Məhkəmə qərarları › İş №2(102)-5600/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-5600/2022

19.12.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5600/2022 19.12.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ iş № 2(102)-5600/2022 (Açar sözlər: malın dəyərinin ödənilməsi tələbi, sübutların qiymətləndirilməsi) Bakı şəhəri, 19 dekabr 2022-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1672/2022 nömrəli iş üzrə 14 iyun 2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə dair işə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağı dakı qərarı qəbul etdi. İşin halları

1. Tərəflər arasında malın (ayaqqabı və geyim əşyalarının) alğı-satqısına dair şifahi razılaşma olmuşdur. Bu razılaşma çərçivəsində iddiaçı tərəfindən cavabdehə mal verilmişdir.

2. İddiaçı verdiyi malların dəyərindən ödənilməmiş qalan məbləğin cavabdehdən tutulmasını tələb edir, cavabdeh isə iddiaya etiraz edir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, dəymiş maddi ziyana görə ******* rubl və dövlət rüsumu kimi ödənilmiş 30 manat pul məbləğinin cavabdehdən alınıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı, sonradan tələbinin həcmini azaldaraq, məhkəmə baxışı gedən dövrdə cavabdeh tərəfindən ona 300.000 rubl məbləğində p ul ödənildiyini bildirərək, cavabdehdən ******* rubl və 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

4. İddia onunla əsaslandırılmışdır ki, 2016-cı ilin oktyabr ayında Cavabdeh ondan 12236440 rubl dəyərində müxtəlif adda mallar (paltar, ayaqqabı və.s) götürmüş və vəd etmişdir ki, həmin malların pulunu 5 ay ərzində hissə-hissə ödəyəcəkdir. Cavabdeh borcunun bir qismini hissə-hissə ödəmiş, qalan borcu isə ödəməkdən yayınmışdır. İddiaçının müraciəti əsasında Azərbaycan Respublikası DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində araşdırılma aparılmışdır. Araşdırma nəticəsində izahatı alınan Cavabdeh yazdığı və imzası ilə təsdiqlədiyi izahatında göstərmişdir ki, İddiaçı sonuncu dəfə 2017-ci ildə 200000 dollarlıq mal almışdır. Həmin puldan 130000 do llar hissəsində ödəniş etmiş, 70000 dollara yaxın borcu qalmışdır.

5. Birinci instansiya məhkəməsində cavabdehin nümayəndəsi iddianı qəbul etməyərək bildirmişdir ki, cavabdeh iddiaçıdan müxtəlif adlarda mallar almış, lakin sonra həmin malların qüsurlu olması müəyyən edilmişdir. Cavabdeh həmin malları geri qaytarmaq istədikdə iddiaçı onları götürməkdən imtina etmişdir. Cavabdeh alıdığı malların qüsurlu olması səbəbindən onların dəyərini ödəməmişdir.

6. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin (hakim İlkin Əliyev) 26 noyabr 2021-ci il tarixli, 2(001)-3802/2021 saylı qətnaməsi ilə iddia təmin edilmiş, cavabdehdən 3.096.440 rubl məbləğində pul vəsaitinin ödəniş anında Azərbaycan manatına nisbətən məzənnəsi nəzərə alınmaqla manatla tutularaq iddiaçıya ödənilməsi qət olunmuşdur.

7. Məhkəmə iddian ın təmin edilməsi barədə qənaətə gələrkən qeyd etmişdir ki, cavabdeh tərəfindən iddiaçıdan 200.000 dollar məbləğində mal alınmışdır. Bu faktı həm iddiaçı, həm cavabdeh Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində vermiş olduqları izahatlarında təsdiq etmişlər. Cavabdeh isə aldığı mallara münasibətdə 70.000 dollara yaxın borcunun qaldığını təsdiq etmişdir. Məhkəmə, iddianı haqlı sayarkən cavabdeh tərəfin ondan tələb olunan borc məbləğini mübahisələndirməməsini, iddia tələbinə etirazın sadəcə alınan malların qüsurlu olması ilə ifadə edilməsini və buna dair sübutunun olmamasını, o cümlədən cavabdehin polis orqanında borcunu etiraf etməsini nəzərə almışdır.

8. Məhkəmə öz mövqeyini Azerbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1, 386.1, 427.3, 442, 443.1, 4 48.1, 567.1, 600.1, 600.4, 601.1-ci, MPM-in n 77.1, 77.3, 78.1, 78.2, 80, 88 və 119.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat

9. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ödənişlərin mövcudluğu iş materiallarına maddi sübut kimi əlavə edilən yaddaş kartında olan qəbzlərlə təsdiq olunmuşdur. Bundan əlavə, məhkəmə prosesi zamanı hər hansı bir yaddaş kartı tədqiq olunmamış, qəbzlərin olmasından onların xəbəri olmamış, ümumiyyətlə həmin qəbzlərin kim tərəfindən tərtib edilməsi, ödənişlərin kim tərəfindən edilməsi araşdırılmamış, məhkəmə isə bütün bunların heç birini nəzərə almamışdır. Ümumiyyətlə səs yazısı ilə bağlı məsələlər araşdırılmamış, səslərin kimə məxsus olması isə müəyyən edilməmişdir. Kommersiya mübahisəsi Rusiya Federasiyasının ərazisində baş verdiyi halda, məhkəmə mübahisəyə Azərbaycan Respublikasının mülki və mülki prosessual qanunvericiliyini tətbiq etmişdir. Bundan əlavə, məhkəmə qətnamədə məhkəmə iclasında tədqiq olunmamış yaddaş kartına istinad etmişdir. Məhkəmə sonuncu iclasda cavabdeh tərəfin iştirakını təmin etməmiş, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmamışdır. Məhkəmə qətnamədə tərəflər arasında alqısatqı müqaviləsinin baş verməsi, müqavilənin dəyəri, bağlandığı müddət və yaranmış borcun məbləği ilə bağlı yanlış qənaətə gəlmişdir, heç bir mötəbər sübutlara əsaslanmamış, kim tərəfindən göndərilməsi məlum olmayan qəbzlərə istinad etmiş, məhkəmə prosesində tədqiq olunmayan yaddaş kartına istinad etmişdir.

11. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının(hakimlər İ.Ə.Kərimli (sədrlik edən və məruzəçi), A.Ə.İsgəndərov və E.C.Kazımov) 2(103)-1672/2022 nömrəli iş üzrə 14 iyun 2022-ci il tarixli qətnaməsi ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək, iş üzrə yeni qətnamə çıxarılmış, iddia rədd edilmişdir.

12. Apellyasiya instansiya məhkəməsi mövqeyini belə əsaslandırmışdır ki, tərəflər arasında malların nisyə alqı-satqısına dair şifahi razılaşma olmuş, cavabdeh iddiaçıdan müxtəlif adda ayaqqabı və geyim əşyaları almışdır. İddiaçı iddia ərizəsində 2016-cı ilin oktyabr ayında cavabdehin ondan 12236440 rubl dəyərində mal götürdüyünü, malların bir hissəsinin pulunu ödəsə də, qalan pulu ödəməkdən yayınmasını, 2020-ci ilin fevral ayında Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinə müraciət edəndən sonra 50000 manat ödədiyini, ******* rubl məbləğində borclu qaldığını, məhkəmə baxışı gedən dövrdə 300000 rubl da ödədiyini və hal-hazırda cavabdehin ona ******* rubl məbləğində borcunun qaldığını göstərmişdir. Birinci instansiya məhkəməsində işə baxılarkən 31 avqust 2021-ci il tarixli məhkəmə iclasında isə İddiaçı cavabdehin ondan 2016-cı ilin noyabr ayında şifahi razılaşma əsasında 12300000 rubl dəyərində mal (paltar, ayaqqabı və s.) götürdüyünü, aralarında olan şifahi razılaşmaya əsasən malların dəyərinin 5 ay ərzində ödənilməli olduğunu, cavabdehin ******* rubl dəyərində malı geri qaytardığını, 2018-ci ildə ******* rubl məbləğində, bundan sonra ayrı-ayrı vaxtlarda 210000 rubl, 50000 rubl, 500000 rubl, 500000 rubl, 500000 rubl, 230000 rubl, ******* rubl və sonuncu dəfə 300000 rubl məbləğində ödəniş etdiyini, qalan borcunu ödəməkdən yayındığını göstərmişdir. İddiaçı tərəf iddia tələbinin əsası kimi istinad etdiyi hallara dair sübut kimi Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsində aparılmış araşdırma zamanı alınmış tərəflərin izahatlarının surətini, whatsapp mesenceri vasitəsilə aparılmış yazışmaların surətini, üzərində müxtəlif malların adı və rəqəmlər yazılmış kağızları və 1 ədəd yaddaş kartını məhkəməyə təqdim etmişdir.

13. Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsində aparılmış araşdırma zamanı al ınmış tərəflərin izahatlarından görünür ki, İddiaçı Cavabdeh ona aralarında yaranmış kommersiya münasibətləri nəticəsində 76000 ABŞ dolları məbləğində borclu olmasını göstərmiş, Cavabdeh isə izahatında İddiaçı 70000 ABŞ dolları məbləğində borclu qalmasını bildirmişdir.

14. Cavabdeh tərəfin apellyasiya şikayətindən görünür ki, cavabdeh Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsində qanunsuz saxlanılmaqla həmin izahatı yazmağa məcbur edilmişdir. İş materiallarından da görünür ki, Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinin belə məzmunlu şikayət üzrə araşdırma aparmaq səlahiyyəti olmamış, son nəticədə prosessual qərar qəbul olunmayaraq iddiaçıya mübahisənin mülki xarakterli olmaqla məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, alınma tarixi və kim tərəfindən alınması göstərilməyən həmin izahatların hansı tarixdə, kim tərəfindən alınması müəyyən olunmadığından və səlahiyyəti olmayan orqan tərəfindən alınaraq müvafiq prosessual qərar qəbul olunmadığından, həmin izahatlar sübut kimi qəbul oluna bilməz. 15. “Whatsapp” mesenceri vasitəsilə aparılmış yazışmaların və üzərində müxtəlif malların adı və rəqəmlər yazılmış kağızların kserosurəti ilə bağlı kollegiya qeyd edir ki, bu yazışmalardan və üzərində müxtəlif yazılar olan kağızlardan cavabdehin iddiaçıya konkret nə qədər borclu olması barədə nəticəyə gəlmək mümkün deyildir və həmin yazışmaların mötəbərliyini yoxlamaq mümkün olmamışdır. Çünki Whatsapp mesenceri vasitəsilə aparılmış yazışmalarda “Vüsal” adlı şəxsə müraciət edən şəxsin yazdıqları qeyd olunmuş, həmin yazışmalar da isə qarşı tərəfin mesaj göndərən şəxsdən borcunu qaytarması tələb olunur.

16. İddiaçı tərəfin izahatından da görünür ki, cavabdeh iddiaçıdan malları nisyə götürmüş, borcunun bir qismini hissə-hissə qaytarmışdır. Cavabdeh tərəfindən borcların bir hissəsinin qaytarılmasının cavabdehə göndərilən mesajlardan sonrakı dövrə düşübdüşməməsi müəyyən olunmur. İddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş 1 ədəd yaddaş kartında olan səs yazıları mülki prosessual qanunvericiliyin tələblərinə əməl olunmaqla apellyasiya icraatı zamanı işə baxılarkən tədqiq olunmuşdur. Həmin səs yazılarında bir tərəfin Vüsal adlı digər tərəfdən borcunu istəməsi barədə səsli mesajlar göndərməsi, Vüsal adlı şəxsin isə borcunu qaytarmağa çalışması barədə mesajlar qeyd olunmuşdur. Səsli mesajlarda borcun konkret məbləği gös tərilməmişdir.

17. Qeyd olunan səs yazıları ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, tərəflər arasında uzun müddət kommersiya münasibətləri olduğundan və bu dövrdə iddiaçının özünün də etiraf etdiyi kimi, cavabdeh iddiaçıya borcunu hissə-hissə qaytardığından, səsli mesaj göndərildikdən sonra cavabdehin iddiaçıya olan borcunu qaytarıbqaytarmamasını və hal-hazırda borcunun qalmasını müəyyən etmək mümkün olmamışdır.

18. Borcun məbləği barədə də iddiaçı tərəf məhkəməyə ziddiyyətli məlumatlar vermişdir. İddiaçının 31 avqust 2021-ci il tarixli məhkəmə iclasında verdiyi izahata əsasən, cavabdehin iddiaçıya hal-hazırda 12300***-*******-2228000-210000- 50000500000-500000-500000-230***-*******-300000=2862000 rubl məbləğində borcu qalmışdır

19. Məhkəmə kollegiyası hesab edir ki, İddiaçı Cavabdeh o na ******* rubl məbləğində maddi ziyan vurmasını sübut edə bilməmiş, iddia tələbinin əsası kimi istinad etdiyi hallara dair məhkəməyə tutarlı və mötəbər sübutlar təqdim etməmişdir.

20. Apellyasiya instansiyası məhkəməsi gədiyi nəticəni Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 217.4, 384.0.2, 385.1.3, 389-cu maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

21. İddiaçı kassasiya şikayəti verərək, apellyasiya instansiya məhkəməsinin qətnaməsini ləğv edilməsini, iddianın tam təmin edilməsinə dair qərar, apellyasiya məhkəməsinin hakimi İ.Kərimli barəsində xüsusi qərardad çıxarılmasını xahiş etmişdir. 22.İddiaçı kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apelyasiya məhkəməsinin qətnaməsini çıxararkən onların işti rakı təmin etməmişdir. MPM-in 9.3-cü maddəsinə əsasən hakim bütün hallada prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmçinin iddiaçı qeyd edir ki, məhkəmə işin faktiki hallarına əsasən gətirdiyi çoxlu sayda olan sübutları qanunsuz olaraq qəbul etməmiş və bizə bu sübutların dəqiqləşdirmək üçün məhkəmədə fürsət də verməyərək qərəzli və qanunsuz qətnamə çıxarmışdır.

23. İddiaçı əlavə olaraq bildirmişdir ki, məhkəmə sübut kimi qiymətləndirmədiyi izahatın kim tərəfindən və necə alındığının məlum olmadığını qeydb etmişdir. Halbuki, bu izahatın alındığı orqan məlumdur, zərurət yarandığı üçün bu sübutu mötəbər sübut kimi qiymətləndirmədə siyahıdan çıxarmaq əvəzinə Ba ş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinə sorğu verə bilərdi. c) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

24. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

25. Maddə 385.1 Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

26. Maddə 386.1-ci Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

27. Mad də 442-ci öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

28. Maddə 443.1 Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur.

29. Maddə 448.1 Bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

30. Maddə

567. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

31. Maddə 598.1. Əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzər də tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir.

32. Maddə 600.1. Alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyanın nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müdətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

33. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülm əyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

34. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

35. Maddə 76.1 Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

36. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

37. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir s übutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

38. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

39. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

40. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

41. Kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

42. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəf indən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

43. Kollegiya aşağıdakılara əsasən hesab edir ki, iş maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməmişdir.

44. Hazırkı işdə iddiaçı, verdiyi malın dəyərindən ödənilməmiş qalan ******* rubl məbləğində pulun cavabdehdən tutulmasını istəyir, cavabdeh isə iddiaya etiraz edir.

45. Apellyasiya məhkəməsi iddianı rədd edərkən mövqeyini belə əsaslandırmışdır ki, iddiaçı, tələbinin əsası kimi istinad etdiyi halları sübuta yetirə bilməmişdir.

46. Kollegiya bildirir ki, sübutetmə dedikdə, iddianın əsaslandığı bir hüququn və ya buna qarşı etirazın söykəndiyi halların (hadisələrin) olub-olmadığı haqqında məhkəmənin qənaətə gəlməsi üçün həyata keçirilən prosessual fəaliyyət başa düşülür. Bu baxımdan sübutetmənin predmetini tərəflərin mübahisələndirdikləri hal(lar) təşkil edir. O mübahisəli hallar ki, qanunverici onların mövcud olub-olmamasına hüquqi bir nəticə bağlayır. Başqa sözlə, hansısa halın baş verib-verməməsi şəxsin hüququnun yaranması, itirilməsi və s. kimi hüquqi nəticə yaradır. Məhz bu cür halların sübuta yetirilməsi üçün tərəflərin məhkəməyə dəlil təqdim etmələri zəruridir. Bu baxımdan tərəflərin tələb və etirazlarını əsaslandıran hallar ın və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğu və ya olmadığı barədə məhkəmənin əldə etdiyi məlumatlar sübutlar hesab olunur (§ 35).

47. Məhkəmə hansı halların sübuta yetirilməli olduğunu təsbit etdikdən sonra həmin halların sübut edilməsi yükünün kimin üzərinə düşdüyünü müəyyən etməlidir. Nəzərə alınmalıdır ki, sübutetmə yükü qanunda xüsusi bir qayda nəzərdə tutulmadığı halda iddia edilən halın mövcudluğuna (baş verməsinə) bağlanan hüquqi nəticədən xeyir görən tərəfə aidir. Qayda olaraq sübutetmə yükü əvvəlcə iddiaçının üzərinə düşür. Lakin bu ümumi qaydanın bəzi istisnaları vardır. Əgər sübutetmə yükü qanunla başqa tərəfin üzərinə qoyulubsa, yaxud şəxs qanuni və ya faktiki prezumpsiyaya, yaxud normal bir vəziyyətin əksi olan hala istinad edirsə ümumi qayd a işləmir (§ 36).

48. Baxılan işdə tərəflər arasında malın alqı-satqısına dair hüquq münasibətlərinin yaranması, bu münasibətlər çərçivəsində cavabdehin iddiaçıdan mal alması işin mübahisə olunmayan hallarıdır.

49. İddiaçı, cavabdehə təxminən 200.000 ABŞ dolları məbləğində mal verdiyini, malın dəyərinin bir hissəsinin ödənildiyini bildirsə də, sonuncunun ona 3.096.440 rubl məbləğində borcunun qaldığını iddia edir. İddiaçı tələbinin əsası kimi əlyazma qeydlərə, cavabdehlə votsap proqramı vasitəsilə apardıqları yazılı və səsli danışıqlara, habelə cavabdehin DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində verdiyi etirafedici izahata istinad etmişdir. İddiaçı bildirir ki, cavabdeh həmin danışıqlarda ona borclu olduğunu, yazılı izahatda isə 70.000 ABŞ dollarına yaxın borcunu ödəmədiyini etiraf etmişdir.

50. Cavabdeh tərəf birinci instansiya məhkəməsində iddiaçıdan müxtəlif adlarda mallar aldığını, lakin həmin malların qüsurlu olması səbəbindən dəyərinin ödənilmədiyini, DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində ondan alınmış izahatın isə məcburi şəkildə yazdırıldığını bildirmişdir.

51. Kollegiya, apellyasiya məhkəməsinin iş üzrə gəldiyini nəticəni qanuni və əsaslı hesab etmir, ona görə ki, məhkmə araşdırmalarında cavabdeh tərəfin iddiaçıdan mal götürməsinin təsdiq olunmasına baxmayaraq, cavabdehin iddiaçıya borcunun qalıbalmadığı, əgər qalmışsa onun məbləği aydınlaşdırılmamış, bu xüsusat üzrə tərəflərin izahatları lazımi şəkildə alınmamış, onların verdikləri məlumatlar işdəki digər sübutlarla birgə təhlil və tədqiq olunmamışdır.

52. Bundan əlavə, cavabdehi n nümayəndəsi birinci instansiya məhkəməsində iddiaçıdan alınmış malların qüsurlu olmasına görə dəyərinin ödənilmədiyinə istinad etsə də, həmin mübahisəli hal üzrə sübutetmə yükünün tərəflərdən hansına aid olmasına, bu barədə sübutlar təqdim edilib-edilməməsinə, edilmədiyi halda isə cavabdeh tərəfindən alınmış, lakin ödənilməmiş malların dəyərinin hansı miqdarda olmasına hüquqi qiymət verilməmişdir.

53. Kollegiya onu da qeyd edir ki, cavabdehin polis orqanına verdiyi izahatın kim tərəfindən alınması və tarixinin göstərilməməsi, habelə həmin qurumda aparılan araşdırma üzrə müvafiq qərarın qəbul edilməməsinə görə izahatın ümumiyyətlə sübut kimi qəbul edilməməsinə dair apellyasiya məhkəməsinin mövqeyi mülki prosessual qanunvericiliyə uyğun deyil.

54. Ona görə ki, sözügedən izahatın Cavabdeh t ərəfindən DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə verildiyi, həmin izahatda hazırkı iş üzrə mübahisəli hallara dair məlumatların yer aldığı məlumdur. Cavabdehin bu məlumatları iradəsi xaricində ifadə etməsi sübuta yetirilmədiyi, məhkəmə də bu barədə əsaslandırılmış bir qənaətə gəlmədiyi halda, sözügedən izahatın sübutlardan biri kimi işdəki digər məlumatlarla birlikdə qiymətləndirilməməsi MPM-nin 88-ci və 217.3-cü maddələrinin tələblərinin pozulmasına dəlalət edir.

55. Belə ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməli, qətnaməni iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (§ 37, 39).

56. Məhkəmə, özü tərəfində n müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onun hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir (S.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli qərarı).

57. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi də məhkəmə aktlarına münasibətdə irəli sürülən əsaslılıq tələbinə məhkəmələr tərəfindən əməl edilməməsini ədalətli məhkəmə araşdırması hüququnun pozulması kimi qəbul edir v ə özünün bir sıra qərarlarında bununla bağlı hüquqi mövqelərini ifadə etmişdir.

58. Avropa Məhkəməsinin qərarında qeyd edilmişdir ki, milli məhkəmələr tərəfindən öz qərarlarını əsaslandırmaq tələbinə əməl olunmaması ədalətli məhkəmə araşdırması zamanı tərəflərin mövqelərinin bərabərlik prinsipi gözlənilməklə dinlənilməsinin sübuta yetirilməməsi ilə nəticələnir (Kuznetsov və digərlərinin Rusiya Federasiyasına qarşı iş üzrə 21 yanvar 2007-ci il tarixli qərar).

59. Baxılan işdə isə apellyasiya instansiyası məhkəməsinin hazırkı iş üzrə qəbul etdiyi qətnamə qeyd edilən tələblərə cavab vermir.

60. Ona görə də qətnamə ləğv edilməli, mübahisənin yenidən araşdırılması və nəticəsindən asılı olaraq müvafiq qərarın qəbul edilməsi üçün iş apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.

61. Kolleg iya onu da qeyd edir ki, baxılan işdə apellyasiya məhkəməsinin hakimi barəsində xüsusi qərardad çıxarılması barədə vəsatətin təmin olunması üçün əsaslar müəyyən edilməmişdir.

62. Göstərilənlərə əsasən, Mülki Prosessual Məcəllənin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1672/2022 nömrəli iş üzrə 14 iyun 2022-ci il tarixli qətnaməsi ləğv edilsin və iş yeni apelyasiya baxışına göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar