Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5637/2022 19.12.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı iş üzrə QƏRARİ İş № 2(102)-5637/22 (Açar sözlər: şərəf və ləyaqətin müdafiəsi) Bakı şəhəri, 19 dekabr 2022-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-1386/2022 nömrəli iş üzrə 24 iyun 2022-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş in halları
1. Tərəflər Gəncə şəhəri, Kəpəz rayonu ərazisində yerləşən qonşu torpaq sahələrinə sahibik edirlər. Onlar arasında hasarla bağlı baş vermiş münaqişə ilə əlaqədar Cavabdeh4 Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 3(043)-390/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərarına əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı (özgənin əmlakını qəsdən məhv etmə və ya zədələmə) törətməkdə təqsirli bilinərək, vurulmuş ziyanın bir misli miqdarında - 500 manat məbləğində cərimə edilmişdir.
2. Qərarda qeyd olunmuşdur ki, cavabdehin qeyd olunan inzibati xətanı (İddiaçı məxsus 15 metr uzunluğu olan 1 metr hündürlüyündə daş hasarı uçuraraq, ona 500 manat dəyərində maddi ziyan vurması) törətməsi özünün etirafedici izahatı ilə yanaşı zərərçəkmiş şəxsin izahatı, inzibati xəta haqqında protokol və işin digər materialları ilə sübuta yetirilir.
3. Gəncə Apellyasiya Məhkəməsi Cinayət Kollegiyasının 3(104)-267/2021 nömrəli, 15 iyul 2021-ci il tarixli qərarı ilə birinci instansiya məhkəməsinin qeyd olunan qərarı dəyişdirilmədən saxlanılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsindəki icraat
4. İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin ondan və ailə üzvlərindən şərəf və ləyaqətlərini alçaltıqlarına görə hadisəyə şahid olmuş şəxslərin yanında üzr istəmələri, cavabdehlərdən ona vurulmuş maddi zərərə görə 5400 manatın və mənəvi zərərə görə 5000 manatın, həmçinin ödənilmiş 30 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddia onunla əsaslandırılmışdır ki, Gəncə şəhəri, Kəpəz rayonu Əllərin dairəsi deyilən ərazidə iddiaçının mərhum atası İsmayıl İbrahimova məxsus 80 sot torpaq sahəsi əvvəllər dəmir hasarla hasarlanmış, 2019-cu ilin may ayından etibarən iddiaçı dəmir hasarı söküb, torpaq sahəsini daş hasara almaq qərarına gəlmiş, həmin vaxt qonşu torpaq sahəsində yaşayan cavabdehlərlə aralarında mübahisələr başlamışdır. Belə ki, cavabdehlər iddia etmişlər ki, guya daş hasar çəkildiyi təqdirdə onların avtomobil yolu bağlanır. İddiaçı dəfələrlə orada avtomobil yolu nəzərdə tutulmadığını izah etməyə çalışsa da, bu məsələ ilə əlaqədar dəfələrlə aralarında mübahisələr yaranmış və polisə müraciət etmişlər. 2019-cu ilin may ayından etibarən torpaq sahəsində tikdiyi 57 metr uzunluğunda hasarın 34 metri ni cavabdehlər sökmüş, sonuncu dəfə xx.xx.2021-ci il tarixdə yenidən aralarında mübahisə yaranmış, cavabdehlər üzərlərinə hücum çəkib onu və ailə üzvlərini söyüb təhqir etmiş, inşa etdiyi 15 metr uzunluğu və 1 metr hündürlüyü olan daş hasarı uçuraraq ona zərər vurmuşlar. Bununla yanaşı, cavabdehlər kanalizasiyanı birbaşa onun torpaq sahəsinə axıtmaqla, ev quşlarını onun həyətinə buraxmaqla təsərrüfatına ziyan vurmuşlar. Ümumilikdə cavabdehlərin ona vurduqları maddi zərər belədir: hasarın sökülməsi nəticəsində - 3000 manat; torpaq sahəsinin kanalizasiya axıtmaqla korlanması nəticəsində - 2000 manat; ev quşlarının məhv edilməsi nəticəsində - 400 manat. Bundan başqa cavabdehlər onu və ailə üzvlərini (anası, bacısı, qardaşını) söyüb təhqir etməklə, hədələməklə ona mənəvi zərər vurmuşlar. Belə ki, hər dəfə dava-dalaş düşəndə anası həyəcan keçirmiş, cavabdehlər onu və qardaşını anasının yanında döymüşlər və yalnız təcili tibbi yardım çağırıb tibbi yardım göstərildikdən sonra anası özünə gəlmişdir. Cavabdehlər tərəfindən ona vurulmuş mənəvi zərəri 5000 manat məbləğində dəyərləndirir.
6. Cavabdehlər məhkəmə iclasında verdikləri eyni məzmunlu izahatlarında iddiaya etiraz edərək, bildirmişlər ki, iddiaçı onlarını evini hasara almış, bununla bağlı polisə şikayətləri əsasında mübahisəli yerə baxış keçirilmiş, hasarın qanunsuz olduğu, onu sökmələrinin heç bir məsuliyyət yaratmadığı bildirilmişdir. Həyətə gediş-gəlişi başqa cür təmin etmək mümkün olmadığından Cavabdeh4 öz yollarını açmaq üçün hasarın bir hissəsini uçurtmuşdur. Digər tərəfdən, orada heç vaxt kanalizasiya xətti olmamışdı r, kanalizasiya suyu həmişə axdığı yerdən axır. Bir müddət əvvəl həmin sahəyə yeraltı kanalizasiya xətti çəkmişlər. İddiaçı torpaq sahəsinə zərər vurulduğunu desə də, həmin sahəyə dair heç bir sənədi yoxdur. Bundan başqa, onlar iddiaçının ev quşlarına zərər vurmamış, iddiaçını və ailə üzvlərini təhqir etməmişlər. Əksinə iddiaçı onları təhqir etmişdir.
7. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-161/2022 nömrəli, 31 yanvar 2022-ci il tarixli qətnaməsi ilə (hakim Tural Qocayev) iddia qismən təmin edilərək, Cavabdeh4 iddiaçı tərəfindən inşa edilmiş hasarın uçurulması nəticəsində vurulmuş zərərin əvəzi qismində 500 manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 2 manat tutularaq iddiaçıya ödənilməsi, iddianın qalan hissədə rədd olunması qət edilmişdir.
8. Birinci instansiya məhkəməsi g əldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, iddiaçı hasarın Cavabdeh4 tərəfindən uçurulmasından başqa iddiasının əsası kimi təqdim etdiyi halları təsdiq edən heç bir sübut təqdim etməmişdir. Kanalizasiya sularının onun torpaq sahəsinə axıdılmasını, eləcə də ev quşlarını onun həyətinə buraxmaqla onun təsərrüfatına ziyan vurulmasını, cavabdehlər tərəfindən ev quşlarının məhv edildiyni iddia etsə də, nə torpaq sahəsinin özünün mülkiyyətində və ya qanuni sahibliyində olması, nə də qeyd edilən halların baş verməsini təsdiq edən hər hansı sübut təqdim etməmişdir.
9. Bundan başqa, iddiaçı cavabdehlərin onu təhqir edərək şərəf və ləyaqətini alçaltdıqlarını bildirsə də, təqdim etdiyi video diskə məhkəmə iclasında baxış zamanı aşkar edilmişdir ki, diskdə fərqli vaxtlarda çəkilmiş videogörüntülər vardı r. Həmin görüntülərdə tərəflərin torpaq sahələrinin arasında çəkilmiş hasarla bağlı mübahisə etdikləri, Cavabdeh4 hasarın bir hissəsini uçurduğu görünür, lakin cavabdehlərin iddiaçını təhqir etməsi müəyyən olunmur.
10. Beləliklə, həm təqdim edilmiş görüntülərdən, həm də inzibati xəta haqqında iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarından Cavabdeh4 iddiaçı tərəfindən inşa edilmiş hasarı uçurmaqla ona 500 manat məbəğində maddi ziyan vurması öz təsdiqini tapır. İddianın qalan hissələri isə məhkəmə iclasında tədqiq edilmiş sübutlarla təsdiq olunmur.
11. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 1096.1, 1097.1-ci maddələrinə, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 4-cü maddəsinin 1-ci hissəsi, 67-ci maddəsinin 1-ci və 4-cü hissələrinə və Azərbaycan Resp ublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 106.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
12. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın tam təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
13. Şikayət onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinə təqdim etdiyi video diskdə cavabdehlərin bütün qanunsuz hərəkətlərinin görünməsinə, işlətdikləri təhqiredici ifadələrin açıq-aydın eşidilməsinə, hətta cavabdehlərin hakim qarşısında da onu təhqir etməsinə, hədələməsinə baxmayaraq, məhkəmə bu hissədə iddianı rədd edərkən iddiaçı tərəfindən heç bir sübut təqdim olunmamasına istinad etmişdir. Bundan başqa, məhkəmə torpaq sahəsinin onun mü lkiyyətində və ya qanuni sahibliyində olmasını təsdiq edən sübut təqdim etmədiyini bildirsə də, torpaq sahəsi 1977-ci ildə atası İsmayıl İbrahimovun qanuni istifadəsinə verilmiş və bu barədə sənədin surəti məhkəməyə təqdim edilmişdir. Atası vəfat etdikdən sonra isə torpaq sahəsi anasının, onun və qardaşının daimi istifadəsində olmuşdur. Torpaq sahəsinin onun istifadəsində olması əvvəlki məhkəmə qərarları ilə də təsdiq olunur. Həmçinin, məhkəmə dövlət rüsumunun tərəflər arasında böülnməsi hissəsində də düzgün nəticəyə gəlməmişdir. Belə ki, məhkəməyə müraciət etmək üçün real olaraq 120 manat dövlət rüsumu ödəmişdir. Məhkəməyə müraciət etməsində cavabdehlər təqsirkar olduğu üçün dövlət rüsumu onlardan tam tutulmalıdır.
14. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – A.Hüseynz adə (sədrlik edən və məruzəçi), L.Süleymanov və İ.Həsənov) 2(104)-1386/2022 nömrəli, 24 iyun 2022-ci il tarixli qətnaməsi ilə iddiaçı və Cavabdeh4 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlamılmışdır.
15. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşaraq, apellyasiya şikayətinin dəlillərinə münasibətdə vurğulamışdır ki, məhkəmə kollegiyası tərəfindən iddiaçı tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilmiş video diskdə olan görüntülər araşdırılmışdır. Birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, həmin görüntüərdə iddiaçının cavabdehlərlə hasarın uçurulması ilə bağlı sözlü mübahisəsinin olması görünür. Digər tərəfdən, iddia çı həmin mübahisə zamanı konkret olaraq hansı ifadələrin onun şərəf və ləyaqətini ləkələdiyini iddia ərizəsində, həmçinin apellyasiya şikayətində göstərməmişdir.
16. Bundan başqa, qanuni qüvvəyə minmiş Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 3(043)-390/2021 saylı qərarı ilə Cavabdeh4 iddiaçının inşa etdiyi hasarı uçurmaqla ona 500 manat məbləğində ziyan vurması təsdiq olunur ki, buna görə cavabdeh öz hərəkətləri ilə iddiaçıya ziyan vurmaqla yanaşı, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı da törətdiyi üçün vurulmuş ziyanın bir misli miqdarında, yəni 500 manat məbləğində cərimə edilmişdir. Bu mənada, Kollegiya iddiaçının 3000 manat ziyan çəkməsi ilə bağlı apellyasiya şikayətinin dəlilini də əsassız hes ab etmişdir.
17. Həmçinin, birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, iddiaçı cavabdehlərin onun torpaq sahəsinə kanalizasiya sularını axıtmaqla, ev quşlarını onun həyətinə buraxmaqla təsərrüfatına 2000 manat, onun ev quşlarını məhv edərək isə 400 manat maddi ziyan vurduğunu iddia etsə də, bunu təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Buna görə də, iddia qeyd edilən hissədə təmin edilməməlidir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
18. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, işin yeni apellyasiya baxışına qaytarılmasını xahiş etmişdir.
19. Şikayət belə əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi cavabdehlərin qanunsuz hərəkə tlərini əks etdirən video diskləri qəbul etmədiyindən həmin diskləri apellyasiya baxışında təqdim edərək, məhkəmə baxışında tədqiq edilməsini xahiş etmiş, lakin apellyasiya məhkəməsi də video görüntüləri tədqiq etməmişdir. Cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində ona dəymiş maddi zərərin miqdarını müəyyənləşdirmək üçün məhkəmə tikinti-texniki ekspertizasının təyin edilməsi barədə vəsatəti də əsassız olaraq təmin edilməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
20. Cavabdehlər kassasiya şikayətinə qarşı etiraz təqdim edərək, şikayətinin dəlillərinin əsassız olduğunu, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunduğunu bildirmişlər. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
21. Maddə 21.1. Zərə rin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
22. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
23. Maddə 23.1. Fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi və ailə toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, h əmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin.
24. Maddə 23.2. Əgər fiziki şəxsin şərəfini, ləyaqətini, işgüzar nüfuzunu ləkələyən və ya şəxsi və ailə həyatının sirrinə qəsd edən məlumatlar kütləvi informasiya vasitələrində yayılmışdırsa, həmin kütləvi informasiya vasitələrində də təkzib edilməlidir. Əgər göstərilən məlumatlar rəsmi sənədə daxil edilmişdirsə, həmin sənəd dəyişdirilməli və bu barədə marağı olan şəxslərə məlumat verilməlidir. Digər hallarda təkzib qaydasını məhkəmə müəyyənləşdirir.
25. Maddə 23.4. Şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatlar yayılmış fiziki şəxsin həmin məlumatların təkzibi ilə yanaşı, onların yayılması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır.
26. Maddə 1096.1. Mülki hü quq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
27. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında" 14 may 1999-cu il tarixli 4 saylı Qərarı:
28. Bənd
6. Məhkəmələr şərəf və ləyaqətin müdafiəsi barədə işlərə baxarkən üç halı aydınlaşdırmalı və onlara məcmu halında hüquqi qiymət verməlidir: məlumatın vətəndaşların və təşkilatların şərəf və ləyaqətini ləkələməsi; həmin məlumatların doğru olmaması; bu məlumatların yayılması. Plenum izah etmişdir ki, məlumat əxlaqi prinsiplər, istehsal-təsərrüfat, xidmət və ictimai fəaliyyətlə əlaqədar cəmiyyət, kollektiv və yaxud ayrıayrı şəxslər arasında vətəndaş barəsində mənfi rəу yaradarsa, o, şərəf və ləyaqəti ləkələyən məlumat hesab edilir. Məlumatın doğru olmaması dedikdə isə onun həqiqətə uyğun olmaması, yəni yalan olması anlaşılır. Məlumat başqa şəxsə, bir neçə şəxsə və yaxud qeyri-müəyyən şəxslər dairəsinə bildirildikdə yayılmış hesab edilir (3-cü bənd). Başqasının şərəf və ləyaqətini ləkələyən məlumatların do ğruluğunu sübut etmək vəzifəsi iddiaçının deyil, cavabdehin üzərinə düşür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 31 may 2002-ci il tarixli Qərarı:
29. Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənə vi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Kassasiya baxışının hədləri
30. Məhkəmə kollegiyası, qətnaməni tərəfin mübahisələndirdiyi hissədə yoxlamışdır. Başqa sözlə, aşağıda aparılan hüquqi dəyərləndirmə kassasiya şikayətinin həddi və dəlilləri ilə bağlıdır.
31. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
32. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisələndirilən hissədə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olu nmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin həmin hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
33. Kassasiya şikayətinin dəlilləri apellyasiya şikayəti ilə eynilik təşkil etməklə qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən hüquqi qiymət verilmişdir.
34. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası a pellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
35. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
36. Qeyd olunanları nəzərə alaraq, Kollegioya belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
37. Göstərilənlərə əsasən, MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Gəncə Ape llyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-1386/2022 nömrəli iş üzrə 24 iyun 2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.