Məhkəmə qərarları › İş №2(102)-560/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-560/2025

18.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-560/2025 18.02.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı xxxxnın Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: kredit müqaviləsi, öhdəliyin icra edilməməsi, pul öhdəliklərinin gecikdirilməsinə görə illik 5% tələbi, müqavilə tələbləri üzrə iddia müddəti) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Şəfiyev İspəndiyar Əsəd oğlu və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, iddiaçı xxxxnın Cavabdeh qarşı “kredit müqaviləsi üzrə qalıq borc məbləğinin tutulması” tələbinə dair mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(102)-1023/2024 nömrəli 30 oktyabr 2024-cü il t arixli qətnaməsindən iddiaçı Açıq Səhmdar Cəmiyyəti və “Xalq” Bankının Cavabdeh kassasiya şikayətlərinə 18 fevral 2025ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. “Xalq” Bankının “Zaqatala” filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2014-ci il tarixli **********77914 nömrəli kredit müqaviləsinin 1.1-ci bəndinə əsasən, Bank tərəfindən borcalana 48 (qırx səkkiz) ay müddətinə illik 16 faizlə dövriyyə vəsaitini artırmaq məqsədi üçün 25 400 (iyirmi beş min dörd yüz ) ABŞ dolları məbləğində kredit verilmişdir. Borcalanın kredit üzrə yaranmış öhdəliklərinin icrasının təminatı qismində **********77914/İM nömrəli xx.xx.2014-ci il tarixli ipoteka müqaviləsi bağlanmış, ünvan 1 ünvanında yerləşən 0,04 ha torpaq sahəsi və üzəri ndə yerləşən 269,3 kv.m ümumi, 83.2 kv.m yaşayış, 186.1 kv.m yardımçı sahədən ibarət, 4 otaqlı 23 nömrəli fərdi yaşayış evi ipotekaya qoyulmuşdur.

2. Zaqatala Rayon Məhkəməsinin 2(033)-1268/2017 saylı, 8 avqust 2017-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək Cavabdeh xx.xx.2014-cü il tarixli **********77914 nömrəli kredit müqaviləsinə əsasən, xx.xx.2017-ci il tarixə olan 20 164,47 (iyirmi min bir yüz altmış dörd ABŞ dolları qırx yeddi sent) ABŞ dolları əsas kredit borcu, 5079,73 (beş min yetmiş doqquz ABŞ dolları yetmiş üç sent) ABŞ dolları kreditdən istifadəyə görə hesablanmış adi faizlər üzrə borc və 500 (beş yüz) ABŞ dolları penya olmaqla, ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi manata uyğun məzənnə ilə hesablanmaqla cəmi 25 744,2 (iyirm i beş min yeddi yüz qırx dörd ABŞ dolları iyirmi sent) ABŞ dolları kredit borcu, bundan başqa, çəkilmiş xərclər olan ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına görə 30 (otuz) manat, sənədlərin notariat qaydasında təsdiq edilməsinə görə16 (on altı) manat, ümumilikdə isə ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi manata uyğun məzənnə ilə hesablanmaqla cəmi 25 744,2 (iyirmi beş min yeddi yüz qırx dörd ABŞ dolları iyirmi sent) ABŞ dolları kredit borcunun, 46 (qırx altı) manat çəkilmiş xərcin və ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 (otuz) manat iddiaçı xxxxnın xeyrinə tutulması, ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi manata uyğun məzənnə ilə hesablanmaqla cəmi 25744,2 (iyirmi beş min yeddi yüz qırx dörd ABŞ dolları iyirmi sent) ABŞ dolları kredit borcu, 46 (qırx altı) manat çəkilmiş xərc və ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 (otuz) manat üzrə tutma xx.xx.2014-cü il tarixli **********77914 nömrəli ipoteka müqaviləsinə əsasən, ipoteka ilə yüklü edilmiş ünvan 1 ünvanında yerləşən 0,04 ha torpaq sahəsinə və onun üzərində yerləşən 269,3 kv.m. ümumi, 83.2 kv.m. yaşayış, 186.1 kv.m. yardımçı sahədən ibarət, 4 otaqlı 23 nömrəli fərdi yaşayış evinə yönəldilməsi, həmin daşınmaz əmlaklar ilkin satış qiyməti 28 600 (iyirmi səkkiz min altı yüz) manat təyin olunmaqla, açıq hərracda satılması, onların satışından əldə edilmiş maliyyə vəsaiti hesabına Cavabdeh xxxxna olan borcu ödənilməsi və həmin torpaq sahəsinin və onun üzərində yerləşən fərdi yaşayış evinin satışından əldə edilən pulun artıq qalan hissəsinin Cavabdeh qaytarılması qət edilmişdir.

3. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 11 may 2022-ci il tarixli 2(107)- 31/2022 saylı qətnaməsi ilə Cavabdeh apellyasiya şikayəti qismən təmin edilərək Zaqatala Rayon Məhkəməsinin 08 avqust 2017-ci il tarixli, 2(033)-1268/2017 nömrəli qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul edilməsi, Cavabdeh xx.xx.2014-cü il tarixli **********77914 nömrəli kredit müqaviləsinə əsasən, xx.xx.2017-ci il tarixə olan 20164,74 ABŞ dolları əsas borc, 4958,66 ABŞ dolları kreditdən istifadəyə görə hesablanmış adi faizlər üzrə borc və 500 ABŞ dolları penya olmaqla, ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi manata uyğun məzənnə ilə hesablanmaqla cəmi 25623.40 ABŞ dolları (iyirmi beş min altı yüz iyirmi üç ABŞ dolları qırx sent) kredit borcu, çəkilmiş xərclər olan ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına görə 30 (otuz) manat, sənədlərin notariat qaydasında təsdiq edilməsinə görə 16 (on altı) manat, ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 (otuz) manat məbləğlər xx.xx.2014-cü il tarixli **********77914 nömrəli ipoteka müqaviləsinə əsasən, ipoteka ilə yüklü edilmiş ünvan 2 ünvanında 0,04 ha torpaq sahəsində yerləşən 269,3kv.m ümumi, 83.2kv.m yaşayış, 186.1kv.m yardımçı sahədən ibarət, 4otaqlı 23 nömrəli fərdi yaşayış evinə tutma yönəldilməklə alınıb xxxxna verilməsi, ipoteka predmeti olan həmin daşınmaz əmlakın ilkin satış qiymətinin 100000 manat müəyyən edilməsi, ipoteka predmetinin açıq hərracda satışından əldə edilən pulun borc ödənildikdən sonra ar tıq qalan hissəsinin Cavabdeh qaytarılması qət edilmişdir.

4. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 13 dekabr 2022-ci il tarixli, 2(102)-5486/2022 saylı qərarına əsasən, Cavabdeh kassasiya şikayəti təmin edilməmiş və Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 11 may 2022-ci il tarixli, 2(107)-31/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsindəki icraat

5. İddiaçı xxxx (bundan sonra “iddiaçı” və ya “Bank”) iddia ərizəsi ilə Zaqatala Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh (bundan sonra “cavabdeh” və ya “Borcalan”) xx.xx.2014-cü il tarixli **********77914 №-li Kredit müqaviləsi üzrə iddiaçı qarşısında yaranmış xx.xx.2017-ci il tarixdən xx.xx.2018-ci il tarixə qədər illik 16 % (on alt ı faiz) dərəcəsi ilə hesablanmış və ödənilməmiş 3304,11 (üç min üç yüz dörd ABŞ dolları 11 sent) ABŞ dolları məbləğində adi faizlər üzrə borcun, xx.xx.2018-ci tarixdən xx.xx.2023-cü il tarixinə qədər isə illik 5 % (beş faiz) dərəcəsi ilə hesablanmış 4825,87 (dörd min səkkiz yüz iyirmi beş ABŞ dolları 87 sent) ABŞ dolları məbləğində zərər (əldən çıxmış fayda), xx.xx.2017-ci il tarixdən xx.xx.2023-cü il tarixədək vaxtı keçmiş əsas borc məbləğinə illik 15 % (on beş faiz) dərəcəsi ilə 11769,01 (on bir min yeddi yüz altmış doqquz ABŞ dolları 01 sent) ABŞ dolları məbləğində penyanın, cəmi 19898.99 (on doqquz min səkkiz yüz doxsan səkkiz ABŞ dolları 99 sent) ABŞ dolları məbləğində pul vəsaitinin, iddia ərizəsinin verilməsinə görə 191.49 (bir yüz doxsan bir manat 49 qəpik) manat məbləğində dövlət rüsumunun ödənilməsi üzrə çəkilmiş xərclərin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddia tələbi belə əsaslandırılmışdır ki, qətnamə qanuni qüvvəyə mindikdən sonra cavabdeh yuxarıda göstərilən borc məbləğini xx.xx.2023-cü il tarixdə tam şəkildə ödəməsinə baxmayaraq, cavabdehin Kredit müqaviləsi üzrə iddiaçı qarşısında əsas borc məbləğinə xx.xx.2017-ci il tarixindən xx.xx.2018-ci il tarixədək hesablanmış 3 304,11 (üç min üç yüz dörd ABŞ dolları 11 sent) ABŞ dolları və ödənilməmiş adi faizlər üzrə borcu qalmışdır. Bundan əlavə, cavabdeh kredit üzrə ödənişlərin həyata keçirilməsinin gecikdirilməsi ilə əlaqədar olaraq Banka Kredit müqaviləsinin 6.2-ci bəndinə əsasən ödənilməsi gecikdirilmiş məbləğə illik 15% (on beş faiz) dərəcəsi ilə hesablana n penya da ödəməlidir ki, əsas borcun tam şəkildə qaytarıldığı xx.xx.2023-cü il tarixinə bu məbləğ 11769,01 (on bir min yeddi yüz altmış doqquz ABŞ dolları 01 sent) ABŞ dolları təşkil edir.

7. İpoteka predmeti hesabına iddiaçının tələbi ödənilmədiyinə görə “İpoteka haqqında” Qanununun 47.5-ci maddəsinə əsasən iddiaçının tələbinin ödənilməyən hissəsini borc alanın başqa əmlakından almaq hüququ yaranmışdır. Kredit müqaviləsi üzrə cavabdehin üzərinə götürdüyü öhdəliklərin könüllü qaydada yerinə yetirilməsinə nail olmaq məqsədilə iddiaçı tərəfindən cavabdehlə bir neçə dəfə əlaqə saxlanılmasına baxmayaraq, cavabdeh borcun ödənilməsi üçün bu günə qədər hər hansı əməli addım atmamışdır.

8. İddiaçı ilə cavabdeh arasında bağlanmış kredit müqaviləsinin 5.1-ci bəndinə əsasən həmin müqavilə tərəflərin öz üzərinə götürdükləri öhdəliklərin tam icra edilməsi anına qədər qüvvəsini saxlayır və bu şərt Mülki Məcəllənin 399.3-cü maddəsinin ikinci cümləsində ifadə olunmuş normaya tam uyğundur. Bu normanın hüquqi mahiyyəti bir daha “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarında öz təsdiqini tapmışdır. Həmin qərarda Konstitusiya məhkəməsi qeyd edib ki: “Həmin norma müqavilədən yaranan öhdəliklərin icra olunma anına qədər müqavilənin qüvvədə olması prezumpsiyasına əsaslanır. Bu prezumpsiya isə “öhdəliklər vicdanla yerinə yetirilməlidir” (pacta sunt servanda) hüquqi prinsipindən yaranır. Belə ki, müqavilənin qüvvədə olma müd dətinin qurtarması və bununla əlaqədar müqavilə üzrə öhdəliklərin də xitamı şərtləri müqavilədə dəqiq göstərilməlidir”.

9. Konstitusiya Məhkəməsinin həmin qərarın nəticə hissəsində ifadə etdiyi hüquqi mövqeyinə görə kreditor (borc verən) və borclu arasında bağlanmış kredit müqaviləsində öhdəliklərin xitamı ilə bağlı digər şərt nəzərdə tutulmadığı halda, Mülki Məcəllənin 399.3cü maddəsinin ikinci cümləsinə əsasən öhdəliyin icrasının qurtarmasının müqavilədə müəyyənləşdirilmiş anına qədər müqavilə qüvvədə sayılır. Konstitusiya Məhkəməsi yuxarıda qeyd edilmiş əsaslardan çıxış edərək daha sonra həmin qərarda növbəti hüquqi mövqeyini ifadə edərək, göstərib ki, “kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər.”

10. Bundan əlavə, müvafiq qərarda qeyd olunur ki, “Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir.”

11. Qeyd olunana əsasən Bank kreditin qaytarılma müddətinin bitdiyi tari xdən, yəni xx.xx.2018-ci il tarixdən əsas borcun tam şəkildə qaytarıldığı xx.xx.2023-cü il tarixinə kimi faizlər formasında əldən çıxmış faydanın hesablanmasında yuxarıda göstərilmiş faiz dərəcəsini (illik 5%) əldə rəhbər tutmağı əsaslı hesab edir. Müvafiq hesablanma aparıldıqdan sonra həmin dövr (xx.xx.2018-xx.xx.2023) üçün müvafiq məbləğ 4 825.87 (dörd min səkkiz yüz iyirmi beş ABŞ dolları 87 sent) ABŞ dolları təşkil edir.

12. İddiaçı tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 21, 443.2, 462, 465.2 və 528-ci maddələrinə istinad etmişdir.

13. Birinci instansiya məhkəməsində cavabdeh iddiaya etiraz edərək Bankın xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə xx.xx.2018-ci ilədək hesablanmış 3304.11 ABŞ dolları faiz borcu tələbinə cavab olaraq bildirmişdir ki, iddia tələbi həmin hissədə ötürülmüşdür. Belə ki, aralarında olan müqavilə münasibətləri üzrə öhdəliklərin sonu xx.xx.2018-ci ildə bitmişdir. Bu tələb üzrə iddia tələbi qanunvericilikdə 3 il nəzərdə tutulmuşdur. Mülki Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. İddiaçı həmin məbləği 2021-ci ilədək tələb edə bilərdi. Bundan başqa, iddiaçının kredit borcu üzrə tələbinə Şəki Apelyasiya Məhkəməsində uzun müddətə baxmışdırlar. İddiaçı həmin icraat zamanında iddia tələbinin həcmini artırmaqla bu borcu tələb etmək imkanına malik olmuşdur. Lakin o, bu imkandan da istifadə etməyərək, müddəti ötürməklə yeni iddia qaldırmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mül ki Məcəlləsinin 399.3. 399.4.445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il Qərarında qeyd edilir ki, kredit müqavilələrinin müddətli xarakter daşıdığını nəzərə alaraq, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələri tətbiq olunarkən nəzərə alınmalıdır ki, iddia müddəti kreditin icra müddəti bitdiyi gündən hesablanır.

