Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-56/2024 29.01.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4, Cavabdeh3, Cavabdeh6 və Cavabdeh5 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: kredit borcunun ipoteka predmetinə yönəldilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Abbasov Aqil Əzizağa oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-834/2023 nömrəli, 2023cü il 19 iyul tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasın da yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr işin hallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər. 2. "xxxx" MMC BOKT (bundan sonra – iddiaçı) ilə borcalan Cavabdeh1 arasında bağlanmış 28 yanvar 2013-cü il tarixli, 11 nömrəli kredit müqaviləsinə əsasəm kredit verən borcalana 24 ay müddətinə illik 23 faizlə 25000 manat məbləğində kiçik və orta biznesin inkişafı üçün istehlak krediti vermiş, borcalan isə ona ayrılmış kreditdən təyinatı üzrə istifadə edilməsini və geri qaytarılmasının təmin edilməsini öhdəsinə götürmüşdür. Həmin müqavilənin 5.3-cü maddəsinə əsasən, borcalan kredit verən qarşısında alınmış kreditin və ona hesablanmış faiz borcunun vaxtında qaytarılmamasına görə girov (ipoteka) ilə məsuliyyət d aşıyır. Həmin müqavilənin 5.4-cü maddəsinə əsasən, borcalan öz öhdəliklərini yerinə yetirmədikdə girov (ipoteka) qanunvericiliyə uyğun olaraq ödənişə yönəldilir. Girov (ipoteka) üzrə borclu girov (ipoteka) müqaviləsində göstərilən müddətdə borcu qeydşərtsiz ödəməlidir. Girovun (ipotekanın) ödənişə yönəldilməsi zamanı faktiki alınmış və qaytarılmamış kredit məbləğlərinin (hesablanmış faizlər və cərimələr də daxil olmaqla) qaytarılması təmin edilir. Həmin müqavilənin 5.5-ci maddəsinə əsasən, kredit üzrə ödənişlər gecikdirildiyi təqdirdə, kredit verən vaxtında qaytarılmamış məbləğə mövcud olan kredit faizinin iki misli qədər cərimə faizi hesablayır. Cərimə faizi ödənişlərin gecikdirilmə vaxtının ilk günündən hesablanır. 3. 29.01.2013-cü il tarixli, 16 nömrəli kassanın məxaric orderinə əsasən 25000 manat Cavabdeh1 verilmişdir.
4. İddiaçı ilə Cavabdeh2 arasında (öz adından və Abşeron rayon 1 saylı notariat kontoru tərəfindən verilmiş etibarnamələr əsasında Cavabdeh4, Cavabdeh3, Cavabdeh6, Cavabdeh5 adlarından çıxış edərək) bağlanmış 28 yanvar 2013-cü il tarixli, 11/1 nömrəli ipoteka müqaviləsi ilə adıçəkilən kredit müqaviləsi üzrə borcalan Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə xx.xx.2010-cu il tarixli, ********** saylı mülkiyyət hüququnu təsdiq edən sənədə əsasən ipoteka qoyan şəxslərin birgə mülkiyyətində olan Abşeron rayonu, Saray qəsəbəsi ünvanında yerləşən 0,1857 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ipoteka ilə yüklü edilmiş və yüklülük daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır.
5. Cavabdeh1 xx.xx.2013-cü ildə ölmüşdür. Ondan miras qalmış hər hansı əmlak, yaxud onun mirasını qəbul etmiş varis müəyyən edilməmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı məhkəməyə iddia ərizəsi və iddia tələbinin həcminin artırılmasına dair ərizə ilə müraciət edərək, Cavabdeh1 20625,47 manat əsas borc, 4201,44 manat faiz borcu, 9017,63 manat cərimə, cəmi 33844,54 manat kredit borcunun, həmçinin 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun iddiaçının xeyrinə tutulması, tutmanın ipoteka qoyulmuş mülkiyyət hüququ üzrə Cavabdeh2, Cavabdeh4, Cavabdeh3, Cavabdeh6, Cavabdeh5 (bundan sonra – ipoteka qoyanlar) məxsus əmlaka yönəldilməsi, ipoteka əmlakının açıq hərrac yolu ilə satılması və satışdan əldə olunan vəsait hesabına iddiaçıya olan borcun ödənilməsi, borc ödənildikdən sonra qalan məbləğin c avabdehlərə qaytarılması, ipoteka predmeti olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə tutma yönəldildikdən və satıldıqdan sonra ipoteka qoyanların həmin torpaq sahəsindən istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. İddiaçı tələbini işin yuxarıda göstərilən faktiki hallarına istinad edərək onunla əsaslandırılmışdır ki, cavabdeh müqavilənin şərtlərini əhəmiyyətli dərəcədə pozmuş və vurduğu zərər nəticəsində iddiaçını müqavilə bağlayarkən ümid etməyə haqqı çatanlardan (əldə edəcəyi gəlirdən) məhrum etmişdir. Borcun ödənilməsi tələbi ilə cavabdehə dəfələrlə müraciət olunmasına, iddiaçı tərəfindən məsələlərin məhkəmədənkənar qaydada həll edilməsi üçün mümkün olan bütün tədbirlərin görülməsinə baxmayaraq, cavabdeh tərəfindən borcun qaytarılması üçün heç bir təşəbbüs göstərilmir. Cavabdehlərə göndərilmiş pretenziya məktubları da cavabsız qalmışdır. Cavabdehlərin 28 yanvar 2013cü il tarixli, 11 saylı kredit müqaviləsinə əsasən, xx.xx.2018-ci il tarixə olan 20625,47 manat əsas borcunun və 4201,44 manat faiz borcunun ödənilməsi təmin edilməlidir. Eyni zamanda, cavabdeh ilə bağlanmış kredit müqaviləsinin 5.5-ci maddəsinə əsasən, kredit üzrə ödənişlər gecikdirildiyi təqdirdə, kredit verən vaxtında qaytarılmamış məbləğə görə mövcud olan kredit faizinin iki misli qədər cərimə faizi hesablamaq hüququna malikdir və yuxarıda göstərilən kredit müqaviləsi üzrə müvafiq olaraq hesablanmış cərimənin məbləği 9017,63 manat təşkil edir. Beləliklə də, cavabdehlərin əsas, faiz və cərimələr daxil olmaqla, cəmi 33844,54 manat borcu ödənilməmiş qalmışdı r.
8. İddiaçı tərəfindən təqdim edilmiş xx.xx.2018-ci il tarixli məlumata əsasən, kreditin qalıq məbləği 20625,47 manat, hesablanmış faiz 4201,44, hesablanmış cərimə 9017,63 manat olmaqla, cəmi borc 33844,54 manat təşkil edir.
9. Birinci instansiya məhkəməsinə təqdim edilmiş "xxxx" MMC-nin torpaq sahəsinin qiymətləndirilməsinə dair 14 aprel 2022-ci il tarixli, 0316/22/İKA nömrəli hesabatından görünür ki, Abşeron rayonu, Saray qəsəbəsində yerləşən, Cavabdeh2 mülkiyyətində olan, **********80 reyestr nömrəli 0,1857 ha torpaq sahəsinin rəy verilən günə bazar qiyməti 75000 manat, likvid qiyməti 63000 manat təşkil edir.
10. Yardımlı Rayon Məhkəməsinin 2(038)-01/2022 nömrəli iş üzrə 25 may 2022-ci il tarixli qətnaməsi ilə (sədrlik edən hakim İlqam Həsənquliyev) iddia təmin edilmişdir.
11. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi lazımınca icra etmədiyindən ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş daşınmaz əşyanın satılmasını tələb edir.
12. Məhkəmə öz mövqeyini Konstitusiyanın 13, “İnsan Hüquqlarının və X1 Haqqında” Konvensiyaya dair 20 mart 1952-ci il tarixli 1 saylı protokolun “Mülkiyyətin müdafiəsi” adlanan 1-ci maddəsinə, Mülki Məcəllənin 6.2, 269.1, 269.4, 269.5, 272, 309.1, 317.1, 319.1, 323-1, 324.1, 324.4, 385.1, 430.1, 433.1, 442, 445.2.1, 448.1, 739.2, 740-cı, “İpoteka haqqında” Qanunun 1.0.4, 1.0.5, 1.0.6, 1.0.7, 1.0.8, 4.1.1-4.1.3, 6.1, 33, 34, 36.1, 36.3, 36.4, 36.5, 37-ci maddələrinə, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Zvierzinski Polşaya qarşı” iş üzrə 2001-ci il 19 iyun tarixli Qər arına istinadla əsaslandıraraq hesab etmişdir ki, iddia təmin edilməlidir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
13. Cavabdeh2 apellyasiya şikayəti verərək iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
14. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Cavabdeh1 ona birlikdə iş qurmağı, yəni kredit agentliyi açmağı təklif etmişdir. Bu məqsədlə də ona bildirmişdir ki, ona və ailə üzvlərinə məxsus olan torpaq sahəsində bu işi qursunlar, tanışlarını da bu işə cəlb edərək işi sonralar daha da inkişaf etdirərlər. Cavabdeh1 Cavabdeh2 bunun üçün notariat kontoruna gedib ona və ailə üzvlərinə məxsus torpaq sahəsi ilə bağlı bəzi sənədlərə imza atılmasının lazım olduğunu bildirmişdir. O da Cavabdeh1 sözlərinə inanaraq onunla birlikdə və təkidi ilə notariat kontoruna gedərək işin mahiyyətini bilmədən sənədə imza atmışdır. Sonradan ona məlum olmuşdur ki, bu sənəd 28 yanvar 2013-cü il tarixli, 11/1 saylı ipoteka müqaviləsi imiş. Bir neçə aydan sonra anlamışdır ki, aldanmışdır. Bundan sonra Cavabdeh2 Cavabdeh1 tələb etmişdir ki, gedib torpağın sənədlərini geri götürsünlər, Cavabdeh1 isə ona sənədi indi verə bilməyəcəyini, pul götürdüyünü, quracaqları işə görə lazım olduğunu, götürdüyü pulu qaytarması üçün möhlət verməsini, ondan sonra torpağın sənədlərini qaytacağını bildirmişdir. Bundan 4-5 gün sonra onlar yenidən görüşmüş, Cavabdeh1 ona yenə də bir qədər səbr etməsini söyləmişdir. Bu zaman aralarında mübahisə olmuş, Cavabdeh1 1 həftə möhlət istəmişdir. Bu müddət ərzində Cavabdeh2 onun öldüyünü eşitmişdir. İddiaçının onları məhkəməy ə verməsini isə Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmurları onlara gələndə bilmişdir. Məhkəmə Cavabdeh1 öldüyü üçün, onun hüquqi varisi müəyyən edilənədək işi dayandırsa da, varisin müəyyən olunması ilə bağlı məsələ həll olmadan işi təzələmiş və heç bir əsas olmadan iddianı təmin etmişdir. Sonradan Cavabdeh2 məlum olmuşdur ki, iddiaçı ilə Cavabdeh1 25000 manat məbləğində kredit verilmiş, həmin kredit müqaviləsi üzrə borcalanın öhdəliklərinin icrasını təmin etmək məqsədilə iddiaçı ilə o, öz adından və Abşeron rayon 1 saylı Notariat kontoru tərəfindən verilmiş etibarnamələr əsasında Cavabdeh4, Cavabdeh3, Cavabdeh6 və Cavabdeh5 adından özlərinə məxsus kənd təsərrüfatı təyinatlı torpaq sahəsini ipoteka ilə yüklü etmişdir. Həqiqətdə isə həmin torpaq sahəsi ipoteka ilə yüklü edilən zaman Cavabdeh2 işin əsl mahiyyətindən xəbəri olmamış, aldanmışdır. Məhkəmə cavabehin hüquqi varisi ilə bağlı məsələyə münasibət bildirmədən iddiaçının ərizəsini qanunsuz olaraq təmin edib nəticədə Cavabdeh2 və ailə üzvlərinin mülkiyyət hüququnu kobud surətdə pozmuşdur. Belə ki, əsl cavabdehin hüquqi varisi, yəni əmlakını qəbul edənlər bu öhdəliklərdən azad olunur, Cavabdeh2 və onun ailə üzvləri isə Cavabdeh1 götürdüyü puldan 1 manat da olsa, qəbul etmədən öz mülkiyyətindən məhrum edilir. Bu isə ədalətsizlikdir. Cavabdeh1 kifayət qədər maddi imkanı yüksək olan, biznes fəaliyyəti ilə məşğul olan, torpaq sahələri, evi, obyektləri olan bir şəxs olmuşdur. Təbii ki, onun əmlaklarını qəbul edəcək varisi olmuşdur. İşə baxan məhkəmə prosessual hüquq normalarını pozaraq cavabdehlərin iştirakı olmad an işə baxmışdır.
15. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-834/2023 nömrəli iş üzrə 2023-cü il 19 iyul tarixli, qətnaməsi ilə (sədrlik edən hakim Samir Mayılov, hakimlər İlham Əsədov və Tofiq Heydərov) birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
16. Apellyasiya instansiyası məhkəməsi Cavabdeh2 apellyasiya şikayətinin 28 yanvar 2013-cü il tarixli ipoteka müqaviləsinin Cavabdeh1 onu aldatması ilə bağlanılmasına dair dəlilini inandırıcı hesab etməyərək əsassız olduğunu bildirmiş və qeyd etmişdir ki, 28 yanvar 2013-cü il tarixli ipoteka müqaviləsi imzalanarkən Cavabdeh2 həmin sazişlə tanış olmaq və bu barədə aldadılmış olsaydı, onun dərhal öz etirazlarını bildirmək imkanı olsa da, o, həmin vaxt hər hansı etiraz bildirməmiş, müqaviləni imzala mışdır. Bundan başqa, Cavabdeh2 apellyasiya şikayətinin məzmunundan, eləcə də, apellyasiya məhkəməsinin iclasında verdiyi izahatından aydın olur ki, o, imzaladığı və aldadıldığını iddia etdiyi sənədin ipoteka müqaviləsi olduğunu hələ mərhum Cavabdeh1 sağlığında bilmişdir. Bu isə o deməkdir ki, Cavabdeh2 aldadıldığını iddia etdiyi əqd barədə artıq 2013-cü ildə məlumatlı olmuşdur. Lakin Cavabdeh2 həmin ipoteka müqaviləsinin onun aldadılması ilə bağlandığını bildiyi 2013-cü ildən etibarən bir il ərzində həmin əqdi mübahisələndirməmişdir.
17. Həmçinin, məhkəmə kollegiyası onu da bildirmişdir ki, Cavabdeh2 ipoteka müqaviləsi ilə bağlı borcalan Cavabdeh1 öz etirazını bildirdiyini qeyd etsə də, müqavilənin digər tərəfi olan kredit verən və hazırkı iş üzrə iddiaçı "xxxx" MMC BOKT-yə qarşı hər hans ı etiraz irəli sürməmiş, öz iradə ifadəsini etməmişdir. Eyni zamanda Cavabdeh2 Cavabdeh1 tərəfindən aldadılması ilə bağlı qeyd etdiklərinin təsdiq olunması halında belə, "xxxx" MMC BOKT-nin aldatmadan xəbərdar olmaması və xəbərdar olmalı olmaması müəyyən edilir ki, bu da əqdin qeyd edilən əsasla mübahisələndirilməsini istisna edir.
18. Məhkəmə kollegiyası bu hissədə mövqeyini əsaslandırarkən MM-nin 339.2, 339.3, 354.2-ci maddələri, habelə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2021-ci il tarixli Qərarı, “B.Qasımovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 16 aprel 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 9 dekabr 2019-cu il tarixli Qərarına istinad etmişdir.
19. Məhkəmə kollegiyası Cavabdeh2 apellyasiya şikayətinin digər dəlili - Cavabdeh1 hüquqi varisləri müəyyən edilmədən onun borcuna görə tutmanın Cavabdeh2 və ailə üzvlərinin mülkiyyətində olan torpaq sahəsinə yönəldilməsinin düzgün olmaması ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2018-ci il 4 iyun tarixli və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1, 269.5, 460.1 və 1306.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsi nə dair” 19 aprel 2023-cü il tarixli Qərarına istinad edərək qeyd etmişdir ki, birinci instansiya məhkəməsi mülki iş üzrə icraatı dayandırsa da, Cavabdeh1 miras əmlakının olmaması, eləcə də, ondan qalan miras əmlakı qəbul etmiş hər hansı vərəsənin olmaması səbəbindən birinci instansiya məhkəməsi iş üzrə icraatı təzələməyə, iddiaçı isə iddia tələbini dəyişərək, ipoteka predmetinə tutmanın yönəldilməsini xahiş etməyə haqlı olmuşdur.
20. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması ilə bağlı mövqeyini əsaslandırarkən həmçinin qeyd etmişdir ki, Cavabdeh2 və ailə üzvlərinə məxsus torpaq sahəsi öhdəliyin təmin edilməsi məqsədi ilə iddiaçının xeyrinə ipoteka ilə yüklü edildiyindən və təminat vasitəsi ipoteka olan əsas öhdəlik icra edilmədiyindən, ə sas öhdəlik üzrə borclu Cavabdeh1 ölsə də, ondan miras qalmış hər hansı əmlak, yaxud onun mirasını qəbul etmiş hər hansı hüquqi varisi müəyyən edilmədiyindən, bununla da iddiaçının ipoteka predmetinə tutmanın yönəldilməsini tələb etmək hüququ yarandığından, birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgün olmuşdur və apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas təşkil etmir.
21. Məhkəmə kollegiyası öz mövqeyini əsaslandırarkən həmçinin MM-nin 269.1, 317.1, 385.1, 442, 739.1, 1306.1-ci maddələrinə, zərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 316-cı maddəsinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” 15 iyul 2011-ci il tarixli Qərarına, “İpoteka haqqında” Qanunun 1.0.6 və 4.1-ci maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
22. Cavabdeh2 (vəkil Nümayəndə) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsini tam ləğv edib, işin yeni apellyasiya baxışına göndərilməsini xahiş etmişdir.
23. Kassasiya şikayəti apelyasiya şikayəti ilə eyni məzmunda tərtib edilmiş və əsas dəlilləri ondan ibarət olmuşdur ki, əslində həmin torpaq sahəsi ipoteka ilə yüklü edilən zaman onun işin əsl mahiyyətindən xəbəri olmamış, aldanmışdır, müqavilənin etibarsızlığı ilə bağlı iddia qaldıracaq. Apelyasiya instansiyası məhkəməsi tərəfindən onun və ailə üzvlərinin mülkiyyət hüququları kobud surətdə pozulmuşdur. Belə ki, əsl cavabdehin hüquqi varisi, əmlak ını qəbul edənlər bu öhdəliklərdən azad olunub onun və ailə üzləri isə öz mülkiyyətindən məhrum edilməsi ədalətsizlikdir.
24. Kassatorun mövqeyinə görə apelyasiya instansiyası məhkəməsi tərəfindən Konstitusiyanın 29, MM-nin 152,153,154,155-ci maddələrinin tələbləri pozulmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
25. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Mülki Məcəllə:
26. Maddə 317.1. Borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər.
27. Maddə 319.1. Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan sat maq hüququna malikdir.
28. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
29. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
30. Maddə 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır.
31. Maddə
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımın ca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
32. Maddə 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır.
33. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
34. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan e yni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. “İpoteka haqqında” Qanun:
35. Maddə 1.0.9. ilkin satış qiyməti - bu Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir.
36. Maddə 34.1.1. Əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən haldır.
37. Maddə 39.3. Məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda aşağıdakıları göstərməlidir: ipoteka predmetinin mühafizəsi və satışı xərcləri istisna olmaqla, həmin əşyanın dəyərindən ipoteka saxlayana ödənilməli məbləğlər. Mühafizə və satış xərcləri ipoteka predmetinin satılması başa çatdıqdan sonra müəyyən edilir; ipoteka predmetinin təsviri; ipoteka predmetinin ilkin satış qiyməti. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir; zəruri hallarda ipoteka predmetinin satılmasına qədər onun mühafizəsinin təmin edilməsi tədbirləri. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
38. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
39. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
40. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam bax dıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
41. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
42. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
43. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
44. Kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
45. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
46. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və Cavabdeh2 dəlillərinə mülki prosessual qanunvericiliyə əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.
47. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır. Belə ki, məhkəmənin iş üzrə gəldiyi qənaət yuxarıda göstərilən maddi və prosessua l hüquq normalarına uyğun olmuşdur.
48. Kassasiya şikayətinin bəzi dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.
49. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilmə si üçün əsas təşkil etmir.
50. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
51. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-834/2023 nömrəli, 2023cü il 19 iyul tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.