elə bu səbəbdən də bu dəlillər iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin tamamilə qanuni və əsaslı və eyni zamanda mahiyyəti üzrə düzgün olan qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Hazırki kasasiya şikayəti əsassız olmaqla iş üzrə həqiqətə nail olmağa yönəlməmiş və əsassız olaraq verilmişdir, şikayətin dəlilləri uydurma olaraq həqiqətə uyğun deyildir. İş üzrə yalnız formal mülahizələrə və işin faktiki hallarına əsaslanan əsassız kasasiya şikayətinin verilməsi ədalət mühakiməsinin təsirli şəkildə çevik olaraq həyata keçirilməsinə maneələrin yaradılması, lüzumsuz məhkəmə xərc və məsrəfləri ilə nəticələnir ki, bu ədalət mühakiməsinin həyata keçirilməsi kimi vacib dövlət funksiyasını yerinə yetirən məhkəmənin, həmçinin iddiaçı tərəf olan Bankın ış vaxtının itirilməsi ilə nəticələnir. Kassator şikayətində məhkəmə tərəfindən işin araşdırılmadığı, iddiaçı tərəfindən təqdim olunmuş sübutlar əsasında qətnamə qəbul etdiyini, cavabdehin Banka etdiyi ödənişləri nəzərə almadığını göstərsə də, iş materiallarında olan hesabdan çıxarışdan və ödəniş cədvəlindən də görünür ki, göstərilən arqument əsassızdır. Kassatorun şikayətinin əsasını təşkil edən "iddiaçı tərəfindən təqdim edilmiş arayışın düzgünlüyünün yoxlanılmaması” və Quliyeva (Ələkbərova) Xanım Hikmət qızının adı siyahıda qeyd olunması üçün Restrukturizasiya olunması nəzərdə tutulmaması dəlilinin əsassız olduğu iş materialları ilə sübuta yetirir. Cavabdeh iş üzrə yalnız for mal mülahizələrə əsaslanan əsassız şikayətləri vermişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdeh1 və vəkili Vəkil məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən İddiaçı ASC-nin vəkili X5 iddiaçının kasasiya şikayətinə etiraz edərək, məhkəmədən şikayətin təmin edilməsini, cavabdehin kasasiya şikayətinin isə əsassız olduğundan təmin edilməməsini xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə
739. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz e dilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mad də 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 407.2. Kasasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə
416. Kasasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün t ətbiq edilməsini yoxlayır (maddə 416). Kasasiya baxışının hədləri Kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kasasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kasasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən və apelyasiya instansiyası məhkəməsinin aktının tam ləğvi xahiş edildiyindən məhkəmə aktı tam yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kolle giyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya kollegiyası kasasiya şikayətinin dəlilləri üzrə qeyd edir ki, kasasiya şikayəti formal dəlillərlə əsaslandırılmağa çalışılmışdır. Belə ki, cavabdeh kasasiya şikayətində iddiaçıya 6000 ABŞ dolları borcu qalmasını, həmin borcun restrukturizasiya edilərək silinməsini göstərsə də, kasasiya yoxlaması nəticəsində cavabdehin göstərmiş olduğu xüsusatlar iş materialları il ə öz təsdiqini tapmamışdır. Odur ki, cavabdehin kasasiya şikayətinin dəlilləri apelyasiya kollegiyasının qəbul etdiyi qətnamənin qeyd edilən hissə üzrə ləğvi üçün əsas ola bilməz. Ümumilikdə kasasiya yoxlaması həyata keçirilərkən isə apelyasiya kollegiyası tərəfindən hər hansı maddi və ya prosessual hüquq normasının pozuntusuna yol verilməsi halı müəyyən edilməmişdir. Beləliklə, məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kasasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 tərəfindən verilmiş kasasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki koll egiyasının 2(105)-1163/2021 nömrəli iş üzrə 25 may 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.