14. İddiaçının xx.xx.2014-cü il tarixli kredit müqaviləsinin 6.2-ci bəndinə əsasən illik 15% olmaqla xx.xx.2023-cü ilədək 11769.01 ABŞ dolları borc tələbi də əsassızdır. Belə ki, faiz məbləği yalnız kredit müqaviləsinin qüvvədə olduğu müddətə hesablanır. Müqavilə müddətinin bitməsindən sonra isə tələbkarın yalnız illik 5%-dən çox olmamaqla real zərəri və əldən çıxmış faydanı tələb etmək hüququ vardır. Lakin iddia çının tələbində göründüyü kimi, onlar müqavilənin bitmə tarixindən sonra üçün də xx.xx.2023-cii ilədək 15% olmaqla faiz hesablayaraq ondan tələb etmişdir. Bu tələb Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarına zidd olmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4.445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 dekabr 2014-cü il Qərarında qeyd edilir ki, hüquqi təbiətinə görə kredit müqaviləsinin müddəti tərəflərin hüquq və vəzifələrinin yaranmasının, dəyişdirilməsinin və ona xitam verilməsinin vaxtını tənzimlədiyi halda, kredit müddəti kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklərin icra edilməsinin vaxtını tənzimləyir. Qeyd olunanları nəzərə alaraq, kreditor kredi t müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Konstitusiya Məhkəməsinin Plenumunun istinad edilən mövqeyindən aydın olur ki, kredit müqaviləsi üzrə borc öhdəliyi gecikərsə, borcun gecikdirilməsi faktının müəyyən olunması müqavilə müddətinin bitdiyi tarixdən Bankın gecikdirilmiş vaxt üçün Mülki Məcəllənin 445.7-ci maddəsində nəzərdə tutulmuş illik beş faizin tutulmasına dair tələbin məhkəmələr tərəfindən təmin olunması üçün əsasdır. Göründüyü kimi, Bank xx.xx.2017-ci ildə müqavilə müddətinin bitmə tarixinə xx.xx.2018-ci kimi və daha sonra müqavilə müddətinin bitmə tarixindən xx.xx.2023-cü ilədək illik 15% olmaqla faiz məbləği tələb etmişdir. Müqavilə müddətinin bitmə tarixindən xx.xx.2023-cü ilədək illik 15% olmaqla faiz məbləği tələb etməsi Konstitusiya Məhkəməsinin Plenumunun qərarına ziddir və təmin edilə bilməz. xx.xx.2017-ci ildən müqavilə müddətinin bitmə tarixinə xx.xx.2018-ci kimi 15% olmaqla faiz tələb etmək hüququ isə 3 illik müddətə tələb edilməlidir. Eyni zamanda iddiaçı həmin müddət üzrə faiz məbləğini təkrarən tələb edir. Belə ki, iddiaçının ilk tələbi xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə xx.xx.2018-ci ilədək hesablanmış 3304,11 ABŞ dolları faiz borcudur. Həmin məbləğ bu tələbi əhatə edir. Yəni iddiaçı xx.xx.2017-ci ildən müqavilə müddətinin bitmə tari xinə, xx.xx.2018-ci kimi (daxil olmaqla) və ondan xx.xx.2023-cü ilədək illik 15% olmaqla faiz məbləği tələb etmişdir. xx.xx.2017-ci ildən müqavilə müddətinin bitmə tarixinə xx.xx.2018-ci kimi olan müddət iddiaçının ilk tələbində (1-ci bənd üzrə) öz əksini tapmışdır. Yuxarıda qeyd edildiyi kimi həmin məbləği iddiaçı 2021-ci ilədək tələb edə bilərdi. İddiaçının kredit borcu üzrə tələbinə Şəki Apelyasiya Məhkəməsində uzun müddətə baxmışlar. İddiaçı həmin icraat zamanı da iddia tələbinin həcmini artırmaqla bu faiz borcunu tələb etmək imkanına malik olmuşdur. Lakin o, bu imkandan da istifadə etməyərək, müddəti ötürmüşdür. İddiaçının xx.xx.2018-ci ildən xx.xx.2023-cü ilədək ilik 5% olmaqla 4825,87 ABŞ dolları əldən çıxmış fayda tələb etməsinə cavab olaraq qeyd olunmalıdır ki, bank həmin məbləği yalnız müqavilə müddəti bitdikdən sonra borclu öhdəliklərini qərəzli yayınmaqla icra etmədiyi təqdirdə tələb edə bilər. İş materiallarında olan qətnamədən göründüyü kimi, cavabdeh yekun məhkəmə qətnaməsini (icrada dönüş həyata keçirildikdən sonra) gecikdirmədən hərrac başa çatmamış tam olaraq ödəmişdir. Cavabdeh qətnamənin icrasından qərəzli yayınaraq, uzun müddət borcun ödənilməməsinə çalışmış olsaydı, tələbkar illik 5 faiz tələb etməkdə haqlı olmuş olacaqdı. Lakin cavabdeh zamanında ödəniş etdiyindən, müqavilə müddətinin sonundan icrasına kimi olan müddətin keçməsi cavabdehdən asılı olmayan səbəblərdən baş verdiyindən illik 5% tələb edilməsi əsassızdır.

15. Birinci instansiya məhkəməsi 14 iyun 2017-ci il tarixdən 16 iyun 2023-cü il tarixədək illik 5 faiz dərəcəsi ilə zərərin məbləğinin m üəyyən edilməsi məqsədilə mühasibatlıq ekspertizası təyin etmişdir.

16. Məhkəmə Ekspertizası Mərkəzinin 23 aprel 2024-cü il tarixli 9/376 nömrəli rəyinə əsasən, cavabdehlə iddiaçı arasında bağlanmış 23 iyun 2014-cü il tarixli **********77914 nömrəli kredit müqaviləsi üzrə cavabdehin iddiaçı qarşısında yaranmış 14 iyun 2017-ci il tarixdən 16 iyun 2023-cü il tarixinə qədər illik 5% (beş faiz) dərəcəsi ilə hesablanmış zərərin (əldən çıxmış fayda) məbləği 6055,02 ABŞ dolları təşkil edir.

17. İddiaçı “iddia tələbinin həcminin azaldılması” barədə ərizə verərək, cavabdehin iddiaçı qarşısında yaranmış xx.xx.2017-ci il tarixdən xx.xx.2023-cü il tarixinə qədər illik 5 % (beş faiz) dərəcəsi ilə hesablanmış 6055,02 (altı min əlli beş ABŞ dolları 02 sent) ABŞ dolları məbləğində zərər (əldən çıxmış fayd a), xx.xx.2017-ci il tarixdən xx.xx.2023-cü il tarixədək vaxtı keçmiş əsas borc məbləğinə illik 15 % (on beş faiz) dərəcəsi ilə 11769,01 (on bir min yeddi yüz altmış doqquz ABŞ dolları 01 sent) ABŞ dolları məbləğində penya olmaqla, cəmi 17824,03 (on yeddi min səkkiz yüz iyirmi dörd ABŞ dolları 03 sent) ABŞ dolları məbləğində pul vəsaitinin, iddia ərizəsinin verilməsinə görə 180,9 (bir yüz səksən manat 9 qəpik) manat məbləğində dövlət rüsumunun ödənilməsi üzrə çəkilmiş xərclərin cavabdehdən iddiaçının xeyrinə tutulması və bank tərəfindən artıq ödənilmiş 10,59 (on manat 59 qəpik) manat məbləğində dövlət rüsumunun ödənilməsi üzrə çəkilmiş xərclərin iddiaçıya qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

18. Zaqatala Rayon Məhkəməsinin 12 iyun 2024-cü il tarixli, e-2(033)-86/2024 nömrəli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, cavabdehdən xx.xx.2017-ci il tarixdən xx.xx.2023-cü il tarixədək zərər (əldən çıxmış fayda) üzrə 6055,02 (altı min əlli beş ABŞ dolları iki sent) ABŞ dolları və penya üzrə 500 (beş yüz) ABŞ dolları olmaqla, cəmi 6555,02 (altı min beş yüz əlli beş ABŞ dolları iki sent) ABŞ dolları məbləğində pul vəsaitinin qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə iddiaçının xeyrinə tutulması, iddiaçı tərəfindən ödənilmiş 191,49 (bir yüz doxsan bir manat qırx doqquz qəpik) manat dövlət rüsumunun 123,43 (bir yüz iyirmi üç manat qırx üç qəpik) manat hissəsinin cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməsi, 57,47 (əlli yeddi manat qırx yeddi qəpik) manat dövlət rüsumunun isə iddiaçının özünə aid edilməsi, artıq ödənilmiş 10,59 (on man at əlli doqquz qəpik) manatın dövlət büdcəsindən iddiaçıya geri qaytarılması, ekzpertiza xərcinin cavabdehdən tutulması qət edilmişdir. (hakim Vüqar Məmmədov)

19. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, kredit müqaviləsi üzrə tərəflər arasında olan mübahisəyə dair Şəki Apellyasiya Məhkəməsinin 11 may 2022-ci il tarixli 2(107)-31/2022 saylı qətnaməsi qanuni qüvvəyə mindikdən sonra cavabdeh 25623,40 ABŞ dolları məbləğində borcu xx.xx.2023-cü il tarixdə Banka ödəmiş və bununla əlaqədar olaraq ipoteka predmetinə tutmanın yönəldilməsinə xitam verilmişdir.

20. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Mülki Məcəllənin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh еdilməsinə dair” xx.xx.2014-cü il tarixli Qərarına istinadə n qeyd etmişdir ki, Zaqatala Rayon Məhkəməsinin 08.08.17-ci il tarixli, 2(033)-1268/2017 nömrəli qətnaməsi ilə tərəflər arasında olan 23.06.14-cü il tarixli **********77914 nömrəli kredit müqaviləsi üzrə mübahisənin 14.06.17-ci il tarixdə olan vəziyyətdə həll еdilməsi nəzərə alınmaqla iddiaçı həmin tarixdən 16.06.23-cü il tarixədək hеsablanmış faiz formasında zərərin (rеal zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb еtməkdə haqlıdır.

21. Birinci instansiya məhkəməsi iş üzrə alınmış mühasibatlıq ekspertizasının rəyi ilə razılaşmış və 14.06.17-ci il tarixdən borcun ödənildiyi 16.06.23-cü il tarixədək 6055,02 ABŞ dolları məbləğində faydanın iddiaçının əlindən çıxmasını işin hallarına uyğun hesab etmişdir.

22. Birinci instansiya məhkəməsi əldən çıxmış fayda olaraq iddiaçını 6055,02 ABŞ dolları məbləğində zərərə uğratmış cavabdеhə hеsablanmış 11769,01 ABŞ dolları məbləğində penyanı (dəbbə pulu) tənasübsüz surətdə yüksək sayaraq onun miqdarının 50 ABŞ dollarınadək azaldılmasını iddiaçının bütün mənafеlərinə uyğun olması qənaətinə gəlmişdir.

23. Birinci instansiya məhkəməsi iddia müddəti tətbiq edilməklə iddianın rədd olunması barədə cavabdehin ərizəsinə münasibətdə göstərmişdir ki, Zaqatala Rayon Məhkəməsinin 08 avqust 2017-ci il tarixli qətnaməsi, Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi və Azərbaycan Resipublikası Ali Məhkəməsinini xx.xx.2022-ci il tarixli qərarı çıxmışdır. İddia müddətinin axımı cavabdehin 23 iyun 2014-cü il tarixli kredit müqaviləsi üzrə borcu məhkəmə qətnaməsinə əsasən ödədiyi xx.xx.2023-cü il tarixdən başladığından, iddia müdd əti iddiaçı tərəfindən ötürülməmişdir.

24. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 21, 385.1, 427, 442, 445, 448, 449, 462, 465, 467, 739.1-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1-ci maddələri, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 dekabr 2014-cü il və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 29 mart 2023-cü il tarixli qərarlarına istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

25. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın rədd e dilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

26. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Lakin vahid məhkəmə təcrübəsində bu müddətin hesablanması borclu şəxsin borc öhdəliklərinin icrasından qərəzli şəkildə yayınmasından sonra başlamalıdır. Yəni icra sənədi üzrə İcra məmurunun verdiyi könüllü icra müddətindən sonra başlamalıdır. Məhz buna görə də bu tip oxşar işlərə məhkəmələr mütləq şəkildə icra sənədini əldə ed ərək yekun nəticəyə gəlməlidir. Cavabdehə qarşı irəli sürülən borc və borcun ipoteka predmetinə yönəldilməsi barədə iddia tələbi üzrə yekun məhkəmə aktı Şəki Apellyasiya Məhkəməsinin 2(107)31/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi olmuşdur. Həmin qətnamə cavabdeh tərəfindən (icrada dönüş edildikdən sonra) xx.xx.2023-cü ildə tam icra edilmiş və ipoteka predmeti girovdan azad edilmişdir. Zaqatala Rayon Məhkəməsinin xx.xx.2017-ci il qətnaməsindən verilmiş apellyasiya şikayətinin ötürülmüş müddəti üzrlü sayılmış və müddət bərpa edilərək iş baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Üzrsüz bir həll olmuş olsaydı, müddət bərpa edilməzdi. Ötürülmüş müddəti üzrlü hesab edən qanuni qüvvəyə minmiş məhkəmə qərarı mövcud olduğu halda indiki qərarla məhkəmə cavabdehin ödənişlər ini həyata keçirməməsini üzrsüz hesab edərək ondan 6 illik müddət üzrə əldən çıxmış fayda tutmuşdur. Bankın kredit müqaviləsi üzrə əldən çıxmış fayda tələb etməsi də müqavilə öhdəliklərindən irəli gələn bir tələbdir. Burada da tələb hüququ geriyə üç ildən çox olmamaqla tələb oluna bilər. Bu barədə ərizə verilmiş və qeyd edilmişdir ki, məhkəmə iddia tələbini təmin edərsə, yalnız geriyə 3 illik müddət olmaqla tələb etmək hüququ vardır. Məhkəmə cavabdehin bu ərizəsinə münasibət bildirərək qeyd etmişdir ki, Zaqatala Rayon Məhkəməsinin 08 avqust 2017-ci İl tarixli qətnaməsi, Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi və Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı çıxmışdır. İddia müddətinin axımı cavabdehin 23 iyun 2014-cü il tarixli kredit müq aviləsi üzrə borcu məhkəmə qətnaməsinə əsasən ödədiyi xx.xx.2023-cü il tarixdən başladığından, iddia müddəti iddiaçı tərəfindən ötürülməmişdir. Məhkəmənin gəldiyi bu mövqe ilə razılaşmaq olmaz. İddia müddətinin axımı kreditorun hüquqlarının pozulduğunu bildiyi və bilməli olduğu vaxtdan başlayır. Bu iş üzrə 2017-ci ildə məhkəmə qətnaməsi çıxmışdır. Həmin qətnamədən Şəki Apellyasiya Məhkəməsinə şikayət verildiyi və şikayət mümkün sayılaraq baxılması üçün icraata götürüldüyü andan iddiaçı tərəf hüquqlarının pozulduğu bilmişdir. İşə apellyasiya icraatında uzun müddətə baxmışlar. Bu müddət ərzində iddiaçı tərəfin iddia tələbinin həcmini artırmaq və ya azaltmaq imkanı olmuşdur. Lakin iddiaçı bunu etmədən faiz məbləğini şişirtməklə məşğul olmuşdur. Məhz buna görə də iddia tələbi təmin olunduğu ha lda yalnız 3 ildən çox olmamaqla əldən çıxmış fayda təmin edilməlidir. İddiaçının ilk iddia tələbindən göründüyü kimi onlar əldən çıxmış fayda olaraq cəmi 825,87 ABŞ Dolları tələb etmişlər. Sonradan iddia tələblərini dəyişərək ekspert rəyinə uyğunlaşdırma etmişlər. Hətta iş materiallarına diqqət olunsa, ekspertin tələbi ilə iddiaçı tərəf arayış (hesabdan çıxarış) təqdim etmişdir. Çıxarışdan göründüyü kimi, 2018-2021-ci illər də cavabdehin 1550 ABŞ Dolları ödənişi olmuşdur. Həmin ödənişi nəzərə almaqla iddiaçı tərəf 4825,87 ABŞ Dolları əldən çıxmış fayda olmasını göstərmişdir. Buradan görünür ki, ekspert xx.xx.2017-ci il üzrə borc məbləğinə illik 5% olmaqla əldən çıxmış fayda hesablayıb. Lakin cavabdeh tərəfin 2019-2021-ci illər üzrə olan ödənişlərini nəzərə almamışdır. İş üzrə tələbkar tər əf 11769,01 ABŞ Dolları məbləğində cərimə (peniya) tələb etmişdir. Məlum olduğu kimi, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Ümumiyyətlə, iddiaçı tərəf həmin dəbbə pulun haradan hesablanması, hansı məbləğin üzərinə hesablanması barədə iş materiallarına sübut əlavə etməmişdir. Peniya (dəbbə pulu) müqavilədən nəzərdə tutulduğu halda hesablana bilər. Müqavilə müddəti bitdikdən sonra isə əldən çıxmış fayda və müqavilə üzrə nəzərdə tutulmuş formada dəbbə pulu hesablaya bilər.

27. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-1023/2024 nömrəli, 30 oktyabr 2024-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi qismən yəni, cərimə borcu və əldən çıxmış faydaya (zərərə) aid h issədə ləğv edilmiş, həmin hissədə yeni qətnamə çıxarılmış və iddia tələbi həmin hissədə qismən təmin edilmiş, cavabdehdən 3024.71 ABŞ dolları əldən çıxmış fayda (zərər) üzrə pulun öhdəlik icra olunan zaman üçün Azərbaycan Respublikası Mərkəzi Bankının Azərbaycan manatına münasibətdə müəyyən etdiyi məzənnə üzrə və ödənilmiş dövlət rüsumunun 71.42 manatının tutularaq iddiaçıya ödənilməsi, ödənilmiş dövlət rüsumunun qalan hissəsinin iddiaçının özünə aid edilməsi, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. (hakimlər Əyyub Kərimov (sədrlik edən və məruzəçi), Elçin Hüseynov, Zülfüqar Sadiqov)

28. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, hazırkı iddia tələbi 2 hissədən ibarətdir: 1) xx.xx.2017-ci il tarixdən xx.xx.2023-cü il tarixədək vaxtı keçmiş əsas borc məbləğinə illik 5 faiz dərəcəsi ilə hesablanmış 6055.02 ABŞ dolları məbləğində əldən çıxmış faydanın (zərər) əvəzinin; 2) xx.xx.2017-ci il tarixdən xx.xx.2023-cü il tarixədək kredit üzrə ödənilməsi gecikdirilmiş məbləğə illik 15 faiz dərəcəsi ilə hesablanmış 11769.01 ABŞ dolları məbləğində penyanın tutulması.

29. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin penya (dəbbə pulu) ilə bağlı hissəsinə münasibət bildirərək qeyd etmişdir ki, şikayətin dəlilləri həmin hissədə əsaslı olmuşdur. Belə ki, penya (dəbbə pulu) müqavilə müddətində hesablanmalı olan pul məbləğidir və müqavilə müddəti artıq bitmişdir.

30. Bundan başqa, iddiaçı müqavilə müddətinə hesabladığı dəbbə pulunu tələb etmiş və iş materiallarına əlavə edilmiş qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə əsas və faiz borcu ilə yanaşı, cərimə borcunun da cavabdehdən tutulmasını qət edilmişdir. Odur ki, iddiaçının müqavilə müddəti bitdikdən sonra müqaviləyə əsasən cavabdehdən cərimə tələb etmək hüququ yoxdur.

31. Apellyasiya instansiyası məhkəməsi onu da qeyd etmişdir ki, öhdəliyə onun kreditorun xeyrinə lazımınca icrası (icra) nəticəsində xitam verildiyini nəzərdə tutan Mülki Məcəllənin 528-ci maddəsi əsas öhdəliyin icrasından bəhs edir və tərəflər arasında baş tutmuş məhkəmə mübahisəsindən sonrakı dövrü ehtiva etmir. İddiaçı tərəf hüququndan istifadə edərək məhkəməyə müraciət etmiş və qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə tərəflər arasında yaranmış müqavilə münasibətlərinə son qoyulmuş, hazırda isə qətnamədən irəli gələn tələblərin yerinə yetirilməsi öhdəliyi və bundan irəli gələn t ələbkar və borclu münasibətləri mövcuddur ki, bu halda da dəbbə (cərimə) ilə bağlı həmin normaya istinadən edilə bilməz. Belə olan halda hesab etmişdir ki, birinci instansiya məhkəməsi penya (dəddə) üzrə cavabdehdən pul tutmaqda haqlı olmamışdır.

32. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin əldən çıxmış fayda (zərər) ilə bağlı hissəsinə münasibət bildirərək qeyd etmişdir ki, şikayətin dəlilləri həmin hissədə qismən əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 29 mart 2023-cü il tarixli Qərarında olan hüquqi mövqeyə əsasən kredit müqaviləsi üzrə borcun qaytarılması öhdəliyinin gecikdirilməsinə görə bankın borcun tamamını (əsas, faiz, cərimə) borcludan geri istəməsi, yaxud məhkəmədə borcun tutulması və (ya) ipoteka predmetinə yönəldilməsi barədə iddia qaldırması müqavilənin birtərəfli qaydada ləğv edilməsi anlamına gəlir. Müqavilənin ləğv edildiyi anadək əsas borcla yanaşı müqavilədə razılaşdırılmış (adi) faizlərin və cərimənin tələb edilməsi həmin əqdə əsasən mümkündür.

33. Baxılan işin hallarından da görünür ki, iddiaçının cavabdehə qarşı bu məzmunda olan tələblərinə məhkəmələr tərəfindən baxılmış və qət olunan borc məbləği xx.xx.2023-cü il tarixdə banka tam olaraq ödənmişdir.

34. Apellyasiya instansiyası məhkəməsinin mövqeyinə görə kreditorun müqavilə ləğv edildikdən sonrakı dövrdə (müqavilə müddətinin bitdiyi vaxtadək, habelə bu tarixdən sonra öhdəlik tam icra edilənədək) pul vəsaitini qanun suz şəkildə özündə saxlayan borcludan müvafiq vəsaitin azı illik 5 faizini tələb etmək hüququ istisna olunmur. Belə ki, Mülki Məcəllənin 445.7-ci maddəsində pulun qaytarılmasının gecikdirilməsi zamanı faizlərin ödənilməsi imkanı nəzərdə tutulmuşdur. Həmin maddəyə əsasən, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur.

35. Göründüyü kimi, qanunverici qeyd olunan normada gecikdirmə zamanı faizlərin ödənilməsi imkanını tələbkarın digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilməməsi imkanı ilə şərtləndirmişdir. Qeyd olunan normalardakı tənzimetmənin müəyyən edilməsində qanunvericinin məqsədi borclunun öhdəliklərini pozduğu halda tələbkara verməli olduğu vəsaitdən qanunsuz şəkildə istifadə etməsi, faydalanması imkanının qarşısının alınmasına yönəlmişdir.

36. Bundan başqa, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” 09 iyul 2009-cu il tarixli Qərarında göstərilmişdir ki, Mülki Məcəllənin 445.7-ci maddəsi də borclu tərəfindən pulun gecikdirilməsi halında müəyyən şərtlə ondan faizin tutulmasının mümkünlüyünü təsbit edir. Lakin nəzərə alınmalıdır ki, sözügedən norma MM-in 449.1-ci maddəsindən fərqli olaraq pulun ödənilməsinin gecikdirilməsini ondan faydalanmaqla əlaqələndirməyərək, yalnız zərər və ya digər əsaslarla daha böyük məbləğin tələb edilməsinin mümkün olmadığı təqdirdə, bu faizi tələb etmək hüququnu ək s etdirir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2023-cü il 29 mart tarixli Qərarında formalaşdırılmış hüquqi mövqelərə görə, öhdəliyin pozulması səbəbindən kreditor tərəfindən müddət bitənədək müqavilədən imtina olunması və bununla da müqaviləyə xitam verilməsi, o cümlədən tələbin ipoteka predmetinə yönəldilməsi halında, kreditor MM-in 445.7-ci maddəsi ilə müəyyən edilmiş qanuni faizin - gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğin ödənilməsi barədə tələb irəli sürə bilər. Borcun, faizlərin və maliyyə sanksiyasının girov əmlaka yönəldildiyi təqdirdə, tələbkar - borclu müqavilə münasibətlərinin xitamının məhkəmə qətnaməsinin icras ından asılı vəziyyətə düşməsi ilə bağlı Konstitusiya Məhkəməsinin Plenumu əvvəlki hüquqi mövqeyini bir daha qeyd etməyi vacib bilmişdir.

37. Həmçinin, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2014-cü il 24 dekabr tarixli Qərarında formalaşdırılmış hüquqi mövqelərə görə, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, MM-in 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir.

38. Bu baxımdan, pul öhdəliyi tam icra olunanadək, yəni həmin öhdəlik üzrə müəyyən edilmiş pul vəsaiti tam həcmdə tələbkara qaytarılanadək borclu tələbkar qarşısında məsuliyyət daşıyır və tələbkar hər hansı əlavə sübut təqdim etmədən həmin dövr üzrə MM-in 445.7-ci maddəsi ilə müəyyən edilmiş qanuni faizin – gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğin ödənilməsi barədə borcluya qarşı tələb irəli sürə bilər. Belə ki, borclu öhdəliklərini vaxtında icra etməyərək nəzərdə tutulan pul vəsaitlərini tələbkara ödəmədikcə, eləcə də tələbkarla həmin borclu arasında yaranan mübahisə üzrə məhkəmə və icra icraatı uzun müddət ərzində davam etdikcə, tələbkar həmin vəsaitdən gəlir götürmək imkanından məhrum olur ki, bu da nəticə etibarilə tələbkara əldən çıxmış zərər formasında zərərin dəyməsi ilə nətic ələnir. Pul öhdəliyi icra olunaraq borcun tam qaytarılmaması nəticəsində tələbkara vurulan zərərin həcmi günbəgün artmaqda davam edir.

39. Göstərilənlərlə yanaşı, apellyasiya instansiyası məhkəməsi o halı da qeyd etmişdir ki, kredit müqaviləsinə əsasən həmin müqavilə tərəflərinin öz üzərinə götürdükləri öhdəliklərin tam icra edilməsi anına qədər qüvvəsini saxlaması barədə dəlillər əsassızdır. Buna görə də iddiaçının xx.xx.2017-ci il tarixdən xx.xx.2023-cü il tarixə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 5% dərəcəsi ilə hesablanmış 6055.02 ABŞ dolları məbləğində əldən çıxmış faydanın (zərərin) tutulması tələbi qismən əsaslı olmuşdur. Belə ki, iddiaçı tərəf cavabdehdən 6 il 2 gün üçün (yəni, xx.xx.2017-ci il tarixdən xx.xx.2023-cü il tarixədək) illik 5% dərəcəsi ilə hesablanmış pulu tə ləb etmişdir. Lakin iş materiallarına əlavə edilmiş sənədlərə əsasən cavabdeh tərəfindən iddiaçıya olan borc xx.xx.2023-cü il tarixdə icra edilmişdir.

40. Apellyasiya instansiyası məhkəməsi tərəfindən icra işinin materialları istənilərək tədqiq edilmiş və Şəki Apellyasiya Məhkəməsi xx.xx.2022-ci il tarixli, 2(107)-31/2022 nömrəli icra sənədi üzrə işə borc tam ödənildiyindən xx.xx.2023-cü il tarixdə xitam verildiyi müəyyən edilmişdir.

41. Apellyasiya instansiyası məhkəməsi onu da vurğulamışdır ki, iş materiallarına əsasən tərəflər arasında bağlanmış kredit müqaviləsinin müddəti bitmişdir. İddiaçı hazırkı iddianı xx.xx.2023-cü il tarixdə qaldırmışdır. Həmçinin cavabdeh tərəf hazırkı mübahisəyə iddia müddətinin tətbiqi barədə ərizə versə də, birinci instansiya məhkəməsi səhvə yol verərək həmi n ərizəni təmin etməmişdir.

42. Apellyasiya instansiyası məhkəməsi bununla bağlı qeyd etmişdir ki, qanunvericiliyin tələbinə görə, vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir.

43. Apellyasiya instansiyası məhkəməsinin qənaətinə görə iddiaçı kredit müqaviləsinin müddəti bitdikdən sonra hazırkı iddianı qaldırdığından, eyni zamanda kredit müqaviləsi üzrə faizlər də ilin sonunda ödənilməli olduğundan, həmin tələbin bir hissəsinə iddia müddəti tətbiq edilməli və cavabdehdən 3 il üçün illik 5% dərəcəsi ilə 3024.71 ABŞ dolları (ekspert rəyində göstərilmiş hesablamaya uyğun olaraq) əldən çıxmış fayda (zərər) iddiaçının xeyrinə tutulmalıdır.

44. Apellyasiya instansiyası məhkəməsi eyni zamanda göstərmişdit ki, illik 5 faiz dərəcəsi ilə hesablanmış əldən çıx mış faydanın ödənilməsi barədə tələb qanundan irəli gələn tələb olduğundan, Mülki Məcəllənin 376.1-ci maddəsinə görə əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər (girov, dəbbə pulu, saxlama, zaminlik, beh) üzrə də iddia müddəti keçir. Bu baxımdan, Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən kreditor tərəfindən irəli sürülmüş tələblərə 3 illik iddia müddətinin tətbiqi Mülki Məcəllənin 376.1-ci maddəsinin tələblərinə də uyğundur.

45. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin iddianın tam rədd edilməsi ilə bağlı şikayətin dəlillərini əsassız sayaraq bildirmişdir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” 09 iyul 2009cu il tarixli Qərarındakı hüq uqi mövqeyə əsasən, Mülki Məcəllənin 449.1-ci maddəsindən fərqli olaraq həmin Məcəllənin 445.7-ci maddəsində pulun ödənilməsinin gecikdirilməsini ondan faydalanmaqla əlaqələndirməmiş, yalnız digər əsaslarla daha böyük məbləğin tələb edilməsinin mümkün olmadığı təqdirdə, bu faizi tələb etmək hüququnu əks etdirmişdir.

46. Apellyasiya instansiyası məhkəməsi mövqeyini Mülki Məcəllənin 21.1, 21.2, 21.3, 385.1, 386.1, 421.1, 421.2, 421.3, 425.1, 442, 443.1, 445.1, 445.7, 448.1, 448.2, 449.1, 465.2, 528, 560.1, 560.2, 739.1, 739.2, 740.1, 741-ci, Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

47. İddiaçı (Vəkil2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkə məsinin qətnaməsinin ləğv edilməsi və iddianın tam təmin edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.

48. Kassasiya şikayəti Mülki Məcəllənin 373.3, 375, 376, 380.1, 467, 553.2-ci maddələrinə istinad edilməklə onunla əsaslandırlmışdır ki, Bank tərəfindən Mülki Məcəllənin 373.3-cü maddəsində göstərilən iddia müddətinin buraxılmadığını təsdiq edən iş materiallarına əlavə edilmiş çoxsaylı sübutların və halların olmasına baxmayaraq, məhkəmə Bankın əldən çıxmış faydaya dair tələbinin bir hissəsinə müvafiq iddia müddətini tətbiq etmişdir. Belə ki, iş materiallarında mövcud olan Zaqatala Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsindən görünür ki, cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini lazımi qaydada yerinə yetirməyib. Cavabdeh tərəfindən həmin qətnamənin qəbul edilməsindən, qüvvəyə minməsindən və icra olunmasından 5 ilə yaxın müddət keçdikdən sonra Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilmiş və həmin apellyasiya şikayəti üzrə müvafiq qətnamə qəbul edilmişdir. Bankın cavabdehə qarşı yuxarıda göstərilən iddia tələbi üzrə mülki iş Zaqatala Rayon Məhkəməsinin, daha sonra isə Şəki Apellyasiya Məhkəməsinin icraatında olduğu müddət ərzində iddia müddətinin axımı kəsilmişdir. Müddətin kəsilməsi həmin iş üzrə əvvəlcə Zaqatala Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(033)-1268/2017 №-li qətnaməsi, daha sonra isə Şəki Apellyasiya Məhkəməsinin 11 may 2022-ci il tarixli, 2(107)-31/2022 №-li qətnaməsi qanuni qüvvəyə minənədək davam etmiş və həmin qətnamələr qanuni qüvvəyə mindikdən sonra iddia müddətinin axımı yenidən başlanmışdır. Mülki Prosesual Mə cəlləsinin 233.1-ci maddəsinin “Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında” xx.xx.2021-ci tarixli 363-VİQD nömrəli Qanunu qəbul edilənədək qüvvədə olmuş redaksiyasının tələbi baxımından Zaqatala Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsinin xx.xx.2017-ci il tarixdən qüvvəyə mindiyi nəzərə alınsa, deməli, həmin tarixdən (xx.xx.2017-ci il) etibarən 3 illik iddia müddətinin axımı yenidən başlanmışdır. İş materiallarında olan cavabdehin Kredit müqaviləsi üzrə borcunun hesablanmasına dair Arayışdan, habelə Kredit müqaviləsi üzrə müvafiq hesablardan Çıxarışlardan göründüyü kimi, həmin 3 illik müddət ərzində, hətta ondan sonra da, xx.xx.2020-ci il tarixdən xx.xx.2022-ci il tarixə qədər olan dövr ərzində cavabdeh tərəfindən Kredit müqaviləsi üz rə müxtəlif məbləğlərdə ödənişlər həyata keçirilmiş, yəni borcun etiraf edilməsini göstərən hərəkətlər edilmişdir. Bununla əlaqədar olaraq, hər dəfə növbəti ödəniş edilərkən iddia müddətinin axımı yenidən başlanmışdır. Bundan sonra isə apellyasiya instansiyası məhkəməsinin qeyd olunan 11 may 2022-ci il tarixli, 2(107)31/2022 №-li qətnaməsi qəbul edilmişdir. Hazırkı iş üzrə Bank tərəfindən cavabdehə qarşı iddia ərizəsi isə Zaqatala Rayon Məhkəməsinə xx.xx.2023-cü il tarixdə verilmişdir. Beləliklə, göstərilənlər birmənalı şəkildə təsdiq etmişdir ki, Bank tərəfindən müvafiq iddia müddəti ötürülməmişdir. Bundan başqa əldə çıxmış faydanı (zərəri) tələb etmək hüququ Mülki Məcəllənin 21-ci və 443-cü maddələrindən, başqa sözlə qanundan irəli gəldiyindən və vaxtaşırı icra edilməli öhdəlik olmadığın dan həmin tələbə Mülki Məcəlləsinin 373.3-cü maddəsində göstərilən iddia müddətinin tətbiq edilməsi qanunsuz olmuşdur. Buna görə də Bankın həmin tələbinə Mülki Məcəllənin 373.1-ci maddəsində göstərilən ümumi iddia müddəti, yəni 10 illik iddia müddəti tətbiq olunmalı idi.

49. Cavabdeh (Vəkil1) də kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin iddianın təmin edilmiş hissəsində ləğv,iddianın tam rədd edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.

50. Kassasiya şikayəti Mülki Məcəllənin 466-cı maddəsinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4,445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 dekabr 2014-cü il Qərarına istinad edilməklə onunla əsaslandırlmışdır ki, cavabdehdən əldən çıxmış fayda tutulmamalıdır. Belə ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Lakin vahid məhkəmə təcrübəsində bu müddətin hesablanması borclu şəxsin borc öhdəliklərinin icrasından qərəzli şəkildə yayınmasından sonra başlamalıdır. Yəni icra sənədi üzrə İcra məmurunun verdiyi könüllü icra müddətindən sonra başlamalıdır. Məhz buna görə də bu tip oxşar işlərə məhkəmələr mütləq şəkildə icra sənədini əldə edərək yekun nəticəyə gəlməlidir. İş materialla rından göründüyü kimi, cavabdehə qarşı irəli sürülən borc və borcun ipoteka predmetinə yönəldilməsi barədə iddia tələbi üzrə yekun məhkəmə aktı Şəki Apellyasiya Məhkəməsinin 2(107)-31/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi olmuşdur. Həmin qətnamə cavabdeh tərəfindən (icrada dönüş edildikdən sonra) xx.xx.2023-cü ildə tam icra edilmiş və ipoteka predmeti girovdan azad edilmişdir. Göründüyü kimi, borclu icra sənədinin icrasından qərəzli yayınmamışdır. İşdən göründüyü kimi, borclu tərəf icra sənədi üzrə qətnaməni könüllü icra müddəti ərzində icra etmişdir. Məhz buna görə də iddia tələbi rədd edilməlidir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

51. Kassasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 21.2. Z ərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Maddə 373.3. Vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. Maddə 375.1. Hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən ba xılmağa qəbul edilir. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Maddə 443.2. Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Maddə 445.7. Bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. Maddə 449.1. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərə cəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Maddə 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübutayetirməyə borclu deyildir. Maddə 465.2. Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhd əliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər. Maddə

528. Öhdəliyə onun kreditorun xeyrinə lazımınca icrası (icra) nəticəsində xitam verilir. Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Maddə 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Maddə 741. (köhnə redaksiyada). Əgər müqavilənin iştirakçıları borcun faizlər üzrə verilməsini şərtləşdiri rlərsə, faizlər müvafiq olaraq bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halla rın aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən s axlaya bilər. Maddə 417.1.2. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhk əmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

52. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir

53. Kassasiya şikayətlərində qətnamə iş üzrə iddiaçı tərəfindən iddianın təmin edilməyən, cavabdeh tərəfindən isə iddianın təmin edilən hissələrində mübahisələndirildiyindən həmin məhkəmə aktı faktiki olaraq tam yoxlanılır.

54. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

55. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları da müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

56. Apellyasiya məhkəməsi iddia tələbi üzrə düzgün nəticəyə gəlib.

57. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya məhkəməsi iddia tələbi üzrə ətraflı hüquqi dəyərləndirmə aparmış, işin faktiki hallarını işdəki sübutlarla müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, sübutları MPM-in 88-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirmiş, nəhayət, qanuni və əsaslı qətnamə qəbul edilmişdir.

58. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qiymətləndirməsi ilə razılaş ır.

59. Bu baxımdan hazırda qiymət verilməli olan məsələlər kassasiya şikayətinin dəlilləridir.

60. Məhkəmə kollegiyası xx.xx.2018-ci il tarixdən xx.xx.2021-ci il tarixədək vaxtı keçmiş əsas borc məbləğinə illik 5 faiz dərəcəsi ilə hesablanmış əldən çıxmış faydanın (zərər) əvəzinin tutulması barədə gəlinən nəticəni əsaslı hesab edir. Belə ki, işdən görünür ki, həmin tələbin bir hissəsinə iddia müddəti tətbiq edilmişdir.

61. İllik 5 faiz dərəcəsi ilə hesablanmış 6055,02 ABŞ dolları məbləğində əldən çıxmış faydanın ödənilməsi barədə tələbin qanundan irəli gələn tələb olduğundan apellyasiya instansiya məhkəməsinin üç illik iddia müddətini tətbiq etməklə səhvə yol verməsi barədə iddiaçının kassasiya şikayətinin dəlili əsassızdır.

62. Məhkəmə kollegiyası bu dəlillə bağlı qeyd edir ki, Mülki Məc əllənin 376.1-ci maddəsinə görə əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər (girov, dəbbə pulu, saxlama, zaminlik, beh) üzrə də iddia müddəti keçir. Bu baxımdan, Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən kreditor tərəfindən irəli sürülmüş tələblərə 3 illik iddia müddətinin tətbiqi Mülki Məcəllənin 376.1-ci maddəsinin tələblərinə uyğun olmuşdur.

63. Həmçinin cavabdehin kassasiya şikayətinin dəlilləri də əsassızdır. Cavabdeh kassasiya şikayətində qətnamənin gec icrasında təqsirli olmamasına, qətnaməni könüllü icra etməsinə istinad edərək iddianın rədd edilməsini bildirmişdir.

64. Mülki Məcəllənin 445.7-ci maddəsinin hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan redaksiyasına görə borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur.

65. Qeyd edilən normanın dispozisiyasına görə borclunun gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməli olmasının əsas şərt onun pul məbləğinin ödənilməsini gecikdirməsidir. Mülki Məcəllənin 445.7-ci maddəsinin tətbiqi üçün borclunun (hazırki işdə cavabdehin) icranı gecikdirməsində təqsirli olub-olmamasının hər hansı hüquqi əhəmiyyəti yoxdur.

66. Buna görə də cavabdehin Mülki Məcəllənin 445.7-ci maddəsinin tətbiqini icranı gecikdirməsində təqsirli olub-olmaması ilə əlaqələndirməsi əsaslı dəlil deyil.

67. Cavabdehin özünün də istinad etdiyi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına d air” Konstitusiya Məhkəməsinin Plenumunun 09 iyul 2009-cu il və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 dekabr 2014-cu il tarixli Qərarlarında ifadə edilmiş hüquqi mövqeyə görə kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqı qismində faizlərin, həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanı) ödənilməsini borcludan tələb edə bilər.

68. Beləliklə, məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin q ətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

69. Yuxarıda göstərilənləri və Mülki Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı və cavabdehin kassasiya şikayətləri təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-1023/2024 nömrəli, 30 oktyabr 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar