Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5623/2021 23.11.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh LPO QSC «Bank Standard» KB-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı iş üzrə QƏRARİ (Açar sözlər: məhkəmənin qətnaməsi ilə müəyyən olunmuş borcun ödənilməsi üçün saziş bağlanması barədə iddia) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (sədrlik edən və məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, X3 oğlunun katibliyi, iddiaçılar İddiaçı1, İddiaçı2, onların vəkili Vəkil, cavabdeh LPO QSC «Bank Standard» KB-nin ləğvedicisi Əmanətlərin Sığortalanması F ondunun vəkili Əsgərova Əfifə Füzuli qızının iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 02 iyul 2021-ci il tarixli, 2(103)5665/2021 saylı qətnaməsindən iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 23 noyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 29 dekabr 2011-ci il tarixli, 2(011)201/2011 saylı qətnaməsi ilə iddiaçı Abbasov Emin Şıxı oğlunun cavabdehlər QSC «Bank Standard» KB-yə, Xəlilova Lətifə Nurəddin qızına, İddiaçı1 və X1 qarşı «ipoteka və kredit müqavilələrinin etibarsız hesab edilməsi, ipoteka yüklülüyünün əmlak üzərindən götürülməsi, banka ödənilmiş 35.820 manat pulun Abbasov Emin Şıxı oğluna qaytarılması, kredit öhdəlikləri Xəlilova Lətifə Nurəddin qızının üzərində saxlanılmaqla onunla QSC «Bank Standard» KB arasında yeni mətndə müqavilə bağlanılması» tələbinə dair iddiası təmin edilməmiş, QSC «Bank Standard» KB-nin cavabdehlər Xəlilova Lətifə Nurəddin qızına, Abbasov Emin Şıxı oğluna, İddiaçı1 və X1 qarşı qarşılıqlı iddiası təmin edilərək, Xəlilova Lətifə Nurəddin qızından 18159,79 manat əsas borc, 1728,06 manat faiz, 2535,97 manat cərimə olmaqla, cəmi 22.423,82 manat borcun və ödənilmiş 20 manat dövlət rüsumunun tutulması, tutmanın ipoteka predmeti olan Abşeron rayonu 2 saylı Zeytun sovxozu Naximov küçəsi 2-ci döngədə 0,01095 ha torpaq sahəsində yerləşən 2 saylı 3 otaqlı 53,4 m² yaşayış, 111,6 m² köməkçi sahədən ibarət 10D saylı fərdi yaşayış evinə yönəldilməsi, evin açıq hərracda satıla raq əldə olunmuş məbləğdən 22.443,82 manat pulun QSC «Bank Standard» KB-nin xeyrinə tutulması, Abbasov Emin Şıxı oğlunun fərdi yaşayış evi satıldıqdan bir ay sonra evdən çıxarılması qət edilmiş, QSC «Bank Standard» KB-nın qarşılıqlı iddiası qalan hissədə rədd edilmiş, həmçinin Xəlilova Lətifə Nurəddin qızının Abbasov Emin Şıxı oğluna qarşı «Abşeron rayonu 2 saylı Zeytun sovxozu Naximov küçəsi 2-ci döngə 110D saylı evin alğı-satqısı zamanı ödəmədiyi 95.000 ABŞ dolları məbləğində pulun alınıb ona verilməsi, Abbasov Emin Şıxı oğlu tərəfindən 28 avqust 2007-ci il tarixli ipoteka müqaviləsi üzrə QSC «Bank Standard» KB-yə ödənilmiş 35.820 manat pulun Abbasov Emin Şıxı oğlunun özünə aid edilməsi» tələbinə dair qarşılıqlı iddiası - Abbasov Emin Şıxı oğlundan 19808,18 manat borcun və ödənilmiş 20 m anat dövlət rüsumunun alınaraq Xəlilova Lətifə Nurəddin qızına verilməsi hissəsində təmin edilmiş, cavabdeh Xəlilova Lətifə Nurəddin qızının qarşılıqlı iddiasının qalan hissəsi rədd edilmişdir.
2. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 07 iyun 2012-ci il tarixli 2(103)2035/2012 saylı qətnaməsi ilə Abbasov Emin Şıxı oğlunun və Xəlilova Lətifə Nurəddin qızının apellyasiya şikayətləri təmin edilməmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 29 dekabr 2011-ci il tarixli qətnaməsi dəyişiklik edilmədən saxlanılmışdır.
3. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 27 dekabr 2012-ci il tarixli 2(102)-4295/2012 saylı qərarı ilə iddiaçı Abbasov Emin Şıxı oğlunun kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 07 iyun 2012-ci il tarixli q ətnaməsi - Abbasov Emin Şıxı oğlundan 19.808 manat pulun tutulması barədə Xəlilova Lətifə Nurəddin qızının qarşılıqlı iddiasının təmin olunması hissəsində ləğv edilmiş, işin həmin hissəsi yeni apellyasiya baxışına göndərilmişdir.
4. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 29 aprel 2013-cü il tarixli, 2(103)- 1460/2013 saylı qətnaməsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 29 dekabr 2011-ci il tarixli qətnaməsinin Abbasov Emin Şıxı oğlundan 19.808 manat pulun Xəlilova Lətifə Nurəddin qızının xeyrinə tutulması hissəsi ləğv edilmiş, həmin iddia tələbi rədd edilmişdir.
5. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 13 sentyabr 2013-cü il tarixli, 2(102)-3178/2013 saylı qərarı ilə cavabdeh Xəlilova Lətifə Nurəddin qızının kassasiya şikayəti rədd edilmiş, iş üzrə Bakı Ap ellyasiya Məhkəməsi Mülki Kollegiyasının 29 aprel 2013-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
6. İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh LPO QSC «Bank Standard» KB-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 20.1.2-ci maddəsinin tələblərinə əsasən barışıq sazişinin təsdiq edilməsi yolu ilə banka olan borcun ona aidiyyatının olmamasına baxmayaraq, 22.423 manat borcun ödənilməsini öhdəsinə götürməsini nəzərə alıb, evinin qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişlər.
7. İddia tələbi onunla əsaslandırılmışdır ki, birgə mülkiyyətdə olan ünvan 1 ünvanlı evin üzərində onun adından hər hansı hərəkətin edilməsi üçün həyat yoldaşı (nikah Xətai Rayon Məhkəməsinin qərarı ilə ləğv edilmişdir) Xəlilova Lətifə Nurəddin qızına heç bir səlahiyyət verilməmişdir. Sonuncu bu hərəkətləri özbaşına, onun razılığı olmadan etmişdir. Beləliklə, onun etibarından sui-istifadə edərək, onlara məxsus ev ondan xəbərsiz, tanımadığı iş adamı tərəfindən ələ keçirilmişdir. Həmin iş adamı 28 fevral 2007-ci il tarixdə onun xəbəri olmadan onlara məxsus evə mülkiyyət hüququ əldə etmiş və evi özününküləşdirmişdir. Sonra isə, Lətifə Xəlilovanın həmin şəxsə heç bir borcu olmadığına görə Lətifəyə 20 avqust 2007-ci il tarixdə 3 illik etibarnamə vermişdir ki, evi sata bilər. Bu əməliyyat baş tutmamış, ev satılmış və 8 gün sonra, yəni 28 avqust 2007-ci il tarixdə həmin etibarnamə ilə ev QSC «Bank Standar d» KB-yə girov qoyulmuşdur və onu aldadaraq imza etdirmişlər. Həmin etibarnamə 1 il sonra, yəni 12 avqust 2008-ci il tarixdə Emin Abbasovun şəxsi ərizəsinə əsasən ləğv edilmişdir. Nəticədə qeyri-qanuni olaraq girov qoyulan evə görə QSC «Bank Standard» KB-nin Nəsimi rayonu 4 saylı filialının işçiləri tərəfindən qeyri-qanuni verilən 51.600 manat kreditdən 9.288 manatı, 18 % bankda saxlanılmışdır. Hazırda LPO QSC «Bank Standard» KB-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun məlumatına görə kreditdən yaranmış faiz borcu 22.423 manat 82 qəpik təşkil edir. Bütün bunlar ona 2009- cu ilin fevral ayından sonra məlum olmuşdur. Bu vaxta kimi o, yarımçıq tikili olan evi tikib qurtarmışdır. Həmin tikinti tamamlama işlərinə 40.000 manat vəsait sərf etmişdir. Banka olan borca görə ev hərracda də fələrlə satışa çıxarılsa da, satılmamış və satış üzrə Hərrac Mərkəzinin 01/1961 saylı 03 iyul 2015-ci il tarixli məktubu ilə Xətai rayon İcra Şöbəsinə geri qaytarılmışdır. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 20.1.2-ci maddəsinə əsasən məhkəmə tələbkar və borclu arasında barışıq sazişini təsdiq etdikdə icra sənədi üzrə icraata xitam verilə bilər. İcra sənədi üzrə müvafiq barışıq sazişi bağlamaq onun tərəfindən təklif olunsa da, qarşı tərəf razılaşmamışdır. Ədalətsiz məhkəmə qərarları nəticəsində 31 avqust 2010-cu il tarixdən etibarən dələduzlar ucbatından 2 nəvəsi ilə evsiz qalmışdır, başqa yaşayış yerləri yoxdur. Bank onun yaşayış tərzinə həm maddi, həm də mənəvi ziyan vurmuşdur.
8. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 15 mart 2021-ci il tarixli, 2(006)793/2021 saylı qətnamə si ilə (hakim C.Tağıyev) iddia tələbi rədd edilmişdir.
9. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, tərəflər arasında məhkəmə mübahisələri olmuşdur və mübahisə üzrə qəbul edilmiş qanuni qüvvəyə minmiş məhkəmə aktları var. 10.Məhkəmə hesab etmişdir ki, iddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi hallara dair mötəbər sübutlar təqdim etməmişdir. Bu səbəbdən, iddia təmin edilə bilməz. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
11. İddiaçılar İddiaçı1 və İddiaçı2 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar əsasında ilkin iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
12. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 02 iyul 2021-ci il tarixli, 2(103)5665/2021 saylı q ətnaməsi ilə (hakimlər N.Ş.Cəfərov (sədrlik edən və məruzəçi), E.C.Kazımov və İ.Ə.Kərimli) apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsi hər hansı maddi hüquq normasına istinad etmədiyinə görə 15.03.2021-ci il tarixli qətnamə ləğv edilərək, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Ləğv prosesində olan QSC “Bank Standard” Kommersiya Bankının ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı evin mülkiyyətçiyə qaytarılması barədə” iddiasının təmin edilməməsi qət edilmişdir.
13. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi iddianı rədd edərkən hər hansı maddi hüquq normasına istinad etməmişdir. Daha sonra məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçı tərəf ipoteka predmetinin (evin) özünə məxsus old uğunu iddia edir. Evin ipoteka yüklülüyüdən azad edilməsi üçün ipotekaya xitam verilməlidir. İpotekaya xitam verilməsinə əsas olan hallar isə “İpoteka haqqında” Qanunun 48-ci maddəsində müəyyən olunmuşdur. Həmin hallar mövcud deyil, iddiaçı tərəf isə ipoteka qoyan deyil. Ona görə də evə dair tələbin təmin edilməsi mümkün deyil.
14. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 387.3-cü maddəsinə və “İpoteka haqqında” Qanunun 48-ci maddəsinə istinadla əsasalandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
15. İddiaçılar İddiaçı1 və İddiaçı2 kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar çıxarılmasını xahiş etmişdir.
16. İddiaçılar kassasiya şikayətini iddia ərizəsində göstərilmiş işin faktik halları ilə əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
17. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
18. Məhkəmə iclasında iştirak edən iddiaçılar İddiaçı1, İddiaçı2 və onların vəkili Vəkil kassasiya şikayətinin dəlillərini müdafiə edərək, şikayətin təmin edilməsini xahiş etdilər.
19. Məhkəmə iclasında iştirak edən cavabdeh LPO QSC «Bank Standard» KB-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun vəkili Əsgərova Əfifə Füzuli qızı kassasiya şikayətinin dəlillərinə etiraz edərək, şikayətin təmin olunmamasını xahiş etdi. Tətbiq edilən hüquq
20. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə
385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə
387. Öhdəliyin tərəfləri 387.3. Öhdəlik tərəf kimi onda iştirak etməyən şəxslər (üçüncü şəxslər) üçün vəzifələr yaratmır. Tərəflərin razılaşmasında nəzərdə tutulmuş hallarda öhdəlik üçüncü şəxslər üçün öhdəliyin bir və ya hər iki tərəfi barəsində hüquqlar yarada bilər. 21. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu M a d d ə
48. İpotekaya xitam verilməsi 48.1. İpotekaya aşağıdakı hallarda xitam verilir: 48.1.1. ipoteka saxlayan və ipoteka qoyan bu barədə razılığa gəldikdə; 48.1.2. əsas öhdəliyə xitam verildikdə; 48.1.3. tutmanın yönəldilməsi nəticəsində ipoteka predmeti satıldıqda; 48.1.4. ipoteka predmeti məhv olduqda; 48.1.5. bu Qanunla nəzərdə tutulmuş digər hallarda. 48.2. Bu Qanunun 48.1.1-48.1.3-cü maddələrində nəzərdə tutulmuş hallarda ipoteka saxlayan ipotekaya xitam verildiyi gündən 5 təqvim günü ərzində bu barədə ipotekanın qeydiyyatını aparan dövlət orqanına ərizə ilə müraciət etməlidir. Ərizənin verilməməsi nəticəsində ipoteka qoyana vurulan zərərə görə ipoteka saxlayan məsuliyyət daşıyır.
22. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə
417. Kassasiya instansiyası məhkəməsinin səlahiyyətləri 417.1. Kassasiya məhkəməsi işə baxarkən: 417.1.1. apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə
418. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin və ya qərardadının ləğv edilməsinin əsasları 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya baxışının hədləri
23. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiy i üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416).
24. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3).
25. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
26. Hazırkı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi aktının tam ləğvi xahiş edildiyindən, məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
27. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması ha lları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
28. İddianın düzgün həlli üçün borcun tutulması barədə qətnamənin icra mərhələsində barışıq sazişinin bağlanması, müqavilə bağlanmasının və ipotekaya xitam verilməsinin hüquqi əsasları nəzərdən keçirilməlidir. 29. “İcra haqqında” qanunun 20.1.2-ci maddəsində icra icraatı üzrə icraata xitam verilməsinin əsaslarından biri kimi tələbkar ilə borclu arasında barışıq sazişinin məhkəmə tərəfindən təsdiq edilməsi müəyyən edilmişdir.
30. Bu normada bəhs olunan saziş, tələbkarla borclunun icranı məcburi icra hərəkətlərindən kənar qaydada həlli barədə razılaşmanı ehtiva edir. Lakin apelyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, iddiaçılar icra işində tərəf deyillər.
31. Bundan başqa, müqavilə istənilən halda qarşılıqlı razılaşmanı ehtiva edir. Bu cür razılaşma, tərəflərin maraqlarına uyğun olan, birgə müəyyən etdikləri məqsədə nail olmağa yönəlmiş birgə hərəkət etməni nəzərdə tutur. Müqavilənin yaradıcı ünsürü iradə ifadəsidir.
32. Çünki Mülki Məcəllənin 324.1-ci maddəsinə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.
33. Müqavilənin anlayışı Mülki Məcəllənin 389.1-ci maddəsində müəyyən edilərək qeyd olunur ki, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır.
34. Müqavilənin bağlanmasının pozulmaz prinsipi müqavilə azadlığı prinsipidir. Hə min prinsipə görə fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Müqavilə bağlamaq vəzifəsinin bu Məcəllədə və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilə bağlamağa məcburetməyə yol verilmir (Mülki Məcəllənin 390.1 və 390.3-cü maddələri).
35. Baxılan işin hallarından görünür ki, tərəflərin münasibətləri müstəvisində cavabdehi müqavilə bağlamaq vəzifəsi ilə mükəlləfiyyətli edən, Mülki Məcəllədə nəzərdə tutulmuş hallar yoxdur. Bu halda cavabdehi müqavilə (saziş) bağlamağa məcburetmə yol verilməzdir.
36. Həmçinin apellyasiya instansiyası məhkəməsi haqlı olaraq bildirmişdir ki, ipotekaya xitam ver ilməsinə əsas olan hallar “İpoteka haqqında” Qanunun 48-ci maddəsində müəyyən olunmuşdur. Həmin hallar baxılan işdə mövcud deyil, iddiaçı tərəf isə ipoteka qoyan deyil.
37. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi iddianın təmin olunmaması barədə qanuni nəticəyə gəlmiş, gəldiyi nəticəni əsaslandırmışdır. Buna görə də qətnamə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.
38. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 02 iyul 2021-ci il tarixli, 2(103)5665/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan