Məhkəmə qərarları › İş №2(102)-5638/2020

Ali Məhkəmə Qərardad — İş №2(102)-5638/2020

06.10.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-5638/2020 06.10.2020 ALİ MƏHKƏMƏ QƏRARDAD Ali Məhkəmənin hakimi Quliyev Gündüz Ağababa oğlu Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 25 avqust 2020-ci il tarixli qərardadından İddiaçı verdiyi kassasiya şikayətini nəzərdən keçirərək Müəyyən etdim: Sumqayıt Şəhər Məhkəməsinin 16 yanvar 2020-ci il tarixli qətnaməsi ilə (hakim E.A.Abdullayev; iş № 2(060)-52/2020) İddiaçı iddiası rədd edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 04 iyun 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər T.Q.Məmmədov, Ş.R.Abasov, S.A.Qafari; iş № 2(105)-1406/2020, iddiaçının şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 11 avqust 2020-ci il tarixli qəra rdadı ilə iddiaçının kassasiya şikayəti verilməsi üçün dövlət büdcəsi hesabına vəkillə təmin olunmasına dair ərizəsi rədd edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 25 avqust 2020-ci il tarixli qərardadı ilə həmin qərardaddan iddiaçının verdiyi kassasiya şikayəti geri qaytarılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402-ci maddəsinə əsasən, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən,apellyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Həmin maddənin məzmunundan göründüyü kimi, kassasiya şikayətinin qaytarıl ması barədə qərardadlar o halda kassasiya baxışının predmeti ola bilər ki, kassasiya şikayəti verilmiş məhkəmə aktının kassasiya qaydasında mübahisələndirilməsi imkanı nəzərdə tutulsun. Hazırki kassasiya şikayəti iddiaçının kassasiya şikayəti verilməsi üçün dövlət büdcəsi hesabına vəkillə təmin olunma barədə ərizəsinin rədd edilməsi barədə qərardaddan verilmiş kassasiya şikayətinin qaytarılması barədə qərardaddan verilmişdir. Yuxarıda qeyd edildiyi kimi, Mülki Prosessual Məcəllədə kassasiya şikayəti verilməsi üçün dövlət büdcəsi hesabına vəkillə təmin olunma barədə qərardadın kassasiya qaydasında mübahisələndirilməsi nəzərdə tutulmadığından, həmin qərardaddan verilmiş kassasiya şikayətinin geri qaytarılması barədə qərardaddan kassasiya şikayəti verilə bilməz. Şərh edilənlərə əsasən və Azər baycan Respublikası MPM-nin 402-ci maddəsini rəhbər tutaraq Qərara aldım: Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 25 avqust 2020-ci il tarixli qərardadından İddiaçı verdiyi kassasiya şikayəti icraata qəbul edilmədən Sumqayıt Apellyasiya Məhkəməsinə qaytarılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar