Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5625/2022 20.12.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: Pul tələbi və sübutetmə yükü ) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlu (məruzəçi), X3 və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı əmlak və pul tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-1103/2022 nömrəli, 22 iyun 2022-ci il tarixli qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən ayrı ayrılıqda verilmiş kassasiya şikayətlərinə 20 dekabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıd akı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı ilə Cavabdeh xx.xx.1997-ci il tarixdə rəsmi nikah qeydiyyatından keçməklə ailə qurmuşlar.
2. Tərəflər birgə nikah dövründə tərəflər Abşeron rayonu, Fatmayı kəndində yerləşən 0.10 ha torpaq sahəsini, Bakı şəhəri, Nərimanov rayonu, Kazım Kazımzadə küçəsi 0.5625 ha torpaq sahəsində yerləşən 2 saylı mənzili, Bakı şəhəri Nərimanov rayonu Mayakovski küçəsi 15 saylı evin 13 saylı mənzili, Bakı şəhəri Nərimanov rayonu Ə.Əliyev küçəsi 19/3 saylı evin 9 saylı mənzili əldə etmişlər
3. Tərəflər arasında münasibətlər pisləşdiyindən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin qətnaməsi ilə nikahları pozulmuş və bu barədə tərəflərə nikahın xx.xx.2011-ci il tarixdə ləğv edilməsinə dair Bakı şəhəri Nərimanov rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.2018-ci il tari xli şəhadətnamə verilmişdir. 4. 03.04.2012-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən, satıcı İddiaçı Bakı şəhəri Nərimanov rayonu Ə.Əliyev küçəsində yerləşən 19/3 saylı evin 3 otaqlı 9 saylı mənzilini alıcı X4 58800 manata satmışdır. 5. xx.xx.2018-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən, satıcı Cavabdeh Abşeron rayonu Fatmayı kəndində yerləşən ümumi sahəsi 0.1 ha olan torpaq sahəsini alıcı X1 79000 manata satmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
6. Hazırda, İddiaçı Cavabdeh qarşı Abşeron rayonu Fatmayı kəndində yerləşən 0.10 ha torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evinin tikintisinə sərf olunmuş tikinti materiallarının, həmin tikinti materialları olmadığı təqdirdə isə onların dəyərinin, yəni 69500 manat, ustalara ödənilmiş məbləğə görə 10000 manat, kommunal xətlərin çəkilməsi və rəsmi icazələrin alınmasına görə ödənilmiş 3000 manat olmaqla cəmi 82500 manat pul vəsaitinin cavabdehdən onun xeyrinə tutulmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
7. İddiaçı iddia ərizəsini onunla əsaslandırmişdir ki, cavabdeh də yalnız torpaq sahəsini onun məlumatı və razılığı olmadan satmış, həmin torpaq sahəsi üzərində yerləşən tikili və onun tərəfindən yığılmış tikinti materialları isə onun mülkiyyətindədir. Qeyd olunan tikinti materiallarının iddiaçı tərəfindən alınması və onun mülkiyyətində olmasını təsdiq edən sübutları vardır. Belə ki, həmin tikililəri inşa edən ustalar və həmin tikinti materiallarını aldığı satıcılar, onları həmin sahəyə gətirən kamaz sürücüsü şahiddir. Qey d olunan avadanlıq və tikinti materialları onun mülkiyyətindədir və o, öz mülkiyyət hüququndan məhrum olmuşdur. Bu səbəbdən də iddiaçının pozulmuş hüquqları məhkəmə qaydasında təmin olunmalıdır. Ona görə də göstərilənlərə əsasən iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
8. Cavabdeh iddia ərizəsinə qarşı etirazını bildirirərək qeyd etmişdir ki, cavabdeh birgə nikah dövründə əldə olunmuş Abşeron rayonu Fatmayı kəndində yerləşən 0.10 torpaq sahəsini alqı-satqı yolu ilə satmış, həmin pul vəsaitini isə Fransada magistratura təhsili alan oğlunun təhsil xərclərinə sərf etmişdir. Lakin hazırda, iddiaçı birgə nikah dövründə əldə olunmuş torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evinin tikintisinə sərf olunmuş tikinti materiallarının, onlar olmadığı təqdirdə isə dəyəri olaraq pul vəsaitinin cavabdehdən onun xeyrinə tutulmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Ona görə də göstərilənlərə əsasən iddia ərizəsinin təmin olunmaması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
9. Bakı şəhəri Abşeron Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(009)-237/2021 nömrəli iş üzrə 28 dekabr 2021-ci il tarixli qətnaməsi ilə (hakim Habil Əhmədov) iddia tələbi qismən təmin edilmiş, Abşeron rayonu Fatmayı kəndində yerləşən 0.10 ha torpaq sahəsinin üzərində inşa edilmiş fərdi yaşayış evinin tikintisinə sərf olunmuş cəmi 79500 (yetmiş doqquz min beş yüz) manat pul vəsaiti cavabdehdən alınaraq iddiaçının xeyrinə tutulması qət edilmişdir.
10. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, sözügedən torpaq sahəsi tərəflərin nikah münasibətlərinin qüvvədə olduğu zaman kəsiyində alındığından tərəflərin birgə nikah dövründə əldə edilmiş, yəni, onların ümumi birgə mülkiyyəti kimi nəzərdən keçirilməli, lakin həmin torpaq sahəsi üzərindəki tikili isə tərəflərin nikah münasibətlərinə xitam verildikdən sonra inşa edildiyindən həmin fərdi yaşayış evi tərəflərin birgə nikah dövrü tarixinə təsadüf etmir. Bu səbəbdən də, iddiaçı həmin fərdi yaşayış evinin tikintisinə sərf olunmuş tikinti materialları, həmin materiallar olmadığı təqdirdə isə həmin materialların alınmasına, ustalara, həmçinin, rəsmi icazələrin alınması üçün ödənilmiş pul vəsaitinin yarı şəkildə deyil, məhz cavabdehdən tam şəkildə tutulmasına tələb etməkdə haqlıdır.
11. Məhkəmə qeyd etmişdir ki, Abşeron rayonu Fatmayı kəndində yerləşən 0. 10 ha torpaq sahəsi üzərində inşa edilmiş fərdi yaşayış evi tərəflərin birgə nikah dövründə inşa edilməmiş, həmin tikilinin inşasına sərf olunmuş tikinti materialları iddiaçının vəsaiti hesabına alınmış, tikilinin inşasını həyata keçirən ustaların əmək haqları iddiaçının vəsaiti hesabına ödənilmişdir ki, bütün bunlar da mülki iş materiallarına əlavə olunmuş qaimə fakturalar və şahid ifadələri ilə öz təsdiqini tapmışdır. Araşdırması zamanı işin həqiqi hallarının müəyyən edilməsi məqsədilə tədqiq olunmuş şahid ifadələri, həmçinin, fotoşəkillər əsasında sözügedən fərdi yaşayış evinin tikintisi üçün gərəkli tikinti materiallarının iddiaçının maddi vəsaiti hesabına alındığı öz təsdiqini tapmışdır. İddiaçı iddia tələbində həmin tikinti materiallarının tikilinin onun vəsaiti hesabına sökülərək qa ytarılmasına dair iddia tələbinə məhkəmə qiymət verərək qeyd etmişdir ki, müəyyən məbləğ qarşılığında inşa edilmiş tikilinin iddiaçının vəsaiti hesabına sökülməsi daha böyük miqdarda vəsait tələb edəcəyindən, nəticə etibarı ilə iddiaçı maddi itkiyə məruz qalacağından, həmçinin tikilinin inşasına sərf olunmuş tikinti materiallarının söküntü nəticəsində zərərə məruz qalacağı hallar nəzərə alınmaqla onların ilkin vəziyyətdə iddiaçıya təqdim edilməsinin mümkünsüzlüyü istisna edilmədiyindən iddia tələbi bu hissədə əsassız hesab edilərək təmin edilməməlidir.
12. Məhkəmə hesab etmişdir ki, fərdi yaşayış evi tərəflərin nikah münasibətlərinə xitam verildikdən sonra, yəni 2012-2014-cü illər arasında tikilmiş, torpaq sahəsi isə satıcı cavabdeh ilə alıcı X5 arasında bağlanmış xx.xx.2018-ci il tarixli daşınmaz əmlakın alqısatqı müqaviləsinə əsasən həmin tarixdə sonuncuya satılmışdır. Məhkəmə iddiaçının hüququnun pozulduğu tarixi torpaq sahəsinin satıldığı tarix olaraq, yəni xx.xx.2018-ci il tarixi kimi nəzərdən keçirib ümumi iddia müddətini tətbiq etdikdə, iddiaçı tərəfindən iddia müddətinin ötürülmədiyi qənaətinə gəlmişdir.
13. Məhkəmə gəldiyi nəticəni Ailə Məcəlləsinin 29, 32, 36-cı, Mülki Məcəllənin 373.1, 377.1, maddələrinə, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1 və 217.4, 218.3,-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
14. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
15. Apellyasiya şikayətini onunla əsaslandırmişdır ki, onlar xx.xx.1997-ci il tarixdə nikaha daxil olmuş və həmin nikahdan iki övladları anadan olmuşdur. Xarakterləri uyğun gəlmədiyindən tərəflərin nikahı 2011-ci ildə pozulmuşdur. birgə nikah dövründə əldə etdikləri əmlaka hər birinin ½ hissədə payları müəyyən edilmişdir. Lakin sonradan tərəflər ailə nikah münasibətlərini bərpa etmək məqsədilə faktiki bir yerdə yaşamağa başlamış, barışığa gəlmiş, nəticədə, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2011-ci il tarixli 2(103)1522/2011 saylı qərardadı ilə mülki iş üzrə icraata xitam verilmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3383/2010 saylı, 28 dekabr 2010-cu il tarixli qətnaməsi ləğv olunmuşdur. O, birgə nikah dövründə əldə olunmuş Abşeron rayonu Fatmayı kəndində yerləşən 0.10 torpaq sahəsini alqı-satqı yolu ilə satmış, həmin pul vəsai tini isə Fransada magistratura təhsili alan oğlunun təhsil xərclərinə sərf etmişdir. Birinci instansiya məhkəməsi maddi hüquq normalarının tətbiqinə səhvə yol vermiş, tətbiq edilməli olmayan maddi hüquq normasını tətbiq etmişdir. Məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 29, 32,36-ci maddələri baxımından həmin Məcəllənin 37.3-cü maddəsinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsi Plenumunun qərarına istinad etmişdir. Hazırkı iş üzrə məhkəmə ilk növbədə öhdəliyin yaranma əsasını müəyyən etməli oldugu halda, hüquqi səhvə yol verərək, mübahisəyə tərəflərin birgə nikah dövründə əldə etdikləri əmlakın bölgüsü kimi yanaşmışdır. Hazırkı mübahisəyə yalnız əsassız varlanma konteksində yanaşmaq mümkündür. Onlar boşanmadan sonra bir müddət birgə yaşamışlar və 2014-cü ildə yenidən faktiki o laraq ayrılıblar və 2018-ci ildə həmin torpaq sahəsi üzərində olan tikili ilə birlikdə satıbdır, lakin məhkəmə iddia müddətini tətbiq etməmişdir.
16. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiya məhkəməsi) 2(103)-1103/2022 nömrəli iş üzrə 22 iyun 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər – Gülnarə Tağızadə (sədrlik edən və məruzəçi), Lətifə Məmmədova və Telman Quliyev) apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, cavabdehdən 39.750 manat alınıb iddiaçıya verilmişdir.
17. Məhkəmə qeyd etmişdir ki tərəflər rəsmi qaydada 2011-ci il tarixdə boşansalar da, 2018-ci ilədək qeyri-rəsmi ailə münasibətlərində olmuşlar. Bu iddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş fotoşəkillərlə və tərəflərin məhkəmədə verilmiş izahatlarla sübuta yetirilmişdir. Birinci instansiya məhkəməsi hazırkı mübahisəyə tərəflərin birgə nikah dövründə əldə etdikləri əmlakın bölgüsü kimi yanaşdıgı halda, həmin pulun cavabdehdən alınıb iddiaçıya verməsi barədə gəldiyi nəticəni məhkəmə kollegiyası düzgün hesab etməmişdir.
18. Apellyasiya instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiy asına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxmışdır.Fərdi yaşayış evi tərəflərin nikah münasibətlərinə xitam verildikdən sonra, yəni 2012-2014-cü illər arasında tikilmiş, həmin tikintiyə Azərbaycan Respublikası Fövqalada Hallar Nazirliyi tərəfindən 2016-cı il tarixdə rəy verilmişdir. Tərəflər 2018-ci ilədək qeyri-rəsmi ailə münasibətlərində olmuşdular. Kassasiya şikayətinin və ona etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri
19. İddiaçı (vəkil X2) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi iddianın tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
20. Kassasiya şikayətini iddia ərizəsi ilə eyni mənzmunda əsaslandıraraq əlavə qeyd etmişdir ki, cavabdehin məqsədi yalnız iddiaçıya məxsus olan, xüsusi mülkiyyətində o lan çoxsaylı əmlakları ələ keçirmək niyyətini nəyin bahasına olursa, olsun həyata keçirmək olmuşdur. Nəhayət asan yolla varlanmışdır. Nəticədə, iddiaçının mülkiyyət hüququnın pozulması ilə nəticələnən qanunsuz, əsassız və ədalətsiz qətnamə qəbul olunmuşdur. 2011-ci ildən sonra tərəflər birgə təsərrüfat idarə etməmişlər. Formal olaraq bir mənzildə, ayrı-ayrı otaqlarda yad adamlar kimi yaşamışlar, lakin ailə münasibətlərini yenidən bərpa etməmişlər.
21. Həmçinin kassator qeyd etmişdir ki, həmin tikiliyə hazırkı bazar qiyməti ilə 200.000 (iki yüz min) manatdan çox pul xərcləmişdir. Əslində həmin tikilinin hazırkı bazar qiyməti 200.000 manatdan çoxdur. Fatmayi kəndində yerləşən həmin 0.10 ha torpaq sahəsinin qiyməti 160.000 (bir yüz altımış mln manatdan çoxdur. Azərbaycan Respublikası "xxxx" MMC Qiymətləndirmə Şirkətinin verdiyi xx.xx.2022-ci il tarixli, MB 15/0590 nömrəli arayışlarına əsasən Abşeron rayonu, Mehdiabad kəndinin çıxacağı, Fatmayi kəndi istiqaməti, yol kənarı 1-ci cərəgədə yerləşən qeyri-yaşayış təyinatlı torpaq sahəsinin 07 iyun 2022-ci il tarixinə orta bazar dəyəri 16.000 (on altı min) AZN sot təşkil edir. Cavabdeh bir sotu 16.000 manat olan, 0,10 ha torpaq sahəsini üstündə olan tikilisiz, yəni qeyriyaşayış sahəsiz, hansı səbəbdən 79.000 manata və nisyə olaraq satmışdır. Görəsən onu bu işə vadar edən nə olmuşdur. Yəqinki, qanunsuz olaraq iddiaçıya məxsus əmlakı ələ keçirmək və asan yolla varlanmaq niyyəti olduğunu bildirmişdir.
22. Cavabdeh (Vəkil2) kassasiya şikayəti verərək qətnamənin qismən ləğv iddia tələbinin təmin olunması hissədə ləğv edilərək həmin his sədədə iddianın ləğv olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
23. Kassasiya şikayəti apellyasiya şikayəti ilə eyni məzmunda əsaslandırılaraq əlavə qey etmişdir ki, onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi maddi hüquq normalarının tətbiqində səhvə yol vermiş, tətbiq edilməli olmayan maddi hüquq normasını tətiq etmiş, tətbiq edilməli olan maddi hüquq normasını isə, tətbiq etməmişdir. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Nəzərə alınsa ki, tərəflər boşanmadan sonra bir müddət birgə yaşayıblar və 2014- cü ildə yenidən fak tiki olaraq ayrılıblar və 2018-ci ildə həmin torpaq sahəsi üzərində olan tikili ilə birlikdə satılıbdır, bu zaman iki illik iddia müddətinin keçməsi açıq-aşkardır və cavabdeh tərəf birinci instansiya məhkəməsində iddia müddətinin tətbiq olunması barədə ərizə vermişdir. Qeyd olunan hallar apellyasiya instansiyasıməhkəməsi tərəfindən qismən nəzərə alınmışdır. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
24. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Mülki Məcəllə
25. Maddə 373.1. Ümumi iddia müddəti on il təşkil edir..
26. Maddə 377.1. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir.. Mülki Prosessual Məcəllə
27. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqd im etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
28. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
29. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
30. Maddə 101.3. ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir.
31. Maddə
107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
32. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
33. Madddə 124.1. İşə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclə r və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır.
34. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
35. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
36. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
37. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya ap ellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
38. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
39. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
40. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
41. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
42. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
43. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxla maq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
44. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı və cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
45. Məhkəmə kollegiyası iş materiallarını və kassasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, iddiaçının kassasiya şikayəti təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməs inə göndərilməli, cavabdehin kassasiya şikayəti təmin edilməməlidir.
46. Belə ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmamaqla, iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmamışdır.
47. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşmayaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
48. Tərəflər arasındakı mübahisə onların birgə nikahı dövründə əldə edilmiş torpaq sahəsi üzərində inşa edilmiş tikilli ilə bağlı yaranmışdır.
49. İşin mübahisələndirilməyən halları ondan ibarətdir ki, iddiaçı ilə cavabdeh 23 oktyabr 1997-ci il tarixdə rəsmi nikaha daxil olmuş, 19 aprel 2011-ci il tarixdə onların nikah münasibətlərinə xitam verilmişdir.
50. Tərəflər birgə nikah dövründə Abşeron rayonu, Fa tmayı kəndində yerləşən 0.10 ha torpaq sahəsini əldə etmişlər, həmin əmlak cavabdehin adına rəsmiləşdirilmişdir.
51. Tərəflər arasındakı rəsmi nikah pozulduqdan bir müddət sonra onlar faktiki olaraq birlikdə yaşamağa başlamışlar.
52. Həmin müddətdə 2012-2014-cü illərdə torpaq sahəsi üzərində tikili inşa edilmişdir, bununla belə tikinti işləri başa çatmadığından daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır.
53. Sözügedən torpaq sahəsi 22 dekabr 2018-ci il tarixdə cavabdeh tərəfindən üçüncü şəxsin xeyrinə özgəninkiləşdirilmişdir.
54. Müqavilədə əmlakın dəyəri 79.000 manat göstərilmiş, alıcı tərəfindən həmin məbləğ tam şəkildə ödənilmişdir.
55. İddiaçı hazırda torpaq sahəsi üzərində tikilinin inşasına sərf edilmiş tikinti materiallarının, həmin tikinti materialları olmadığı təq dirdə isə onların dəyərinin, yəni 69.500 manat, ustalara ödənilmiş məbləğə görə 10.000 manat, kommunal xətlərin çəkilməsinə və rəsmi icazələrin alınmasına görə ödənilmiş 3.000 manat olmaqla, cəmi 82.500 manat məbləğində pul vəsaitinin cavabdehdən onun xeyrinə tutulmasını tələb edir.
56. İş üzrə alınmış ekspert rəyi ilə Abşeron rayonu, Fatmayı kəndində yerləşən 0.10 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinin inşa edilməsi ilə əlaqədar yerinə yetirilmiş tikinti işlərinin dəyərinin təqribən 82.592 manat olması müəyyən edilmişdir.
57. Apellyasiya instansiya məhkəməsi iddiaçının iddia tələbi ilə ekspert rəyini paralel şəkildə Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə əsasən qiymətləndirərək belə qənaətə gəlmişdir ki, məhkəmə irəli sürülmüş iddia tələbi həmcində qətnamə çıxardığından, i rəli sürülmüş tələblər əsasında tikinti materiallaırnın dəyərinə görə 69.500 manat, ustaya çəkilmiş xərcə görə 10.000 manat olmaqla, cəmi 79.500 manat pul vəsaitinin tutulması hissəsində birinci instansiya məhkəməsinin qətnaməsi əsaslıdır.
58. Bununla belə, apellyasiya instansiyası məhkəməsinin qətnaməsində göstərilmişdir ki, fərdi yaşayış evi tərəflərin ər-arvad kimi qeyri-rəsmi yaşadıqları dövrdə inşa edildiyindən, məhkəmə kollegiyası iddiaçının Cavabdeh mübahisə olunan əmlakın tikintisində heç bir maddi köməklik göstərməməsi barədə izahatına tənqidi yanaşır.
59. Göstərilənlərə əsasən apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, tikiliyə sərf edilmiş 79.500 manat pul vəsaiti tərəflər arasında bərabər bölünməli, 39.759 manat cavabdehdən alınıb iddiaçıya verilməlidir.
60. Ailə Məc əlləsinin 32.1-ci maddəsinə əsasən, nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır.
61. Həmin Məcəlləsinin 1.4-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında nikah və ailə münasibətlərinin hüquqi baxımdan tənzimlənməsi dövlət tərəfindən həyata keçirilir və yalnız müvafiq icra hakimiyyəti orqanında bağlanmış nikah tanınır.
62. Faktiki nikah münasibətlərində olma rəsmi nikah kimi qiymətləndirilmədiyindən,yəni rəsmi nikahın doğurduğu hüquq nəticələri yaratmadığından faktiki nikah müddətində tərəflərin birinin əldə etdiyi, yaxud inşa etdiyi əmlaka münasibətdə digərinə hər hansı hüquq yaratmır.
63. Apellyasiya məhkəməsi isə qeyd edilən xüsusatlara qanunvericiliyin tələbləri baxımından düzgün hüquqi qiymət verməməklə və mübahisənin maddi-hüquqi əsasını ü mumiyyətlə düzgün müəyyən etməmişdir.
64. Belə ki, iddiaçının tələbini qanuni əsasını Mülki Məcəllənin 1091, 1092, 1093-cü maddələri təşkil etdiyi halda, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisə üzrə tətbiq edilməli olmayan qanunvericilik normaları tətbiq edilmişdir. 65. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 2.2-ci bəndinə əsasən, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin Qərarın 2.4-cü bəndinə əsasən, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən ed ilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
66. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyə görə, mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdikləri sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müə yyən etməlidir.
67. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəmıəsinin qətnaməsi iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdığından iddiaçının kassasiya şikayəti təmin olunmalı, cavabdehin kassasiya şikayəti təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli və iş yeni apelyasiya baxışına qaytarılmalıdır.
68. Göstərilənlərə əsasən və MPM-in 416, 417, 418 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilsin. Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 22 iyun 2022-ci il tarixli qətnaməsi ləğv olunsun, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qəti