Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5620/2022 18.11.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 Əhməd oğluna qarşı iş üzrə QƏRARİ Açar sözlər: kredit məbləğinin qaytarılması, tutmanın ipoteka predmetinə yönəldilməsi, kredit müqaviləsinin yenilənə bilən olması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hacıyev Sənan Firudin oğlu (məruzəçi hakim), Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, iddiaçı "xxxx" MMC BOKT-un cavabdehlər "xxxx" MMC-yə, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 Əhm əd oğluna qarşı “kredit borcunun ödənilməsi və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-286/2022 nömrəli, 13 may 2022-ci il tarixli qətnaməsindən Cavabdeh4 tərəfindən verilmiş kassasiya şikayətinə 18 noyabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. 27 avqust 2010-cu il tarixli, 5 nömrəli kredit müqaviləsi ilə İcraçı Kredit Agentliyi MMC BOKT (bundan sonra – iddiaçı) "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə (bundan sonra – cavabdeh MMC) 12 ay müddətinə, illik 5 faiz dərəcəsi ilə 188.600 manat məbləğində kredit xətti açmışdır. 2. 15 sentyabr 2011-ci il tarixli, 1 nömrəli əlavə kredit müqaviləsi ilə bu əlavə ilə kredit verən 27 a vqust 2010-cu il tarixli, 5 nömrəli kredit müqaviləsinin müddəti 15 sentyabr 2011-ci il tarixdən etibarən təkrar 36 ay müddətinə uzadılmışdır. Bu əlavə ilə kredit verən 27 avqust 2010-cu il tarixli, 5 nömrəli kredit müqaviləsinin şərtlərinə uyğun olaraq 36 ay müddətinə, illik 10,25 faiz olmaqla borcalana 199800 manat məbləğində kredit xətti açmışdır. 3. 17 sentyabr 2012-ci il tarixli, 2 nömrəli əlavə kredit müqaviləsi ilə kredit verən borcalanla bağlanmış 15 sentyabr 2011-ci il tarixli, 5 nömrəli kredit müqaviləsinin 6.3 bəndinin şərtlərinə uyğun olaraq tərəflərin razılaşmasına əsasən kredit müqaviləsinin 2.1ci bəndində göstərilmiş kredit xətti daxilində 17 sentyabr 2012-ci il tarixdə illik 10,25 faiz həcmində hesablanmaqla 12 ay müddətinə 150600 manat məbləğində kredit xətti açılır və həm in məbləğdən ipotekaya qoyulmuş əmlakların qiymətləndirilməsi üçün (kredit məbləğinin 1 faizi həcmində) və bank xərci üçün (kredit məbləğinin 0,5 faizi həcmində) xidmət haqqı tutur. 4. 17 oktyabr 2012-ci il tarixli, 2 nömrəli əlavə kredit müqaviləsi ilə kredit verən borcalanla bağlanmış 15 sentyabr 2011-ci il tarixli, 5 nömrəli kredit müqaviləsinin 6.3 bəndinin şərtlərinə uyğun olaraq tərəflərin razılaşmasına əsasən kredit müqaviləsinin 2.1ci bəndində göstərilmiş kredit xətti daxilində 17 oktyabr 2012-ci il tarixdə illik 10,25 faiz həcmində hesablanmaqla 12 ay müddətinə 49000 manat məbləğində kredit xətti açılır və həmin məbləğdən ipotekaya qoyulmuş əmlakların qiymətləndirilməsi üçün (kredit məbləğinin 1 faizi həcmində) və bank xərci üçün (kredit məbləğinin 0,5 faizi həcmində) xidmət haqqı tutur. 5. 27 avqust 2010-cu il tarixli 5/1 nömrəli İpoteka müqaviləsi ilə 27 avqust 2010cu il tarixli, 5 nömrəli kredit müqaviləsi üzrə Borcalanın öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh2 və Cavabdeh4 23 iyun 2010-cu il tarixli, ********** saylı mülkiyyət hüququnu təsdiq edən sənədə əsasən özlərinə məxsus olan Gəncə şəhəri, Nizami rayonu, Bayan küçəsində mülkiyyətində 0,05 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 105,8 m2 yaşayış, 88,1 m2 köməkçi sahədən ibarət 112A nömrəli fərdi yaşayış evini (bundan sonra – mübahisəli ev) ipoteka ilə yükləməyi öz öhdələrinə götürmüşlər. Həmin müqavilənin 1.1-ci bəndindən görünür ki, ipoteka ilə yüklü edilmiş əmlak 300000 (üç yüz min) manat məbləğində qiymətləndirilmişdir. 6. 15 noyabr 2011-ci il tarixli kredit müqaviləsi üzrə B orcalanın öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh2 və Cavabdeh4 mübahisəli evi ipoteka ilə yükləməyi öz öhdələrinə götürmüşlər.
7. Mübahisəli ev 15 sentyabr 2011-ci il tarixdən 15 sentyabr 2014-cü il tarixədək "xxxx" MMC BOKT-nin xeyrinə yüklü edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
8. İddiaçı cavabdeh MMC-yə, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddianı təmin etmək məqsədilə 27 avqust 2010-cu il tarixli 5/1 nömrəli, 14 noyabr 2011-ci il tarixli 12/3 nömrəli İpoteka müqavilələrinə əsasən ipotekaya qoyulmuş əmlaklar üzərinə həbs qoyulmasına, cavabdeh MMC-dən 27 avqust 2010-cu il tarixli 5 nömrəli kredit müqaviləsinin müddətinin uzadılmasına dair 15 sentyabr 2011-ci il tarixli 1 nömrəli Əlavəyə əsasən 17 sentyabr 2012-ci il tarixdə verilmiş 150600 manat məbləğində kredit üzrə 136600 manat əsas borcun, 3567,46 manat faiz borcun, 562,33 manat cərimənin, cəmi 140729,79 manat borcun, 17 oktyabr 2012-ci il tarixdə 49000 manat məbləğində kredit üzrə 39900,47 manat əsas borcun, 496,98 manat faiz borcun, 55,85 manat cərimənin, cəmi 40453,30 manat borcun, 14 noyabr 2011-ci il tarixli 12 nömrəli kredit müqaviləsinə əsasən 26 noyabr 2012-ci il tarixdə 110000 manat məbləğində verilmiş kreditin 43137 manat hissəsi üzrə 37255 manat əsas borcun, 3099,64 manat faiz borcun, 901,96 manat cərimənin, cəmi 41256,50 manat borcun, 25 noyabr 2010-cu il tarixli 6 saylı kredit müqaviləsinin müddətinin uzadılmasına dair 12 yanvar 2012ci il tarixli 1 nömrəli Əlavəyə və 14 noyabr 2011-ci i l tarixli 12 nömrəli kredit müqaviləsinə əsasən birlikdə 18 yanvar 2013-cü il tarixdə verilmiş 125000 manat məbləğində kreditin 32051 manat hissəsi üzrə 23064,10 manat əsas borcun, 2328,80 manat faiz borcun, 1214,70 manat cərimənin, cəmi 26607,60 manat borcun, ümumilikdə cavabdehlərdən əsas borc, faiz və cərimələr daxil olmaqla, cəmi 249047,19 manat borcun və həmçinin 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun iddiaçının xeyrinə tutulması; tutmanın ipotekaya qoyulmuş mülkiyyət hüququ üzrə Cavabdeh2 və Cavabdeh4 məxsus Gəncə şəhəri, Nizami rayonu, Bayan küçəsində mülkiyyətdə olan 0,05 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 105,8 m 2 yaşayış, 88,1 m 2 köməkçi sahədən ibarət 112A nömrəli fərdi yaşayış evinə, Cavabdeh3 məxsus Gəncə şəhəri, Nizami rayonu, Həsən Əliyev küçəsi 51 ünvanında, 0,00256 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 19,2 m 2 olan 1 mərtəbəli qeyri-yaşayış binasına yönəldilməsi, ipoteka əmlaklarının açıq hərrac yolu ilə satılması və satışdan əldə olunan vəsait hesabına "xxxx" MMC BOKT-yə olan borcun ödənilməsi, borc ödənildikdən sonra qalan məbləğin cavabdehlərə qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
9. Məhkəmə icraatı zamanı iddiaçının nümayəndəsi X1 iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı məhkəməyə ərizə təqdim edərək iddia ərizəsində 14 noyabr 2011-ci il tarixli 12 nömrəli kredit müqaviləsinə əsasən 26 noyabr 2012-ci il tarixdə 110000 manat məbləğində verilmiş kreditin 43137 manat hissəsi üzrə 37255 manat əsas borcun, 3099,64 manat faiz borcun, 901,96 manat cərimənin, cəmi 41256,60 manat borcun cavabdehlərdən müştər ək qaydada tutulması əvəzinə cəmi 41256,50 manat kimi göstərildiyini, ümumilikdə borcun isə cəmi 249047,29 manat təşkil etdiyini bildirmişdir.
10. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, Dünya Bankı (BİA) tərəfindən ayrılmış kredit vəsaiti hesabına, onunla cavabdeh MMC arasında bağlanmış 27 avqust 2010-cu il tarixli 5 nömrəli kredit müqaviləsinin müddətinin uzadılmasına dair 15 sentyabr 2011-ci il tarixli 1 nömrəli əlavəsinə əsasən 17 sentyabr 2012-ci il tarixdə 150600 manat, 07 oktyabr 2012-ci il tarixdə 49000 manat, cəmi 199600 manat, 14 noyabr 2011-ci il tarixli 12 nömrəli kredit müqaviləsinə əsasən 26 noyabr 2012- ci il tarixdə 110000 manat, 25 noyabr 2010-cu il tarixli 6 nömrəli kredit müqaviləsinin müddətinin uzadılmasına dair 12 yanvar 2012-ci il tarixli 1 nömrəli əlavəsinə və 14 noyabr 2011-ci il tarixli 12 nömrəli kredit müqaviləsinə əsasən 18 yanvar 2013-cü il tarixdə 125000 manat məbləğində kredit verilmişdir. Kredit müqavilələri üzrə öhdəliklərin icrasını təmin etmək məqsədi ilə "xxxx" MMC ilə bağlanmış 27 avqust 2010-cu il tarixli 5 nömrəli kredit müqaviləsinin müddətinin uzadılmasına dair 15 sentyabr 2011-ci il tarixli 1 nömrəli əlavəsinə əsasən 17 sentyabr 2012-ci il tarixdə 150600 manat, 17 oktyabr 2012-ci il tarixdə 49000 manat, cəmi 199600 manat məbləğində kreditin təminatı olaraq, Gəncə şəhəri, Nizami rayonu, Bayan küçəsi, ev 112A-da yaşayan Cavabdeh2 və Cavabdeh4 arasında bağlanmış 27 avqust 2010-cu il tarixli 5/1 nömrəli İpoteka müqaviləsinə əsasən, 23 iyul 2010-cu il tarixli, ********** nöm rəli mülkiyyət hüququnu təsdiq edən sənədə əsasən özlərinə məxsus olan Gəncə şəhəri, Nizami rayonu, Bayan küçəsində mülkiyyətlərindəki 0,05 ha torpaq sahəsində yerləşən 1mərtəbəli, 3 otaqlı, 105,8 m2 yaşayış, 88,1 m2 köməkçi sahədən ibarət 112A nömrəli fərdi yaşayış evi, 14 noyabr 2011-ci il tarixli 12 nömrəli kredit müqaviləsinə əsasən 26 noyabr 2012-ci il tarixdə verilmiş 110000 manat məbləğində kreditin 43137 manat hissəsinin və 25 noyabr 2010-cu il tarixli 6 nömrəli kredit müqaviləsinin müddətinin uzadılmasına dair 12 yanvar 2012-ci il tarixli 1 nömrəli Əlavəsinə və 14 noyabr 2011-ci il tarixli 12 nömrəli kredit müqaviləsinə əsasən birlikdə 18 yanvar 2013-cü il tarixdə verilmiş 125000 manat məbləğində kreditin 32051 manat hissəsinin təminatı olaraq Gəncə şəhəri Nizami rayonu, X.Xasmə mmədov küçəsi 1, ev 4-də yaşayan Cavabdeh3 ilə bağlanmış 14 noyabr 2011-ci il tarixli 12/3 nömrəli İpoteka müqaviləsinə əsasən, 27 oktyabr 2011-ci il tarixli, ********** nömrəli mülkiyyət hüququnu təsdiq edən sənədə əsasən özünə məxsus olan ünvan 1 ünvanda, 0,00256 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 19,2 m2 olan 1 mərtəbəli qeyriyaşayış binası ipoteka ilə "xxxx" MMC BOKT-nin xeyrinə yüklü edilmişdir. İpotekalar Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən dövlət qeydiyyatına alınmışdır. Cavabdeh müqavilənin şərtlərini əhəmiyyətli dərəcədə pozmuş və vurduğu zərər nəticəsində "xxxx" MMC BOKT-ni müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan (əldə edəcəyi gəlirdən) məhrum etmişdir. Borcun ödənilməsi tələbi ilə cavabdehə dəfələrlə müraciət olunmasına, tərəflərindən məsələlərin məhkəmədən kənar qaydada həll edilməsi üçün mümkün olan bütün tədbirlərin görülməsinə baxmayaraq cavabdeh tərəfindən borcun qaytarılması üçün heç bir təşəbbüs göstərilməmişdir. Cavabdehə göndərilmiş xəbərdarlıq və pretenziya məktubları cavabsız qalmışdır. Nəticədə cavabdehin 01 mart 2015-ci il tarixə "xxxx" MMC BOKT-yə 27 avqust 2010-cu il tarixli 5 nömrəli kredit müqaviləsinin müddətinin uzadılmasına dair 15 sentyabr 2011-ci il tarixli 1 nömrəli Əlavəsinə əsasən 17 sentyabr 2012-ci il tarixdə verilmiş 150600 manat məbləğində kredit üzrə 136600 manat əsas borcu, 3567,46 manat faiz borcu, 562,33 manat cərimə borcu, cəmi 140729,79 manat borcu, 17 oktyabr 2012-ci il tarixdə 49000 manat məbləğində kredit üzrə 39900,47 mana t əsas borcu, 496,98 manat faiz borcu, 55,85 manat cərimə borcu, cəmi 40453,30 manat borcu, 14 noyabr 2011-ci il tarixli 12 nömrəli kredit müqaviləsinə əsasən 26 5 noyabr 2012-ci il tarixdə 110000 manat məbləğində verilmiş kreditin 43137 manat hissəsi üzrə 37255 manat əsas borcu, 3099,64 manat faiz borcu, 901,96 manat cərimə borcu, cəmi 41256,60 manat borcu, 25 noyabr 2010-cu il tarixli 6 nömrəli kredit müqaviləsinin müddətinin uzadılmasına dair 12 yanvar 2012-ci il tarixli 1 nömrəli əlavəsinə və 14 noyabr 2011-ci il tarixli 12 nömrəli kredit müqaviləsinə əsasən birlikdə 18 yanvar 2013-cü il tarixdə verilmiş 125000 manat məbləğində kreditin 32051 manat hissəsi üzrə 23064,10 manat əsas borcu, 2328,80 manat faiz borcu, 1214,70 manat cərimə borcu, cəmi 26607,60 manat borcu, ümumilikdə cavabde hlərin əsas borc, faiz və cərimələr daxil olmaqla, cəmi 249047,29 manat borcu yaranmışdır.
11. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(044)-1624/2015 nömrəli, 18 avqust 2015-ci il tarixli qətnaməsi ilə (hakim Akif Eyvazov) iddia qismən təmin edilərək, cavabdeh MMC-dən 27 avqust 2010-cu il tarixli 5 nömrəli kredit müqaviləsinin müddətinin uzadılmasına dair 15 sentyabr 2011-ci il tarixli 1 nömrəli Əlavəsinə əsasən 17 sentyabr 2012-ci il tarixdə verilmiş 150600 manat məbləğində kredit üzrə 136600 manat əsas borc, 3567,46 manat faiz borcu, 50 manat cərimə borcu, cəmi 140217,46 manat borc, 17 oktyabr 2012-ci il tarixdə 49000 manat məbləğində kredit üzrə 39900,47 manat əsas borc, 496,98 (dörd yüz doxsan altı manat doxsan səkkiz qəpik manat faiz borc u, 55,85 manat cərimə borcu, cəmi 40453,30 manat borc, 14 noyabr 2011-ci il tarixli 12 saylı kredit müqaviləsinə əsasən 26 noyabr 2012-ci il tarixdə 110000 manat məbləğində verilmiş kreditin 43137 manat hissəsi üzrə 37255 manat əsas borc, 3099,64 manat faiz borcu, 100 manat cərimə borcu, cəmi 40454,64 manat borc, 25 noyabr 2010-cu il tarixli 6 nömrəli kredit müqaviləsinin müddətinin uzadılmasına dair 12 yanvar 2012-ci il tarixli 1 nömrəli Əlavəsinə və 14 noyabr 2011-ci il tarixli 12 nömrəli kredit müqaviləsinə əsasən birlikdə 18 yanvar 2013-cü il tarixdə verilmiş 125000 manat məbləğində kreditin 32051 manat hissəsi üzrə 23064,10 manat əsas borcu, 2328,80 manat faiz borcu, 100 manat cərimə borcu, cəmi 25492,90 manat borc, ümumilikdə cavabdehlərin əsas borc, faiz və cərimələr daxil olmaqla, cəmi 246618,30 manat məbləğində borc, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq, iddiaçıya ödənilməsi; 27 avqust 2010-cu il tarixli 5 nömrəli kredit müqaviləsinin müddətinin uzadılmasına dair 15 sentyabr 2011-ci il tarixli 1 nömrəli əlavəsinə əsasən 17 sentyabr 2012-ci il tarixdə verilmiş 150600 manat məbləğində kredit üzrə yaranmış 140217,46 manat və 17 oktyabr 2012-ci il tarixdə 49000 manat məbləğində kredit üzrə 40453,30 manat borc üzrə tələbinin ipoteka predmeti olan cavabdehlər Cavabdeh2 və Cavabdeh4 mülkiyyətində olan ilkin dəyəri 300000 manat məbləğində qiymətləndirilmiş Gəncə şəhəri, Nizami rayonu, Bayan küçəsində olan 0,05 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 105,8 m2 yaşayış, 88,1 m2 köməkçi sahədən ibarət 112A nömrəli fərdi ya şayış evinə yönəldilməsi, mənzilin açıq hərracda satılması, bankın kredit tələbinin satılmış mənzilin hesabına ödənilməsi, borc ödənildikdən sonra qalan məbləğin cavabdehlərə qaytarılması; 14 noyabr 2011-ci il tarixli 12 nömrəli kredit müqaviləsinə əsasən 26 noyabr 2012-ci il tarixdə 110000 manat məbləğində verilmiş kreditin 43137 manat hissəsi üzrə 40454,64 manat borc və 25 noyabr 2010-cu il tarixli 6 nömrəli kredit müqaviləsinin müddətinin uzadılmasına dair 12 yanvar 2012-ci il tarixli 1 nömrəli əlavəsinə və 14 noyabr 2011-ci il tarixli 12 nömrəli kredit müqaviləsinə əsasən birlikdə 18 yanvar 2013-cü il tarixdə verilmiş 125000 manat məbləğində kreditin 32051 manat hissəsi üzrə cəmi 25492,90 manat borc üzrə tələbin ipoteka predmeti olan və Cavabdeh3 Əhməd oğlunun mülkiyyətində olan ilkin dəyəri 100000 manat məbləğində qiymətləndirilmiş Gəncə şəhəri, Nizami rayonu, Həsən Əliyev küçəsi 51 ünvanında, 0,00256 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 19,2 m2 olan 1 mərtəbəli qeyriyaşayış binasına yönəldilməsi, mənzilin açıq hərracda satılması, bankın kredit tələbinin satılmış mənzilin hesabına ödənilməsi, borc ödənildikdən sonra qalan məbləğin cavabdehə qaytarılması qət edilmişdir.
12. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1, 269.4, 317.1, 319.1,386, 442, 443.1, 448.1, 458.1, 467, 739-ci, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 6.1, 33, 34.1.1, 36.1, 36.2, 36.3, 39.3, 59.3.-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 222.1, 222.2-ci maddələrinə istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
13. Cavabdeh MMC apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
14. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(104)-1993/2015 nömrəli,20 noyabr 2015-ci il tarixli qətnaməsi ilə (hakimlər Rəhman Muradovun sədrliyi və məruzəsi ilə, Şəfiqə Əliyeva və Şamil Rzaquliyevdən ibarət tərkibdə) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi apellyatora münasibətdə dəyişdirilmədən saxlanılmışdır.
15. Birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşan məhkəmə kollegiyası qeyd etmişdir ki, tərəflər arasında bağlanılmış hər iki ipoteka müqaviləsinə nəzər yetirildikdə müəyyən olunur ki, hər iki ipoteka predmeti tərəflərin razılığı əsasında qiymətləndirilmiş və bu qiymət müqavilələrin şərtlərində əks olunmuşdur. Cavabdeh tərəf birinci instansiya məhkəməsində işə baxılmasının vaxtı və yeri barədə məlumatlı olsa da, lakin ipoteka predmetlərinin yenidən qiymətləndirilməsi barədə vəsatət verməmişlər. Belə olan halda birinci instansiya məhkəməsi haqlı olaraq qətnamədə ipoteka predmetlərinin dəyərini müqavilələrdəki razılaşdırılmış qiymət olaraq göstərmişdir.
16. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 295, 317.1, 319.1, 319.6, 385.1, 442, 739-ci, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33, 34, 36.3, 36.4, 36.5, 37, 59.3-cü maddələrinə istinad edərək əsaslandırmışdır. c) Kassasiya instansiyası məhkməsində birinci icraat
17. Cavabdeh MMC kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.
18. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)1905/16 nömrəli 05 may 2016-cı il tarixli qərarı ilə (hakimlər Əsəd Mirzəliyev (sədrlik edən və məruzəçi), Aslan Kalbalıyev və İlqar Xələfov) kassasiya şikayəti təmin edilmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilərək, işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır.
19. Kassasiya instansiyası məhkəməsi apellyasiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab etməyərək qeyd etmişdir ki, cavabdeh birinci instansiya məhkəməsində işə baxılarkən iştirak etməmiş, ipo teka predmetinin qiyməti barədə onun münasibəti öyrənilməmişdir. İpoteka müqaviləsində göstərilmiş qiymətə istinad edən məhkəmə nəzərə almamışdır ki, müqavilədə göstərilmiş qiymətdən asılı olmayaraq məhkəmə ipoteka predmetinə tutma yönəldən zaman ipotekanın həmin günə olan qiymətini tərəflərin razılığı ilə, belə razılaşma olmadıqda isə qanunda göstərildiyi kimi müstəqil qiymətləndiricinin rəyi ilə müəyyən etməli idi.
20. Məhkəmə kollegiyası eyni zamanda qeyd etmişdir ki, cavabdehin ipoteka predmetinin qiyməti barədə mübahisə açmaması, bu barədə birinci instansiya məhkəməsinə ərizə verməməsi onun ipoteka predmetinin qiyməti ilə razılaşması hesab oluna bilməz. Birincisi, ipotekanın qiyməti barədə tərəflərin razılaşmasının olubolmamasını, müstəqil qiymətləndiricinin rəyinin alınmasına zərurət olub-olmamasını müəyyən etmək məhkəmənin üzərinə düşən vəzifədir və məhkəmə üzərinə düşən bu vəzifəni yerinə yetirməmişdir. İkincisi cavabdeh məhkəmə iclasında iştirak etməmişdir.
21. Kassasiya kollegiyası onu da qeyd etmişdir ki, əsas borca hesablanmış faiz və cərimələrin məbləğinin şişirdilməsi ilə bağlı apellyasiya şikayətinin dəlilini araşdırmaq üçün apellyasiya kollegiyası mütəxəssis və ya ekspert rəyi almalı olduğu halda, əsassız olaraq bu vəzifəni öz üzərinə götürmüşdür.
22. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217, 220.4, 392.2-ci, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3, 39.3.3-cü maddələrinə istinad edərək əsaslandırmışdır. d) Apelyasiya instansiyası məhkəməsində ikinci icraat
23. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kolleg iyasının 2(104)-108/2017 nömrəli 15 mart 2017-ci il tarixli qətnaməsi ilə (hakimlər Fikrət Mehtiyevin sədrliyi və məruzəsi ilə, Əsədulla Rüstəmov və Fikrət Əliyevdən ibarət tərkibdə) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi apellyatora münasibətdə dəyişdirilmədən saxlanılmışdır.
24. Həmin qətnamədən "xxxx" MMC tərəfindən kassasiya şikayəti verilməmişdir. e) Apelyasiya instansiyası məhkəməsində üçüncü icraat
25. İş üzrə digər Cavabdeh4 birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti vermiş və şikayətini onunla əsaslandırmışdır ki, hər iki kredit müqaviləsinin təminatı kimi ona və anası Cavabdeh2 məxsus Gəncə şəhəri Nizami rayon Bayan küçəsində olan 0,05 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli 3 otaqlı 105,8 kv.m yaşayış, 88.1 kv.m k öməkçi sahədən ibarət 112 A saylı fərdi yaşayış evi ipoteka ilə yüklü edilməmişdir. Yüklülük yalnız iddiaçı ilə "xxxx" MMC BOKT arasında 27 avqust 2010-cu il tarixdə bağlanılmış ipoteka müqaviləsi ilə 27 avqust 2010-cu il tarixli kredit müqaviləsi ilə 12 ay müddətinə illik 5 faizlə verilmiş 188,600 manat kreditin təminatı kimi yüklü edilmişdir. Bundan sonra iddiaçı və "xxxx" MMC BOKT arasında 15 sentyabr 2011-ciil tarixli kredit müqaviləsinə əlavə nömrə 1-lə "xxxx" MMC BOKT verilmiş 12 ay müddətinə illik 10,25 faiz həcmində 199,800 manat kredit məbləğinin təminatı kimi onlara məxsus ev ipoteka ilə yüklü edilmişdir. Göstərilən kredit müqavilələri üzrə öhdəliklər tam icra olunmuşdur. Lakin bu məsələdə, yəni iddiaçı və "xxxx" MMC BOKT arasında 17 sentyabr 2012- ci il tarixli və 17 oktyabr 201 2-ci il tarixli kredit müqavilələri ilə paylı mülkiyyətdə olan Gəncə şəhəri Nizami rayon Bayan küçəsində olan 0,05 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı 105,8 kv.m yaşayış, 88,1 kv.m köməkçi sahədən ibarət 112 A saylı fərdi yaşayış evi ipoteka ilə yüklü edilməmişdir.
26. Gəncə Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(104)-1325/2020 nömrəli 30 iyul 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər Rəşad Mamedovun sədrliyi və məruzəsi ilə, Çingiz Məmmədov və Əlizamin Abdullayevdən ibarət tərkibdə) apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi Cavabdeh4 münasibətdə “tutmanın ipotekaya qoyulmuş mübahisəli evə yönəldilməsi, həmin əmlakın açıq hərrac yolu ilə satılması və satışdan əldə olunan vəsait hesabına iddiaçıya olan borcun ödənilməsi” hiss əsində ləğv edilərək, həmin hissə üzrə yeni qətnamə çıxarılmaqla iddia tələbinin qeyd olunan hissədə təmin edilməməsi qət edilmişdir.
27. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki,. xx.xx.2010-cu il tarixli 5 saylı kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təmini məqsədi ilə "xxxx" MMC, Cavabdeh2 və Cavabdeh4 ilə iddiaçı arasında xx.xx.2010-cu il tarixli 5/1 saylı ipoteka müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən, Cavabdeh2 və Cavabdeh4 məxsus olan mübahisəli ev ipoteka ilə yüklü edilmişdir. Daha sonra ipoteka müqaviləsinin müddətinin uzadılması barədə xx.xx.2011-ci il tarixli 1 nömrəli əlavə üzrə ipoteka müqaviləsinin müddəti 36 ay müddətinə uzadılmışdır. Lakin iddiaçı ilə cavabdeh MMC arasında bağlanılmış xx.xx.2012-ci il və xx.xx.2012-ci il tarixli kredit müqavilələri üz rə tərəflər arasında kredit üzrə öhdəliklərin təminatı olaraq ipoteka müqaviləsi bağlanılmamışdır.
28. Apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, tərəflər arasında bağlanmış ipoteka müqaviləsi xx.xx.2010-cu il tarixli 5 saylı kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təmini məqsədi daşımışdır. Həmin ipoteka müqaviləsində isə kredit xəttinin qısa təsnifatı verilmişdir. Sonradan qeyd olunan kredit xətti müqaviləsi üzrə müddət başa çatdığından, öhdəliklər vaxtında yerinə yetirildiyindən, kreditləşməyə yaranan zərurəti və buna görə də münasibətlərin davam etdirilməsi məqbul hesab edildiyi üçün xx.xx.2010-cu il tarixli 5 saylı kredit müqaviləsinin müddəti 36 ay müddətinə uzadılmışdır. Sonradan kreditor tərəfindən borcalana xx.xx.2012-ci il tarixdə 150.600 manat, xx.xx.2012-ci il ta rixdə 49.000 manat verilməsi barədə kredit müqavilələri isə məhz xx.xx.2010-cu il tarixli 5 saylı kredit xətti müqaviləsinin 6.3-cü bəndinə uyğun olaraq bağlanılmışdır. Hansı ki, xx.xx.2010-cu il tarixli müqavilə üzrə kreditin faizi illik 5 faiz olduğu halda, xx.xx.2012-ci il xx.xx.2012-ci il tarixli müqavilələr üzrə kreditin illik faizi 10,25 faiz olmuşdur. Bu isə belə nəticəyə gəlməyə əsas verir ki, xx.xx.2012-ci il və xx.xx.2012-ci il tarixli kredit müqavilələri üzrə öhdəliklərin təminatı olaraq qanunla müəyyən edilmiş qaydada ipoteka müqaviləsi bağlanılmamışdır. Beləliklə də, birinci instansiya məhkəməsi tərəfindən iddia tələbinin tutmanın ipotekaya qoyulmuş mülkiyyət hüququ üzrə Cavabdeh2 və Cavabdeh4 məxsus mübahisəli evə yönəldilməsi, həmin əmlakın açıq hərrac yolu ilə satılması və satışdan əldə olunan vəsait hesabına iddiaçıya olan borcun ödənilməsi hissəsində maddi hüquq normalarının tələbləri pozulmuş və məhkəmə düzgün olmayan nəticəyə gəlmişdir.
29. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1, 269.5, 307.4, 307.7, 309.1, 405.1-ci, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.7, 1.0.8, 10.5, 14, 48-ci maddələrinə istinad edərək əsaslandırmışdır. f) Kassasiya instansiyası məhkəməsində ikinci icraat
30. İddiaçı (Vəkil1) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddianın tam təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
31. Şikayət onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh MMC arasında bağlanmış 27 avqust 2010-cu il tarixli 5 saylı kredit müqaviləsinə əsa sən sonuncuya xx.xx.2010-cu il tarixdə 188.600 manat məbləğində kredit verilmiş və verilmiş kreditin təminatı kimi mübahisəli ev xx.xx.2010-cu il tarixli 5/1 saylı ipoteka müqaviləsi ilə xx.xx.2010-cu il tarixli 5 saylı kredit müqaviləsi üzrə xx.xx.2010-cu il tarixdə verilmiş 188600 manat kreditin təminatı kimi yüklü edilmişdir. Bundan sonra 27 avqust 2010-cu il tarixli 5 saylı kredit müqaviləsinin müddəti 15 sentyabr 2011-ci il tarixli 1 saylı əlavə ilə 36 ay müddətinə uzadılaraq əvvəlki kredit xətti 199800 manat məbləğində müəyyən edilmişdir. Həmin əlavə ilə açılmış kredit xətti üzrə cavabdeh MMC-yə xx.xx.2011-ci il tarixdə 19980 manat, xx.xx.2012-ci il tarixli 2 saylı əlavə ilə 150600 manat, xx.xx.2012-ci il tarixli 2 saylı əlavə ilə 49000 manat məbləğində kredit verilmişdir. 27 avqus t 2010-cu il tarixli 5 saylı kredit müqaviləsinin müddətinin uzadılmasına dair 15 sentyabr 2011-ci il tarixli 1 saylı əlavəyə uyğun olaraq 27 avqust 2010-cu il tarixli 5/1 saylı ipoteka müqaviləsinin də müddəti 15 sentyabr 2011-ci il tarixli 1 saylı əlavə ilə 36 ay müddətinə uzadılmış, girovqoyanlar Cavabdeh2 və Cavabdeh4 tərəfindən imzalanmış və notarial qaydada təsdiq edilmişdir. 5 saylı kredit müqaviləsinə edilmiş əlavələr üzrə yuxarıda qeyd olunmuş hər üç məbləğ kredit və ipoteka müqaviləsinə əlavəyə əsasən 36 ay müddət çərçivəsində verilmişdir. Apelyasiya instansiyası məhkəməsi tərəfindən 27 avqust 2010-cu il tarixli 5 saylı kredit müqaviləsinə edilmiş 2 saylı xx.xx.2012-ci il tarixli və xx.xx.2012-ci il tarixli əlavələr nədənsə ayrıca kredit müqaviləsi kimi qiymətləndirilmiş və bunun la da səhv nəticəyə gəlmişdir. Lakin 2 saylı əlavələr ayrıca kredit müqaviləsi deyil, xx.xx.2010-cu il tarixli 5 saylı kredit xətt müqaviləsinə edilmiş əlavələrdir. Əlavələrdə faiz dərəcəsi aydın şəkildə göstərilmişdir.
32. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)2929/2021 nömrəli 22 aprel 2022-ci il tarixli qərarı ilə (hakimlər Vüqar Həsənovun sədrliyi və məruzəsi ilə, Əhməd Əhmədov və İlqar Dəmirovdan ibarət tərkibdə kassasiya şikayəti təmin edilmiş, apellyasiya instansiyası məhkəməsinin 2(104)-1325/2020 nömrəli, 30 iyul 2020-ci il tarixli qətnaməsi qismən – Cavabdeh4 münasibətdə “tutmanın ipotekaya qoyulmuş mülkiyyət hüququ üzrə Cavabdeh2 və Cavabdeh4 məxsus mübahisəli evə yönəldilməsi, həmin əmlakın açıq hərrac yolu ilə satılması və satışdan əldə olunan vəsait hesabına iddiaçıya olan borcun ödənilməsi” hissəsinin ləğv edilməsi və rədd edilməsi hissəsində ləğv edilməsi və mülki iş həmin hissədə yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi qərara alınmışdır.
33. Kassasiya instansiya məhkəməsi hesab etmişdir ki,27 avqust 2010-cu il tarixli 5 saylı kredit müqaviləsinin müddətinin uzadılmasına dair 15 sentyabr 2011-ci il tarixli 1 saylı əlavəyə uyğun olaraq 27 avqust 2010-cu il tarixli 5/1 saylı ipoteka müqaviləsinin də müddəti 15 sentyabr 2011-ci il tarixli 1 saylı əlavə ilə 36 ay müddətinə uzadılmış, girovqoyanlar Cavabdeh2 və Cavabdeh4 tərəfindən imzalanmış və notarial qaydada təsdiq edilmişdir. 5 saylı kredit müqaviləsinə edilmiş əlavələr üzrə yuxarıda qeyd olunmuş kredit və ipoteka müqaviləsinə əlavəyə əsasən 36 ay müd dət çərçivəsində verilmişdir. Apellyasiya instansiya məhkəməsi isə tərəflər arasında əvvəl bağlanmış kredit müqaviləsinin dəyişdirilməsinə dair yeni müqavilənin mövcud olmasını və həmin müqavilənin hazırda mübahisələndirilən ipoteka predmeti ilə təmin edilməsini nəzərə almayaraq yalnız sonuncu əlavələrlə verilmiş kredit məbləğlərinə görə faiz məbləğinə dair ipoteka qoyanlarının razılıqlarının olmamasına istinad edərək əsassız olaraq müqaviləsinin bağlanmaması nəticəsinə gəlmişdir. Bu nəticəyə gələrkən apellyasiya instansiya məhkəməsi nəzərə almalı idi ki, sonuncu əlavələrlə verilmiş kredit məbləği xx.xx.2010-cu il tarixli kredit müqaviləsinin şərtlərinə görə deyil, xx.xx.2011-ci il tarixli kredit xətt müqaviləsi əsasında və həmin müqavilədə tərəflərin razılaşdırmış olduqları şərtlər əsasın da verilmişdir. Belə olan halda isə xx.xx.2010-cu il tarixli müqavilədə nəzərdə tutulmuş faiz məbləğinə dair şərtin artıq qüvvədən düşməsini nəzərə almalı olduğu halda, nəzərə almamış həmin faiz məbləğinə istinad etməkdə (ipoteka qoyanların yeni faiz məbləğinə razılıqlarının olmamasına) haqlı olmamışdır.
34. Kassasiya instansiya məhkəməsi qeyd etmişdir ki,xx.xx.2012-ci il və xx.xx.2010-cu il tarixli əlavələr 15 sentyabr 2011-ci il tarixli kredit müqavilələrin icrasının təmin edən müqavilərdir, əsas müqavilənin şərtlərindən kənara çıxma halı yoxdur, şərtlər əsas müqavilədə göstərilən şərtlərlə (müddət, faiz və məbləğ) məhdudlaşır. Belə olan halda həmin müqavilərlər müstəqil müqavilələr kimi nəzərə alınaraq onların rəsmiləşdirilməsi zamanı yenidən ipoteka müqaviləsinin bağlanmalı olmasına da ir apellyasiya instansiyası məhkəməsinin mövqeyi düzgün olmamışdır.
35. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 307.1, 307.4, 390.1, 390.2, 399.1-ci, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.1, 10.5, 14.1, 48-ci maddələrinə istinad edərək əsaslandırmışdır. g) Apelyasiya instansiyası məhkəməsində üçüncü icraat
36. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(104)-286/2022 nömrəli 13 may 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər Ədil Məmmədovun sədrliyi və məruzəsi ilə,Teyyub Muxtarov və Loğman Süleymanovdan ibarət tərkibdə) cavabdeh apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.
37. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, «İpoteka haqqın da» Qanunun 39-cu maddəsinə əsasən, ipoteka saxlayan ipoteka müqaviləsi üzrə tələbinin ödənilməsi üçün iddia ilə məhkəməyə müraciət edə bilər. Həmin Qanunun 39.3.2-ci və 39.3.3-cü maddələrinin tələbinə əsasən məhkəmə tutmanın ipoteka predmetinə yönəldilməsi barədə qərar qəbul edərkən, qərarda ipoteka predmetinin təsviri və ilkin satış qiyməti göstərilməlidir. İpoteka predmetinin ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir.
38. Apellyasiya instansiya məhkəməsinin iş üzrə 01 oktyabr 2021-ci il tarixli 2 (104) -2766/2021 saylı qərardadı ilə ipoteka müqaviləsinə əsasən ipotekaya qoyulmuş mübahisəli evin hazırki satış qiyməti kimi likvid qiymətinin müəyyən edilməsi b arədə qərardad qəbul edilmiş və həmin qərardada əsasən "xxxx" MMC tərəfindən verilən 31 mart 2022-ci il tarixli məktubdan görünür ki, Cavabdeh4 qiymətləndirilmə işinin aparılmasına etiraz etdiyindən qərardad icrasız geri qaytarılmışdır.
39. Azərbaycan Respublikası Mülki Prossesual Macəlləsinin 97.5-ci maddəsinə əsasən tərəf ekspertizanın keçirilməsində iştirak etməkdən imtina edirsə və ya onun keçirilməsinə mane olursa (ekspertizaya gəlmir, zəruri tədqiqat predmetlərini ekspertə təqdim etmir, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir və s.) və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edi lən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər. Ona görə də, məhkəmə kollegiyası ipoteka predmetinin ilkin satış qiyməti hissəsində birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı hesab edir.
40. Məhkəmə öz mövqeyini “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.2, 39.3.3-cü maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
41. Cavabdeh4 (Vəkil2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
42. Şikayət onunla əsaslandırılmışdır ki, işə daha əvvəl baxan məhkəmə mühasibatşünaslıq ekspertizası təyin etsə də, ekspertin rəyi heç bir məhkəmə tərəfindən nəzərə alınmamışdır.
43. Hazırki iş üzrə icraatın dayandırılması barədə cavabdehin verdiyi vəsatət də əsassız olaraq təmin edilməmişdir.
44. Kassator şikayətini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88, 254.1.4-cü maddələrinə istinad edərək əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
45. İddiaçı kassasiya şikayətinə dair etiraz göndərərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
46. Maddə 307.1. İpoteka müqaviləsində tərəflərin adı və yaşayış yeri (olduqları yer), ipotekanın predmeti, onun adı, olduğu yer və eyniləşd irilməsi üçün yetərli olan digər təsviri, əsas öhdəliyin mahiyyəti, ölçüsü (məbləği), əmələ gəlməsi əsasları və icra müddəti, bu öhdəliyin əsaslandığı müqavilənin tərəfləri, bağlandığı yer, tarix, həmçinin qanunla müəyyən edilmiş imperativ normalar nəzərə alınmaqla ipoteka saxlayanın tələbinin ipoteka predmeti hesabına yönəldilməsi barədə şərtlər, ipoteka predmetinin satış üsulu, ipoteka predmetinin ilkin satış qiyməti və ya bu qiyməti müəyyən edəcək müstəqil qiymətləndiricilər, ipoteka predmeti açıq bazarda satılarkən satışı həyata keçirməli şəxs və ipoteka predmetinin satılmasından əldə olunacaq gəlirlərin bölüşdürülməsi qaydası və növbəliliyi, ipoteka qoyanın elektron poçt ünvanı göstərilməlidir.
47. Maddə 307.4-ci. Əgər ipoteka ilə təmin edilmiş öhdəliyin məbləği gələcəkdə müəyyənləşdi rilməlidirsə, ipoteka müqaviləsində onun müəyyənləşdirilməsinin qaydası və digər zəruri şərtləri göstərilməlidir.
48. Maddə 390.1.Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.
49. Maddə 390.2. Müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir. Əgər müqavilə bağlandıqdan sonra onu bağlayarkən qüvvədə olmuş qaydalardan fərqlənən, tərəflər üçün məcburi başqa qaydalar müəyyənləşdirən qanun qəbul edilmişsə, bağlanmış müqavilənin şərtləri qüvvəsini saxlayır, amma qanunda onun qüvvəsinin əvvəllər bağlanmış müqavilələrdən əmələ gələn münasibətlərə şamil olunmasının müəyyənləşdirildiyi hallar istisna təşkil edir. “İpoteka Haqqında» Azərbaycan Respublikası Qanununu
50. Maddə 10.1. İpoteka müqaviləsi müstəqil xarakter daşımır və əsas öhdəliklərin icrasını təmin etmək məqsədilə bağlanır. İpoteka müqaviləsi əsas öhdəliyin qüvvədə olduğu müddət ərzində istənilən vaxt bağlanıla bilər. İpoteka müqaviləsinin etibarsızlığı əsas öhdəliyin etibarsızlığına səbəb olmur. Əsas öhdəliyin etibarsızlığı ipoteka müqaviləsinin etibarsızlığına səbəb olur.
51. Maddə 10.5. İpoteka müqaviləsində tərəflərin adı və yaşayış yeri (olduqları yer), ipotekanın predmeti, onun adı, olduğu yer və eyniləşdirilməsi üçün yetərli olan digər təsviri, əsas öhdəliyin mahiyyəti, ölçüsü (məbləği), əmələ gəlməsi əsasları və icra müddəti, bu öhdəliyin əsaslandığı müqavilənin tərəfləri, bağlandığı yer və tarix, həmçinin qanunla müəyyən edilmiş imperativ normalar nəzərə alınmaqla ipoteka saxlayanın tələbinin ipoteka predmeti hesabına yönəldilməsi barədə şərtlər, ipoteka predmetinin satış üsulu, ipoteka predmetinin ilkin satış qiyməti və ya bu qiyməti müəyyən edəcək müstəqil qiymətləndiricilər, ipoteka predmeti açıq bazarda satılarkən satışı həyata keçirməli şəxs və ipoteka predmetinin satılmasından əldə olunacaq gəlirlərin bölüşdürülməsi qaydası və növbəliliyi, ipoteka qoyanın elektron poçt ünvanı göstərilməlidir. Əgər əsas öhdəliyin məbləği gələcəkdə müəyyənləşdirilməlidirsə, ipoteka müqaviləsində həmin məbləği müəyyən etmə qaydası göstərilməlidir.
52. Maddə 14.1.1. İpotekanın əlavə dövlət qeydiyyatı müvafiq olaraq daşınmaz əmlakın dövl ət reyestrində və daşınar əmlakın rəsmi reyestrində sənədlərin təqdim edildiyi gündən 3 iş günü müddətində aşağıdakı hallarda aparılır: ipoteka müqaviləsində əsas öhdəliyin mahiyyəti, ölçüsü və ya icra müddəti dəyişdikdə.
53. Maddə 48.1. İpotekaya aşağıdakı hallarda xitam verilir: ipoteka saxlayan və ipoteka qoyan bu barədə razılığa gəldikdə; əsas öhdəliyə xitam verildikdə; tutmanın yönəldilməsi nəticəsində ipoteka predmeti satıldıqda; ipoteka predmeti məhv olduqda; bu Qanunla nəzərdə tutulmuş digər hallarda. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
54. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
55. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
56. Maddə
88. Məhkə mə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
57. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
58. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
59. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya ş ikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
60. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
61. Apellyasiya instanisyası məhkəməsinin yoxlaması birinci instansiya məhkə məsinin yalnız borc məbləğinin Cavabdeh2 və Cavabdeh4 məxsus əmlaka yönəldilməsi ilə bağlı hissəsi ilə bağlı olduğundan və hazırda kassasiya icraatı qaydasında sonuncu qətnamə tam şəkildə mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiya məhkəməsinin mövqeyi
62. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmamış və işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılması ilə bağlı prosessual hüquq normalarının pozulmasına yol verilmişdir.
63. Məhkəmə kollegiyası aşağıdakı səbəblərə görə hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi borcun tutulmasının ipoteka predmetlərinə yönəldilməsi tələbinin təmin olunması hissəsində qanuni və əsaslı deyildir.
64. Belə ki, 27 avqust 2010-cu il tarixli Kredit Müqaviləsinin 1.1-ci bəndinə görə, müqavilənin predmeti Kredit verənin ayırdığı kredit xəttinin Borcalan tərəfindən təyinatı üzrə istifadəsi və geri qaytarılmasının həyata keçirilməsi olmuşdur. Həmin kredit xətti ilə 12 ay müddətinə 188,600 manat məbləğində kredit verilməsi nəzərdə tutulmuşdur. 65. 27 avqust 2010-cu il tarixli İpoteka müqaviləsindən də görünür ki, cavabdehlərə məxsus fərdi yaşayış evi eyni tarixli kredit müqaviləsi üzrə borcalanın öhdəliklərinin icrasını təmin etmək məqsədilə ipoteka ilə yüklənmişdir. Həmin ipoteka müqaviləsinin 4.1.1-ci maddəsində müəyyən olunmuşdur ki, bu müqavilə ipoteka ilə təmin edilmiş öhdəlik tam icra olunanadək hüquqi qüvvəyə malikdirlər.
66. Sonr adan, 15 sentyabr 2011-ci il tarixli 1 nömrəli əlavə kredit müqaviləsi ilə 27 avqust 2010-cu il tarixli kredit müqaviləsinin müddəti 15 sentyabr 2011-ci il tarixdən etibarən təkrar 36 ay müddətinə uzadılmış, bu əlavə ilə Kredit verən 27 avqust 2010-cu il tarixli kredit müqaviləsinin şərtlərinə uyğun olaraq borcalana əlavə olaraq 199.800 manat məbləğində kredit xətti açılmışdır.
67. Məhkəmə kollegiyası qeyd edir ki, kredit müqaviləsinin 6.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, müqavilə Kredit verən və borcalan tərəfindən imzalandığı andan qüvvəyə minir, kreditin və ona hesablanmış faizlərin bu müqavilənin şərtləri əsasında tam ödənilməsinə, öhdəliklərin tam yerinə yetirilməsinə qədər öz qüvvəsini saxlayır.
68. Göründüyü kimi, Kredit müqaviləsində onun yenilənə bilən (bərpa olunan) kredit ləşmə olması göstərilməmiş və bu barədə ipoteka müqavilələrində heç bir şərt nəzərdə tutulmamışdır
69. Apellyasiya instansiyası məhkəməsinin müəyyən etdiyi hallardan isə görünür ki, 27 avqust 2010-cu il tarixli kredit müqaviləsi və ona 1 saylı Əlavə üzrə öhdəliklərin tam icra olunmuşdur.
70. Göstərilən vəziyyətdə ipoteka qoyanlar yalnız 27 avqust 2010-cu il tarixli kredit müqaviləsi üzrə verilmiş borc məbləği həddində əmlaklarını yüklü etmiş, 15 sentyabr 2011-ci il tarixli 1 nömrəli əlavəyə əsasən verilmiş kreditə görə əmlakları ilə üzərlərinə hər hansı öhdəlik götürməmişlər. Yəni, 15 sentyabr 2011-ci il tarixli 1 nömrəli əlavə kredit müqaviləsi üzrə verilmiş borc məbləği qanunla müəyyən edilmiş qaydada ipoteka ilə təmi olunmamış və bununla bağlı ipoteka qoyanlar üçün öhdəlik yaratmamışdır.
71. Beləliklə, məhkəmə kollegiyası qeyd edilənlər baxımından belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin iddia tələbinin 15 sentyabr 2011-ci il tarixli 1 nömrəli əlavə kredit müqaviləsi üzrə verilmiş borcun Cavabdeh2 və Cavabdeh4 məxsus ipoteka predmeti olan əmlaka yönəldilməsinə dair nəticəsi düzgün olmamışdır.
72. Odur ki, qətnamə ləğv edilməli və iş üzrə yeni qərar qəbul edilməklə, iddia tələbi borcun Cavabdeh2 və Cavabdeh4 məxsus ipoteka predmeti olan əmlaka yönəldilməsi hissəsində rədd edilməlir.
73. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh4 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Borcun Cavabdeh2 və Cavabdeh4 məxsus Gəncə şəhəri, Nizami rayonu, Bayan küçəsində yer ləşən 112A nömrəli fərdi yaşayış evinə yönəldilməsi, həmin əmlakın açıq hərrac yolu ilə satılaraq borcun ödənilməsi tələbinin təmin olunmasına dair Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 13 may 2022-ci il tarixli 2(104)-286/2022 nömrəli qətnaməsi ləğv edilsin. Yeni qərar çıxarılmaqla, iddiaçı "xxxx" MMC BOKT-un borcun cavabdehlər Cavabdeh2 və Cavabdeh4 məxsus Gəncə şəhəri, Nizami rayonu, Bayan küçəsində yerləşən 112A nömrəli fərdi yaşayış evinə yönəldilməsi, həmin əmlakın açıq hərrac yolu ilə satılaraq borcun ödənilməsi tələbi təmin edilməsin.