Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5644/2020 18.11.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının QƏRARİ İddiaçı: İddiaçı1, İddiaçı2 Cavabdeh: Cavabdeh İddia tələbi: torpaq sahəsindən istifadəyə yaradılan maneənin aradan qaldırılması Qarşılıqlı iddia tələbi: maddi və mənəvi ziyanın əvəzinin ödənilməsi Açar sözlər: suvarma suyundan ümumi istifadənin pozulması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, Xələfov İlqar Rəhim oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Hadi Mirqədir Mirbaba oğlunun katibliyi, Kassator Cavabdeh, vəkili Vəkil İddiaçılardan İddiaçı2 və vəkili X1 iştirakı ilə, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-329/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsindən qarşılıqlı iddia üzrə iddiaçının kassasiya şikayətinə dair işə xx xxxxxx 2020-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Birinci və apelyasiya instansiyası məhkəməsində icraat İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh tərəfindən Zərdab rayonu Dəliquşçu kəndində yerləşən həyətyanı orpaq sahələrinin suvarılmasına görə nəzərdə tutulmuş su kanalından suvarma suyunun aparılması üçün gediş-gəlişə törənən maneənin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Cavabdeh da qarşılıqlı iddia qaldıraraq İddiaçı1 və İddiaçı2 onun şərəf və ləyaqətini alçaldaraq şəxsi və işgüzar nüfuzun a ciddi zərbə vurmaqla maddi və mənəvi ziyan vurduqlarına görə cavabdehlərdən maddi ziyana görə 500 manat, mənəvi ziyana görə 2500 manat məbləğində təzminatın alınaraq ona verilməsi və ondan üzr istəmələrinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Zərdab Rayon Məhkəməsinin 2(035)-542/2019 saylı iş üzrə xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim T.M.Qubadov) ilk iddia təmin edilmiş, Zərdab rayonu Dəliquşçu kəndində yerləşən iddiaçılara məxsus həyətyanı torpaq sahələrinin suvarılmasına görə nəzərdə tutulmuş su kanalından suvarma suyunun aparılması üçün gediş-gəlişə Cavabdeh tərəfindən törənən maneənin aradan qaldırılması qət edilmiş, qarşılıqlı iddia rədd edilmişdir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, mübahisə qaldırılan su kanalı uzun illardən bəri mövcud olmuş və ümumi i stifadə üçün nəzərdə tutulmuşdur. Su kanalının keçdiyi torpaq sahəsi tərəflərin heç birinin mülkiyyətində olmamaqla, həmin torpaq sahəsi Zərdab rayonu Dəli Quşçu kənd bələdiyyəsinin mülkiyyətində olan torpaq sahəsidir. Su kanalından hazırda Namizəd, Nizami və Vidadi Bayramov qardaşları, o cümlədən Rahib, Ayaz və Novruz Bayramov qardaşları suvarma suyu aparmaq üçün istifadə edirlər. Zərdab rayonu Dəli Quşçu kənd bələdiyyəsi mülkiyyətində olan həmin yerdən su arxının keçməsini məqsədəuyğun hesab edir. Su kanalının ümumi uzunluğu təxminən 800 m-dir. Cavabdeh sonradan təxminən 6-7 il öncə həmin su kanalının yaxınlığında bələdiyyə mülkiyyətində olan torpaq sahəsində özünə iki otaqlı fərdi yaşayış evi tikmiş və 2018-ci ilin noyabr ayından daimi olaraq orada yaşayır. Su kanalı Cavabdeh tərəfindən ev tikilməmişdən əvvəl mövcud olmuşdur. İlkin iddiaçıların müraciəti əsasında əraziyə baxış keçirən Zərdab Rayon İcra Hakimiyyətinin göndərdiyi nümayəndələr və bələdiyyənin sədri tərəfindən köhnədən mövcud olan su arxından təxminən 3-4 m aralıdan (Cavabdeh məxsus qanunsuz tikdiyi evdən uzaqlaşdirılmaqla) eni və dərinliyi təxminən 1 m olan yeni su arxı qazılmışdır. Sözügedən su arxının Cavabdeh həyətinə girişdə olan hissəsinin üzərində sonuncu tərəfindən daşdan və dəmir lövhədən ibarət olmaqla hasar tikilmişdir. Nəticə etibarı ilə su arxının açılıb-bağlanması üçün ilkin iddiaçıların sərbəst gediş-gəliş imkanı məhdudlaşdırılmışdır. Bununla da ilkin iddiaçıların sözügedən su arxından istifadəsinə qarşılıqlı iddiaçı tərəfindən maneçilik törədilir. Birinci instansiya məhkəməsi Torpaq Məcəlləsi nin 47-cl maddəsinə istinad edərək belə qənaətə gəlmişdir ki, tərəflərin hər ikisi həmin su kanalından bərabər şəkildə istifadə etmək hüququna malikdir və qarşılıqlı iddiaçı ilkin iddiaçıların sözügedən su kanalından istifadə etmələrinə maneçilik törətməkdə haqlı deyildir. Qarşılıqlı iddiaçı həmin qətnamənin maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyini göstərərək apelyasiya şikayəti vermişdir. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-329/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər E.Ş.Hüseynov, M.M.Hüseynov, G.Q.Abbasov) apelyasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Apelyasiya məhkəməsi qətnaməsini onunla əsaslandırmışdır ki, Cavabdeh ilkin iddianı qəbul etməməsi və qarşılıqlı iddianı müdafi ə etməsi barədə birnci instansiya məhkəməsində vermiş olduğu izahatdan başqa məhkəmələrə hər hansı sübut təqdim etməmişdir. Cavabdeh qarşılıqlı iddiada “ilkin iddiaçıların prinsipə onun həyətinə traktor salaraq sözügedən kanalı qazdırmaqla onun şərəf və ləyaqətinin alçaltdıqlarını, həmçinin onun ağaclarına ziyan yetirməklə ona maddi ziyan vurduqlarını iddia etsə də, iddiasını əsaslandıra bilməmiş, bu barədə məhkəmələrə sübut təqdim etməmişdir. Apelyasiya məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi mövcud mübahisəyə və işin hallarına uyğun hüquqi qiymət vermiş və düzgün nəticəyə gəlmişdir. Kassasiya şikayətinin dəlilləri, ona etiraz, kassasiya iclasında tərəflərin iştirakı və izahatları Qarşılıqlı iddiaçı kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməs inin ləğv olunmasını və işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuş, iş üzrə əhəmiyyət kəsb edən hallara düzgün hüquqi qiymət verilməmiş, iddiaçılar tərəfindən cavabdehə məxsus əraziyə özbaşına olaraq texnika yerləşdirilməsi nəzərə alınmamışdır. Məhkəmə kollegiyasının iclasında kassatorun vəkili kasasiya şikayətini müdafiə edərək təmin edilməsini, iddiaçının vəkili isə kasasiya şikayətini əsassız hesab edərək qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Mülki işə tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 170-ci maddəsinə əsasən, ikitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sah əsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır. Qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 47.2 və 47.3-cü maddələrinə əsasən, bələdiyyə mülkiyyətinə aid torpaqlar: ümumi istifadədə olan torpaqlara; hüquqi və fiziki şəxslərin istifadəsində olan torpaqlara; ehtiyat fondu torpaqlarına ayrılır. Ümumi istifadədə olan torpaqlara, bir qayda olaraq, şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin küçələrinin, meydanlarının, yerli əhəmiyyətli və təsərrüfatdaxili yolların, parkların, meşəparkların, sututarların, stadionların, idman meydançalarının altındakı torpaqlar, habelə tarlaqoruyucu meşə zolaql arının, yerli əhəmiyyətli su təsərrüfatı obyektlərinin, hidrotexniki qurğuların, ümumi istifadədə olan digər yerli əhəmiyyətli obyekt və qurğuların yerləşdiyi torpaqlar və əhalinin mal-qarası üçün istifadə olunan örüş sahələrinin torpaqları aiddir. Azərbaycan Respublikası Su Məcəlləsinin 13-cü maddəsinə əsasən, bələdiyyə mülkiyyətində olan torpaq sahələrində yerləşən yerli əhəmiyyətli su obyektləri Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətinə verilir. Bələdiyyə mülkiyyətində olan su obyektləri Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada ümumi istifadəyə, fiziki və hüquqi şəxslərin istifadəsinə, icarəsinə, habelə Azərbaycan Respublikası vətəndaşlarının və hüquqi şəxslərinin mülkiyyətinə verilə bilər. Bələdiyyə mülki yyətində olan su obyektlərinin istifadəsi və mühafizəsi sahəsində dövlət idarəetməsini qanunvericiliklə onlara verilmiş səlahiyyətlər daxilində bələdiyyələr həyata keçirirlər. Kassasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Həmin Məcəllənin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasi ya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəlləsinin 418.3-cü maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ərizəçinin kassasiya şikayəti əsasında tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normaları nın pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətinin dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və qətnamədə ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir. Birinci və apellyasiya instansiya məhkəmələri tərəfindən həmin dəlillərə qiymət verilmişdir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə ə sasən və Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-5644/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-5644/2020
18.11.2020 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver