Məhkəmə qərarları › İş №2(102)-5640/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-5640/2020

24.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5640/2020 24.11.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı «xxxx» ASC-nin cavabdehlər X3, Cavabdeh2 və Cavabdeh3 qarşı iş üzrə QƏRARİ iş № 2(102)-5640/20 (Açar sözlər: kredit müqaviləsi üzrə borcun ödənilməsi, məbləğin ekspert rəyi ilə müəyyən edilməsi) Bakı şəhəri, xx xxxxxx 2020-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi), X6 və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Cəfərov Araz Əhməd oğlunun katibliyi, iddiaçı “xxxx” ASC-nin vəkili Vəkil iştirakı ilə, İddiaçı «xxxx» İKB Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər X4, Cavabdeh2 və Cavabdeh3 qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair mülki iş üzrə Şirvan Apelyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-1248/2020 nömrəli, xx xxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçı “xxxx” ASC-nin kassasiya şikayətinə 24 noyabr 2020-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. «xxxx» İKB ASC ilə cavabdeh X4 arasında bağlanmış xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə əsasən sonuncuya 28 faizlə 24 ay müddətinə, 12500 ABŞ dolları məbləğində kredit verilib. 2. xxxx» İKB ASC ilə cavabdehlər Cavabdeh2 və Cavabdeh3 arasında xx.xx.2014cü il tarixində zaminlik müqaviləsi bağlanıb. a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı «xxxx» İKB ASC ərizə ilə Neftçala rayon Məhkəməsinə müraciət edərək borclular X4, Cavabdeh2 və Cava bdeh3 xx xxxxxxx 2014-cü il tarixli kredit müqaviləsi üzrə xx xxxxx 2015-ci il tarixinədək hesablanmış 12102 ABŞ dolları əsas və 2701 ABŞ dolları faiz borcu olmaqla, ümumilikdə 14803 ABŞ dolları məbləğində borcun və 20 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə məhkəmə əmrinin verilməsini xahiş etmişdir.

4. Ərizə onunla əsaslandırılmışdır ki, borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır.

5. Neftçala yayon Məhkəməsinin xx xxxxx 2015-ci il tarixdə 2(053)- 379/2015 saylı əmri ilə ərizə təmin edilmişdir.

6. Borclulardan (zamin) Cavabdeh2 məhkəmənin əmrinə etiraz vermiş, məhkəmənin xx xxxxxx 2019-cu il tarixli qərardadı ilə məhkəmə əmri ləğv edilərək, işə ümumi iddia icraatı qaydasında baxılması qərara alınmışdır.

7. İşə iddia icraatı qaydasında bax ılarkən iddiaçı tələbin həcmini artırmış, cavabdehlər X4, Cavabdeh2 və Cavabdeh3 xx xxxxxxx 2014-cü il tarixli kredit müqaviləsi üzrə 12101.36 ABŞ dolları əsas, 12569.9 ABŞ dolları faiz, 12567.52 ABŞ dolları cərimə borcu, xx xxxxxxx 2016-cı il tarixindən xx xxx 2019-cu il tarixinə kimi gecikdirilmiş vaxt üçün illik 5% faizlə hesablanmış 1587.9 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə 38826.68 ABŞ dolları məbləğində borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

8. Cavabdehlər birinci instansiya məhkəməsində iştirak etməmişlər.

9. Neftçala rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərardadı ilə iş üzrə mühasibatlıq ekspertizası təyin edilmişdir.

10. Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2019-cu il tarixli, 1727 8 saylı rəyindəgöstərilib ki, X2 xx xxxxxxx 2016-cı il tarixinə (müqavilə müddətinin sonuna) «xxxx» İKB ASC-yə 12101,39 ABŞ dolları əsas və 6319,27 ABŞ dolları faiz borcu olmaqla, cəmi borcu 18420,66 ABŞ dollarıdır.

11. Neftçala rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(053)-172/2019 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, cavabdehlər X4, Cavabdeh2 və Cavabdeh3 iddiaçı «xxxx» İKB ASC-nin xeyrinə xx xxxxxxx 2014-cü il tarixli 27-M-1-0-28814 saylı bank hesabı, kredit və zaminlik müqaviləsi üzrə 12101.36 ABŞ dolları əsas borc, 6319.27 ABŞ dolları faiz borcu və 100 ABŞ dolları cərimə olmaqla, ümumilikdə 18520.63 ABŞ dolları məbləğində borcun (ödəniş gününə Azərbaycan manatına olan məzənnə ilə) və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması, iddianın qalan hissədə təmin ed ilməməsi, ekspertiza tədqiqatının dəyəri olan 200 manatın 100 manat hissəsinin iddiaçı «xxxx» İKB ASC-dən və 100 manat hissəsinin isə cavabdeh X1 alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməsi qət edilmişdir. (hakim Xanlar Fərhadov)

12. Məhkəmə toplanmış sübutlara, o cümlədən ekspert rəyinə hüquqi qiymət verərək müəyyən edib ki, X2 xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə «xxxx» İKB ASC-yə 12101,36 ABŞ dolları əsas, 6319,27 ABŞ dolları faiz borcu var. Cavabdehlər Cavabdeh2 və Cavabdeh3 xx.xx.2014-cü il tarixli zaminlik müqaviləsinə əsasən Fərid Salamovun öhdəliyinə zamin durmuşlar.

13. Birinci instansiya məhkəməsi ekspert rəyini borcun təyin edilməsi üçün daha mötəbər sübut kimi qəbul etsə də, iddiaçı bank tərəfindən tələb edilə n əsas borcun ekspert rəyində göstərilən əsas borcdan az olmasını nəzərə alıb, Mülki Prosessual Məcəllənin 218.3-cü maddəsinin tələbləri baxımından əsas borcun iddia tələbinə uyğun olaraq 12101,36 ABŞ dolları məbləğində, faiz borcunun isə ekspert rəyində göstərilən məbləğdə, yəni 6319,27 ABŞ dolları məbləğində tutulmasını qanuni hesab etmişdir.

14. Birinci instansiya məhkəməai 12567,52 ABŞ dolları məbləğində cərimə (dəbbə) pulunun tənsübsüz surətdə çox hesablanmasını müəyyən edərək, dəbbə pulunu azaltmış və iddianı həmin hissədə 100 ABŞ dolları həcmində təmin etmişdir

15. Əldən çıxmış fayda qismində 1587,9 ABŞ dolları məbləğində iddia tələbinin təmin edilməməsini məhkəmə onunla əsaslandırmışdır iddiaçı bank məhkəməyə bu tələbi təsdiq edən sübut təqdim edə bilməmişdir.

16. Məhkəmə öz mövqey ini Mülki Məcəllənin 385.1, 442, 443.1, 445, 445.2.1, 445.2.2 445.3, 448.1, 449.4, 462.1, 465.2, 467, 470.1, 472.2, Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələri ilə əsaslandırmışdır. b) Apelyasiya instansiyası məhkəməsindəki icraat

17. İddiaçı “xxxx” ASC apelyasiya şikayəti verib, qətnamənin qismən ləğv edilməklə, iddianın təmin olunmayan hissələrini də təmin eidlməsini xahiş etmişdir.

18. Apelyasiya şikayətinin dəlilləri ondan ibarət olub ki, məhkəmə ekspert rəyinə əsaslanaraq faiz borcunu azaltmışdır.

19. Ekspert rəyi tamamilə əsassız olmuşdur. Ekspert bankın sübut növü olaraq təqdim etdiyi hesabdan çıxarışı araşdırmamış, faiz borcu və cərimə borcu üzrə müəyyənləşdirilmiş subutları ayırmamışdır.

20. Eyni zamanda kredit müqaviləsinin bitdiyi tarixdən iddia qaldırılan tarixə qədər 5 faizlə hesablanmış əldən çıxmış faydanı məhkəmə əsassız olaraq təmin etməmişdir. Əldən çıxmış fayda ilə bağlı bank tərəfindən maliyyə arayışı təqdim edilsə də, məhkəmə bunu nəzərə almamışdır. 21.Ekspertiza rəyində ziddiyətlər olduğundan, əlavə mühasihatlıq ekspertizası keçirilməli və borc müəyyən olunmalıdır.

22. Ekspert silinmələri faiz, sonradan isə əsas borcdan apardığından, əsassız olaraq faiz borcunu azaltmışdır.

23. Şirvan Apelyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-1248/2020 nömrəli, xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə apelyasiya şikayəti təmin edilməmiş, Neftçala rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(053)-172/2019 saylı qətnaməsi iddiaçı “xxxx” ASC-yə (apelyasiya şikayətinə) münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Ta le Kərimov (sədrlik edən və məruzəçi), Fuad Soltanov, İsmayıl Əhmədov)

24. Apelyasiya instansiyası qeyd edib ki, əsas borc hissəsində iddia tələbi də azaldılmamışdır, tələb 12101.36 ABŞ dolları əsas borcun tutulmasından ibarət olmuş, birinci instansiya məhkəməsi tərəfindən də, məhz həmin məbləğdə əsas borcun tutulması qət edilmişdir.

25. Apelyasiya instansiyası məhkəməsi faiz borcunun məbləğinə aid hissədə apelyasiya şikayətini əsassız sayıb və bunu onunla əsaslandırıb ki, iddiaçı tələbin həcminin artırılmasına dair ərizədə irəli sürülmüş faiz borcunu xx xxx 2019-cu il tarixədək hesablamış, birinci instansiya məhkəməsi isə düzgün olaraq təyin etdiyi mühasibatlıq ekspertizası qarşısında faiz borcunun müqavilə müddətinin sonuna hesablanması barədə sual qoymuş və faiz borcuna aid hissədə iddi anı ekspert rəyinə uyğun qismən təmin etməkdə haqlı olmuşdur.

26. Apelyasiya instansiyası dəbbə pulunun azaldılması hissəsində də birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı sayıb və qeyd edib ki, birinci instansiya məhkəməsi 12567,52 ABŞ dolları dəbbə pulunu yüksək hesab edərək, 100 ABŞ dolları həddində saxlamaqla bütün əsaslı mənafeləri nəzərə almışdır.

27. Əldən çıxmış fayda qismində 1587,9 ABŞ dolları məbləğində iddia tələbinin rədd edilməsi hissəsində apelyasiya məhkəməsinin mövqeyi ondan ibarət olub ki, kredit öhdəliyinin icra edilməməsində cavabdehin təqsirli hərəkəti olmayıb. Apelyasiya instansiyası bunu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xx xx 2009-cu il tarixli qərarı ilə əsaslandırmışdır. Apelyasiya məhkəməsi qeyd etmişdir ki, Konstitusiya Məhkəməsi Plenumu faizlərin, cərimə sanksiyalarının alınmasını cavabdehin öz hərəkətlərinə əməl etməməsi və müəyyən olunmuş razılaşmanı pozması, yəni təqsirli hərəkətə (hərəkətsizliyə) yol verməsi ilə əlaqələndirmişdir.

28. Apellyasiya məhkəməsi hesab etmişdir ki, apelyasiya şikayətinin dəlillərini iş üzrə əlavə məhkəmə mühasibatlıq ekspertizasının təyin olunması hissədə şikayətdə ekspert rəyini şübhə altına almağa imkan verən hər hansı bir inandırıcı arqument qoyulmamış, iddiaçı nümayəndəsi vasitəsilə apelyasiya baxışı iclaslarında iştirak etməyərək, həmin zərurətin nədən qaynaqlanmasına aydınlıq gətirməmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılar ının izahatları a) Kassasiya şikayətinin dəlilləri

29. İddiaçı “xxxx” ASC (Vəkil) kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın tam təmin edilməsini xahiş etmişdir.

30. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış kredit müqaviləsinə görə müqavilə bağlandığı andan qüvvəyə minir və borcalanın üzərinə götürdüyü öhdəlikləri yerinə yetirənədək qüvvədə qalır. Bu səbəbdən, iddia tələbi məhkəmə qətnaməsi ilə təmin ediləcəyi təqdirdə belə ödənilməmiş əsas borc məbləğinə görə faiz hesablanması öhdəlik tam icra olunanadək davam etdirilməlidir.

31. Məhkəmə cavabdehin borcunun məbləğini müəyyən edərkən iş materiallarında olan ekspert rəyinə istinad etmişdir. Lakin ekspert rəyi ilə cavabdehin borcu düzgün hesablanm amışdır. Belə ki, ekspert cərimə borcu üzrə hesablama aparmamışdır. Bununla da əsas və faiz borcunun hesablanmasında yanlışlığa yol verilmişdir. Təkrar ekspertiza təyin edilməli və ekpert rəyi təqdim edilmiş digər sübutlarla yanaşı qiymətləndirilməli idi. Lakin məhkəmə prosessual pozuntuya yol verərək təkrar ekspertiza aparmadan səhv hüquqi nəticəyə gəlmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri 32 Kassasiya şikayətinə qarşı tərəfin yazılı etirazı daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

33. Məhkəmə kollegiyasının iclasında iddiaçı xxxx” ASC-nin Vəkil kassasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini xahiş etdi.

34. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilsə də, cavabdehlər məhkəmə iclasına gəlməmiş, gəlməmələrin in səbəbləri barədə məlumat verməmişlər. Buna görə də məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 415.3-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Mülki Məcəllə Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Madd ə

467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Maddə 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Maddə 472.2. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Mülki Prosessual Məcəllə Maddə 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəs na olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edil məməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

35. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir

36. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsini iddiaçı yalnız iddianın təmin olunmayan hissəsində mübahisələndirmiş, apelyasiya məhkəməsi də həmin hissədə qətnaməyə qiymət ve rmişdir. İddiaçı apelyasiya məhkəməsinin qətnaməsinin ləğvini xahiş etdiyindən hazırkı kassasiya baxışının predmetini də apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin həmin hissəsi təşkil edir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

37. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

38. Kassasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edən apelyasiya şikayətinin dəlillərinə apelyasiya instansiyas ı məhkəməsi tərəfindən tam qiymət verilib.

39. Baxılan iş üzrə apelyasiya instansiyası məhkəməsi işin müəyyən edilmiş hallarına uyğun olaraq qanuni nəticəyə gəlmişdir.

40. İddia tələbi öhdəlik münasibətlərindən irəli gəlib, kredit borcunun qaytarılması barədədir.

41. İşin apelyasiya instansiyası tərəfindən müəyyən edilən halları da ondan ibarətdir ki, iddiaçı bankla cavabdeh F.Salamov arasında kredit müqaviləsi bağlanıb, kredit müqaviləsi üzrə cavabdehə kredit verilib, cavabdeh kredit müqaviləsi üzrə öhdəlikləri icra etməyib. Cavabdehin müqavilə müddətinin sonuna 12101.36 ABŞ dolları əsas, 6319.27 ABŞ dolları faiz borcu vardır. Borcun məbləği ekspert rəyinə uyğun müəyyən edilib.

42. Faiz borcunun azaldılmasının düzgün olmaması barədə kassasiya şikayətinin dəlili ilə bağlı kollegiya qeyd ed ir ki, birinci instansiya məhkəməsi mühasibatlıq ekspertizası təyin etmiş və cavabdehin müqavilə müddətinin sonuna 6319.27 ABŞ dolları faiz borcunun olması da məhz ekspert rəyinə əsasən müəyyən edilmişdir.

43. Qətnamədən görünür ki, apelyasiya instansiyası məhkəməsi ekspert rəyini Mülki Prosessual Məcəllənin 88 və 103.1-ci maddələrinin tələblərinə uyğun olaraq düzgün qiymət vermişdir.

44. Apelyasiya məhkəməsi təkrar mühasibatlıq ekspertizasının təyin olunması barədə iddiaçının dəlilini ona görə əsassız sayıb ki, iddiaçı şikayətində ekspert rəyini şübhə altına almağa imkan verən hər hansı inandırıcı arqument irəli sürməmişdir. Üstəlik, iddiaçı bankın nümayəndəsi apelyasiya baxışı iclaslarında iştirak etməyərək, həmin zərurətin nədən qaynaqlanmasına aydınlıq gətirməmişdir.

45. Ekspert rəyini n əsaslı olmaması barədə kassasiya şikayətinin dəlilini məhkəmə kollegiyası da əsassız hesab edir.

46. Belə ki, Mülki Prosessual Məcəllənin 102.1-ci maddəsinə görə ekspertin rəyi kifayət qədər aydın və ya tam olmadıqda, məhkəmə əlavə ekspertiza təyin edə bilər və onun keçirilməsini həmin və ya başqa ekspertə tapşıra bilər. Həmin Məcəllənin 102.2-ci maddəsinə görə isə məhkəmə, əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda, ekspertiza aparılmasını başqa ekspertə və ya ekspertlərə tapşırmaqla, təkrar ekspertiza təyin edə bilər. Göründüyü kimi, qanunvericilik əlavə və ya təkrar ekspertiza keçirilməsini şərtlətini müəyyən etmişdir.

47. Məhkəmə kollegiyası qeyd edir ki, mübahisə tərəfinin ekspert rəyi ilə razı olmaması özü-ö zlüyündə əlavə və təkrar ekspertiza keçirilməsi üçün əsas sayıla bilməz. Bütün hallarda mübahisə tərəfi ekspert rəyi razı olmamasını əsaslandırmalı və bunun üçün Mülki Prosessual Məcəllənin 102-ci maddəsində nəzərdə tutulan şərtlər mövcud olmalıdır.

48. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, faiz borc hissəsində apelyasiya məhkəməsinin gəldiyi nəticə və tətbiq edilən maddi hüquq normaları işin müəyyən edilmiş hallarına uyğun olmuşdur.

49. Həmçinin dəbbə pulunun azaldılması da işin hallarına və tətbiq edilən qanunvericiliyə uyğun olub.

50. Əldən çıxmış fayda qismində 1587,9 ABŞ dolları məbləğində iddia tələbinin rədd edilməsi hissəsində apelyasiya məhkəməsinin mövqeyi ondan ibarət olub ki, kredit öhdəliyinin icra edilməməsində cavabdehin təqsirli hərəkəti olmayıb.

51. Apelyasiya instansiyası bu mövqeyini “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2009-cu il tarixli qərarı ilə əsaslandırmışdır. Apelyasiya məhkəməsi qeyd etmişdir ki, Konstitusiya Məhkəməsi Plenumu faizlərin, cərimə sanksiyalarının alınmasını cavabdehin öz hərəkətlərinə əməl etməməsi və müəyyən olunmuş razılaşmanı pozması, yəni təqsirli hərəkətə (hərəkətsizliyə) yol verməsi ilə əlaqələndirmişdir.

52. Məhkəmə kollegiyası əldən çıxmış fayda üzrə iddianın rədd edilməsi hissəsində apelyasiya məhkəməsinin dəyərləndirməsini əsaslı saydığı və bu dəyərləndirmə ilə razılaşdığı üçün kassasiya şikayətinin həmin dəlilinə əlavə qiymət verməyə zərurət görmür.

53. Məhkəmə kollegiyası qeyd ol unanlara əsasən belə qənaətə gəlir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.

54. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı “xxxx” ASC-nin kassasiya şikayəti təmin edilməsin. Şirvan Apelyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-1248/2020 nömrəli, xx xxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar