Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5602/2018 27.08.2018 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ İş № 2(102)-5602/2018 27 avqust 2018-ci il Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi - hakim), Qoldman Tatyana Aleksandrovna və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, Əhmədov Fuad Vahid oğlunun katibliyi, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin vəkili X5in iştirakı ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı «borc tələbinə dair» mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 05.04.2018-ci il tarixli 2(107)-104/2018 nömrəli qətnaməsindən Cavabdeh və vəkili X6 tərəfi ndən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 18.750 manat əsas borc, 5596,40 manat faiz borcu, 1269,32 manat cərimə faizi - cəmi 25.615,72 manat borc məbləğinin, 04 avqust 2016-cı il tarixdən başlayaraq iddiaçının tələblərinin ipoteka predmeti hesabına faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğinə illik 19 % dərəcəsi ilə hesablanan faizlər formasında əldən çıxmış faydanın əvəzinin, illik 15 % dərəcəsi ilə hesablanan cərimə faizlərinin, 30 manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 30 manat məbləğin, məhkəməyə təqdim edilən sənədlərin notariat qaydasında təsdiq edilməsi üçün ödənilmiş 17 m anat məbləğin cavabdehdən iddiaçının xeyrinə tutulması, tutmanın cavabdehə məxsus olan, ünvan 1 ünvanında yerləşən qeyri yaşayış binasına yönəldilməsi, ipoteka predmeti olan qeyri yaşayış binasının ilkin satış qiymətinin cavabdeh etiraz etmədiyi təqdirdə ipoteka müqaviləsində qeyd edilmiş 70.000 (yetmiş min) manat likvid dəyərində, cavabdeh etiraz etdiyi təqdirdə müstəqil qiymətləndiricinin rəyi əsasında müəyyən olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onunla iddiaçı arasında bağlanmış 28 iyun 2013-cü il tarixli **********79413 nömrəli kredit müqaviləsinin 6.2 və 6.4-cü bəndlərinin, ipoteka müqaviləsinin etibarsız hesab edilməsini məhkəmədən xahiş etmişdir. Oğuz Rayon Məhkəməsinin 11 noyabr 2016-cı i l tarixli, 2(054)-1586/2016 saylı qətnaməsi ilə (hakim R.Şirinov) ilk iddia təmin edilmiş, Cavabdeh iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 18.750,00 manat əsas borc, 5596,40 manat faiz borcu, 1269,32 manat cərimə faizi, məhkəməyə müraciət etmək üçün dövlət rüsumu kimi ödənilmiş 30 manat, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 30 manat, məhkəməyə təqdim edilən sənədlərin notariat qaydasında təsdiq edilməsi üçün ödənilmiş 17 manat, ekspertiza tədqiqatının dəyəri kimi ödənilmiş 200 manat - cəmi 25.892 (iyirmi beş min səkkiz yüz doxsan iki) manat 72 (yetmiş iki) qəpik tutulması, Cavabdeh 04 avqust 2016-cı il tarixdən başlayaraq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin tələblərinin ipoteka predmeti hesabına faktiki təmin edilməsi tar ixinə qədər əsas borc məbləğinə illik 19 % dərəcəsi ilə hesablanan faizlər formasında əldən çıxmış faydanın əvəzi, illik 15 % dərəcəsi ilə hesablanan cərimə faizləri tutulması, borc məbləğinin ipoteka ilə yüklü edilmiş, Cavabdeh məxsus olan, ünvan 1 ünvanında yerləşən qeyri yaşayış binasına yönəldilməsi, ipotekanın ilkin satış qiymətinin 71.000 (yetmiş bir min) manat müəyyən olunması, qarşılıqlı iddianın isə rədd edilməsi qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 05.04.2018-ci il tarixli 2(107)104/2018 nömrəli qərardadı ilə (M.Əsədli, Ə.Məcidov və İ.Quliyev) Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş və Oğuz Rayon Məhkəməsinin 11 noyabr 2016-cı il tarixli, 2(054)-1586/2016 saylı qətnaməsi qismən- Cavabdeh 28.06.2013cü il tarixdən başlayaraq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin tələblərinin ipoteka predmeti hesabına faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğinə illik 19 % dərəcəsi ilə hesablanan faizlər formasında əldən çıxmış faydanın əvəzi, illik 15 % dərəcəsi ilə hesablanan cərimə faizlərinin tutulması hissəsində ləğv edilmiş. İddia tələbi həmin hissədə baxılmamış saxlanılmışdır. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 05.04.2018-ci il tarixli 2(107)104/2018 nömrəli qətnaməsi ilə (M.Əsədli, Ə.Məcidov və İ.Quliyev) Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin Oğuz Rayon Məhkəməsinin 11 noyabr 2016-cı il tarixli, 2(054)-1586/2016 saylı qətnaməsinin Cavabdeh iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 18.750,00 manat əsas borc, 5596,40 manat faiz borcu, 1269,32 manat cərimə faizi, məhkəməy ə müraciət etmək üçün dövlət rüsumu kimi ödənilmiş 30 manat, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 30 manat, məhkəməyə təqdim edilən sənədlərin notariat qaydasında təsdiq edilməsi üçün ödənilmiş 17 manat, ekspertiza tədqiqatının dəyəri kimi ödənilmiş 200 manat - cəmi 25.892 (iyirmi beş min səkkiz yüz doxsan iki) manat 72 (yetmiş iki) qəpik tutulması, borc məbləğinin ipoteka ilə yüklü edilmiş, Cavabdeh məxsus olan, ünvan 1 ünvanında yerləşən qeyri yaşayış binasına yönəldilməsi, ipoteka ilə yüklü edilmiş, Cavabdeh məxsus olan, ünvan 1 ünvanında yerləşən qeyri yaşayış binasının ilkin satış qiyməti 71.000 (yetmiş bir min) manat müəyyən olunması və Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı 28 iyun 2013-cü il tarixli **********79413 nömrəli kredit müqaviləsinin 6.2 və 6.4-cü bəndlərinin, 28 iyun 2013-cü il tarixli **********79413/1 nömrəli ipoteka müqaviləsinin etibarsız hesab edilməsi tələbi barədə qarşılıqlı iddiasının rədd edilməsi hissəsinə münasibətdə təmin edilməməsi, qətnamənin həmin hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Cavabdeh və vəkili X6 iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 05.04.2018-ci il tarixli 2(107)-104/2018 nömrəli qətnaməsindən kassasiya şikayəti vermişlər. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qətnamə qəbul edərkən əmlakın hazırkı bazar qiymətinin 71.000 manatdan çox olduğunu nəzərə almamış və bununla bağlı ekspertiza təyin etməmişdir. Eyni zamanda, məhkəmə tərəfindən cərimə borcu hissəsinə münasibət bildirilməmişdir. İş in hallarını, yəni cavabdeh tərəfindən götürülən kredit məbləğini, kreditin verilmə tarixini və müqavilənin bitmə tarixini, həmçinin aparılmış ödənişlərin və ödənilməmiş əsas kredit borcunun məbləğini nəzərə alaraq, məhkəmə borcludan tutulmalı olan dəbbə pulunun məbləğini MM-nin 462-ci maddəsinə əsasən müəyyən etməli və bundan sonra MM-nin 465-ci maddəsində nəzərdə tutulan əsaslar olduqda onun azaldılması məsələsinə qiymət verməli idi. Buna görə də Şəki Apellyasiya Məhkəməsinin 05 aprel 2018-ci il tarixli 2(107)-104/2018 saylı qətnaməsinin ləğv edərək işi yenidən baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsi xahiş olunmuşdur. PROSESSUAL MƏSƏLƏLƏR Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin vəkili X5 kassasi ya şikayətinin dəlilləri ilə razılaşmayaraq təmin edilməməsini xahiş etmişdir. İşdə iştirak edən digər şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin tərəflər məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin işin araşdırılmış halları ilə müəyyən etmişdir ki, iddiaçı ilə cavabdeh arasında bağl anmış 28 iyun 2013-cü il tarixli **********79413 nömrəli kredit müqaviləsinə əsasən həmin tarixdə iddiaçı tərəfindən cavabdehə avadanlığın alınması məqsədi ilə 48 ay müddətinə illik 19 % dərəcəsi ilə 30.000 (otuz min) manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinə əlavə olunmuş ödəniş qrafikinə əsasən cavabdeh 29 iyul 2013-cü il tarixdən başlayaraq hər ay ödəniş qrafiki üzrə əsas borc və faiz borcunu ödəməklə 48 ay ərzində cəmi 41.641,79 manat kredit borcunu tam ödəməyi öhdəsinə götürmüşdür. Həmin kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı kimi 28 iyun 2013-cü il tarixli **********79413/1 nömrəli ipoteka müqaviləsinə əsasən cavabdehə məxsus olan, ünvan 1 ünvanında yerləşən qeyri yaşayış binası ipoteka ilə yüklü edilmişdir. Tərəflərin qarşılıqlı razılığı ilə ipoteka mü qaviləsində ipoteka predmetinin bazar qiyməti ilə dəyəri 80.000 (səksən min) manat, likvid dəyəri isə 70.000 (yetmiş min) manat məbləğində qiymətləndirilmişdir. Cavabdeh kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliklərini lazımi qaydada icra etməmiş, kreditin qrafik üzrə ödənişi qaydalarına riayət etməmişdir. Cavabdeh borcun vaxtında ödənilməsini təmin etməmiş, onunla iddiaçı arasında bağlanmış müqavilələrdən irəli gələn öhdəlikləri lazımi qaydada icra etməmiş, həmçinin borcun ipoteka predmeti hesabına könüllü ödənilməsi üçün rəsmi müraciət etməmişdir. Hazırda cavabdehin 28 iyun 2013-cü il tarixli **********79413 nömrəli kredit müqaviləsi üzrə iddiaçıya 18.750,00 manat əsas borc və 5596,40 manat faiz borcu qalmışdır. Borcun gecikdirilməsinə görə iddiaçı tərəfindən 1269,32 manat cərimə f aizi hesablanmışdır. İşin materiallarından görünür ki, cavabdeh iddia tələbini qismən - kredit müqaviləsi üzrə əsas borc və faiz borcu məbləğinə dair hissədə etiraf edir, lakin onunla iddiaçı arasında bağlanmış 28 iyun 2013-cü il tarixli **********79413 nömrəli kredit müqaviləsinin 6.2 və 6.4-cü bəndlərini, ipoteka müqaviləsini əsassız hesab etdiyini bildirir, kredit müqaviləsinin qeyd olunan bəndlərinin və ipoteka müqaviləsinin etibarsız hesab edilməsini tələb edir. Eyni zamanda, cavabdeh ipoteka predmetinin real bazar dəyərini ipoteka müqaviləsində qeyd edildiyindən artıq olduğunu hesab etmişdir. Kassasiya şikayətində isə cavabdeh qətnamənin ipotekanın ilkin satış qiyməti və dəbbə pulu hissələrini mübahisələndirmişdir buna görə də, məhkəmə kollegiyası apellyasiya instansiya məhkəməsinin qətnaməsini mübahisələndirilən hissələrdə yoxlayır. Cərimənin ödənilməsi tələbinin hüquqi əsaslarını müəyyən edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirələn, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 463.2-ci maddəsinə görə dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Təna süb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Apellyasiya instansiya məhkəməsi iddiaçı tərəfindən cərimə borcu üzrə 1269,32 manat pulun tutulmasını tələb etdiyini, ödənilməmiş borc üzrə hesablanmış cərimə məbləğinin ümumiyyətlə təmin edilməməsinin iddiaçının əmlak mənafelərinə zidd olduğunu və ədalətli məhkəmə araşdırması hüququnun pozuntusuna gətirib çıxardığını nəzərə alaraq, həmin hissədə apellyasiya şikayətinin təmin edilməməsi, qətnamənin dəyişdiirlmədən saxlanılması nəticəsinə gəlmişdir. Məhkəmə kollegiyası cavabdehdən tələb edilən əsas və faiz borcunun məbləğini, kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafelərini nəzərə alaraq, tələb edil ən 1269,3 manat dəbbə pulu məbləğinin tənasübsüz surətdə yüksək dəbbə pulu hesab etmir və onun azaldılması üçün əsaslar müəyyən etmir. Buna görə də, bu hissədə apellyasiya instansiya məhkəməsinin mövqeyi ilə razılaşır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun: -4-cü maddəsində göstərilmişdir ki, əgər ipoteka müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa ipoteka saxlayanın tələbi əsas borc, faizlər, öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi, o cümlədən gecikdirilməsi nəticəsində dəbbə pulu və vurulmuş zərərin əvəzinin ödənilməsi məhkəmə xərcləri və digər xərclərin ödənilməsi də daxil olmaqla tam ödənilir. - 39.3.3-cü maddəsinə əsasən məhkəmənin qərarında ipoteka predmetinin ilkin satış qiyməti göstərilməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayan ın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. - 41.1-ci maddəsinə əsasən məhkəmənin qərarı əsasında tutma yönəldilməsi proseduru məhkəmə icraçısı tərəfindən həyata keçirilir və ipoteka predmeti hərracda satılır. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsi tərəfindən iş üzrə təyin edilmiş və müstəqil qiymətləndirici "xxxx"MMC-nin 07.11.2016-ci il tarixli qiymətləndirmə ekspertizasının rəyinə əsasən ipoteka predmetinin bazar dəyəri 71.000 manat müəyyən edilmişdir. Cavabdeh kassasiya şikayətində həmin məbləğin ipotekanın dəyərinin 71.000 manatdan çox olduğunu göstərsə də, bunu təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim e dilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (Azərbaycan Respublikası MPM-in 14.2 və 77.1-ci maddələri). Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni subutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Məhkəmə kollegiyasıkassasiyaşikayətinindəlillərinəümumilikdəhüquqiqiymətverərəkhesabedirki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərəkdüzgün hüquqi nəticəyə gəlmiş, gəldiyi nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyə n edilmişdir.Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissələrdə ləğvi üçün qanuni əsas deyildir Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsimübahisələndirilən hissələrdə dəyişiklik edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh və vəkili X6nın kassasiya şikayəti təmin edilməsin. İş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 05.04.2018-ci il tarixli 2(107)-104/2018 nömrəli qətnaməsi mübahisələndirilən hissələrdə dəyişiklik edilmədən saxlanılsın. Qərarqəbuledildiyiandanqüvvəyəminir.
Məhkəmə qərarları › İş №2(102)-5602/2018
Ali Məhkəmə Qərar — İş №2(102)-5602/2018
27.08.2018 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver