Məhkəmə qərarları › İş №2(102)-5638/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-5638/2021

26.10.2021 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5638/2021 26.10.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ iş № 2(102)-5638/21 Bakı şəhəri, 26 oktyabr 2021-ci il Hakimlər Xəlilov İsmayıl Kamil oğlu (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi, Kassator Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsindən istifadəyə yaranmış maneənin aradan qaldırılması tələbinə dair” Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)7905/2021 nömrəli, 22 iyul 2021-ci il tarixli qərardadından Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin b inasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları İddiaçı ilə Cavabdeh 06 fevral 2017-ci ildə ailə qurmuş, birgə nikahlarından 08 avqust 2018-ci il tarixdə X1 adlı uşaqları anadan olmuşdur. Pirallahı Rayon Məhkəməsinin 2(094)-380/2018 saylı, 09 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə İddiaçı iddiası təmin edilmiş, onun ünvan 1 ünvanına köçürülməsi qət edilmişdir. ünvan 2var 2020-ci il tarixli qətnaməsi ilə tərəflər arasındakı nikah pozulmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İşin halları

1. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən yaşayış sahəsindən istifadəsinə cavabdeh tərəfindən yaradılmış maneənin aradan qaldırılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh məhkəmə qətnaməsi ilə sözügedən ünvana köçürülən iddiaçının həmin mənzildə yaşamasına müxtəlif maneələr yaradaraq, iddiaçıya hədə-qorxu gəlir, ona məxsus cehiz əşyalarına zərər vurur. Buna görə də, mənzilin ümumi açarı, cehiz əşyalar yerləşən otağın açarı ona verilməlidir.

3. Pirallahı Rayon Məhkəməsinin 2(094)-214/2021 saylı, 22 iyun 2021-ci il tariхli qətnaməsi ilə (sədrlik edən hakim T.Mahmudov) iddia təmin edilərək ünvan 1 ünvanında yerləşən yaşayış sahəsindən İddiaçı istifadəsinə yaranmış maneənin aradan qaldırıması qət olunmuşdur.

4. Məhkəmə iş materiallarında olan Pirallahı Rayon Məhkəməsinin 2(094)380/2018 saylı, 09 oktyabr 2018-ci il tarixli qətnaməsini rəhbər tutaraq, iddia tələbinin qanuni və əsaslı olduğu nə ticəsinə gəlmişdir.

5. Cavabdeh apellyasiya şikayəti vermişdir. Apellyasiya instansiyası məhkəməsindəki icraat

6. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-7905/2021 saylı, 22 iyul 2021-ci il tarixli qərardadı ilə (sədrlik edən hakim E.Həsənov) cavabdeh tərəfindən verilmiş şikayət qeyri-mümkun hesab edilərək mülki işin Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır.

7. Qərardad onunla əsaslandırılmışdır ki, cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsini düzgün hesab etməməyin əsaslarını, hansı maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilmədiyini göstərməmiş, işin bəzi halları sadalanmaqla kifayətlənmişdir.

8. Qərardad Mülki Prosessual Məcəllənin 361, 364, 366.2-ci maddələrinə istinad etməklə əsaslandırılmışdır. Kassasiya şikayət inin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

9. Kassator Cavabdeh apellyasiya məhkəməsinin qərardadından kassasiya şikayəti verərək, qərardadın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

10. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya şikayəti Mülki Prosessual Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğun tərtib edilmiş, apellyasiya instansiya məhkəməsi tərəfindən işin hallarına düzgün qiymət verilməmiş, nəticədə cavabdehin hüquqları pozulmuşdur. c) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

11. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları

12. Cavabdeh məhkəmə iclasına vəkilsiz gəlmiş, Azərbaycan Respublikası MPM-nin 67-ci maddəsi nə əsasən vəkilsiz iştirak etdiyi üçün məhkəmə iclasında izahatı alınmamışdır.

13. İddiaçı məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmiş, məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

14. Maddə 361.1.5. Bu Məcəllə ilə müəyyən edilmiş formada verilən apellyasiya şikayətində şikayət verən şəxsin məhkəmə aktını düzgün hesab etmədiyi konkret əsaslar göstərilməlidir.

15. Maddə 361.1.6. Bu Məcəllə ilə müəyyən edilmiş formada verilən apellyasiya şikayətində şikayət verən şəxsin istinad etdiyi konkret fakt və hallar, habelə onları təsdiq edən sübutlar göstərilməlidir.

16. Maddə 363.1.1-1. Apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə, geri qaytarılır.

17. Maddə 366.2. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər.

18. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

19. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, ara şdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

20. İş materiallarından görünür ki, cavabdeh apellyasiya şikayətində hansı maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilmədiyini göstərməmiş, işin bəzi hallarını sadalamaqla kifayətlənmiş, bununla da, Mülki Prosessual Məcəllənin tələblərini pozmuşdur.

21. Odur ki, Apellyasiya Məhkəməsi haqlı olaraq hesab etmişdir ki, apellyasiya şikayəti geri qaytarılmalıdır.

22. Qeyd olunanları nəzərə alaraq Kollegiya belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.

23. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-7905/2021 nömrəli, 22 iyul 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: İsmayıl Xəlilov Hakimlər: Ələsgər Əliyev Mehparə Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar