Məhkəmə qərarları › İş №2(102)-5600/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-5600/2021

18.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5600/2021 18.11.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: kredit müqaviləsinə xitam verilməsi və həmin müqavilə üzrə borcun tutulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim Həsənov Vüqar Təvəkgül oğlunun sədrliyi və məruzəsi, hakimlər Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi, İddiaçının vəkili Rəsulova Aysel Ələddin qızının, Cavabdeh1 iştirakları ilə, Sumqayıt Apelyasiya Məhkəməsi Mül ki Kollegiyasının 2(105)-1681/2021 nömrəli iş üzrə 25 may 2021-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 18 noyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları 26 may 2014-cü il tarixli, №1064 saylı kredit müqaviləsindən görünür ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında kredit müqaviləsi bağlanmışdır. 26 may 2014-cü il tarixli, № ZM-1064 saylı zaminlik müqaviləsindən görünür ki, İddiaçı ASC-dən kredit götürmüş borcalan Cavabdeh1 oğlunun bank qarşısında öz öhdəliklərini tamamilə icra etməsi üçün məsuliyyəti zaminlər Cavabdeh2 və Cavabdeh3 öz üzərinə götürmüşlər. 09 iyun 2016-cı il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 İddiaçı ASC-nə borcu 7422.36 ABŞ dolları əsas borc u, 2639.36 ABŞ dolları faiz və 271.61 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 10333.33 ABŞ dolları borcu təşkil edir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh1 qızından müştərək qaydada 7422.36 ABŞ dolları əsas borcu, 2639.36 ABŞ dolları faiz və 271.61 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 10333.33 ABŞ dolları borcu və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun alınıb İddiaçı ASC-nin xeyrinə ödənilməsi və İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 26 may 2014-cü il tarixli kredit müqaviləsinə xitam verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 26 may 2014-cü il tarixli, №1064 saylı kredit müqaviləsinə əsasən İddiaçı ASC-dən illik 30 faizlə 36 ay müddətinə Cavabdeh1 9000 ABŞ dolları məbləğində kredit götürmüşdür. Lakin borclu müqavilənin şərtlərini pozaraq borc öhdəliyini icra etməkdən boyun qaçırmışdır. 26 may 2014-cü il tarixli № ZM-1064 saylı zaminlik müqaviləsinə əsasən Cavabdeh2 və Cavabdeh3 kredit götürmüş Cavabdeh1 kreditor qarşısında öz öhdəliklərini icra etməsi öz üzərinə götürmüşlər. 26 may 2014-cü il tarixli, №1064 saylı kredit müqaviləsi üzrə Cavabdeh1 banka 7422.36 ABŞ dolları əsas borcu, 2639.36 ABŞ dolları faiz və 271.61 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 10333.33 ABŞ dolları borcu vardır. Borcun ödənilməsi barədə dəfələrlə xəbərdar edilməsinə baxmayaraq cavabdehlər borcu ödəməkdən boyun qaçırmışlar. Buna g örə də iddiaçı "xxxx" ASC-ti göstərilən tələblə məhkəməyə müraciət etmişdir. Qeyd edilənləri nəzərə alıb iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Qusar Rayon Məhkəməsinin 29 sentyabr 2016-cı il tarixli qətnaməsi ilə (hakim R.Kazımov, iş № 2(029)-1196/2016) iddia qismən təmin edilərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 7422.36 (yeddi min dörd yüz iyirmi iki dollar otuz altı sent) ABŞ dolları əsas borcu, 2639.36 (iki min altı yüz otuz doqquz dollar otuz altı sent) ABŞ dolları faiz və 50 (əlli) ABŞ dolları cərimə borcu olmaqla, cəmi 10111.72 (on min yüz on bir dollar yetmiş iki sent) ABŞ dolları məbləğində (Azərbaycan Respublikası Milli pul vahidi məzənnəsi ilə) borc və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu alınıb İddiaçı ASC -nin xeyrinə ödənilməsi, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 26 may 2014-cü il tarixli kredit müqaviləsinə xitam verilməsi, iddianın qalan hissəsinin təmin edilməməsi qət edilmişdir. Birinci instansiya məhkəməsində hesab etmişdir ki, Cavabdeh1 imzalanmış kredit müqaviləsinin şərtlərini pozaraq alınmış krediti vaxtı-vaxtında ödəməmiş və İddiaçı ASCnə cavabeh Cavabdeh1 7422.36 ABŞ dolları əsas borcu, 2639.36 ABŞ dolları faiz və 271.61 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 10333.33 ABŞ dolları borcu qalmışdır. İddiaçı ASC-nə cavabdeh tutulmalı olan cərimənin miqdarını tənasübsüz surətdə yüksək göstərmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 25 may 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər Ş.Abasov (sədrlik edən və məruzə çi), S.Qafari, T.Məmmədov, iş № 2(105)-1681/2021) Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, hazırkı iş üzrə Qusar Rayon Məhkəməsinin 29 sentyabr 2016-cı il tarixli, 2(029)-1196/2016 saylı tarixli qətnaməsi Cavabdeh1 apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, Cavabdeh1 kredit müqaviləsi üzrə bank qarşısında öhdəliklərini icra etməmiş, nəticədə iddiaçı qarşısında onun borcu yaranmışdır və buna görə də İddiaçı ASC-nin yaranmış borcun qaytarılması, habelə tərəflər arasındakı kredit müqviləsinə xitam verilməsi barədə iddia tələbi əsaslıdır. Bunları nəzərə alan birinci instansiya məhkəməsi düzgün nəticəyə gələrək tərəflərin hüquq münasibətlərinə maddi və prosessual hüquq normalarını düzgün tətbiq edərək iddianı cərimə borcu hissəsində azaltmaqla qanuni və əsaslı qətnamə qəbul etmişdir. Cavabdehin apelyasiya şikayətində birinci instansiya məhkəməsinin yalnız iddiaçının tələbini əsas götürərək qətnamə qəbul etməsi barədə göstərdiyi dəlillər əsassızdır. Məhkəmə kollegiyası cavabdehin manatın devalvasiyasına istinad edərək şikayətini əsaslandırmaq cəhdini də əsassız hesab edir. Belə ki, işdən, o cümlədən onun özünün izahatından da görünür ki, ona bu məqsədlə 6250 manat kompensasiya ödənilmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri Cavabdeh1 (vəkil X1) kassasiya şikayətini onunla əsaslandırmışdırlar ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermi şdir. Ona görə də, Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)1681/2021 nömrəli iş üzrə 25 may 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi və işə yenidən baxılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş edir. Cavabdehin kassasiya şikayətinin dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçının nümayəndəsi və vəkili Rəsulova Aysel Ələddin qızı kassasiya şikayətinə etiraz edərək təmin olunmamasını xahiş etdi. Məhkəmə kollegiyası iclasında vəkilsiz iştirak etdiyinə görə Azərbaycan Respublikasının MPM-nin 67-ci maddəsinə əsasən məhkəmə kollegiyası Cavabd eh1 oğlunun izahatını dinləməmişdir. Digər tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlara təsir göstərə bilər. Hazırda apellyasiya instansiya məhkəməsinin qətnaməsindən Cavabdeh1 kassasiya şikayəti vermiş, qətnamənin ləğv olunmasını xahiş etmişdir. Bu səbəbdən apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qanuniliyi kassasiya şikayətinin dəlillərinə uyğun qismən yoxlanması təşkil edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kredit orun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən «Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi.. və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür». 448-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılmasına yol verilmir. 739.2-ci maddəsinə görə, kredit müqaviləsi üzrə bank və ya başqa kredit təşkil atı əqdlə nəzərdə tutulmuş həcmdə və şərtlərdə pulun (kredit) borcluya verilməsi öhdəliyini, borclu isə bu məbləğin qaytarılması və faizlərin ödənilməsi öhdəliyini öz üzərinə götürür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıla rı ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələbindən kənara çıxa bilər. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1.-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəl i hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilməklə yanaşı iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tə tbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-1681/2021 nömrəli iş üzrə 25 may 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar