Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5636/2022 13.12.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: kredit borcunun tutulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Xəlilov İsmayıl Kamil oğlu (məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Əliyev Ələsgər Əliabbas oğlundan ibarət tərkibdə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borc tələbinə dair mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-407/2022 nömrəli, 1 iyun 2022ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 13 dekabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. "xxxx" İKB ASC (hazırda "xxxx" ASC, bundan sonra – iddiaçı və ya Bank) ilə Cavabdeh (bundan sonra – cavabdeh) arasında bağlanmış 14 iyul 2014-cü il tarixli, 22-A1-0-1016-14 saylı kredit müqaviləsinə əsasən, Bank tərəfindən cavabdehə illik 18 % dərəcəsi ilə 36 ay müddətinə ödəniş qrafikinə uyğun qaytarmaq şərti ilə 12.100 ABŞ dolları məbləğində kredit verilmişdir. 2. 16 aprel 2015-ci il tarixli əlavə sazişlə kredit müqaviləsinin müddəti 14 sentyabr 2018-ci il tarixədək uzadılmış və həmin tarixədək yeni ödəniş qrafiki razılaşdırılmışdır.
3. Cavabdeh öhdəliyin icrasını gecikdirmiş, Bank tərəfindən borcun ödənilməsi, əks halda məhkəməyə müraciət ediləcəyi barədə ona qeydiyyatda olduğu ünvan üzrə xx.xx.2021-ci il tarixli xəbərdarl ıq məktubu göndərilmiş, lakin məktub “bu ünvanda yaşamır” qeydi ilə geri qaytarılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə 3911,08 ABŞ dolları əsas, 4427,63 ABŞ dolları faiz, 4004,09 ABŞ dolları cərimə borcu, xx.xx.2018-ci il tarixdən xx.xx.2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 611,35 ABŞ dolları əldən çıxmış fayda olmaqla, cəmi 12.954,15 ABŞ dolları pulun və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddiaçı işin yuxarıda sadalanan faktiki hallarından çıxış etməklə tələbini belə əsaslandırmışdır ki, cavabdeh aralarında bağlanmış k redit müqaviləsi üzrə öhdəliklərini lazımınca icra etməmiş, Banka tələbdə göstərilən məbləğlərdə borcu qalmışdır. Ona görə də, həmin borcun tutulmasını tələb edir.
6. İddia ərizəsinə əlavə edilmiş 15 fevral 2022-ci il tarixli maliyyə arayışına əsasən, cavabdehin həmin tarixə Banka tələbdə göstərilən məbləğlərdə borcu yaranmışdır.
7. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(044)-1469/2021 nömrəli, 6 iyul 2021-ci il tarixli qətnaməsi ilə (hakim Kənan Hüseynov) iddia qismən təmin edilərək, cavabdehdən 3911,08 ABŞ dolları əsas, 3620,49 ABŞ dolları faiz, 200 ABŞ dolları cərimə borcu, xx.xx.2018-ci il tarixdən xx.xx.2021-ci tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 611,35 ABŞ dolları əldən çıxmış fayda olmaqla, cəmi 8342.92 ABŞ dol ları pulun (ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) və ödənilmiş 30 manat dövlət rüsumunun 19 manatının tutularaq iddiaçıya ödənilməsi, iddianın qalan hissədə rədd olunması qət edilmişdir.
8. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini lazımınca yerinə yetirmədiyindən iddiaçı borcun tutulmasını tələb etməkdə haqlıdır. Lakin iddia tələbi üzrə cərimə tənasübsüz surətdə yüksək olduğundan azaldılaraq 200 ABŞ dolları həcmində müəyyən olunmalıdır. Bundan başqa, faiz borcu müqavilə müddətinin sonunadək hesablanmalı olduğundan kredit müqaviləsinin bitdiyi xx.xx.2018-ci il tarixə hesablanmaqla 3620.49 ABŞ dolları məbləğində təmin olunmal ıdır.
9. Məhkəmə öz mövqeyini, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 399.3, 439.1, 442, 443.1, 445.7, 448.1, 465.2, 467, 739-cu və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 76.1, 76.2, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
10. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
11. Şikayət onunla əsaslandırılmışdır ki, kredit məbləğinin götürülməsindən sonra Azərbaycan manatı devalvasiyaya uğramış, bunun nəticəsində cavabdeh 60% zərərə uğramış, dövlət orqanlarının verdiyi qərar əsasında öhdəliyini icra etmək imkanından məhrum olmuşdur. İddiaçı göstərdiklərinin əksinə ona müvafiq qaydada bildiriş təqdim etməmiş və işin məhkəmədən kənar həlli qaydasına riayət etmədən iddia qaldırmışdır. Bundan başqa, məhkəmə cavabdehə proses barədə heç bir bildiriş göndərməmiş, işə onun iştirakı olmadan baxıb qanunsuz qərar qəbul etmişdir. Belə ki, ondan əsassız olaraq cərimə və illik 5 faizlə əldən çıxmış fayda tutulmuş, faiz borcu həddən artıq şişirdilmiş, məhkəmə-mühasibatlıq ekspertizası keçirilmədən qərar qəbul olunmuşdur. Bank tərəfindən təqdim olunmuş ödəniş cədvəlinə diqqət yetirdikdə məlum olur ki, sonuncu nəinki faizləri illik tutmamış, hətta ödəniş cədvəlindən göründüyü kimi, hər aylıq ödənişdə ilkin olaraq əsas borca çıxmalı olduğu halda ödənişin yüksək həcmini faiz borcuna silmişdir.
12. İddiaçı tərəfindən apellyasiya baxışı nda təqdim edilmiş xx.xx.2021-ci il tarixli maliyyə arayışına əsasən, cavabdehin həmin tarixə Banka 3311,08 ABŞ dolları əsas, 4427,63 ABŞ dolları faiz, 4004,09 ABŞ dolları cərimə borcu, 756,7 ABŞ dolları illik 5 faizlə hesablanmış əldən çıxmış fayda olmaqla, cəmi 12.499,5 ABŞ dolları; kredit müqaviləsinin bitmə tarixinə (xx.xx.2018-ci il) isə 7548,22 ABŞ dolları əsas, 3620,49 ABŞ dolları faiz borcu vardır.
13. Məhkəmə kollegiyası tərəfindən təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/1933 nömrəli, 08 aprel 2022-ci il tarixli rəyinə əsasən, cavabdehin Banka olan borcu xx.xx.2018-ci il tarixə (kredit müqaviləsinin müddətinin bitmə tarixi) əsas borc üzrə 7527,59 ABŞ dolları, faiz borcu üzrə 3631,24 ABŞ dollar ı məbləğində; xx.xx.2021-ci il tarixə (iddia ərizəsinə əlavə edilmiş maliyyə arayışının tarixi) isə bu tarixdən sonra edilmiş 600 ABŞ dolları ödəniş də nəzərə alınmaqla əsas borc üzrə 3350.45 ABŞ dolları, faiz borcu üzrə 4242.26 ABŞ dolları məbləğində müəyyən edilmişdir.
14. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(104)-407/2022 nömrəli, 1 iyun 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər – Şamil Rzaquliyev (sədrlik edən və məruzəçi), Əlizamin Abdullayev və Aygül İsgəndərova) apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
15. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşaraq, apellyasiya şikayətinin dəlill ərinə münasibətdə qeyd etmişdir ki, məhkəmə tərəfindən cavabdehə bildirişlər göndərilmiş, lakin sonuncu məhkəmə iclasına gəlməmişdir. Eyni zamanda məhkəmə kollegiyası tərəfindən məhkəməmühasibatlıq ekspertizası təyin edilmiş, lakin iddiaçı tərəfindən borc məbləğinin şişirdilməsi halı müəyyən edilməmişdir.
16. Həmçinin, cavabdehin kredit alındığı vaxtdan sonra manatın digər valyutalara nisbətdə məzənnəsinin dəyişməsi ilə bağlı göstərdiyi hal da şikayətin təmin edilməsi üçün əsas ola bilməz. Həmçinin Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
17. Cavabdeh (Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yeni apellyasiya baxışına qaytarılmasını xahiş etmişdir.
18. Kassasiya şikayəti ape llyasiya şikayəti ilə eyni məzmunda əsaslandırılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
19. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
20. Maddə
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
21. Maddə 445.4. İcra üçün təqvim günü təyin edildikdə, əgər borclu təyin edilmiş vaxtadək öhdəliyi icra etməzsə, icranı xatırlatmasız gecikdirmiş sayılır.
22. Maddə 445.7. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, ge cikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir.
23. Maddə 465.2. Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər.
24. Maddə
467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.
25. Maddə 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götü rür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
26. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
27. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
28. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
29. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
30. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
31. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
32. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edi lmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri
33. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
34. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
35. Məh kəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
36. Qeyd olunur ki, işin faktiki hallarının düzgün müəyyən edilməməsi, bütün faktiki halların aydınlaşdırılmaması hazırkı icraatın baxış predmeti ola bilməz. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlayır.
37. Bor cun məbləği ilə bağlı məsələnin ətraflı araşdırılmamasına dair hallar işin faktiki halları ilə bağlıdır. Həmin hallar işə mahiyyəti üzrə baxan məhkəmələr tərəfindən həll edildiyindən zəruri sübutlar həmin məhkəmələrə təqdim edilməlidir.
38. Kassasiya instansiyası apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yo l verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.
39. Cavabdeh şikayətində analoji olaraq apellyasiya şikayətindəki dəlilləri sadalamışdır. Həmin dəlillər borcun məbləğinin düzgün hesablanmaması, onun tərəfindən edilmiş ödənişlərin düzgün silinməməsi və ekspertizanın keçirilməməsi ilə bağlıdır.
40. Əvvəla, cavabdehin vəsatəti əsasında borcun məbləği ilə bağlı apellyasiya icraatı zamanı ekspertiza keçirilmiş və hesablanmış məbləğ qət olunan məbləğdən artıq olmuşdur. Cərimə məbləği məhkəmə tərəfindən minimuma endirilmiş və həmin hissədə qətnamənin ləğv olunması üçün əsaslar yoxdur. Cavabdeh hansısa ödənişlərin nəzərə alınmadığını, və yaxud ödənişlərin düzgün silinmədiyini təsdiq edəcək heç bir sübut təqdim etməmişdir.
41. Nəzərə almaq lazımdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (26-27&).
42. Eyni zamanda apellyasiya icraatı zamanı çəkişmə prinsipinə riayət edilmiş, işə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada məlumatlar verilmiş, zəruri sübutları təqdim etmək üçün qanunvericilikdə nəzərdə tutulan şərait yaradılmışdır.
43. Qeyd olunanları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi təqdim edilmiş sübutlara MPM-in 88-ci maddəsinə əsasən d üzgün qiymət vermişdir. 44. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 2.2-ci bəndinə əsasən, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin Qərarın 2.4-cü bəndinə əsasən, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
45. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cava bdehin kassasiya şikayəti təmin edilməsin. Həmin iş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-407/2022 nömrəli, 1 iyun 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlansın. Qərar qətidir, qəbul edildiyi andan qanuni qüvvəsini alır.