Məhkəmə qərarları › İş №2(102)-5628/2020

Ali Məhkəmə Qərardad — İş №2(102)-5628/2020

20.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-5628/2020 20.10.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kassasiya şikayətinin icraata qəbul edilməsindən imtina haqqında QƏRARDADİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimi Şamayev Elşad Yaquboviç Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 24 iyun 2020-ci il tarixli, 2(106)50/2020 nömrəli qətnaməsindən cavabdehlər Cavabdeh1, Cavabdeh7, Cavabdeh9, Cavabdeh10 və Vəkil tərəfindən verilmiş kassasiya şikayətini nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: Masallı Rayon Məhkəməsinin 30 avqust 2018-ci il tarixli, 2(050)-515/2018 nömrəli qətnaməsi ilə (hakim: F.Z.Əliyev) iddiaçı “xxxx” QSC-nin cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı “kredit müqaviləs i üzrə borcun ödənilməsi və borcun ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddiası qismən təmin olunmuşdur. Şirvan Apelyasiya Məhkəməsinin 24 iyun 2020-ci il tarixli, 2(106)-50/2020 nömrəli qətnaməsi ilə (hakimlər T.S.Kərimov - sədrlik edən və məruzəçi, T.X.Heydərov, F.K.Soltanov) cavabdehlər tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, Masallı Rayon Məhkəməsinin 30 avqust 2018-ci il tarixli, 2(050)-515/2018 nömrəli qətnaməsi apelyasiya şikayətinə münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. Cavabdehlər Cavabdeh1, Cavabdeh7, Cavabdeh9 və Cavabdeh10, habelə Cavabdeh1 vəkili Vəkil kassasiya şikayəti verərək, Şirvan Apelyasiya Məhkəməsinin 24 iyun 2020-ci il tarixli, 2(106)-50/2020 nömrəli qətnaməsinin ləğv edilməsi və işə yenidən baxılması üçün ap ellyasiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən işlə birlikdə baxılması üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilmişdir. Kassasiya şikayəti və iş materialları öyrənilərkən müəyyən olunmuşdur ki, kassasiya şikayəti cavabdehlər Cavabdeh1, Cavabdeh7, Cavabdeh9, Cavabdeh10 və Vəkil tərəfindən imzalanmışdır. Lakin kassasiya şikayətinə əlavə olunmuş Azərbaycan Respublikası Vəkillər Kollegiyasının 14 saylı Vəkil Bürosu tərəfindən verilmiş 07 sentyabr 2020-ci il tarixli vəkil orderinə əsasən Vəkil yalnız Cavabdeh1 ilə hüquqi yardım barədə müqavilə bağlamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402-ci maddəsinə əsasən apellyasiya məhkəmələrinin mülki və kommersiya kolleg iyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apellyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Həmin Məcəllənin 407.3-cü maddəsinə əsasən şikayət onu verən şəxs (onun qanuni nümayəndəsi və ya nümayəndəsi) və şikayəti tərtib etmiş vəkil tərəfindən imzalanmalıdır. Qanuni nümayəndə və ya nümayəndə tərəfindən verilən şikayətə onun səlahiyyətlərini təsdiq edən sənəd əlavə edilməlidir. Məcəllənin 407.4-cü maddəsinə əsasən şikayətə vəkilin orderi və dövlət rüsumunun ödənilməsini sübut edən sənəd əlavə olunur. Həmin Məcəllənin 67.1-ci maddəsinə əsasən kassasiya və əlavə kassasiya şikayətləri, habelə məhk əmə aktına yeni açılmış hallar üzrə yenidən baxılması haqqında ərizələr yalnız vəkil tərəfindən tərtib edildikdə icraata qəbul edilir. Kassasiya və əlavə kassasiya qaydasında, habelə məhkəmə aktına yeni açılmış hallar üzrə yenidən baxıldıqda işdə iştirak edən şəxslər məhkəmə iclaslarında yalnız vəkillə birgə iştirak edirlər. Beləliklə, iş materiallarından görünür ki, hazırki kassasiya şikayəti cavabdehlər Cavabdeh7, Cavabdeh9 və Cavabdeh10 aid hissədə vəkil tərəfindən tərtib olunmadığına görə kassasiya şikayəti onlara münasibətdə icraata qəbul oluna bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 408.1.3-ci maddəsinə əsasən kassasiya şikayətinə vəkilin orderi və müəyyən olunmuş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsi barədə sənədlər əlavə edilməmişsə kassasiya şikayət i qaytarılır. Azərbaycan Respublikası MPM-in 408.2-ci maddəsinə əsasən bu Məcəllənin 408.1.1 və 408.1.3-408.1.5-ci maddələrində nəzərdə tutulmuş hallarda kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən, 408.1.2-ci maddəsində nəzərdə tutulmuş hallar mövcud olduqda kassasiya şikayəti kassasiya instansiyası məhkəməsi tərəfindən, 408.1.6-cı maddəsində nəzərdə tutulmuş hallar mövcud olduqda isə kassasiya şikayətinin qaytarılması barədə ərizənin daxil olduğu vaxt işin şikayətlə hansı instansiya məhkəməsində olmasından asılı olaraq apellyasiya və kassasiya instansiyası məhkəmələri tərəfindən qaytarılır. Həmin Məcəllənin 409-cu maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin bu Məcəllənin 407-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 4 07-ci maddəsinin tələblərinə cavab verən kassasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə kassasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində kassasiya instansiyası məhkəməsinə göndərilir. Qeyd olunanlara əsasən, kassasiya şikayəti cavabdehlər Cavabdeh7, Cavabdeh9 və Cavabdeh10 münasibətdə icraata qəbul edilə bilməz. Odur ki, kassasiya şikayəti həmin cavabdehlərə münasibətdə geri qaytarılması üçün mülki işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 408 və 411-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şirvan Apelyasiya Məhkəməsinin 24 iyun 2020-ci il tarixli, 2(106)-50/2020 nömrəli qətnaməsindən cavabdehlər Cavabdeh7, Cavabdeh9 və Cavabdeh10 tərəfindən verilmiş kassasiya şik ayəti icraata qəbul edilməsin. Kassasiya şikayəti cavabdehlər Cavabdeh7, Cavabdeh9 və Cavabdeh10 münasibətdə geri qaytarılması üçün mülki işlə birlikdə Şirvan Apelyasiya Məhkəməsinə göndərilsin. Cavabdehlər Cavabdeh7, Cavabdeh9 və Cavabdeh10 kassasiya şikayəti ilə bağlı müvafiq prosessual hərəkətlər görüldükdən sonra iş materiallarının Cavabdeh1 kassasiya şikayətinin baxılması üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilməsi təmin olunsun. Ali Məhkəmənin hakimi Elşad Şamayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar