Məhkəmə qərarları › İş №2(102)-5608/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-5608/2021

22.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5608/2021 22.11.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: borc tələbi, sübutetmə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Cəfərov Araz Əhməd oğlunun katibliyi, İddiaçı və vəkili xxx oğlunun, Cavabdeh və vəkili Vəkil iştirakları ilə, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 26 may 2021-ci il tarixli, 2(108)-59/2021 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətləri üzrə mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları: Notarial qaydada təsdiq olunmuş 05 iyul 2017-ci il tarixli Borcun etirafı müqaviləsinə əsasən Cavabdeh İddiaçı 100000 manat məbləğində borc pul aldığını etiraf etmiş və onu 05 iyul 2021-ci il tarixədək hər ay 2000 manat ödəmək şərtilə qaytarmağı öhdəsinə götürmüşdür. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin hərəkətinin qanunsuz hesab edilməsi, 100000 manat vəsaitin cavabdehdən tutularaq ona qaytarılması, 30 manat dövlət rüsumunun cavabdehdən tutulması, 3000 manat mənəvi zərərin ödənilməsi barədə qətnamə çıxarılması, Cavabdeh hərəkətlərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş əməllərin törədilməsinin istisna edilməyi üçün onun barəsində prokurorluğa göndərilməklə xüsusi qərardad çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, tanışı olan cavabdeh 2012-ci ildə biznes qurmaq məqsədilə iddiaçıdan borc pul istəmiş və o, cavabdehə 173000 ABŞ dolları məbləğində borc vermişdir. Cavabdeh 2015-ci ilə qədər həmin pulun bir hissəsini hissə-hissə iddiaçıya ödəmiş, sonra pul ödəməyi dayandırmışdır. 2017-ci ildə Cavabdeh ilə Bakı şəhər 51 saylı notariat kontorunda borcun etirafı barədə müqavilə bağlanılmış, müqaviləyə əsasən cavabdeh borc verdiyi pulun qalığı olan 100000 manat məbləğində pulu hər ay 2000 manat olmaqla 05 iyul 2021-ci il tarixədək ona ödəyəcəyi barədə öhdəlik götürmüş, lakin aldatma və etibarından sui-istifadə etmək yolu ilə həmin pulu ödəməmişdir. Cavabdehin bilə-bilə qanunsuz hərəkətləri nəticəsində iddiaçı pozulmuş hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etməli olmuş, cavabdehin hərəkətləri ona iztirablar vermiş, sarsıntılar keçirməyinə səbəb olmuşdur. Şərur Rayon Məhkəməsinin 27 avqust 2019-cu il tarixli, 2(110)-440/2019 nömrəli qətnaməsi ilə (hakim S.Ə.Qarayev) iddia qismən təmin edilmiş, Cavabdeh hərəkəti qanunsuz hesab edilməklə, ondan 100000 manat borc pulun və 30 manat ödənilmiş dövlət rüsumunun əvəzinin, cəmi 100030 manat pulun alınaraq İddiaçı ödənilməsi, iddia tələbinin digər hissədə rədd edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iş materialları ilə Cava bdeh Borcun etirafı müqaviləsi ilə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməməsi sübuta yetirildiyindən, iddia tələbi 100000 manat vəsaitin alınması hissəsində təmin olunmalıdır. İddia tələbinin 3000 manat məbləğində mənəvi zərərin ödənilməsi hissəsinə gəlincə, məhkəmə belə nəticəyə gəlmişdir ki, bu hissədə iddia tələbi əsassızdır və təmin edilməməlidir. Belə ki, tərəflərin arasındakı hazırki mübahisə ilə bağlı iddiaçının şəxsi, ailə sirri, hərəkət etmək azadlığı, şərəfinin, ləyaqətinin və işgüzar nüfuzunun ləkələnməsi ilə müşayiət edilən hər hansı bir hal müəyyən edilməmiş və o məhkəməyə bu barədə heç bir sübut təqdim etməmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat Cavabdeh apellyasiya şikayəti verərək, Şərur Rayon Məhkəməsinin 27 avqust 2019-cu il tarixli, 2(110)- 440/2019 nömrəli qətnaməsinin ləğv edilməsi, birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və əlavə təqdim olunmuş sübutlar əsasında iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 27 yanvar 2020-ci il tarixli, 2(108)-21/2020 nömrəli qətnaməsi ilə (sədrlik edən Ə.M.Xıdırov, hakimlər V.G.Kuimova və F.M.Abbasov) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Şərur Rayon Məhkəməsinin 27 avqust 2019-cu il tarixli, 2(110)-440/2019 nömrəli qətnaməsi Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, cavabdeh müqavilənin etibarsız hesab olunmasına dair sübutları məhkəməyə təq dim etməmiş və yuxarıda göstərilən müqavilədən irəli gələn öhdəliyini də icra etməsini sübuta yetirməmişdir. Onun bildirdiyi şahidlərin iştirakı ilə 2007-2013-cü il tarixədək edilmiş ödənişləri araşdırılmasına lüzum yoxdur. Çünki tərəflər arasında 05 iyul 2017-ci il tarixdə notariat qaydasında bağlanmış borcun etirafı müqaviləsi ilə cavabdeh müvafiq borcunu etiraf etmişdir. Apellyasiya instansiyası məhkəməsi həmçinin cavabdehin birinci instansiya məhkəməsinin məhkəmə baxışı iclasları barədə məlumatlandırılmamasına dair dəlilinə hüquqi qiymət verərək göstərmişdir ki, iş materiallarına əsasən cavabdehə göndərilmiş məhkəmə bildirişləri onun qeydiyyatda olduğu ünvanda qəbul edilmiş, eyni zamanda “Elektron məhkəmə” informasiya sistemi vasitəsi ilə müvafiq SMS xəbərdarlıqlarla məlumatlandırılmış dır. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat Cavabdeh kassasiya şikayəti verərək, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 27 yanvar 2020-ci il tarixli, 2(108)-21/2020 nömrəli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 24 noyabr 2020-ci il tarixli, 2(102)-5357/2020 nömrəli qərarı ilə (hakim İ.K.Dəmirovun sədrliyi və məruzəsi ilə, hakimlər V.T.Həsənovdan və Ə.A.Əhmədovdan ibarət tərkibdə) cavabdehin kassasiya şikayəti təmin edilmiş, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 27 yanvar 2020-ci il tarixli, 2(108)-21/2020 nömrəli qətnaməsi ləğv edilmiş, iş ye ni apellyasiya baxışına qaytarılmışdır. Kassasiya instansiyası məhkəməsinin göstərmişdir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Bakı şəhəri Nizami rayon Polis İdarəsinin İstintaq Şöbəsində istintaq olunan cinayət işinin materiallarını tələb edilərək öyrənməmiş, MPM-in 88-ci maddəsinin tələbləri baxımından sübutlara düzgün hüquqi qiymət verməmişdir. Bundan əlavə apellyasiya instansiyası məhkəməsi tərəflər arasında bağlanmış borcun etirafı müqaviləsinin mahiyyətinə zidd olan müqavilənin 4-cü bəndinin hansı məqsədlə yazıldığını, bunun texniki səhvi olaraq müqavilədə əks olunmağına hüquqi qiymət verməmişdir. Bundan əlavə apellyasiya instansiyası məhkəməsi tərəfindən İddiaçı cavabdehin apellyasiya şikayəti ilə bağlı yazdığı etirazın ziddiyyətli dəlillərinə hüquqi qiymət verməmişdir. d) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 26 may 2021ci il tarixli, 2(108)-59/2021 nömrəli qətnaməsi ilə (hakim M.D.Allahverdiyevin sədrliyi və məruzəsi ilə, hakimlər İ.M.Mirzəyevdən və V.K.Quliyevdən ibarət tərkibdə) Cavabdeh apellyasiya şikayəti təmin edilməmiş, Şərur Rayon Məhkəməsinin 27 avqust 2019-cu il tarixli, 2(110)-440/2019 nömrəli qətnaməsi Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi cavabdehin apellyasiya şikayətinin dəlilləri ilə bağlı göstərmişdir ki, Azərbaycan Respublikası DİN-in Bakı şəhəri Nizami rayon Polis İdarəsi İstintaq Şöbəsinin 22 avqust 2019-cu il tarixli, 087-288 saylı məktubuna istinad əsassız olmuşdur. Belə ki, həmin məktub birinci instansiya məhkəməsinə 28 avqust 2019cu il tarixdə, yəni iş üzrə qətnamə qəbul edildikdən sonra daxil olmuş və belə olan halda da, məktubda göstərilən halın məhkəmə tərəfindən nəzərə alınması mümkünsüz olmuşdur. Digər tərəfdən apellyasiya şikayəti üzrə ilkin məhkəmə baxışı zamanı müvafiq sorğuya cavab olaraq göndərilmiş Bakı şəhəri Nizami rayon Polis İdarəsinin İstintaq şöbəsinin rəisi tərəfindən imzalanmış məktubdan məlum olur ki, Bakı şəhəri Nizami RPİnin İstintaq şöbəsində Cavabdeh şikayət ərizəsi əsasında toplanmış ilkin yoxlama materialı üzrə Bakı şəhəri, Nizami RPİ-nin İstintaq şöbəsinin müstəntiqi X1 tərəfindən 18 oktyabr 2019-cu il tarixdə Azərbaycan Respublikası CM-in 322.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanaraq istintaqı ap arılmışdır. Cinayət işinin materialları Bakı şəhəri Nizami rayon prokurorunun sabiq müavini kiçik ədliyyə müşaviri xxx tərəfindən öyrənildikdən sonra müstəntiq xxxin 18 oktyabr 2019-cu il tarixli ********* nömrəli cinayət işi başlanması və icraata qəbul edilməsi barədə qərarı əsassız hesab edilərək 23 oktyabr 2019-cu ildə ləğv edilmişdir. Bakı şəhər Nizami rayon Prokurorluğu tərəfindən Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə faks vasitəsi ilə göndərilmiş 07 yanvar 2020-ci il tarixli qərarı da araşdırılmışdır. Apellyasiya instansiyası məhkəməsi həmçinin qeyd etmişdir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 24 noyabr 2020-ci il tarixli qərarında şərh edilən göstərişlər nəzərə alınmış, 16 fevral və 05 mart 2021-ci il tarixlərdə Azərbaycan Respublikası Daxili İşl ər Nazirliyi Bakı şəhər Nizami Rayon Polis İdarəsinə sorğu verilərək, Cavabdeh şikayət ərizəsi əsasında cinayət işinin başlanılıbbaşlanılmaması və öyrənilməsi məqsədilə cinayət işinin materiallarının surətinin Naxçıvan MR Ali Məhkəməsinin Mülki kollegiyasına göndərilməsinin təmin olunması xahiş edilmişdir. Lakin həmin sorğulara adıçəkilən idarə tərəfindən cavab verilmədiyindən Bakı Şəhər Prokurorluğuna 02 aprel 2021-ci il tarixdə sorğu göndərilərək Bakı şəhər Nizami Rayon Polis İdarəsinə verilmiş sorğulara cavab verilmədiyi diqqətə çatdırılmış və bununla bağlı müvafiq köməklik göstərilməsi xahiş olunmuşdur. Bakı Şəhər Prokurorluğu tərəfindən kollegiyaya 26 aprel 2021-ci il tarixdə cavab məktubu göndərilərək qeyd olunmuşdur ki, “Cavabdeh müraciəti əsasında Bakı şəhəri Nizami RPİ-nin İstinta q şöbəsində toplanmış material aidiyyəti üzrə Bakı şəhəri Nərimanov RPİ-nin İstintaq şöbəsinə göndərilmiş, 15.02.2021-ci il tarixdə həmin material əsasında fakta görə Nərimanov RPİ-nin İŞ-nin müstəntiqi, polis mayoru xxxtərəfindən Azərbaycan Respublikası CM-nin 322.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılaraq istintaq aparılmış və 05.04.2021-ci il tarixdə Azərbaycan Respublikası CPM-nin 53.1.1-ci maddəsinə əsasən cinayət işinin icraatı dayandırılmışdır.” Bakı Şəhər Prokurorluğunun həmin məktubu nəzərə alınaraq 04.05.2021-ci il tarixdə Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinə sorğu göndərilərək həmin cinayət işi üzrə materialların surətinin öyrənilməsi məqsədilə Naxçıvan MR Ali Məhkəməsini Mülki kollegiyasına göndərilməsi xahiş olunmuş və 25 may 2021-ci il tarixli, 078-136 24-1221 nömrəli məktubla həmin sorğuya cavab verilərək cinayət işi üzrə zərərçəkmiş şəxsin, şahidlərin, eyni zamanda cinayət işi üzrə icraatın dayandırılması haqqında qərarın surətləri öyrənilməsi üçün göndərilmişdir. Cinayət işi üzrə təqdim olunmuş həmin materiallar apellyasiya instansiyası məhkəməsi tərəfindən öyrənilərkən məlum olmuşdur ki, həmin fakt üzrə 15 fevral 2021-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 322.1-ci maddəsi ilə başlanılmış ********* nömrəli cinayət işi üzrə istintaq aparılmış, istintaqın hazırki mərhələsində İddiaçı və digərlərinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 322.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətdiyini təsdiq edəcək kifayət qədər sübutların əldə edilməməsi səbəbindən Azərbaycan Respublikası Cinayət Prosessual M əcəlləsinin 53.1.1-ci maddəsinə əsasən 05 aprel 2021ci il tarixli qərarla ********* nömrəli cinayət işi üzrə icraat dayandırılmışdır. Göründüyü kimi qeyd olunan fakt üzrə cinayət işi başlanılsa da, həmin iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilməli olan şəxs müəyyən olunmadığından cinayət işi üzrə icraat dayandırılmışdır. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətində qeyd olunan dəlillərlə bağlı iş materiallarını tədqiq edərək həmçinin belə nəticəyə gəlmişdir ki, cavabdeh əqdin zorakılıq, hədə təsiri altında bağlanmasını və beləliklə də iş üzrə tərəflər arasında bağlanmış borcun etirafı müqaviləsinin etibarsız olmasını təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Məhkəmə Mülki Məcəllənin 337.1, 337.2, 337.3, 339.4, 354.2-ci maddələrinə istinad edərək qeyd etmiş dir ki, şəxs zorakılıq, hədə təsiri altında bağladığını bildirdiyi əqdin (mübahisə edilən əqd) etibarsız hesab edilməsi məqsədilə əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən bir il ərzində əqdi məhkəmə qaydasında iddia qaldırmaqla mübahisələndirə bilər. Lakin iş üzrə cavabdeh xxx oğlu hədə təsiri altında bağladığını bildirdiyi Bakı şəhər 51 saylı notariat kontorunda 05 iyul 2017-ci il tarixdə bağlanaraq 3M-709 nömrə ilə qeydə alınmış borcun etirafı müqaviləsini ayrıca iddia verməklə məhkəmə qaydasında mübahisələndirməsini və həmin əqdin etibarsız olduğunu təsdiq edən müvafiq məhkəmə qətnaməsini təqdim etməmişdir. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin digər dəlilləri ilə bağlı göstərmişdir ki, cavabdehin bildirdiyi şahidlərin iştirakı ilə 2007-2013-cü il tarixədək edilmiş ödəmələrin araşdırılmasına lüzum yoxdur. Çünki tərəflər arasında 05 iyul 2017-ci il tarixdə notariat qaydasında bağlanmış borcun etirafı müqaviləsi ilə artıq Cavabdeh müvafiq borcu etiraf edərək göstərilən 100000 manatı 05 iyul 2021-ci il tarixədək ödəməyi öhdəsinə götürmüşdür. Nəhayət apellyasiya instansiyası məhkəməsi göstərmişdir ki, iş materiallarına əlavə olunmuş məhkəmə bildirişi və xəbərnamədən məlum olur ki, birinci instansiya məhkəməsi tərəfindən 09 iyul 2019-cu il tarixə təyin edilmiş məhkəmə hazırlıq iclası barədə bildiriş və iddia ərizəsinin surəti Cavabdeh qeydiyyatda olduğu ünvanda qəbul edilmişdir. Eyni zamanda Cavabdeh 08 avqust 2019-cu il tarixə, saat 10:00-a və 27 avqust 2019-cu il tarixə, saat 15:30 təyin olunmuş məhkəmə iclasları barəd ə “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə müvafiq sms xəbərdarlıqlarla məlumatlandırılmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: a) Kassasiya şikayətinin dəlilləri Cavabdeh kassasiya şikayəti verərək, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 26 may 2021-ci il tarixli, 2(108)-59/2021 nömrəli qətnaməsini tamamilə ləğv edilməsi və iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsi cavabdehin şikayəti əsasında Bakı şəhəri Nizami RPİ-nin istintaq şöbəsində cinayət işi üzrə is tintaqın aparıldığı üçün iş üzrə icraatın dayandırılmasına dair cavabdehin vəsatətini əsassız olaraq təmin etməmiş, cavabdehin 2007-ci ildən 2013-cü ilədək şahidlərin iştirakı ilə iddiaçıya olan borcu ödəməsini nəzərə almamış, kassasiya instansiyası məhkəməsinin əvvəlki icraatda olan göstərişlərinə əməl etməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında Cavabdeh və vəkili Vəkil kassasiya şikayətinin dəlillərini müdafiə edərək, təmin edilməsini məhkəmə kollegiyasından xahiş etmişlər. İddiaçı və vəkili xxx oğlu kassasiya şikayətinin dəlillərinə etiraz edərək, təmin edilməməsini və apellyasiya instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını məhk əmə kollegiyasından xahiş etmişlər. Kassasiya baxışının hədləri: Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulma sına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Kassator apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin tam ləğv olunmasını xahiş etdiyinə görə, hazırki kassasiya baxışının predmetini apellyasiya instansiya məhkəməsinin qətnaməsinin maddi və prosessual hüquq normalarına uyğun olmasının tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Dig ər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız saylıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 339.4-cü maddəsinə əsasən əqdi bağlayan şəxsi əqdi bağlamağa məcburetmə (zorakılıq və ya hədələmə) ona hüquq verir ki, zorakılığın üçüncü şəxs tərəfindən törədildiyi halda da əqdi mübahisələndirsin. Xaraktercə şəxsə təsir göstərə bilən və ona şəxsən özünü və ya əmlakını real təhlükə gözlədiyini təlqin edə bilən məcburetmə əqdin etibarsızlığına səbəb olur. Məcburetmənin xarakteri qiymətləndirilərkən şəxsin yaşı və cinsi, həyat şəraiti nəzərə alınır. Məcburetmə tərəflərdən birinin arvadına (ərinə), digər ailə üzvlərinə və ya yaxın qohumlarına qarşı yönəldildikdə də əqdin mübahisələndirilməsinə əsas verir. Məcburetmənin məqsədi ilə vasitələrinin bir-birinə uyğun gəlmədiyi hallardan başqa, nə qanuna zidd məqsədlərlə, nə də qanuna zidd vasitələr tətbiq edilməklə həyata keçirilməyən hərəkətlər məcburetmə sayılmır. 354.2-cü maddəsinə əsasən bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. 385-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. 739.1-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 882.1-ci maddəsinə əsasən borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yara nması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. 882.2-ci maddəsinə əsasən bu Məcəllədə nəzərdə tutulan başqa göstərişlər olmadıqda, mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etiraz irəli sürülə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlarda n istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilmə li hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416.1. kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən cavabdehin apellyasiya şikayətinin dəlillərinə, həm də MPM-in 420-ci maddəsinə uyğun olaraq kassasiya instansiyası məhkəməsinin əvvəlki icraatda irəli sürdüyü göstərişlərə uyğun araşdırmalar aparılmış, o cümlədən cavabdehin şikayəti ü zrə polis orqanında istintaq olunan cinayət işi üzrə materiallar öyrənilmiş və toplanmış sübutlara hüquqi qiymət verilərək yekun nəticəyə gəlinmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə işə mahiyyəti üzrə baxan apellyasiya instansiyası məhkəməsi iş üzrə sübutetmə yükünü düzgün bölüşdürmüş və səlahiyyətləri çərçivəsində təqdim olunmuş sübutlara hüquqi qiymət verərək hesab etmişdir ki, cavabdehin hazırki iddianın əsaslandığı borcun etirafı haqqında müqavilənin hədə-qorxu və ya təzyiq altında imzalanması halı öz təsdiqini tapmamışdır. Eyni ilə məhkəmə kollegiyasının qənaətinə görə apellyasiya məhkəməsi əsaslı olaraq MM-in 882.2-ci maddəsinə istinad etməklə hesab etmişdir ki, cavabdeh 05 iyul 2017-ci il tarixdə imzaladığı müqavilə ilə iddiaçıya 100000 manat borcunun olmasını etiraf etdiyi h alda, onun bundan əvvəlki dövrdə borcunun tam ödənilməsinə dair sübutların araşdırılmasına, o cümlədən şahidlərin dindirilməsinə lüzum yoxdur. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri sübutların qiymətləndirilməsi ilə bağlı olduğundan məhkəmə kollegiyası həmin dəlillər üzrə əlavə araşdırmaya lüzum görmür. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azər baycan Respublikası MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 26 may 2021ci il tarixli, 2(108)-59/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar