Məhkəmə qərarları › İş №2(102)-56/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-56/2022

17.01.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-56/2022 17.01.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikasının adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Bakı Şəhər İcra Hakimiyyəti "xxxx" X3 Cavabdeh qarşı iş üzrə QƏRARİ iş № 2(102)-56/22 (Açar sözlər: yol-nəqliyyat hadisəsi nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsi, ekspert rəyi) Bakı şəhəri, 17 yanvar 2022-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Allahverdizadə Şəhriyar Əli oğlunun katibliyi, iddiaçı Bakı Şəhər İcra Hakimiyyəti "xxxx" X3 nümayəndəsi X1, Cavabdeh və onun vəkili Vəkil iştirakı ilə, İddiaçı Bakı Şəhər İcra Ha kimiyyəti "xxxx" X3 Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-4099/2021 nömrəli, 06 may 2021-ci il tarixli qətnaməsindən Cavabdeh kassasiya şikayətinə 17 yanvar 2022-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. a) İşin halları

1. Cavabdeh 30.12.2019-cu il tarixdə Atatürk prospektində idarə etdiyi “Lexsus” markalı, 90-DZ365 dövlət qeydiyyat nişanlı avtomaşınla "xxxx" X3 balansında olan 2 ədəd “Polemo” tipli işıq dirəyini vurub sıradan çıxarmışdır.

2. Cavabdeh 30.12.2019-cu il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokol əsasında Azərbaycan Respublikası İXM-in 327.1-ci maddəsi ilə təqsirli bilinib 40 manat cərimə edilmişdir.

3. İddiaçı müəssis ənin balansında olan işıq dirəklərinin sıradan çıxması nəticəsində dəymiş ziyanın ödənilməsi ilə bağlı iddiaçı ilə cavabdeh arasında mübahisə yaranıb. a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı Bakı Şəhər İcra Hakimiyyəti "xxxx" X6 iddia ərizəsi ilə Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh "xxxx" EŞM-ə vurulmuş ziyana görə 9406 manatın və dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılıb ki, Cavabdeh 30.12.2019-cu il tarixdə Atatürk prospektində idarə etdiyi “Lexsus” markalı, 90-DZ365 dövlət qeydiyyat nişanlı avtomaşınla "xxxx" X3 balansında olan 2 ədəd “Polemo” tipli işıq dirəyini vurub sıradan çıxarmış və nəticədə müəssisəyə 14406 manat dəyərində maddi ziyan yetirmişdir:

6. Həmin ziyanın 5 000 manatı "xxxx" ASC tərəfindən ödənilsə də, yerdə qalan 9406 manat ödənilməmişdir. Cavabdeh qeyd olunan məbləğin ödənilməsi üçün müəssisəyə dəfələrlə dəvət edilsə də, gəlməməklə ödənişdən imtina etmişdir.

7. İddiaçı tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 21 və 1115-ci maddələrinə istinad etmişdir.

8. Cavabdeh iddiaya etiraz edib. Etirazın dəlilləri: - 30.12.2019-cu il tarixdə Atatürk prospektində idarə etdiyi avtomaşınla hərəkətdə olarkən 2 ədəd işıqlandırma dirəyi ilə toqquşmuş, lakin həmin dirəklər tam şəkildə sıradan çıxmamışdır, dirəklər aşmamışdır, avtomaşının dəydiyi hissələrdə cuzi zədələnmələr baş vermiş və plafonlar sıradan çıxmışdır; - vurulmuş ziyanla bağlı "xxxx" ASC tərəfindən iddiaçıya 5000 manat məbləğində vəsait ödənilmişdir. Həmin məbləğ ziyanın ödənilməsi üçün kifayətdir; - iddiaç ının işıq dirəyinin məbləğini 14406 manat kimi göstərilməsi əsassızdır. Cavabdehdə olan məlumata görə xaricdə həmin işıq dirəyinin qiyməti 40 avro civarındadır. Zərər məbləği şişirdilmişdir.

9. Birinci instansiya məhkəməsi dəymiş ziyanının məbləğin müəyyən etmək məqsədilə 03 sentyabr 2020-ci il tarixli qərardadla iş üzrə əmtəəşünaslıq ekspertizası təyin etmişdir.

10. Məhkəmə Ekspertizası Mərkəzinin 9/3846 saylı, 02.11.2020-ci il tarixli rəyinə görə Respublikada yerləşən ticarət şəbəkələrində mövcud olan qiymətlərə, internet saytı və Məhkəmə ekspertizası mərkəzinin ekspert praktikasında toplanmış məlumatlara, eləcə də "xxxx" X6 tərəfindən tərtib edilmiş 30.12.2019-cu il tarixli Akta əsasən 1 ədəd 2015-ci il istehsallı çuqun altlıqlı “Palermo” markalı işıq dirəyinin təzə vəziyyətdə orta baza r qiyməti 6695,0 manat, 02 ədədi 13390,0 manat, köhnəlmə dərəcəsi nəzərə alınmaqla (6%) qalıq qiyməti 12586,60 manatdır.

11. Binəqədi Rayon Məhkəməsinin 2(001)-298/2021 nömrəli, 27 yanvar 2021-ci il tarixli, qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, Cavabdeh vurulmuş maddi ziyanın əvəzi olaraq 7586,6 (yeddi min beş yüz səksən altı manat 60 qəpik) manat və dövlət rüsumuna görə 24 (otuz) manat, cəmi 7 610,6 (yeddi min altı yüz on manat 60 qəpik) manatın alınaraq iddiaçı Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti "xxxx" X4 verilməsi, ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manatın 80,6 manat hissəsinin Cavabdeh, 19,4 manat hissəsinin iddiaçı "xxxx" X2 alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişd ir. (hakim Fərid Hətəmzadə)

12. Birinci instansiya məhkəməsi toplanmış sübutlara hüquqi qiymət verib, müəyyən edib ki, hazırkı mübahisənin yaranmasına səbəb olan mülki hüquq pozuntusu ilə iddiaçının əmlakına zərər dəyməsi arasında səbəbli əlaqə vardır.

13. Birinci instansiya məhkəməsi Mülki Məcəllənin 1096.1, 1096.2 və 1097.1-ci maddələrinə istinadən qeyd edib ki, qeyd edilən normalarının tətbiqi üçün 3 zəruri şərt mövcud olmalıdır. Birincisi mülki hüquq pozuntusu olmalıdır, ikincisi şəxsiyyətə və ya əmlaka zərər vurulmalıdır, üçüncüsü mülki hüquq pozuntusu ilə zərər arasında səbəbli əlaqə mövcud olmalıdır. Hazırki işdə də bu hallar mövcuddur.

14. Dəymiş zərərin məbləğini isə birinci instansiya məhkəməsi ekspert rəyinə sasən müəyyən etmişdir.

15. Birinci instansiya məhkəməsi mövqeyini Mülk i Məcəllənin 21.2, 1096.1, 1096.2, 1097.1-ci, Mülki Prosessual Məcllənin 14 və 88-ci maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

16. Cavabdeh apellyasiya şikayəti verib, qətnaməni iddianın təmin edilən hissəsində ləğv, iddia tələbinin tam rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş edib.

17. Apellyasiya şikayətinin dəlillər: - birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları tam nəzərə alınmamışdır, qətnamə maddi və prosessual hüquq normalarının pozulması və düzgün tətbiq edilməməsi şəraitində çıxarılmışdır; - məhkəmə maddi ziyanın ödənilməsi hissəsində düzgün mövqe nümayiş etdirməmişdir. Ekspert rəyi formal olub, ekspert işıq dirəklərinə baxış keçirməyib.

18. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-4099/2021 nömrəl i, 06 may 2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin 27 yanvar 2021-ci il tarixli qətnaməsi iddianın təmin olunmuş hissəsində dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Tofiq Səmədov (sədrlik edən və məruzəçi), İkram Şirinov, Anar Tanrıverdiyev)

19. Apellyasiya məhkəməsi qeyd edib ki, işə birici instansiya məhkəməsində baxılarkən Cavabdeh dəymiş ziyanın məbləği ilə razılaşmayaraq məbləğin şişirdildiyini bildirdiyindən iş üzrə əmtəəşünaslıq ekspertizası təyin edilmişdir.

20. Apellyasiya məhkəməsinin mövqeyi belə olub ki, mülki qanunvericiliyin mülki hüquq pozuntusu nəticəsində dəymiş ziyanın ödənilməsinə dair müddəalarının dispozisiya şərtlərinin mövcudluğu sübuta yetirildiyindən iddia tələbi ekspertiza rəyi nəzərə alınmaqla qismən təmin edilməklə, Cavabdeh 2015-ci il 2 ədəd “Palermo” markalı işıq dirəyinə görə 7 586,6 (yeddi min beş yüz səksən altı manat 60 qəpik) manat (12586,60 manat köhnəlmə dərəcəsinin məbləği – 5.000 manat ödənilmiş sığorta ödənişi) məbləğində pul vəsaitinin alınaraq iddiaçıya verilməsini qət etməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

21. Cavabdeh (Vəkil) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, işin yeni apellyasiya baxışına qaytarılmasını xahiş etmişdir.

22. Kassasiya şikayəti apellyasiya şikayətinin dəlillərinə uyğun əsaslandırılıb (17-ci bənd). b) Kassasiya şikayətinə qarşı yazılı etirazı nın əsasları

23. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

24. Məhkəmə kollegiyasının iclasında Cavabdeh və onun vəkili Vəkil kassasiya şikayətini müdafiə edərək onun təmin edilməsini xahiş etdilər.

25. İddiaçı Bakı Şəhər İcra Hakimiyyəti "xxxx" X3 nümayəndəsi X5 vəkilsiz iştirak etdiyi üçün Mülki-Prosessual Məcəlləsinin 67.1-ci maddəsinin tələblərinə uyğun olaraq işin kassasiya baxışında onun izahatı dinlənilmədi. Tətbiq edilən hüquq Mülki Məcəllə Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zər ərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Mülki Prosessual Məcəllə Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına isti nad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

26. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir

27. Hazırkı kassasiya şikayətində cavabdeh apellyasiya instansiyası məhkəməsinin aktının ləğvini xahiş etdiyindən, məhkəmə kollegiyası qətnaməni tam yoxlayır. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsini cavabdeh apellyasiya qaydasında iddianın təmin edilən hissəsində mübahisələndirib, apellyasiya məhkəməsi də qətnaməni həmin hissədə yoxlayıb. Bu baxımdan qətnamənin tam yoxlanılması dedikdə, apellyasiya baxışının predmeti olan hissəsinin yoxlanılması başa düşülür. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

28. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

29. Baxılan iş üzrə apellyasiya məhkəməsi düzgün nəticəyə gəlib.

30. Apellyasiya məhkəməsi kassasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edən apellyasiya şikayətinin dəlillərinə qiymət verib.

31. İddia tələbi mülki hüquq pozuntusu (delikt) nəticəsində dəymiş ziyanın ödənilməsi barədədir. Belə olan halda, iddianın təmin olunması üçün törədilmiş əməlin (hərəkət və ya hərəkətsizliyin) hüquqa zidd olması; törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə ziyan və ya zərər vurulması; ziyan və ya zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin mövcudluğu müəyyən edilməlidir.

32. İşin məhkəmələr tərəfi ndən müəyyən edilən hallarından da görünür ki, iddiaçıya ziyan vurulmasında cavabdehin əməli hüquqa zidd olub, cavabdehin əməli (hərəkətsizlik) nəticəsində iddiaçıya zərər dəyib və bu zərərlə cavabdehin hüquqa zidd əməli arasında səbəbli əlaqə olub.

33. Qeyd olunanlara əsasən, məhkəmə kollegiyası hesab edir ki, tətbiq edilən maddi hüquq normaları işin hallarına uyğun omuşdur. Çünki həmin normaların dispozitiv şərtləri iddianın təmini üçün əsas vermişdir.

34. Bu baxımdan, məhkəmə kollegiyası iddia tələbi və apellyasiya şikayətinin dəlilləri ilə bağlı apellyasiya məhkəməsinin mövqeyi ilə razılaşır.

35. Dəymiş zərərin məbləğnini şişirdiləmis, bu barədə olan ekspert rəyinin düzgün olmaması barədə kassasiya şikayətinin dəlillərini məhkəmə kollegiyası əsaslı saymır.

36. Məhkəmə kollegiyası qeyd edir ki, Mülki Prosessual Məcəllənin 102.1-ci maddəsinə görə ekspertin rəyi kifayət qədər aydın və ya tam olmadıqda, məhkəmə əlavə ekspertiza təyin edə bilər və onun keçirilməsini həmin və ya başqa ekspertə tapşıra bilər. Həmin Məcəllənin 102.2-ci maddəsinə görə isə məhkəmə, əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda, ekspertiza aparılmasını başqa ekspertə və ya ekspertlərə tapşırmaqla, təkrar ekspertiza təyin edə bilər. Göründüyü kimi, qanunvericilik əlavə və ya təkrar ekspertiza keçirilməsinin şərtlətini müəyyən etmişdir.

37. Məhkəmə kollegiyası hesab edir ki, mübahisə tərəfinin ekspert rəyi ilə razı olmaması özü-özlüyündə əlavə və təkrar ekspertiza keçirilməsi üçün əsas sayıla bilməz. Bütün hallarda mübahisə tərə fi ekspert rəyi ilə razı olmamasını əsaslandırmalı və bunun üçün Mülki Prosessual Məcəllənin 102-ci maddəsində nəzərdə tutulan şərtlər mövcud olmalıdır. Hazırki işdə isə cavabdeh ekspert rəyi il razı olmamasını ümumi sözlərlə ifadə etmiş, apellyasiya məhkəməsinin bununla bağlı hansı pozuntuya yol verməsini əsaslandıra bilməmişdir.

38. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

39. Yuxarıda göstərilənləri, MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-4099/2021 nömrəli, 06 may 2021-ci il tarixli qətnaməsi dəyişd irilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar