Məhkəmə qərarları › İş №2(102)-5607/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-5607/2019

04.09.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5607/2019 04.09.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu, Hacıyev Sənan Firudin oğlundan ibarət tərkibdə, X1 oğlunun katibliyi ilə, İddiaçının vəkili Vəkil iştirakı ilə İddiaçı “X2” ASC Cavabdeh qarşı “kredit məbləğinin geri qaytarılması” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 13 mart 2019-cu il tarixli 2(103)3918/2019 nömrəli qətnaməsindən iddiaçı “X2” ASC-nin ləğv edicisi Əmanətlərin Sığortalanması Fondunun Kreditlərin İdarə edilməsi departamentinin direktor müavini Ənvər Aslanov və vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayətləri üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “X2” ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, iddiaçı “X2” ASC ilə Cavabdeh arasında bağlanmış 02.08.2012-ci il tarixli, 60-30-12 saylı “Kredit müqaviləsi”nə əsasən, cavabdehə şəxsi məqsəd üçün 30 (otuz) gün müddətinə, illik 12 (on iki) faiz hesablanmaqla 34000 (otuz dörd min) manat məbləğində kredit verilmişdir. İddiaçı “X2” ASC ilə Cavabdeh arasında bağlanmış 13.02.2013-cü il tarixli, 11-60-13 saylı “Kredit müqaviləsi”nə əsasən cavabdehə şəxsi məqsəd üçün 60 (altmış) gün müddətinə, illik 12 (on iki) faiz hesablanmaqla 10000 (on min) manat məbləğində kredit verilmişdir. İddiaçı “X2” ASC ilə Cavabdeh arasında bağlanmış 07.03.20 13-cü il tarixli, 20-360-13 saylı “kredit xətti müqaviləsi”nə əsasən cavabdehə şəxsi məqsəd üçün 12 (on iki) ay müddətinə, illik 12 (on iki) faiz hesablanmaqla 5000 (beş min) manat məbləğində kredit verilmişdir. İddiaçı “X2” ASC ilə Cavabdeh arasında bağlanmış 27.01.2014-cü il tarixli, ***-**-** saylı “kredit xətti müqaviləsi”nə əsasən cavabdehə şəxsi məqsəd üçün 3 (üç) ay müddətinə, illik 16 (on altı) faiz hesablanmaqla 55335 (əlli beş min üç yüz otuz beş) manat məbləğində kredit verilmişdir. Beləliklə Cavabdeh dörd “kredit müqaviləsi” üzrə ümumilikdə 104335 (bir yüz dörd min üç yüz otuz beş) manat kredit vəsaiti verilmişdir. Cavabdehlə bağlanmış “kredit müqavilələri”nin 2.3-cü bəndlərinə əsasən, “Borcalan”ın ssuda hesabına bank tərəfindən kredit vəsaitinin köçürüldüyü tarix, kredit üzrə istifadə tarixi hesab olunur. Cavabdeh bank qarşısındakı öhdəliklərini bu günə kimi lazımınca yerinə yetirməmişdir. Belə ki, cavabdehin banka 21.06.2016-cı il tarixinə olan borcu-02.08.2012-ci il tarixli, 60-30-12 saylı kredit müqaviləsi üzrə 34000 (otuz dörd min) manat məbləğində əsas borc, 28436,74 (iyirmi səkkiz min dörd yüz otuz altı manat, 74 qəpik) manat məbləğində faiz borcu, ümumilikdə 62 436,74 (altmış iki min dörd yüz otuz altı manat 74 qəpik) manat; 13.02.2013-cü il tarixli, 11-60-13 saylı “Kredit müqaviləsi” üzrə 10000 (on min) manat məbləğində əsas borc, 4640,58 (dörd min altı yüz qırx manat, 58 qəpik) manat məbləğində faiz borcu, ümumilikdə 14640,58 (on dörd min altı yüz qırx manat, əlli səkkiz) manat; 07.03.2013-cü il tarixli, 20-360-13 saylı “kredit xətti müqaviləsi” üzrə 5 000 (beş min) manat əsas borc, 1654,94 (bir min altı yüz əlli dörd manat 94 qəpik) manat məbləğində faiz borcu, ümumilikdə 6654,94 manat; 27.01.2014-cü il tarixli, ***-**-** saylı “kredit xətti müqaviləsi” 55335 (əlli beş min üç yüz otuz beş) manat əsas borc, 26486,98 (iyirmi altı min dörd yüz səksən altı manat 98 qəpik) manat məbləğində faiz borcu, ümumilikdə 81821,98 (səksən bir min səkkiz yüz iyirmi bir manat 98 qəpik) manat məbləği təşkil edir. Beləliklə, dörd kredit müqaviləsi üzrə Cavabdeh əsas borcu cəmi 104335 (bir yüz dörd min üç yüz otuz beş) manat, faiz borcu cəmi 61219,24 (altmış bir min iki yüz on doqquz manat 24 qəpik) manat, ümumilikdə borcu 165554,24 (yüz altmış beş min beş yüz əlli dörd manat 24 qəpik) manat tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəh əri Binəqədi Rayon Məhkəməsinin 2(001)-200/2017 saylı 22 noyabr 2017-ci il tarixli qətnaməsi ilə (hakim Abbas Rzayev) iddiaçı “X2” ASC-nin Cavabdeh qarşı “kredit məbləğinin geri qaytarılmasına dair” iddiası qismən təmin edilmiş, 13.02.2013-cü il tarixli, 11-60-13 saylı “kredit müqaviləsi” üzrə 10000 manat məbləğində əsas borcun, 4640,58 manat məbləğində faiz borcunun, ümumilikdə 14640,58 manat məbləğində kredit borcunun, 07.03.2013-cü il tarixli, 20-360-13 saylı “kredit xətti müqaviləsi” üzrə 5000 manat məbləğində əsas borcun, 1654,94 manat məbləğində faiz borcunun, ümumilikdə 6654,94 manat məbləğində kredit borcunun, 27.01.2014-cü il tarixli, *****-** saylı “kredit xətti müqaviləsi” üzrə 55335 manat əsas borcun, 26486,98 manat məbləğində faiz borcun, ümumilikdə 81821,98 manat məbləğində k redit borcunun “X2” ASC-nin xeyrinə tutulması, iddianın qalan hissədə rədd edilməsi, iddia qismən təmin edildiyindən, iş üzrə məhkəmə məsrəfi ekspertizanın keçirilməsinə çəkilmiş xərcin 300 (üç yüz) manatın 62%-i, yəni 186 (bir yüz səksən altı) manatı Cavabdeh və qalan 38%-i, yəni 114 (bir yüz on dörd) manatı iddiaçı “X2” ASC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi, iddia tələbi qismən təmin edildiyindən, iddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun 62%-i, yəni 19 (on doqquz) manatının Cavabdeh tutularaq iddiaçı “X2” ASC-nə ödənilməsi, qalan 38%-i, yəni 11 (on bir) manatının isə iddiaçının özünə aid edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (A.İmanov - sədrlik edən və məru zəçi, hakimlər A.Hüseynov, V.Sadıqov) 13.03.2019-cu il tarixli 2(103)-3918/2019 nömrəli qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin edilməyərək, qətnamə mübahisələndirilən hissədə “X2” ASC-ninləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İddiaçı “X2” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu və vəkili Vəkil kassasiya şikayəti verərək iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 13.03.2019-cu il tarixli qətnaməsinin ləğv edilərək işə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişlər. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, 02.08.2012-ci il tarixli 60-30-12 saylı kredit müqaviləsi üzrə 34000 manat məbləğə dair imzanın cavabdehə məxsus olmaması barədə ekspert rəyinin obyektliyinə əsaslı şübhələr var. Birinci instansiya məhkəməsi təkrar ekspertizanın keçirilməsini ilkin və əlavə ekspertizanın keçirildiyi elə həmin Mərkəzə, yəni, Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinə həvalə etmişdir. Bu səbəbdən rəylərin eyni olması təəccüb yaratmır. Məhkəmə ekspertizası fəaliyyəti ekspertin müstəqilliyi, elmin və texnikanın müasir nailiyyətlərindən istifadə edilməklə həyata keçirilən tədqiqatların obyektivliyi, hərtərəfliliyi və tamlığı prinsiplərinə əsaslanır. İşin obyektiv həlli üçün təkrar ekspertiza başqa məhkəmə ekspertiza idarəsinə həvalə olunmalı idi. Bununla yanaşı iş üzrə əlavə və təkrar ekspertizalar eyni tədqiqat obyektlərindən istifadə edilməklə aparılmışdır. Keçirilən ekspertizanın hərtərə fliliyi və tamlığı üçün müqayisəli tədqiqatın aparılması məqsədilə başqa sənəd nümunələri tərəflərdən tələb edilməli idi. Məhkəmə öz qətnaməsini bu tələbləri yerinə yetirmədən, maddi və prosessual hüquq normalarının pozulması ilə nəticələnməklə çıxarmışdır. Təkrar ekspertiza rəyi sadəcə əlavə ekspertizanın rəyini təkrarlayır və reallıqdan uzaqdır. Lakin apellyasiya instansiyasında bu hallara qiymət verilməmişdir. Ekspert rəyində cavabdehlə Bank arasında bağlanmış ilk müqavilə olan 02.08.2012-ci il tarixli kredit müqaviləsi üzrə imzanın Cavabdeh məxsus olmadığı qeyd edilir. Kredit müqavilələri ardıcıl olaraq 2012, 2013, 2013 və 2014-cü illərdə bağlanmışdır. Bankın aidiyyəti şəxsi olmayan, əksinə Bankla çoxsaylı kredit müqaviləsi bağlayan müştərinin məhz ilk müqaviləsindəki imzanın ona məxsu s olmaması Bankın bu şəxsi 1 il əvvəldən haradan tanıması sualını ortaya çıxarır. Buna görə də yalnız ilk müqavilədəki imzanın cavabdehə məxsus olmaması ağlabatan deyildir. Bakı Apellyasiya Məhkəməsi qətnamə qəbul edərkən bu halları araşdırmadan birinci instansiya məhkəməsi ilə eyni mövqedən çıxış etmişdir. PROSESSUAL MƏSƏLƏLƏR İddiaçının vəkili Vəkil məhkəmə iclasında kassasiya şikayətinin dəlillərinə uyğun izahat verərək təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş, lakin o məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxıl masını mümkün hesab edir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul edilmişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından göründüyü kimi, “X2” ASC ilə Cavabdeh arasında bağlanmış 02.08.2012-ci il tarixli, 60-30-12 saylı “Kredit müqaviləsi”nə əsasəncavabdehə şəxsi məqsəd üçün 30 (otuz) gün müddətinə, illik 12 (on iki) faiz hesablanmaqla 34000 (otuz dörd min) manat, 13.02.2013-cü il tarixli, 11-60-13 saylı “Kredit müqaviləsi”nə əsasən cavabdehə şəxsi məqsəd üçün 60 (altmış) gün müddətinə, illik 12 (on iki) faiz hesablanmaqla 10000 (on min) manat, 07.03.2013-cü il tarixli, 20-360-13 saylı “kredit xətti müqaviləsi”nə əsasən cavabdehə şəxsi məqsəd üçün 12 (on iki) ay müddətinə, illik 12 (on iki) faiz hesablanmaqla 5000 (beş min) manat, 27.01.2014-cü il tarixli, ***-**-** saylı “kredit xətti müqaviləsi”nə əsasən cavabdehə şəxsi məqsəd üçün 3 (üç) ay müddətinə, illik 16 (on altı) faiz hesablanmaqla 55335 (əlli beş min üç yüz otuz beş) manat məbləğində kredit verilmişdir. Cavabdeh banka olan borcunu ödəməsi barədə məlumatlandırılmışdır. Azərbaycan Respublikası ƏN Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 22874 saylı, 24 noyabr 2016-cı il tarixli ekspert rəyi ilə 13 fevral 2013-cü il tar ixli 11-60-13 saylı və 27.01.2014-cü il tarixli, ***-**-** saylı kredit müqavilələrində olan imzalar Cavabdeh məxsus olması müəyyən edilmişdir. Azərbaycan Respublikası ƏN Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 3051 saylı, 03 mart 2017-ci il tarixli ekspert rəyi ilə müəyyən edilmişdir ki, 13 fevral 2013-cü il tarixli 10000 manat məbləğə dair, 13 mart 2013-cü il tarixli 5000 manat məbləğə dair və 27.01.2014-cü il tarixli 55335 manat məbləğində dair kassa məxaric orderlərində “məbləği aldım” qrafasındakı imzalar Cavabdeh tərəfində icra olunmuşdur. 02 avqust 2012-ci il tarixli 34000 manat məbləğə dair kassa məxaric orderində “orderdə göstərilən məbləği aldım” qrafasındakı imza Cavabdeh tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Azərbaycan Respublikası ƏN Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 16804 saylı, 27 iyul 2017-ci il tarixli ekspert rəyinə əsasən mülki işin 18-22-ci vərəqəsində yerləşən 13 fevral 2013-cü il tarixli, 11-60-13 saylı, mülki işin 33-35-ci vərəqələrində yerləşən, 27.01.2014-cü il tarixli ***-**-** saylı kredit müqavilələrində “Borcalan” qrafasındakı imzalar, mülki işin 118-123-cü vərəqələrində yerləşən 07.03.2013-cü il tarixli 20-360-13 saylı kredit müqaviləsinin sonuncu vərəqəsində “borcalan” qrafasındakı imza, 13 fevral 2013-cü il tarixli 10000 manat məbləğə dair, 13 mart 2013-cü il tarixli 5000 manat məbləğə dair və 27 yanvar 2014-cü il tarixli 55335 manat məbləğə dair kassa məxaric orderlərində “məbləği aldım” qrafalarındakı imzalar Cavabdeh tərəfindən icra olunmuşdur. Mülki iş 113-117-ci vərəqələrində yerləşən 02.08.2012-ci il tarixli 60-30-12 saylı kredit müqaviləsində “Borcalan” qrafasındakı imzalar, 2 avqust 2012-ci il tarixli 34000 manat məbləğə dair kassa məxaric orderində “orderdə göstərilən məbləği aldım” qrafasındakı imza-Cavabdeh tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçı iddia tələbində cavabdehdən 02.08.2012-ci il tarixli, 60-30-12 saylı “Kredit müqaviləsi”nə əsasən 34000 (otuz dörd min) manat məbləğində kredit borcunu tələb etməkdə haqlı deyildir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası ƏN Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 16804 saylı, 27 iyul 2017-ci il tarixli ekspert rəyinə əsasən məlum olur ki, 02.08.2012-ci il tarixli 60-30-12 saylı kredit müqaviləsində “Borcalan” qrafasındakı imzalar, 2 avqu st 2012-ci il tarixli 34000 manat məbləğə dair kassa məxaric orderində “orderdə göstərilən məbləği aldım” qrafasındakı imza-Cavabdeh tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Ona görə də birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, iddia tələbi 02.08.2012-ci il tarixli, 60-30-12 saylı “Kredit müqaviləsi” üzrə tələb olunan borc hissəsində rədd edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işin hallarına uyğun, düzgün nəticəyə gəlmiş, bu zaman maddi və prossesual hüquq normalarının tələblərini pozmamış, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları a raşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (Azərbaycan Respublikası MPM-in 14.2 və 77.1-ci maddələri). Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni subutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Göründüyü kimi, iddiaçı hazırki tələbinin faktiki əsası kimi istinad etdiyi 02.08.2012-ci il tarixli, 60-30-12 saylı “Kredit müqaviləsi”nin qanuni olmasını sübut edə bilməmişdir və ona görə də həmin müqavilə üzrə kredit borcunu iddia tələbinin rədd edilməsi barədə apellyasiya instansiyası məhkəməsinin nəticəsi işin araşdırıl mış hallarına, qanunun tələblərinə uyğundur. İddiaçının kassasiya şikayətinin dəlillər ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Beləliklə, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, gəldiyi nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin mad di-prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, MPM-in 14, 77, 88, 217, 218, 372.1, 372.7-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Buna görə də kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırki iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu ma ddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 13.03.2019-cu il tarixli 2(103)3918/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar