Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5612/2021 12.10.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Azərbaycan Avtomobil X2 Cavabdeh qarşı iş üzrə QƏRARİ iş № 2(102)-5612/21 (Açar sözlər: maddi ziyan) Bakı şəhəri, 12 oktyabr 2021-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-4671/2021 nömrəli iş üzrə 19 may 2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kasasiya şikayəti üzrə işə 12 oktyabr 2021-ci il tarixdə Ali Mə hkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı Azərbaycan Avtomobil X3 Cavabdeh qarşı “yol-nəqliyyat hadisəsi nəticəsində vurulmuş zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, yolnəqliyyat hadisəsi nəticəsində yol təsərrüfatına vurulmuş 3.606,40 manat məbləğində zərərin cavabdehdən tutularaq iddiaçının bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı Azərbaycan Avtomobil X3 iddia tələbini onunla əsaslandırmışdır ki, 03 sentyabr 2019-cu il tarixində Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 76-cı kilometrində Cavabdeh idarə etdiyi “Mercedes Benz” markalı, **-JX- *** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə törədilən yol-nəqliyyat hadisəsi nəticəsində yolun 56 p/m metal təhlükəsizlik səddi yararsız hala salınmışdır. Həmin hadisə nəticəsində Azərbaycan Avtomobil X3nə 3.606,40 manat məbləğində zərər vurulmuşdur. Faktla bağlı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsi tərəfindən inzibati tənbeh vermə haqqında TP ******* nömtəli qərar qəbul edilmiş və Azərbaycan Avtomobil X3nə dəymiş zərər barəsində məlumat verilmişdir. Tərtib olunmuş yol-nəqliyyat hadisəsinin sxemində və cavabdehlərin izahatlarında avtomobilin metal təhlükəsizlik səddinə dəyməsi nəticəsində maddi zərərin vurulması qeyd edilmişdir. İddia ərizəsinə əlavə olunmuş 01 oktyabr 2019-cu il tarixli arayışdan görünür ki, Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sər hədi avtomobil yolunun 76cı kilometrində “Mercedes Benz” markalı, **-JX-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə törədilən yol-nəqliyyat hadisəsi nəticəsində yolun 56p/m metal təhlükəsizlik səddi yararsız hala salınmaqla dövlət vəsaiti hesabına inşa edilmiş yol təsərrüfatına 3.606,40 manat məbləğində zərər vurulmuşdur. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 18 fevral 2020-ci il tarixli 2(011)-1163/2020 nömrəli qərardadı ilə (hakim Aygün Həsənova) məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş, ekspertizanın aparılması Məhkəmə Eskeprtiza Mərkəzinə həvalə edilmişdir. Məhkəmə Ekspertiza Mərkəzinin 5583 saylı, 14.05.2020-ci il tarixli rəyinə əsasən, təqdim edilmiş Azərbaycan Avtomobil X2 “X1 Xidməti” MMC-nin baş mütəxəssisi tərəfindən imzalan mış 01.01.2019-cu il tarixli arayışa əsasən yol elementlərinə vurulmuş ziyanın miqdarı nəzəri olaraq təxminən 3606.40 manat müəyyən olunur. Birinci instansiya məhkəməsinin 08 sentyabr 2020-ci il tarixli 2(011)-1163/2020 nömrəli qətnaməsi ilə (hakim Aygün Həsənova) iddia tələbinin təmin edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, 03 sentyabr 2019-cu il tarixdə törədilmiş yol-nəqliyyat hadisəsinin cavabdehin təqsiri ucbatından olması və törədilmiş hadisə nəticəsində iddiaçıya maddi ziyan vurulması iş materialları və ekspertiza rəyi ilə təsdiq olunduğundan, yol-nəqliyyat hadisəsi nəticəsində vurulmuş maddi ziyanın əvəzinin cavabdehdən tutulmasına dair tələbi əsaslıdır və hadisə nəticəsində dəymiş ziyanın ekspert rəyi ilə müəyyən edilmiş məbləği işin hallarına uyğun olmaqla ağlabatan və ədalətli hesab edir. Odur ki, iddia tələbi təmin olunmalıdır. Birinci instansiya məhkəməsi qənaətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2, 1096.1, 1097.1-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88, 124.1 217.4-cü maddələri ilə əsaslandırmışdır. Qətnamədən narazı qalan cavabdeh apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apelyasiya instansiyası məhkəməsində icraat Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Xəyal Sarıyev - sədrlik edən və məruzəçi, Emin Mehdiyev, Şərafət Məmmədova) 2(103)-4671/2021 saylı, 19 may 2021-ci il tarixli qətnaməsi ilə apelyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 08 sentyabr 20 20-ci il tarixli 2(011)-1163/2020 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Apelyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, maddi zərərlə bağlı öhdəliyin əmələ gəlməsi üçün mülki hüquq pozuntusu (delikt) mövcud olmalıdır. Zərər vurmadan irəli gələn öhdəliklər zərərçəkmişin əmlak və şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində yaranır, mütləq xarakter daşıyır, zərər vuranın hesabına və yaxud qanunla üzərinə zərərin əvəzinin ödənilməsi vəzifəsi qoyulan başqa şəxslərin hesabına qeyd edilən hüquqların tam bərpa olunmasının təmin edilməsinə yönəlir. Delikt öhdəliyinin yaranması üçün zərər mövcud olmalı, bu, cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməli, qanunsuz hərəkət və hərəkətsizliklə zərər arasında səbəbli əlaqə olmalıdır. Bundan başqa zərərvuran şəxsin təqsirindən asılı olmayaraq, maddi məsuliyyət daşıması halları istisna olmaqla, zərərvuran şəxsin təqsiri müəyyən edilməlidir. Kollegiya hesab edir ki, məhkəmə zərərin əvəzinin ödənilməsini Cavabdeh üzərinə qoymaqla, iddianı təmin etməklə düzgün nəticəyə gəlmişdir. Kollegiya apellayatorun zərərin işlədiyi təşkilatdan tutulmalı olduğunu, onunla təşkilatın arasında müqavilənin olmasını və onun tərəfindən vurulmuş maddi ziyanla bağlı cavabdehliyi təşkilatın daşıması ilə bağlı dəlilini əsassız hesab edərək, qeyd edir ki, onun qeyd olunan dəlili heç bir sübutla təsdiq olunmamaqla yanaşı, avtomobili etibarnamə əsasında idarə etməsi müəyyən olunur. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndiril ən hissədə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar yoxdur. Apelyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası, yuxarıda şərh olunan əsaslara görə onları əsassız hesab edərək, qətnamənin dəyişdirilmədən saxlanılması qənaətinə gəlir. Kasasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kasasiya şikayətinin dəlilləri Cavabdeh (vəkili Vəkil) kasasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya məhkəməsi işin detallarını araşdırmada n, işin faktiki halları ilə hüquqi əsaslarına birlikdə hüquqi qiymət vermədən, iddiaçı tərəfdən zəruri sübutların təqdim edilməsi müşayiət edilmədən çıxarılmışdır. Belə ki, onun adına hadisə zaman etibarnamə olmamış, təqdim edilmiş etibarnamə baş verən hadisənin son üç gününə təsadüf etməsi, etibarnamənin sonradan tərtib edilməsini göstərir. O, ona verilən avtomobilin sazlığı üçün məsuliyyət daşıyır. Buna görə də iddiaçı ona qarşı deyil, ya avtomobilin sahibi "xxxx" QSC-yə, ya da "xxxx" MMC-yə qarşı tələb irəli sürməli idi. Nə birinci instansiya məhkəməsi, nə də apelyasiya məhkəməsi bu məsələyə düzgün qiymət verməmişdir. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri Kasasiya şikayətinə etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyası iclasının y eri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iddiaçı Azərbaycan Avtomobil X2 səlahiyyətli nümayəndəsi, Cavabdeh və vəkili Vəkil məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə gəlməyən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçü n çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifa də edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludur, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin üzərinə qoyulur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tər əf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 407.2. Kasasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə
416. Kasasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kasasiya baxışının hədləri Kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kasasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kasasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən və apelyasiya instansiyası məhkəməsinin aktının tam ləğvi xahiş edildiyindən məhkəmə aktı tam yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya inst ansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya kollegiyası kasasiya şikayətinin dəlilləri üzrə qeyd edir ki, kasasiya şikayəti formal dəlillərlə əsaslandırılmağa çalışılmışdır. Belə ki, cavabdeh kasasiya şikayətində onun adına verilmiş etibarnamənin sonradan tərtib edilmiş olmasına istinad etsə də, bu barədə hər hansı sübuta istinad edə bilməmiş, yalnız ehtimallarını vurğulamaqla kifayətlənmişdir. Kasasiya yoxlaması nəticəsində də müəyyən edilmiş dir ki, yol-nəqliyyat hadisəsi baş verən zaman cavabdeh avtomobili etibarnamə ilə idarə etmişdir ki, bu hal da onun törətmiş olduğu mülki hüqu pozuntusuna görə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108-ci maddəsinin də tələbləri nəzərə alınmaqla mülki məsuliyyətə cəlb edilməsi üçün kifayət edir. Bu səbəbdən də apelyasiya kollegiyası mübahisə üzrə düzgün hüquqi mövedə olmuşdur. Ümumi kasasiya yoxlaması nəticəsi isə apelyasiya kollegiyası tərəfindən hər hansı maddi və ya prosessual hüquq normasının pozuntusuna yol verilməsi halı müəyyən edilməmişdir. Beləliklə, məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kasasiya şikayətinin dəlilləri apelyasiya kollegiyasının qəbul etdiyi qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Odur ki, apelyasiya instansiyası məh kəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kasasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kasasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4671/2021 nömrəli iş üzrə 19 may 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.