Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-564/2023 01.02.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh Balahüseyn qızına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: maddi və mənəvi zərərin ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu, (məruzəçi) Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı Cavabdeh Balahüseyn qızına qarşı “maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-1684/2022 nömrəli, 18 avqust 2022-ci il tarixli qətnaməsindən İddiaçı kassasiya şikayətinə 01 fevral 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yaz ılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. X11 və Abbasova (Əsədova) Pərvanə Seyfəddin qızı 20 aprel 2005-ci il tarixdə nikaha qeydiyyatından keçməklə ailə qurmuşlar.
2. X11 17 oktyabr 2010-cu il tarixdə Şirvan şəhərində vəfat etmişdir.
3. Əli-Bayramlı şəhər XDS İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli 12 nömrəli qərarına əsasən Cavabdeh Balahüseyn qızına Əli-Bayramlı şəhərində Heyranxanım küçəsi 11 nömrəli sahədə 6 sot torpaq sahəsinin ayrılması, həmin sahədə yaşayış sahəsi 90 kv.metr yardımçı sahəsi 35 kv.metr və eyvan hissəsi 18 kv.metr olan fərdi yaşayış evi tikmək üçün icazə verilmişdir. 4. 24 avqust 2005-ci il tarixli qəbzə əsasən, Atakişiyeva X2 şəhəri Heyranxanım küçəsi, 11 ünvanda yerləşən 0,06 ha torpaq sahəsi üçün X4 800 ABŞ dolları almışdır.
5. Şirvan Şəhər Məhkəməsinin 09 iyun 2016-cı il tarixli, 2(032)-1454/2016 saylı qətnaməsi ilə iddiaçı Cavabdeh Balahüseyn qızının cavabdeh X5 qarşı ünvan 2 ünvanda yerləşən torpaq sahəsindən cavabdehin çıxarılması, cavabdeh tərəfindən aparılmış tikintilərin cavabdehin hesabına sökülməsi və torpağın boşaldılaraq ona təhvil verilməsi tələbinə dair iddiası rədd edilmişdir.
6. Şirvan Apellyasiya Məhkəməsinin 25 sentyabr 2018 il tarixli, 2(106)-32/2018 saylı qətnaməsi ilə iddiaçı Cavabdeh Balahüseyn qızının apellyasiya şikayəti təmin edilmiş, Şirvan Şəhər Məhkəməsinin 09 iyun 2016-cı il tarixli, 2(032)-1454/2016 saylı qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia tələbi təmin edilmiş, cavabdeh X3 ünvan 3 ünvanda yerləşən torpaq sahəsindən çıxarılması, cavabdeh tərəfindən a parılmış tikintilərin cavabdehin hesabına sökülməsi və torpaq sahəsinin boşaldılaraq iddiaçı Cavabdeh Balahüseyn qızına təhvil verilməsi qət edilmişdir.
7. Şirvan Şəhər Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(032)-3218/2017 saylı qətnaməsi ilə iddiaçı Cavabdeh Balahüseyn qızının cavabdehlər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Ərazi İdarəsi, Şirvan şəhər Notariat Kontoru, X5 və İddiaçı qarşı dövlət reyestrindən çıxarışların və bağışlama müqaviləsinin ləğv edilməsi barədə iddia ərizəsi təmin edilmiş, cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr xidmətinin 13 saylı Ərazi İdarəsi tərəfindən İddiaçı adına verilmiş RX seriyalı ******* nömrəli çıxarış, el əcədə X7 ilə cavabdeh İddiaçı arasında bağlanmış 14 iyul 2016-cı il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsi, həmin müqavilə üzrə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr xidmətinin 13 saylı Ərazi İdarəsi tərəfindən İddiaçı adına verilmiş RX seriyalı ******* nömrəli çıxarış ləğv edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(106)-753/2018 saylı qətnaməsi ilə Şirvan Şəhər Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(032)-3218/2017 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
8. Şirvan Şəhər Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(032)-1589/2018 saylı qətnaməsi ilə iddiaçı Cavabdeh Balahüseyn qızının cavabdeh İddiaçı qarşı torpaq sahəsindən çıxarılma, mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddi ası qismən təmin edilərək, cavabdeh İddiaçı Cavabdeh Balahüseyn qızına Əli Bayramlı şəhər XDS İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli 349 nömrəli qərarına əsasən Şirvan şəhəri, Heyranxanım küçəsi, 11 nömrəli sahədə ayrılmış torpaq sahəsindən çıxarılması qət edilmiş, Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(106)- 977/2019 saylı qətnaməsi ilə cavabdeh İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, Şirvan şəhər Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(032)-1589/2018 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
9. Şirvan Şəhər Məhkəməsinin 17 aprel 2019-cu il tarixli 2(032)702/2019 saylı qətnaməsi ilə iddiaçı Əsədov Hüseyn Paşa oğlunun Cavabdeh Balahüseyn qızına qarşı torpaq sahəsinin alqı-satqısı barədə müqavilənin bağlanmış hesab edilməsi, pulun alınması, xüsusi qə rarın çıxarılması tələbinə dair iddiası təmin edilməmiş, Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(106)2576/2019 saylı qətnaməsi ilə iddiaçı Əsədov Hüseyn Paşa oğlunun apellyasiya şikayəti təmin edilməmiş, Şirvan Şəhər Məhkəməsinin 17 aprel 2019-cu il tarixli 2(032)-702/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
10. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2019-cu il tarixli 2(102)-7384/2019 saylı qərarı ilə iddiaçı Əsədov Hüseyn Paşa oğlunun kassasiya şikayəti təmin edilməmiş, Şirvan Apelyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(106) 2576/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
11. Qanun üzrə vərəsəlik hüququ haqqında 28 sentyabr 2012-ci il tarixli şəhadətnamənin surətinə əsasən İddiaçı, oğlu X12 və qızı X9 17 oktyabr 2010-cu ildə vəfat etmiş X6 vərəsələridir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
12. İddiaçı (bundan sonra “iddiaçı”) iddia ərizəsi (sonradan iddia ərizəsinə əlavə) ilə Şirvan Şəhər Məhkəməsinə müraciət edərək Cavabdeh Balahüseyn qızı (bundan sonra – cavabdeh) ilə iddiaçının mərhum əri X11 arasında olmuş razılaşma əsasında Şirvan şəhəri, Heyranxanım küçəsi, 11 ünvanında yerləşən ümumi sahəsi 600 kv.metr olan torpaq sahəsinin alqı-satqısına görə X11 tərəfindən cavabdehə verilmiş 800 (səkkiz yüz) ABŞ dollarının ötən 16 illik müddətə münasibətdə indeksləşdirilməklə ödəniləcək günə manat məzənnəsi ilə geri alınması, torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evinin dəyəri olaraq 55000 (əlli beş min) manat məbləğində pulun, cavabdehin yol verdiyi haqs ızlıqlar səbəbindən keçirdiyi iztirablar nəticəsində 50000 (əlli min) manat dəyərləndirilməklə mənəvi zərərin əvəzinin və dövlət rüsumu olaraq ödədiyi 30 manatın cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
13. İddia tələbi belə əsaslandırılmışdır ki, 17 oktyabr 2010-cu il tarixdə qan dövranı çatışmazlığından vəfat etmiş əri X11 ilə cavabdeh arasında 2005-ci ilin ortalarında (yazılı sənədlərdə 24 avqust 2005-ci il tarixi göstərilir) razılaşma olmuş və həmin razılaşmaya əsasən cavabdeh Əli Bayramlı (indiki Şirvan) X10 (XDS) İcraiyyə Komitəsinin (İK) 30 sentyabr 1991-ci il tarixli, 349 saylı qərarı ilə ona ayrılmış ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 600 kv.metr olan torpaq sahəsini özünün razılaşdığı qiymətə yəni, 800 (səkkiz yüz) ABŞ dollarına satm ışdır. Həmin vaxt torpaq sahəsi dövlət reyestrində qeydiyyatdan keçmədiyi üçün və XDS-nin qərarı ilə alqı-satqı əməliyyatının aparılması mümkün olmadığı üçün cavabdehlə notariat qaydasında alqı-satqı müqaviləsinin bağlanılması mümkün olmamışdır. Lakin cavabdeh bu razılaşmaya dair öz imzası ilə təsdiq etdiyi yazılı sənədlərini də onlara verib.
14. Cavabdeh həmin yazılı sənədlərdən (əqdlərdən) birini də Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə ünvanlayaraq, göstərib ki, ünvan 5da yerləşən, fərdi ev tikmək üçün ona ayrılmış, ümumi sahəsi 600 kv.metr olan torpaq sahəsində özünün ev tikmək imkanı yoxdur, bu səbəbdən həmin torpaq sahəsinin X6 adına özəlləşdirilsinməsini xahiş edib və adına verilmiş sənədləri ərizəsinə əlavə edib.
15. Cavabdeh digər yazılı əqddə (rus dilində) X8 münasibətdə bildir ib ki, “o, ünvan 5da yerləşən, fərdi ev tikmək üçün ona ayrılmış, ümumi sayəsi 600 kv.metr olan torpaq sahəsində işsiz olduğundan 10 ildir ki, ev tikmək imkanı olmadığı üçün X1 (verir) və bunun müqabilində də ondan 800 (səkkiz yüz) ABŞ dolları alır”. Həmin yazılı ərizədə cavabdehin aldığı pul əskinaslarının nömrələri də qeyd olunub və sonda da cavabdeh öz imzası ilə həmin yazılı əqdi təsdiq edib.
16. Cavabdehlə sözügedən torpaq sahəsinin alqı-satqısına yazılı razılaşmadan sonra onlar həmin torpaq sahəsində fərdi evin tikintisini aparmış və tikinti başa çatdıqdan sonra ora köçüb həmin evə daimi pasport qeydiyyatına alınmaqla yaşamış və hazırda da ailəliklə yaşayırlar.
17. İddiaçının ərinin vəfatından sonra cavabdeh müxtəlif bəhanələrlə torpaq sahəsinin adlarına sənədləşdirilməsi üçün müva fiq işlərin (torpağı ada keçirmək, alqı-satqı əməliyyatına sənədləri hazırlamaq və sair) görülməsini gecikdirdiyindən və onlara da bu işləri görə bilmələri üçün etibarnamə vermədiyindən torpaq sahəsini sənədləşdirmək mümkün olmayıb. Həmin dövrdə iddiaçının valideynləri mövcud vəziyyətlə əlaqədar İcra Hakimiyyətinə müraciət edərək əldə olan sənədləri və cavabdehin şəxsi imzası ilə onlarda olan ərizələrini təqdim edib torpaq sahəsinin adlarına özəlləşdirilməsində onlara kömək göstərilməsini xahiş etmişlər. İcra Hakimiyyəti tərəfindən də onlara köməklik olaraq, torpaq sahəsinin iddiaçının anasının adına ayrılması barədə sərəncam verilmişdir. Həmin sərəncam əsasında da sonradan torpaq sahəsi üzərindəki tikili iddiaçının anasının adına dövlət reyestrində qeydiyyata alınmışıdır.
18. Bundan sonra iddiaçının anası X7 bağışlama müqaviləsi əsasında həmin torpaq sahəsini üzərindəki tikili ilə birlikdə iddiaçının adına keçirmişdir.
19. Bütün bu göstərilənlər həyata keçdikdən sonra cavabdeh iddiaçının anasına qarşı müxtəlif iddialarla inzibati və ümumi məhkəmələrdə mübahisələr qaldırmış və həmin mübahisələr üzrə qəbul edilmiş məhkəmə qərarları ilə torpaq sahəsinə dair anasının adına verilmiş sərəncam ləğv edilmiş, eləcə də dövlət reyestrində adına aparılmış qeydiyyatlar silinmişdir.
20. Cavabdehin iddiaçının anasına qarşı “torpaq sahəsinin boşaldılaraq ona qaytarılması və sair tələblərinə dair” iddiası Şirvan Şəhər Məhkəməsinin 09 iyun 2016-cı il tarixli, 2(032)-1454/2016 saylı qətnaməsi ilə təmin edilməsə də, cavabdehin apellyasiya şikayəti əsasında Şirvan Apellyasiya Məhkəməsinin 2(10 6)-32/2018 saylı, 25 sentyabr 2018 ci il tarixli qətnaməsi ilə Şirvan şəhər Məhkəməsinin 09 iyun 2016-cı il tarixli, 2(032) 1454/2016 saylı qətnaməsi ləğv edilmiş həmin iş üzrə cavabdeh olan iddiaçının anasının sözügedən torpaq sahəsindən çıxarılması və torpaq sahəsinin anası tərəfindən boşaldılaraq cavabdehə təhvil verilməsi qət edilmişdir.
21. Həmin mübahisəli məsələyə məhkəmədə baxılarkən məhkəmənin müəyyən etdiyi hallardan biri məhz cavabdehin özünün etirafıdır. Bu barədə məhkəmə qətnaməsində bildirilir ki, “iddiaçı Cavabdeh Balahüseyn qızı iddianı müdafiə edərək izahatında qeyd etmişdir ki, ayrılmış torpaq sahəsində tikinti işləri aparmağa imkanı olmadığından vətəndaş X8 800 ABŞ dollara satmış, lakin indiki zamanda səhvə yol verdiyini anlamışdır və odur ki, torpağını geri qaytarmaq fi krindədir.”
22. Cavabdehin onlara satdığı torpağı geri istəməsi və onun bu istəyinə məhkəmələrin haqq qazandırması iddiaçıya hüquq verir ki, torpaq sahəsinin alınmasına görə cavabdehə verdikləri pulları, həmin torpaqda tikilmiş evin tikinti xərclərinin əvəzini, eləcə də bütün dəymiş maddi və mənəvi zərəri cavabdehdən tələb etsin.
23. Tələb hüququna gəldikdə, yəni subyektiv hüququn olması baxımından, əvvəla iddiaçı cavabdehə pulu verən tərəf kimi iştirak etmiş, eləcə də iddiaçı cavabdehlə birbaşa müqavilə tərəfi olan şəxsin, yəni vəfat etmiş X6 arvadıdır.
24. Bundan başqa iddiaçı cavabdehə verilən pulun, aparılmış tikinti xərclərinin 1/2 hissəsinin birbaşa mülkiyyətçisidir. Belə ki, həmin məbləğlər nikah dövrü əldə olunan pullardır ki, qanuna görə həmin nikah dövrü qazanılmış pulların ən az ından 1/2 hissəsi iddiaçının payına düşür. Qəbul edilmiş qətnamələrlə də müəyyən olunub ki, cavabdeh torpağı məhz onlara 800 ABŞ dollarına satmışdır. Eləcə də cavabdehin öz əli ilə yazdığı qəbzlərdə onun qeyd olunan torpaq sahəsini onlara 800 ABŞ dollarına satması təsdiq olunur. Deməli, cavabdeh torpağı geri tələb edirsə, belə olan halda onlardan aldığı 800 ABŞ dolları da indeksləşdirilməklə cavabdehdən alınıb onlara verilməlidir.
25. Eləcə də həmin torpaqda inşa edilmiş ev cavabdehlə razılaşmadan sonra tikildiyindən və həmin torpaqda yerləşdiyindən evin bu günkü bazar qiymətinə uyğun dəyəri də cavabdehdən alınıb onlara qaytarılmalıdır.
26. İddiaçı iddia tələbinin hüquqi əsası kimi Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə istinad etmişdir.
27. İddiaçının birinci instansiya məhkəməsi nə təqdim etdiyi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Şirvan Ərazi İdarəsinin 21 yanvar 2022-ci il tarixli 01/15227 Arayışına əsasən ünvan 6 evin həmin tarixə real bazar dəyəri 55000 manatdır.
28. Cavabdeh birinci instansiya məhkəməsinin iclasında iştirak etməmişdir.
29. Şirvan Şəhər Məhkəməsinin 2(032)-49/2022 nömrəli 10 fevral 2022-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh Balahüseyn qızından 800 ABŞ dolları məbləğində pulun qətnamənin icra olunduğu günə olan Azərbaycan Respublikası manatının Azərbaycan Respublikası Mərkəzi Bankının məzənnəsi hesablanaraq alınıb İddiaçı verilməsi qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir. (hakim E.Vəkil)
30. Birinci instansiya məhkəməsi iş materiallarına əsasən hesab etmişdir ki, Cavabdeh Balahüseyn qızı t ərəfindən X4 24 avqust 2005-ci il tarixdə 800 ABŞ dolları məbləğində pul alması təsdiq olunur. Cavabdeh hüquqi əsas olmadan X6 hesabına 800 ABŞ dolları məbləğində pul əldə etdiyindən əsassız varlanan şəxs sayılmalı, ona görə də vəfat etmiş X6 arvadı olan iddiaçı 800 ABŞ dolları məbləğində pulun qaytarılması tələbini irəli sürmək hüququna malikdir.
31. Birinci instansiya məhkəməsi ödəniləcək 800 ABŞ dollarının indeksləşdirilməsi barədə iddia tələbinə münasibətdə Mülki Prosessual Məcəllənin 232.1-ci maddəsinə istinad etməklə göstərmişdir ki, prosessual qanunvericiliyin qeyd edilən normasına görə məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğinin müvafiq indeksasiyasını həyata keçirə bilər. Hazırkı işdə isə 800 ABŞ dolları məbləğində pulun qaytarılması barədə qətnamə çıxarılmamışdır ki, qətnamənin icrası zamanı qətnamədə qeyd edilmiş pul məbləği dəyərini ifadə etmədiyinə görə indeksləşdirmə tətbiq edilsin. Buna görə də ödəniləcək pulun indeksləşdirilməsi barədə iddia tələbi əsassızdır.
32. Torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evinin dəyəri olaraq 55000 (əlli beş min) manatın və mənəvi zərərin əvəzi olaraq 50000 (əlli min) manatın cavabdehdən tutulması barədə iddia tələbinə münasibətdə isə birinci instansiya məhkəməsi Mülki Məcəllənin 21.1 və 21.2-ci maddələrinə istinadən qeyd etmişdir ki, mülki qanunvericiliyin həmin maddələrinə görə hüququ pozulmuş şəxs hüququnu bərpa etmək üçün çəkdiyi və çəkməli olduğu xərcləri, real zərəri və əldən çıxış faydanı hüququ pozan şəxsdən tələb edə bilər.
33. Birinci instansiya məhkəməsi onu da vurğulayıb ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. ünvan 6 ünvanda yerləşən torpaq sahəsi ilə bağlı qəbul edilmiş qanuni qüvvədə olan məhkəmə aktları ilə İddiaçı həmin torpaq sahəsini özbaşına zəbt etdiyi üçün onun həm in torpaq sahəsindən çıxarılması, həmin torpaq sahəsində aparılmış tikintinin sökülməsi və iddiaçıya təhvil verilməsi, yəni torpaq sahəsinin əvvəlki vəziyyətə qaytarılması müəyyən edilmişdir.
34. Birinci instansiya məhkəməsi qeyd edib ki, Mülki Məcəllənin 1091.1, 1091.2 və 1092.1-ci maddələrinə istinadən göstərib ki, qeyd edilən nromaların tələbinə görə əsassız varlanma o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur.
35. Birinci instansiya məhkəməsinin mövqeyinə görə cavabdeh ünvan 7 ünvanda yerləşən torpaq sahəsində inşa edilmiş özbaşına tikili ilə bağlı mülki qanunvericiliyin prinsiplərinə görə mülki vəzifələr doğuran hərəkətlərə yol vermədiyindən, iddiaçının ona qarşı irəli sürülmüş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbi də təm in olunmamalıdır.
36. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllə 21.1, 21.2, 1091.1, 1091.2, 1092.1-ci, Mülki Prosessual Məcəllə 82.3, 121.1 və 232.1-ci maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
37. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın təmin edilməmiş hissəsində ləğv, iddianın həmin hissədə də təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
38. Apellyasiya şikayətinin dəlilləri: - birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozub. Qətnamə məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların araşdırılmaması və sübutlara obyektiv qiymət verilməməsi ilə qəbul edilmişdir; - cavabdehin iddia ərizəsində qeyd etdiyi hərəkə tləri nəticəsində iddiaçı uzun müddət baş vermiş məhkəmə proseslərindən əsəb gərginliyi keçirmiş, psixi xəstəliyə tutulmuşdur. İddiaçı “Şizofreniya əlamətləri olmadan kəskin polimartpsixotik pozuntu” xəstəlik diaqnozu ilə Şirvan mərkəzi xəstəxanasının ruhi-əsəb kabinetində qeydiyyatdadır, xəstənin tibbi kartasından çıxarışda xəstəliyinin yaranmasına əsas səbəb 2017-ci ildən yaranmış stresslərlə əlaqədar davranışında dəyişikliklər yarandığı qeyd edilmişdir; - inşa etdikləri fərdi yaşayış evinin real bazar dəyəri, xəstəlik sənədlərini məhkəməyə təqdim etsələr də, məhkəmə sübutlar hissəsində həmin sənədlərin mövcudluğunu qətnamədə qeyd etməmişdir; - məhkəmə Mülki Məcəllənin 560, 10971 və 1097.3-cü maddələrinin tələblərini pozmuşdur.
39. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(1 06)-1684/2022 nömrəli, 18 avqust 2022-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi iddiaçının apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Zeynal Zeynalov (sədrlik edən və məruzəçi), Tale Kərimov, Zaur Allahyarov)
40. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmış və apellyasiya şikayətinin dəlillərini araşdıraraq müəyyən etmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının ün tətbiq və təfsir edilməsi ilə qəbul edildiyindən qanuni və əsaslıdır, bu baxımdan məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların araşdırılmaması və sübutlara obyektiv qiymət verilməməsi ilə qətnamə qəbul edilmə si barədə dəlillər əsassızdır.
41. Apellyasiya instansiyası məhkəməsi iddiaçının stress keçirməsi ilə bağlı apellyasiya şikayətinin dəlilləri üzrə qeyd etmişdir ki, cavabdeh ünvan 6 ünvanda yerləşən torpaq sahəsində inşa edilmiş tikili ilə bağlı mülki qanunvericiliyin prinsiplərinə görə mülki vəzifələr doğuran hərəkətlərə yol vermədiyindən, iddiaçının cavabdehin hərəkətləri nəticəsində, uzun müddət baş vermiş məhkəmə proseslərindən əsəb gərginliyi keçirməsi, psixi xəstəliyə tutulması işin faktiki hallarına uyğun olmadığı üçün əsassızdır.
42. Apellyasiya instansiyası məhkəməsi təqdim edilən tibbi sənədləri digər sübutlarla əlaqəli şəkildə araşdırıb belə nəticəyə gəlib ki, bu sənədlər iddia tələbinin mənəvi zərərə görə pul tələbinin təmin edilməsi baxımından sübut növü kimi qəbul edilə bilmə z.
43. Apellyasiya instansiyası məhkəməsinin mövqeyinə görə iddiaçının inşa etdikləri fərdi yaşayış evinin real bazar dəyəri, həm də xəstəliyi barədə sənədləri məhkəməyə təqdim etsə də, məhkəmənin sübutlar hissəsində həmin sənədlərin mövcudluğunu qətnamədə qeyd etməməsi barədə dəlilləri də iddia tələbinin apellyasiya şikayəti həddində təmin edilməsi üçün əsaslı hesab edilə bilməz. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
44. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
45. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə baxılarkən işin həqiqi halları demə k olar ki, tamamilə araşdırılmamışdır. Apellyasiya instansiyası məhkəməsi iş üzrə tərəflərin qarşılıqlı münasibətlərini düzgün qiymətləndirməmiş, düzgün normaya istinad etməmiş və düzgün olmayan qətnamənin dəyişdirilmədən saxlanılması barədə qətnamə qəbul etmişdir. Belə ki, tikili qanunsuz olmayıb, tikiliyə cavabdehin razılığı olub. XDS İK-nin 30 sentyabr 1991-ci il tarixli sərəncamı təsdiq edir ki, torpaq sahəsində fərdi evin tikintisi özbaşına aparılmayıb. Tikintisi aparılan fərdi evin yerləşdiyi torpaq sahəsinin sənədi (XDSnin qərarı) tikilinin qanuni əsaslarla həyat keçirildiyini təsdiq edir. Cavabdehin özünün aidiyyəti qurumlara yazdığı ərizələrdə də bu fakt təsdiq olunur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
46. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq e dilən hüquq Mülki Məcəllə Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanan şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür v arlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar qalxmış əsasa söykənir.Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllə Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilir. Maddə 232.1. Tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq norm alarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.2. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya n əticələnə bilsin. Kassasiya baxışının hədləri
47. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir
48. Kassasiya şikayətində cavabdeh apellyasiya məhkəməsinin qətnaməsinin ləğvini xahiş etdiyndən məhkəmə kollegiyası qətnaməni tam yoxlayır. Məhkəımə kollegiyası onu da qeyd edir ki, apellyasiya baxşının predmeti və apellyasiya instansiyasının qətnaməsi iddiaçının şikayəti üzrə iddianın təmin edilməyən hissəsi ilə bağlı olub. Bu baxımdan, qətnamənin tam yoxlanılması dedikdə, apellyasiya baxışını predmeti olan hissə başa düşülür.
49. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
50. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiy ası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
51. İş üzrə apellyasiya instansiyası məhkəməsi qanuni nəticəyə gəlmiş, apellyasiya şikayətinin bütün dəlillərinə qiymət vermişdir.
52. İddia tələbi 800 ABŞ dollarının 16 illik müddətə münasibətdə indeksləşdirilməklə ödəniləcək günə manat məzənnəsi ilə geri alınması, torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evinin dəyəri olaraq 55000 (əlli beş min) manat məbləğində pulun, 50000 (əlli min) manat mənəvi zərərin alınması barədədir.
53. İşin müəyyən edilən halları da ondan ibarətdir ki, 800 ABŞ dolları məbləğində pulun qaytarılması barədə qətnamə çıxarılmayıb. Halbuki tələb edilən məbləğiin indeksləşdirilməsi qanunvericiliyin tələbinə görə qətnamənin icrasında qaydasında ola bilər.
54. Torpaq sahəsində inşa ed ilmiş fərdi yaşayış evinin dəyəri olaraq 55000 (əlli beş min) manat pulun tutulması ilə bağlı iddia tələbi üzrə isə işin hallarına görə ünvan 6 ünvanda yerləşən torpaq sahəsi ilə bağlı qəbul edilmiş qanuni qüvvədə olan məhkəmə aktları ilə iddiaçının həmin torpaq sahəsini özbaşına zəbt etdiyi üçün onun həmin torpaq sahəsindən çıxarılması, həmin torpaq sahəsində aparılmış tikintinin sökülməsi və iddiaçıya təhvil verilməsi, yəni torpaq sahəsinin əvvəlki vəziyyətə qaytarılması müəyyən edilib, cavabdehin əsassız varlanması halı yoxdur.
55. Eləcə də, cavabdehin ünvan 7 ünvanda yerləşən torpaq sahəsində inşa edilmiş özbaşına tikili ilə bağlı mülki qanunvericiliyin prinsiplərinə görə mülki vəzifələr doğuran hərəkətlərə yol vermədiyi müəyyən edilərək, bu səbəbdən də iddiaçının ona qarşı irəli sür ülmüş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbi əsasız sayılmışdır.
56. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticəni və tətbiq etdiyi maddi hüquq normalarını işin müəyyən edilmiş hallarına uyğun hesab edir.
57. İşin müəyyən edilmiş halına uyğun olaraq məhkəmələr, o cümlədən apellyasiya instansiyası məhkəməsi mübahisəyə Mülki Məcəllənin və Mülki Prosessual Məcəllənin yuxarıda qeyd edilən normalarını düzgün tətbiq etmişdir.
58. Apellyasiya instansiyası məhkəməsi qeyd edilən hissədə sübutları da Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirmişdir.
59. Buna görə də hazırda qiymət verilməli olan məsələ kassasiya şikayətini dəlilləridir.
60. Kassasiya şikayətinin dəlillərinə gəldikdə kollegiya qeyd edir ki, tikili nin qanunsuz olmaması, tikintinin cavabdehin razılığı ilə aparılması, torpaq sahəsində fərdi evin XDS İK-nin 30 sentyabr 1991-ci il tarixli sərəncamı ilə inşa edilməsi, bu faktın cavabdehin özünün aidiyyəti qurumlara yazdığı ərizələrdə də təsdiq olunması əsassız sayır. Belə ki, preyudisial əhəmiyyəti olan məhkəmə qətnamələri ilə torpaq sahəsinin zəbt olunaraq orada tikinti işlərinin aparılması müəyyən edilib. Həmin qətnamələrin mövcudluğu əks nəticəyə gəlməyi istisna edir.
61. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
62. Yuxarıda göstərilənləri və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiy a şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-1684/2022 nömrəli, 18 avqust 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.