Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-56/2020 08.01.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu, Hacıyev Sənan Firudin oğlundan ibarət tərkibdə, X5 oğlunun katibliyi, İddiaçı X1 və cavabdehin vəkili Vəkil iştirakı ilə, İddiaçı X1 Cavabdeh qarşı “aliment miqdarının artırılması” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli, 2(103)-13108/2018 nömrəli qətnaməsindən Cavabdeh və vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X1 Cavabd eh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əvvəlki məhkəmə qətnaməsi ilə təyin edilmiş 110 manat aliment məbləğinin 156 manat müəyyən olunması, cavabdehin aldığı əmək haqqının məbləğindən asılı olaraq bu məbləğin ¼ hissəsi, habelə birgə nikahdan doğulmuş uşağın müalicə və digər əlavə xərcləri ilə əlaqədar indiyə qədər 5 il ərzində çəkilən xərclərin yarısının, yəni 5000 (beş min) manat məbləğində pulun tutularaq ona ödənilməsi, eyni zamanda bundan sonra uşaq tam sağalana qədər çəkiləcək xərclərin hər ay üçün 120 (yüz iyirmi) manat olmaqla təyin edilərək ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin (hakim Almaz Süleymanova) 2(001)-7680/18 saylı, xx xxxxxxx 2018-ci il tarixli qətnaməsi il ə iddia qismən təmin edilərək, Binəqədi Rayon Məhkəməsinin 2(001)-8159/2016 saylı xx xxxxxx 2016-cı il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək xx.xx.2013-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 41,25 manat sabit pul məbləğində və qazancının ¼ hissəsi miqdarında aliment X1 xeyrinə tutulması, alimentin tutulması məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi gündən hesablanması, Cavabdeh 30 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını və iddia tələbinin rədd edilməsini xahiş etmişdir Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər Elşən Kazımov - sədrlik edən və məruzəçi, Tofiq Səmədov və İkram Şirinov) xx xxx xxx 2018-ci il tarixli, 2(103)- 13108/2018 saylı qətnaməsi ilə Cavabdeh apellyasiya şikayəti təmin edilməyərək, iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-7680/18 saylı, xx xxxxxxx 2018-ci il tarixli qətnaməsi Cavabdeh apellyasiya şikayətinə münasibətdə, mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Cavabdeh və vəkili Vəkil kassasiya şikayəti verərək iş üzrə Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli 2(103)-13108/2018 saylı qətnaməsinin ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli 2(103)-13108/2018 nömrəli qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması i lə qəbul edildiyindən qanunsuz və əsassızdır. Belə ki, məhkəmə işə baxarkən işin həqiqi hallarını, sübutları hərtərəfli və obyektiv araşdırmamış, tərəflərə münasibətdə birtərəfli mövqedə olmuş, nəticədə maddi hüquq normalarını düzgün tətbiq etməyərək prosessual hüquq normalarını pozmaqla yanlış nəticəyə gəlmişdir. PROSESSUAL MƏSƏLƏLƏR: Məhkəmə kollegiyası iclasında iddiaçı X2 vəkilsiz iştirak etdiyinə görə Azərbaycan Respublikasının MPM-nin 67-cı maddəsinə əsasən məhkəmə kollegiyası onun izahatını almayaraq işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili Vəkil kassasiya şikayətini müdafiə edərək onun məzmununa uyğun izahat vermişdir. Digər proses iştirakçıları işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər, lakin onlar məh kəmə iclasına gəlməmişlər və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apellyasiya instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından görünür ki, Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli, 2(001)-8159/2016 saylı qətnaməsinə əsasən tərəflərin birgə nikahından olan uşağın saxlanılması üçün müəyyən olunmuş alimentin məbləği dəyişdirilərək Cavabde h tərəflərin birgə nikahından olan uşaqları - xx.xx.2013-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay cavabdehin aylıq qazancının və başqa gəlirlərinin ¼ hissəsi miqdarında aliment və əlavə olaraq sabit pul şəklində 10 (on) manat aliment və uşağın müalicə xərcləri üçün əlavə olaraq 30 (otuz) manat məbləğində vəsait tutularaq iddiaçıya ödənilməsi, alimentin yeni qaydada tutulması iddiaçının məhkəməyə müraciət etdiyi tarixdən, yəni xx.xx.2016-cı il tarixdən hesablanması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx xxx 2017-ci il tarixli, 2(103)4725/2017 saylı qətnaməsinə əsasən Binəqədi rayon Məhkəməsinin 2(001)-8159/2016 saylı iş üzrə xx xxxxxx 2016-cı il tarixli qətnaməsi qismən - xx.xx.2013-cü il təvəllüdlü X3 müalicə xərcləri üçün əlavə olaraq aylıq 30 manatın tutularaq iddiaçıya ödənilməsi hissəsində ləğv edilməsi, qətnaməsinin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli, 2(001)-8159/2016 saylı qətnaməsinin məzmunundan görünür ki, həmin dövrdə Cavabdeh “X7” şirkətinin NQHV Sexində usta vəzifəsində işləyir və aylıq əmək haqqı 451 manat təşkil edir. Apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, uşağa qulluq, onların sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsi iddiaçının üzərinə düşdüyündən qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi cavabdehdən tutulmasına əsas verir. Bu hal “Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin xx xxxx 2016-cı il tarixli qərarındakı hüquqi mövqeyi və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2016-cı il tarixli qərarında məhkəmələrə etdiyi tövsiyə ilə də təsdiq edilmişdir. Azərbaycan Respublikasında 2018-ci il üçün yaşayış minimumu haqqında Qanuna əsasən uşaqlar üçün bu məbləğ 154,00 manat müəyyən edilmişdir. Buna görə də, apellyasiya şikayətinin dəlilləri və cavabdehin məhkəmə iclasında göstərdikləri dəlillər əsassızdır və qətnamənin ləğvi üçün əsas ola bilməz. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını düzgün müəyyənləşdirmiş, maddi və prosessual hüquq normalarının tələblərinə riayət etməklə düzgün nəticəyə gəlmişdir. Belə ki, Azərbaycan Resp ublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Ailə Məcəlləsinin 76.1.1-ci maddəsinə görə, aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 1 uşağa görə-qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi miqdarda aliment tutulur. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəli rindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağı əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulması tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həmdə bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsi nə müvafiq olaraq, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Məhkəmə kollegiyası hesab edir ki, aliment tutulmasından keçən müddət ərzində uşaqlar üçün yaşayış minimumunun məbləği artdığından, uşağın yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğdə aliment almaq hüququ olduğundan apellyasiya məhkəməsi haqlı olaraq qazancın (gəlirin) müəyyən hissəsinə əlavə kimi sabit pul məblə ğində tutulan 10 manat aliment məbləğini artıraraq 41,25 manat müəyyən etmişdir. Göstərilənlərə əsasən kassasiya kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır. Belə ki, məhkəmələr tərəfindən kassasiya şikayətində qeyd edilən prossesual hüquq normalarının pozulmasına yol verilməmişdir. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkə məsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnaməsini dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-13108/2018 saylı xx xxxxxx 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-56/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-56/2020
08.01.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver