Məhkəmə qərarları › İş №2(102)-5604/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-5604/2021

06.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5604/2021 06.12.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı açıq səhmdar cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı iş üzrə QƏRARİ iş № 2(102)-5604/21 (Açar sözlər: borcun tutulması, ekspert rəyi, cərimənin azaldılması) Bakı şəhəri, 06 dekabr 2021-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Allahverdizadə Şəhriyar Əli oğlunun katibliyi, iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun vəkili Əzimov Rau f Nəriman oğlunun, Cavabdeh və vəkili Vəkil iştirakı ilə, İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1619/2021 nömrəli, 20 may 2021-ci il tarixli qətnaməsindən cavabdeh Cavabdeh oğlunun kassasiya şikayətinə 06 dekabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı ASC ilə Cavabdeh arasında 15 may 2014-cü il tarixli, il tarixli 4835/14 saylı kredit müqaviləsi bağlanıb.

2. Müqaviləyə əsasən Cavabdeh illik 20 faizlə 36 ay müddətinə 18500 manat məbləğində kredit verilmişdir. a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı Zaminbank” Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Sumqayıt şəhər Məhkəməsinə müraciət edərək, Cavabdeh 10465 manat əsas, 1597,07 manat faiz borcu, 4732,59 manat cərimə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 24.12.2014-cü il tarixli qərarına əsasən hesablanan 1577,60 manat borc olmaqla, cəmi 18372,26 manat məbləğində kredit borcunun və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh müqavilənin şərtlərini pozaraq, edilmiş yazılı və şifahi xəbərdarlıqlara baxmayaraq, üzərinə düşən öhdəliyi lazımınca yerinə yetirməmişdir.

5. İddiaçı tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 385.1, 386.1, 442, 445.1, 445.2, 445.7, 448.1, 472.1, 472.2 və 739.1-ci maddələrinə istinad etmişdir.

6. Cavabdeh iddianı qismən qəbul edərək, faiz və cərimə borcunun məbləği ilə razı olmadığını, həmin məbləğlərin şişirdildiyini göstərmiş, maddi imkanı yaxı olmadığın üçün borcu hissə-hissə ödəyəcəyinə razı olduğunu bildirmişdir.

7. Birinci instansiya məhkəməsi 17 noyabr 2020-ci il tarixli qərardadı ilə iş üzrə mühasibatlıq ekspertizası təyin etmiş, ekspertin qarşısında cavabdehin öhdəliyin icrası müddətinin bitdiyi tarixə (15 may 2017-ci il) borcunun nə qədər olması barədə sual qoymuşdur.

8. Məhkəmə Ekspertizası Mərkəzinin 07.01.2021-ci il tarixli, 9/5897 nömrəli rəyinə əsasən cavabdeh Cavabdeh 15.05.2017-ci il tarixə (kredit müqaviləsinin müddətinin bitdiyi tarixə) 10483,02 manat əsas, 1199,72 manat faiz borcu olmaqla ümumi borcu 11682,74 manat təşkil e dir. Cavabdehin 07.05.2020-ci il tarixə (maliyyə arayışında borcun hesablandığı tarixə) olan ümumi borcu isə 12143,55 manatdır (əsas borca hesablanılan faiz dərəcəsi kredit müqaviləsinin müddətinin bitdiyi tarixdən 07.05.2020-ci il tarixədək 5% dərəcəsi ilə hesablanmaqla), o cümlədən, 10483,02 manat əsas, 1660,53 manat faiz borcu.

9. Cavabdeh iddia müddətinin tətbiq edilməsi barədə ərizə verərək, müqavilənin 15 may 2017-ci il tarixdə, iddia müddətinin isə 15 may 2020-ci ildə bitməsini göstərmişdir.

10. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-268/2021 nömrəli, 19 fevral 2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, 10465 manat əsas borc, 99,72 manat faiz borcu, 1000 manat cərimə borcu, gecikməyə görə hesablanan 1577,60 manat faiz borcu olmaqla, cəmi 13142 manat 32 qəpik məbləğində pulun və ödənilmiş 30 manat dövlət rüsumunun 20 manatının Cavabdeh tutularaq iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. (hakim Emin Abdullayev )

11. Birinci instansiya məhkəməsi işdəki sübutlara əsasən müəyyən edib ki, tərəflər arasında kredit müqaviləsi bağlanıb, cavabdeh kredit müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirməmiş və kredit müqaviləsi üzrə borcunu müqaviləyə əsasən ödəməmişdir. Cavabdehin banka olan borcunun dəqiq müəyyənləşdirilməsi üçün iş üzrə ekspertiza təyin edilmiş və ekspert rəyində cavabdehin əsas borcu iddia ərizəsində tələb olunandan daha yüksək məbləğdə müəyyən edilmişdir.

12. Birinci instansiya məhkəməsi iddia tələbindən kənara çıxmayaraq hesab ed ib ki, iddia əsas borcun tutulması hissəsində təmin edilməlidir. Faiz borcuna gəldikdə isə ekspert rəyində faiz borcu 15.05.2017-ci il tarixinə 1199,72 manat müəyyən edilmişdir. İşdə olan hesabdan çıxarışa əsasən cavabdeh 24.07.2017-ci ildə kredit borcu üzrə 400 manat, 29.08.2017-ci ildə 300 manat, 20.10.2017-ci ildə 150 manat, 30.01.2018-ci ildə 100 manat və 02.03.2018-ci ildə 150 manat olmaqla, cəmi 1100 manat ödəniş etmişdir. Həmin ödənişlər cavabdehin faiz borcundan çıxıldıqda cavabdehin faiz borcu 99,72 manat təşkil edir.

13. Birinci instansiya məhkəməsi Mülki Məcəllənin 445.7-ci maddəsinə “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4,445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014- cü il tarixli Qərarına istinadən hesab edib ki, iddiaçı gecikdirilmiş pul məbləği üçün illik 5 faiz hesablayaraq cavabdehdən 1577,60 manat məbləğində pulu tələb etməkdə haqlıdır.

14. Birinci instansiya məhkəməsinin 10465 manat əsas borc məbləğinə 4732,59 manat cərimənin hesablanmasına mövqeyi belə olub ki, iddiaçı tərəfindən əsas borcla cərimə məbləği arasında tənasüb gözlənməmiş, bu səbəbdən cərimə məbləği azaldılaraq 1000 manat məbləğində saxlanmalıdır.

15. Birinci instansiya məhkəməsi iddia müddətinin tətbiqi ilə bağlı cavabdehin etirazının dəlilinə münasibətdə göstərib ki, cavabdeh tərəfindən sonuncu dəfə banka 02.03.2018-ci il tarixində ödəniş edildiyindən hazırkı tələbə iddia müddəti tətbiq edilə bilməz. Çünki müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borc u etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir.

16. Birinci instansiya məhkəməsi öz mövqeyini Mülki Məcəllənin 372.1, 372.2, 380.1, 380.2, 385.1, 445.2.1, 445.7, 462.1, 467, 739-cu maddələri və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4,445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli Qərarı ilə əsaslandırmışdır. b) Apelyasiya instansiyası məhkəməsindəki icraat

17. Cavabdeh Cavabdeh apelyasiya şikayəti verib, qətnamənin ləğv, iddianın rədd edilməsini xahiş etmişdir.

18. Apelyasiya şikayətinin dəlilləri: sonuncu məhkəmə iclasının keçirilməsi ilə bağlı ona bildiriş göndərilməmiş və xəbəri olmamışdır; - iddia müddəti ötüb.

19. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1619/2021 nömrəli, 20 may 2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin 19 fevral 2021-ci il tarixli, 2(060)-268/2021 saylı qətnaməsinə cərimə borcuna aid hissədə dəyişiklik edilmiş, Cavabdeh iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 400 (dörd yüz) manat cərimə borcunun tutulması qət edilmiş, qətnamə iddianın təmin edilmiş qalan hissələrində dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Telman Məmmədov(sədrlik edən və məruzəçi), Şəmsəddin Abasov, Fuad Məmmədov)

20. Apellyasiya məhkəməsi hesab etmişdir ki, cavabdehin kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikl əri yerinə yetirməməsi, hazırki öhdəlik hüquq münasibətlərinin məhz cavabdehin təqsiri üzündən pozulması işin mübahisəsiz halları olmaqla, həmin faktlar apellyasiya şikayətinin dəlilləri və mülki işin materialları ilə də inkar edilmədiyindən və cavabdeh pul vəsaitinin ödənilməsini gecikdirməklə ondan faydalandığından, 10465 manat əsas borc, 99,72 manat faiz borcu, gecikməyə görə hesablanan 1577,60 manat faiz borcu və ödənilmiş 30 manat dövlət rüsumunun 20 manatının Cavabdeh tutularaq iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir.

21. Apellyasiya məhkəməsi qeyd edib ki, əsas fəaliyyəti kreditlər təqdim etməklə bu kreditlərin faizləri hesabına gəlir əldə edilməsi olan kredit münasibətlərində dəbbə pulu g əlir vasitəsi kimi çıxış edə bilməz. Çünki dəbbə pulu (cərimə) öhdəliklərin icrasının təminatı vasitəsidir, öhdəliklərin icra olunmaması halında nəzərdə tutulan maliyyə sanksiyasıdır və bu səbəbdən onun miqdarı tənasübsüz surətdə yüksək ola bilməz. Əks halda, bu, öhdəliklərin icrası üçün nəzərdə tutulan tədbirlərin mahiyyətinə uyğun olmaz. Buna görə də iddiaçı təşkilatın 4732,59 manat məbləğində cərimə tələb etməsi və birinci instansiya məhkəməsinin cavabdehdən 1000 manat cərimə tutması tənasübsüz surətdə yüksəkdir.

22. Apellyasiya məhkəməsi belə qənaətə gəlib ki, birinci instansiya məhkəməsinin qətnaməsinə cərimə borcuna aid hissədə dəyişiklik edilərək cavabdehdən 400 manat cərimənin tutulması ədalətlidir və bu, həm iddiaçı təşkilatın əmlak, həm də bütün əsaslı mənafelərinə, həmçinin cava bdehin maddi və əmlak vəziyyətinə uyğundur.

23. Apellyasiya məhkəməsi cavabdehin iddia müddətinin tətbiqinə dair ərizəsinə münasibətdə qeyd etmişdir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında kredit müqaviləsi 15 may 2014-cü il tarixdə 36 ay müddətinə bağlanmış, kredit müqaviləsinin müddəti 15 may 2017-ci il tarixdə bitmiş və həmin kredit müqaviləsi üzrə iddia müddətinin axımı 15 may 2017-ci il tarixdən başlanmışdır. İş materiallarında olan hesabdan çıxarış və iş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının 07 yanvar 2021-ci il tarixli, 9/5897 saylı rəyi ilə müəyyən edilmişdir ki, Cavabdeh tərəfindən kredit müqaviləsi üzrə 2017-ci ilin iyul, avqust, oktyabr aylarında, 2018-ci ilin yanvarında, sonuncu dəfə isə 02 mart 2018-ci il tarixdə ödəniş olmuşdur. İddiaçı Açıq Sə hmdar Cəmiyyəti 09 iyul 2020-ci il tarixdə hazırki iddia ilə məhkəməyə müraciət etmişdir.

24. Apellyasiya məhkəməsi qeyd edilən hallara görə müəyyən edib ki, iddia müddətinin axımı 02 mart 2018-ci il tarixdən yenidən başlanmışdır və belə olan halda hazırki mübahisə üzrə iddia müddəti ötürülməmişdir.

25. Cavabdehin sonuncu məhkəmə iclasının keçirilməsi ilə bağlı ona bildiriş göndərilməməsi və məhkəmə iclasından xəbəri olmaması barədə apellyasiya şikayətinin dəlillərini əsassız sayan apellyasiya məhkəməsi göstərib, iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası keçirildikdən sonra 25 yanvar 2021-ci il tarixdə iş üzrə icraat təzələnərək işə baxılması 19 fevral 2021-ci il tarixə təyin edilmiş, Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi göndərilmişdir. Bundan sonra Cavabdeh ər izə ilə məhkəməyə müraciət edərək mübahisəyə iddia müddətini tətbiq olunmasını xahiş etmiş, həmin ərizə 15 fevral 2021-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Bununla da cavabdehin məhkəmə iclasından xəbərsiz olması barədə dəli təkzib edilir.

26. Apelyasiya məhkəməsi də mövqeyini Mülki Məcəllənin 372.1, 372.2, 380.1, 380.2, 385.1, 445.2.1, 445.7, 462.1, 467, 739-cu maddələri və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4,445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli Qərarı ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

27. Cavabdeh (Vəkil) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yeni apelyasiya baxışına qaytarılması barədə qərar çıxarılmasını xahiş etmişdir.

28. Kassasiya şikayəti apellyasiya şikayətinin dəlillərinə uyğun əsaslandırılıb. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

29. Kassasiya şikayətinə qarşı tərəfin yazılı etirazı daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

30. Məhkəmə kollegiyasının iclasında cavabdeh Cavabdeh və vəkili Vəkil kassasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini xahiş etdilər.

31. Məhkəmə kollegiyasının iclasında iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun vəkili Əzimov Rauf Nəriman oğlu kassasiya şikayətini qəbul etməyərək, şikayətin təmin edilməməsini xahiş etdilər. Tətbiq edilən hüquq Mülki Məcəllə Maddə 380.1. Müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Maddə 380.2. Fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi hal da borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Maddə

467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Mülki Prosessual Məcəllə Maddə 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməy ə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

32. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir

33. Kassasiya şikayətində cavab deh apellyasiya instansiyası məhkəməsinin aktının ləğvini xahiş etdiyindən, məhkəmə kollegiyası qətnaməni tam yoxlayır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

34. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

35. Baxılan iş üzrə apellyasiya instansiyası məhkəməsi qanuni nəticəyə gəlmişdir.

36. Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsində iştirak etməməsini, borcun məbləğinin şişir diliməsini və iddia müddətinin tətbiq edilməli olmasını göstərib.

37. Barəsində şikayət verilən qətnamədən görünür ki, apellyasiya məhkəməsi kassasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edən apellyasiya şikayətinin dəlillərinə tam qiymət verib, birinci instansiya məhkəməsinin müəyyən etdiyi cərimə məbləğini azaldıb, digər dəlilləri isə əsasız saymışdır.

38. Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin apellyasiya şikayəti üzrə hazırki qərarın 20-26-cı bəndlərində qeyd edilən dəyərləndirməsi ilə razılaşır. Belə ki həmin bəndlərdə əks edilənlərdən görünür ki, apellyasiya məhkəməsi işin bütün hallarını tam araşdırmış, o cümlədən iddia müddətinin axımının başlaması, kəsilməsi və axımın davam etməsi ilə bağı hallara tam qiymət verməklə mübahisəni tətbiq edilməli olan maddi hüquq normaları baxımından düzgün həll etmişdir.

39. Borc məbləğinin şişirdilməsi barədə dəlil də əsasızdır. İşdən görünür ki, məhkəmələr borc məbləğini ekspertiza rəyi ilə müəyyən etmişlər.

40. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin gəldiyi nəticə və tətbiq edilən maddi hüquq normaları işin müəyyən edilmiş hallarına uyğun olmuşdur.

41. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, Cavabdeh kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

42. Yuxarıda göstərilənləri və Mülki Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh oğlunun kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105 )-1619/2021 nömrəli, 20 may 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar