Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5632/2020 17.11.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi - hakim), Əliyev Ələsgər Əliabbas oğlu, Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi ilə, Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(106)-1324/2020 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kasasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Masallı Rayon Məhkəməsinin (hakim A.Səlimov) xx.xx.2020-ci il tarixli, 2(050)-69/2020 nömrəli qətnaməsi ilə iddiaçı “xxxx” ASC-nin cavabdehlər Cavabd eh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “pul” tələbinə dair iddiası qismən təmin edilərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 borca görə 20224 ABŞ dolları əsas borc, 1889.67 ABŞ dolları faiz borcu, 5 ABŞ dolları cərimə olmaqla, cəmi 22118.67 ABŞ dolları (ödəniş günü Azərbaycan manatı məzənnəsi ilə) məbləğində pul vəsaitinin və ödənilmiş 30 manat dövlət rüsumunun müştərək qaydada tutularaq iddiaçı “xxxx” ASC-nin xeyrinə ödənilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri qismində 200 manat məbləğində pul vəsaitinin müştərək qaydada dövlət büdcəsinin xeyrinə tutulması qət edilmişdir. Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər N.Mirzəyev, Q.Kərimov, Z.Babayev) xx.xx.2020-ci il tarixli, 2(106)-1324/2020 nömrəli qətnam əsi ilə Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməyərək, Masallı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(050)-69/2020 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanması qət edilmişdir. Cavabdeh1 iş üzrə Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli qətnaməsindən kasasiya şikayəti vermişdir. İşin halları: İddiaçı “xxxx” ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “xxxx” ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2017-ci il tarixli MAS-03398/17 saylı kredit müqaviləsinə və cavabdehlər Cavabdeh2 və Cavabdeh3 arasında bağlanmış xx.xx.2017-ci il tarixli MAS-03398/17 saylı zaminlik müqaviləsinə əsasən cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 2022 4 ABŞ dolları əsas borc, 2207 ABŞ dolları faiz borcu, 200 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 22631 ABŞ dolları pul vəsaitinin, ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kasasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Cavabdeh1 və vəkili Vəkil kasasiya şikayətini onunla əsaslandırmışlar ki, apelyasiya instansiyası məhkəməsi cavabdehin apelyasiya şikayətini düzgün araşdırmamış, onun tərəfindən ödənilmiş pulları nəzərə almamışdır. Belə ki, Cavabdeh1 götürdüyü kreditin çox hissəsini ödəmiş, sonradan vəziyyəti pisləşdiyi üçün ödəniş edə bilməmişdir. İş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilsə də, ekspert bankın təqdim etdiyi hesabdan çıxarış əsasında düzgün he sablama aparmamışdır. Hazırda onun tələb edilən əsas borc məbləğində borcu qalmamışdır. Göstərilənlərə əsasən onlar iş üzrə Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020ci il tarixli, 2(106)-1324/2020 nömrəli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişlər. İşdə iştirak edən şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin iddiaçı “xxxx” ASC-nin səlahiyyətli nümayəndəsi, Cavabdeh1, vəkili Vəkil, digər cavabdehlər Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iş tirakı olmadan işə baxılmasını mümkün hesab edir. Hüquqi məsələlər: Azərbaycan Respubİikası MPM-nin 416-cı maddəsinə əsasən kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. İddianın qismən təmin edilməsi barədə birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamənin dəyişdirilmədən saxlanması qənaətinə gələn apelyasiya kollegiyası qənaətini onunla əsaslandırmışdır ki, apelyasiya şikayətinin dəlili olaraq göstərilmiş işin faktiki hallarının tam və obyektiv araşdırılmaması, maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməməsi barədə dəlilləri əsassızdır. Belə ki, işin faktiki halı olaraq tərəflər arasında xx.xx.2017-ci il tarixli MAS-03398/17 saylı kredit müqaviləsi bağlanılmaqla tələb hü ququnun kreditor təşkilat “xxxx” ASCyə keçməsi, bununla da onlar arasında öhdəlik münasibətlərinin yaranması və rəsmiləşdirilməsi həm borclunun, həm də iddiaçı təşkilatın qarşılıqlı razılığı əsasında baş tutmuş, götürülən pul məbləğini ödəmədiyi və ya vaxtında ödəmədiyi halda hesablanacaq faizlər və cərimə haqları ilə bağlı cavabdehlər əvvəlcədən məlumatlandırılmışlar. Ona görə də bank tərəfindən kredit verilməsi öhdəliyinin yerinə yetirilməsinə baxmayaraq, borcluların krediti və onla hesablanmış faizləri vaxtında ödəməli olduğu halda ödəməməsi və bununla da həmin öhdəliyin icrasından birtərəfli qaydada imtina etməsi halı müəyyən olunur. Qeyd edilənlərə əsasən apelyasiya kollegiyаsı belə qənaətə gəlmişdir ki, аpelyаsiyа şikаyətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnаməsinin ləğ v edilməsi üçün əsаs olа bilməz. Kasasiya kollegiyası apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və kasasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, Cavabdeh1 Sahin oğlu kasasiya şikayətini formal dəlillərlə əsaslandırmağa çalışmışdır. Belə ki o, kredit borcunun çox hissəsini ödəməsini, əsas borcunun tələb edilən məbləğdən az məbləğ təşkil etməsini, ekspertin borc məbləğini düzgün hesablamadığını dəlil olaraq göstərsə də, kasasiya yoxlaması zamanı cavabdehin dəlilləri öz təsdiqini tapmamışdır. Həmçinin cavabdeh ekspert rəyinin düzgün olmadığı barədə də hər hansı sübuta istinad edə bilməmişdir. Ümumilikdə kasasiya yoxlaması zamanı apelyasiya kollegiyası tərəfindən hər hansı maddi və prosessual hüquq normasının pozuntusuna yol verilməsi halı müəyyən edilməmiş dir. Odur ki, kasasiya şikayətinin dəlilləri apelyasiya instansiya məhkəməsinin qəbul etdiyi qətnamənin ləğv edilməsi üçün əsas hesab edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 385-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsində daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin maddənin 2-ci bəndinə əsasən isə borclu öz öhdəlik lərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, kasasiya kollegiyası belə qənaətə gəlir ki, kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kasasiya məhkəməsi işə baxarkən apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlər ə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh1 tərəfindən verilmiş kasasiya şikayəti təmin edilməsin. İş üzrə Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(106)1324/2020 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-5632/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-5632/2020
17.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver