Məhkəmə qərarları › İş №2(102)-562/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-562/2025

12.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kre
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-562/2025 12.03.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh1 qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər: kredit müqaviləsindən irəli gələn öhdəliklər Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-1192/2024 nömrəli, 29 oktyabr 2024-cü il tarixli qətnaməsindən iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 12 mart 2025-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağı dakı qərarı qəbul etdi. İşin halları 1. "xxxx" ASC-nin Mərkəzi filialı ilə Cavabdeh1 arasında bağlanmış 12 sentyabr 2013cü il tarixli, 7629 saylı kredit müqaviləsinə əsasən, Cavabdeh1 60 ay müddətinə illik 12 %lə 19.636 manat kredit verilmişdir. 2. 15.02.2018-ci il tarixli, S-DİPK-367 saylı təhvil-təslim aktına əsasən "xxxx" ASC-nin Cavabdeh1 qarşı 14.580 manat əsas borc, 4.000,78 manat faiz borcu olmaqla, cəmi 18.580,78 manat kredit borcu üzrə tələb hüququ İddiaçı QSC Bank olmayan Kredit Təşkilatına təhvil verilmişdir.

3. Kreditin və ona hesablanmış faizlərin ödəniş cədvəli adlandırılan və kredit müqaviləsinin əlavəsi olan sənədə əsasən Cavabdeh1 tərəfindən götürülmüş kreditin 26 sentyabr 2018-ci il tarixə qədər geri qaytarılması razılaşdırılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları B irinci instansiya məhkəməsində icraat

4. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti (bundan sonra- iddiaçı) Cavabdeh1 (bundan sonra- cavabdeh) qarşı “kredit borcunun tutulması” barədə iddia ərizəsi ilə müraciət edərək, cavabdehlər Cavabdeh1 və "xxxx" MMC-dən müştərək qaydada əsas borc 14580 manat, faiz borcu 4242,78 manat olmaqla, cəmi 18.822,78 manat borcun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. Zaqatala Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(033)-402/2024 nömrəli qətnaməsi ilə (hakim V.Məmmədov) iddia rədd edilmişdir.

6. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, "xxxx" ASC-in Mərkəzi filialı ilə Cavabdeh1 arasında bağlanmış 12 sentyabr 2013-cü il tarixli, 7629 saylı kredit müqaviləsinə əsasən Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev pro spekti, “AAAF-city” yaşayış massivindəki 22 saylı küçəsinin 6 saylı binasında yerləşən 1 saylı mənzilin alınması məqsədi ilə cavabdehə 60 ay müddətinə illik 12 %-lə 19.636 manatm kredit verilmişdir. "xxxx" ASC-in 12 sentyabr 2013-cü il tarixli, 7629 saylı kredit müqaviləsi üzrə tələb hüququ 11 avqust 2015-ci il tarixli müqavilə əsasında İddiaçı QSC Bank olmayan Kredit Təşkilatına keçmişdir. Cavabdeh kredit müqaviləsi üzrə öhdəliyini lazımınca icra etməmiş, nəticədə əsas borc üzrə 14.580 manat, faiz üzrə 4242,78 manat ödənilməmiş qalmışdır. Kredit müqaviləsi üzrə öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət xx.xx.2018-ci il tarixdə bitsədə, iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə 16 fevral 2024cü il tarixdə, iddia müddətini keçirdikdən sonra müraciət etmişdir.

7. Cavabdeh iddia müddəti nin tətbiq olunması barədə ərizə vermişdir.

8. Məhkəmə qeyd etmişdir ki, qanunvericilik mülki hüquqların müdafiəsi üçün müddət müəyyən etmişdir ki, həmin müddət ərzindədə səlahiyyətli şəxs öz pozulmuş hüquqlarının məcburi qaydada həyata keçirilməsini müvafiq orqanlardan tələb edə bilər. Bu müddət, yəni, iddia müddəti öz hüquqlarını müdafiə etmək haqqında tələblə məhkəməyə müraciət olunması üçün səlahiyyətli şəxsə verilən vaxt dövrüdür. Məhz həmin vaxt dövrü ərzində hüququ pozulmuş şəxs öz hüququnu müdafiə etmək üçün məhkəməyə müraciət edə bilər. İddia müddətinin mahiyyəti əsasən ondan ibarətdir ki, bu müddət ərzində səlahiyyətli şəxs öz pozulmuş mülki hüququnu iddia qaydasında məhkəmə icraatı vasitəsilə məcburi qaydada müdafiə etmək imkanına malik olur.

9. Məhkəmə qeyd etmişdir ki, iddia çı hazırkı tələblə müraciət edənədək iddia müddətini keçirdiyindən və cavabdeh iddia müddətinin tətbiq edilməsini xahiş etdiyindən, iddiaçının cavabdehə qarşı ondan əsas borc 14580 manat, faiz borcu 4242,78 manat olmaqla, cəmi 18.822,78 manat borcun tutulması tələbinə dair iddiası rədd edilməlidir.

10. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1, 372.2, 373.2, 375.2, 377.1, 377.2, 385.1, 442, 448.1, 448.2, 739.1-ci maddələrinə; habelə Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 107, 119.1, 217.3, 217.4 və 218.3-cü maddələrinə istinadla əsaslandırmışdır. Apelyasiya instansiyası məhkəməsindəki icraat

11. İddiaçı apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın təmin edilməsi barədə yeni q ətnamə qəbul edilməsini xahiş etmişdir.

12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qətnamə qəbul edərkən maddi hüquq normalarını düzgün təbiq etməmişdir. Belə ki, məhkəmə cavabdehin məhkəməyə göndərdiyi ərizəyə istinad edib, iddia müddətini tətbiq edərək iddiaçı tərəfindən məhkəməyə verilmiş iddianı əsassız olaraq rədd etmişdir. Birinci instansiya məhkəməsi iddia müddəti ilə bağlı iddianı rədd edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.3, 375.2 və 377.2-ci maddələrinə istinad etmişdir. Məhkəmə Mülki Məcəllənin yuxarıda göstərilən maddələrinə düzgün istinad etməmişdir.

13. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-1192/2024 nömrəli, 29 oktyabr 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər E.M.Mehdiyev sədrlik edən və məruzəçi, Ə.T.Məcidov və Z.C.Tah irov) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, iş üzrə Zaqatala Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(033)402/2024 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılsı qət edilmişdir.

14. Birinci instansiya məhkəməsinin qətnaməsi ilə ümumən razılaşan məhkəmə kollegiyası “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarına istinad edərək qeyd etmişdir ki, kassasiya və apellyasiya instansiyası məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.

15. Məhkəmə kollegiyası apellyasiya şikayətinə münasibət bildirərək qeyd etmişdir ki, apellyasiya şikayətinin dəlilləri birinci in stansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas deyildir.

16. Məhkəmə kollegiyası apellyasiya şikayətinin iddiaçı və cavabdeh tərəfin sonuncu məhkəmə iclasında iştirak etmədikləri halda, məhkəmənin tərəflərin iştirakı olmadan işə baxıb qətnamə qəbul etməyə səlahiyyətli olmaması, belə olan halda, məhkəmənin, məhkəmə iclasını təxirə sala, digər halda isə işin baxılmamış saxlanılmasına dair qərardad qəbul edə bilməsinə dair dəlillərinə münasibətdə qeyd etmişdir ki, işdə olan cavabdehin 25 iyun 2024-cü il tarixdə birinci instansiya məhkəməsinə daxil olmuş ərizəsindən görünür ki, o, həmin ərizəsində Almaniya Federativ Respublikasında kimya terapiya vasitəsi ilə müalicə aldığını, bu səbəbdən məhkəmə proseslərində üzrlü səbəblərdən iştirak edə bilmədiyini göstərmiş, iddiaçı tələbinə da ir iddianın qaldırılması üçün qanunvericilikdə nəzərdə tutulmuş müddəti keçirməsi (ötürülməsi) səbəbindən rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

17. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçının nümayəndəsi 25 iyul 2024-cü il tarixdən əvvəl keçirilmiş məhkəmə iclaslarında iştirak etməklə onun tərəfindən iddia tələbi müdafiə edilmiş, cavabdeh isə birinci instansiya məhkəməsinə göndərdiyi iddia müddətinin tətbiqinə dair ərizəsi ilə işə mahiyyəti üzrə baxılaraq iddianın rədd edilməsini xahiş etmiş, məhkəmə iclaslarında üzrlü səbəblərdən iştirak edə bilmədiyini göstərmişdir.

18. Beləliklə iddianın baxılmamış saxlanılması, məhkəmə iclasının təxirə salınması üçün əsaslar müəyyən edilmədiyindən, birinci instansiya məhkəməsi 25 iyul 2024-cü il tarixdə keçirilən məhkəmə iclasında mübahisəyə mahiyyəti üzrə baxılmasının mümkün olması nəticəsinə gələrkən doğru mövqedən çıxış etmişdir.

19. Məhkəmə kollegiyası apellyasiya şikayətinin cavabdehin iddia müddətinn tətbiqi barədə ərizə verməklə öhdəliyin icrasından birtərəfli qaydada imtina etməsinə dair dəlilinə münasibətdə qeyd etmişdir ki, iddia müddəti institutunun əhəmiyyəti ümumən onda ifadə olunur ki, iddia müddəti mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kə sb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı.

20. Apellyasiya instansiyası öz mövqeyini Mülki Məcəllənin 372, 373, 375, 380, 385, 386, 442, 443, 445, 448 və 739-cu, habelə Mülki Prossesual Məcəllənin 9, 14.2, 77.1, 88, 217, 218, 372,384, 385, 402-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Kassasiya instansiyası məhkəməsində icraat Kassasiya şikayətinin və ona qarşı etirazın dəlillər Kassasiya şikayətinin dəlilləri

21. İddiaçı (vəkil X1) kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması, apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında iddianın təmin edilməsi barədə y eni qərar qəbul edilməsini xahiş etmiş və kassasiya şikayətini iddia ərizəsi və apellyasiya şikayəti ilə eyni məzmunda əsaslandırılmışdır. Kassasiya şikayətinə dair etirazın dəlilləri

22. Kassasiya şikayətinə dair etiraz ərizəsi daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

23. Maddə

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

24. Maddə

372. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sa yılır.

25. Maddə 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir.

26. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.

27. Maddə 377.1. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

28. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

29. Maddə 77.1. H ər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

30. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

31. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

32. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən a sılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri

33. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

34. İddiaçı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsini bütövlüklə mübahisələndirdiyindən, hazırki kasassiya baxışının predmetini həmin məhkəmənin qətnaməsinin qanuniliyinin ta m yoxlanılması təşkil edir. Kassasiya instansiya məhkəməsinin hüquqi mövqeyi

35. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

36. İddiaçı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iddianın təmin edilməsi üçün əsasların olduğunu və sair göstərsə də, kassasiya instansiyası məhkəməsi iddiaçının bu dəlilləri ilə razılaşmır.

37. Belə ki, apellyasiya instansiyası məhkəməsi, birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşaraq qeyd etmişdir ki, tərəflər arasında bağlanmış 12 sentyabr 2013-cü il tarixli, 7629 saylı kredit müqaviləsinə əsasən, Bank, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, “X” yaşayış massivindəki 22 saylı küçənin 6 saylı binasında yerləşən 1 saylı mənzilini almaq məqsədilə cavabdehə 60 ay müddətinə illik 12 %-lə 19.636 manat kredit vermişdir.

38. Bundan sonra, "xxxx" ASC-in 12 sentyabr 2013-cü il tarixli, 7629 saylı kredit müqaviləsi üzrə tələb hüququ 11 avqust 2015-ci il tarixli müqavilə əsasında iddiaçıya keçmişdir.

39. Apellyasiya instansiyası məhkəməsi, yuxarıda sadalanan normaların tələblərini hazırkı mülki mübahisəyə tətbiq edib qeyd etmişdir ki, sözügedən kredit müqaviləsi üzrə öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət 26 sentyabr 2018-ci il tarixdə bitsə də, iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə 16 fevral 2024-cü il tarixdə, yəni iddia müddətini keçirdikdən sonra müraciət etmiş, cavabdeh isə mübahisə tərəfi kimi iddia müddətinin tətbiqi barədə ərizə vermişdir.

40. Apellyasiya instansiyası məhkəməsi həmçinin qeyd etmişdir ki, qanunvericilik mülki hüquqların müdafiəsi üçün müddət müəyyən etmişdir ki, həmin müddət ərzindədə səlahiyyətli şəxs öz pozulmuş hüquqlarının məcburi qaydada həyata keçirilməsini müvafiq orqanlardan tələb edə bilər. Bu müddət, yəni, iddia müddəti öz hüquqlarını müdafiə etmək haqqında tələblə məhkəməyə müraciət olunması üçün səlahiyyətli şəxsə verilən vaxt dö vrüdür. Məhz həmin vaxt dövrü ərzində hüququ pozulmuş şəxs öz hüququnu müdafiə etmək üçün məhkəməyə müraciət edə bilər. İddia müddətinin mahiyyəti əsasən ondan ibarətdir ki, bu müddət ərzində səlahiyyətli şəxs öz pozulmuş mülki hüququnu iddia qaydasında məhkəmə icraatı vasitəsilə məcburi qaydada müdafiə etmək imkanına malik olur.

41. Göstərilənlərə əsasən, kassasiya instansiyası məhkəməsi iddiaçının kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verməmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi və proses sual hüquq normalarının tələblərini hazırkı mülki mübahisəyə düzgün tətbiq etmişdir. Ona görə də iddiaçının kassasiya şikayəti təmin edilmədən, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

42. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı: İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin kassasiya şikayəti təmin edilməsin. İş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 29 oktyabr 2024-cü il tarixli, 2(107)-1192/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar