Məhkəmə qərarları › İş №2(102)-5645/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-5645/2021

30.11.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5645/2021 30.11.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı: İddiaçı cavabdeh X qarşı iş üzrə QƏRARİ iş № 2(102)-5645/21 (Açar sözlər: borcun qaytarılması barədə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (sədrlik edən, məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Əzimova Səbinə Yaşar qızının katibliyi, İddiaçı: İddiaçı və vəkili X1, Cavabdeh: Cavabdeh vəkili Vəkil Aftandil oğlunun iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 15 aprel 2021-ci il tarixli, 2(103)931/2021 saylı qətnaməsindən Cavabdeh kassasiya şikayəti üzrə işə 30 no yabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İşin hallarına görə, İddiaçı (bundan sonra iddiaçı) məhkəmədə Cavabdeh (bundan sonra cavabdeh) qarşı iddia qaldıraraq, sonuncudan 75.000 ABŞ dolları məbləğində pulun tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edib. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat Bakı şəhəri Xəzər rayon məhkəməsinin 27 avqust 2020-ci il tarixli qətnaməsi ilə (sədrlik edən, hakim R.H.Xəzri) iddia rədd edilib. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, iddiaçı şifahi borc müqaviləsinə əsasən cavabdehə 75.000 ABŞ dolları borc pul verdiyini, sonuncunun həmin pulu qaytarmağı öhdəsinə götürdüyünü, lakin öhdəliyini icra etm ədiyini və hazırki vaxtadək borcunu qaytarmadığını iddia etsə də, tələbinin əsası kimi istinad etdiyi halları təsdiq etmək üçün məhkəməyə heç bir sübut təqdim etməyib. Halbuki, mülki qanunvericiliyə görə, borc müqaviləsinin predmetinin məbləği üç min manatdan çoxdursa borc müqaviləsi yazılı formada bağlanmalıdır. Eyni zamanda “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarda cavabdeh iddiaçıdan 25.000 ABŞ dolları borc almasına dair izahat versə də, məhkəmə iclasında iddianı qəbul etmədi və həmin qərarla cinayət işinin başlanması rədd edilib və izahatda qeyd olunan xüsusatlar isə məhkəmə araşdırması zamanı öz təsdiqini tapmayıb. Prosessual qanunvericiliyə görə, sözügedən qərar preyudisial əhəmiyyətə malik olmamaqla, əsaslı və mötəbər sübut kimi qəbul edilə bilməz. Həmçinin, iddi açının dəlilini yalnız məhkəmə iclasında şahid qismində dindirilmiş qızı və qohumu təsdiq edib, lakin işin tədqiq olunan halları ilə uyğunlaşmayan, iddiaçının maraq və mənafeyinə uyğun verilən qeyd olunan şahidlərin ifadələri inandırıcı hesab edilə bilməz. Ona görə də iddia rədd olunmalıdır. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 442, 739.1, 740-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. İddiaçı apellyasiya şikayəti verərək iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş edib. Apellyasiya instansiyası məhkəməsində icraat Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 15 aprel 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər İ.S.Şirinov sədrlik edən, məruzəçi, T.S.Səmədov və A.V.Tanrıverdiyev) apellyasiya şikayəti təmin edilərək, iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 27 avqust 2020-ci il tarixli qətnaməsi ləğv edilib, iş üzrə yeni qətnamə qəbul edilməklə iddia təmin edilib və cavabdehdən ödəniş günü milli manata məzənnədə 75.000 ABŞ dolları məbləğində pulun tutulub iddiaçıya ödənilməsi qət edilib. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, Sabunçu rayon Polis İdarəsinin 28 yanvar 2020-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarında cavabdeh iddiaçıdan 25.000 ABŞ dollarını borc kimi qəbul edərək qaytaracağını öhdəsinə götürməsinə dair izahat verib. Həmin qərarın nəticə hissəsində qeyd olunub ki, iddiaçının kürəkəni olan cavabdehə 75.000 ABŞ dolları verməsi öz təs diqini tapsa da, sonuncunun hərəkətlərində həmin pulu ələ keçirib etibardan sui-istifadə edib aldadaraq dələduzluq əməli törətməsi mötəbər dəlillərlə təsdiq edilmədiyi üçün cinayət işinin başlanması rədd edilməlidir. Eyni zamanda cavabdehin iddiaçıdan 75.000 ABŞ dolları pul alması şahid ifadələri, cavabdehin polis orqanında verdiyi izahatı ilə də inkar olunmur. Əvvəla, birinci instansiya məhkəməsi hazırki iddia tələbinin qanuni əsasını düzgün müəyyən etməməklə səhv nəticəyə gəlib. Belə ki, əslində iddiaçının tələbinin qanuni əsasını Mülki Məcəllənin 739.1, 740-cı maddələri deyil, 1091 və 1092-ci maddələri təşkil edir. İddiaçının tələbinə görə, cavabdeh onun qızının əridir və cavabdeh, Şağan qəsəbəsində yerləşən köhnə həyət evini söküb yerində yeni müasir ev tikmək qərarına gəlib və həmin vaxt artıq o, işləmirdi. Cavabdeh ona müraciət edərək maddi köməklik göstərməsinin xahiş edib və vəd verib ki, evi tikilib qurtardıqdan sonra onu qızının adına rəsmiləşdirəcək. Bu əsasla da o, cavabdehə 2017-ci ildən 2018-ci ilədək hissə-hissə olmaqla 75.000 ABŞ dolları pul verib və sonradan cavabdehlə qızının münasibətləri pozulub və evin tikintisi başa çatdıqdan sonra isə cavabdeh vədini pozaraq evi qızının adına rəsmiləşdirməyib və sonradan qızı ilə rəsmi surətdə boşanmaq qərarına gəlib. Bununla da məlum olur ki, iddiaçının bildirdiyi işin faktiki halları əsassız varlanmaya dair münasibətləri tənzimləyən normaların dispozitiv şərtlərinin təsiri altına düşür. Belə ki, birincisi, hazırkı halda əsassız varlanma həyata keçməmiş əsasa- cavabdehin iddiaçıdan aldığı pul müqabilində verdiyi və də əməl etməməsinə söykənir; ikincisi, iddiaçı əmlakından, yəni 75000 ABŞ dollarından məhrum olub; üçüncüsü, cavabdeh iddiaçının hesabına əmlak- yəni 75000 ABŞ dolları əldə edib. Birinci instansiya məhkəməsi tərəflərin səs yazısını özündə ehtiva edən videoyazını yolverilməz sübut hesab etməklə düzgün nəticəyə gəlsə də, iddiaçının tələbinin əsası kimi istinad etdiyi şahid ifadələrinə, polis orqanının qanuni qüvvəyə minmiş “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarında əks olunmuş faktlara düzgün hüquqi qiymət verməyib. Azərbaycan Respublikası MPM-nin 82.4-cü maddəsinin təfsirində səhvə yol verib və həmin maddənin tələbinə görə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə baxılarkən məhkəmə üçün hadisənin olub-olmam ası və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburi olmasını nəzərə almayıb. Eyni zamanda məhkəmənin müvafiq qərarı olmasına baxmayaraq, cavabdehin məhkəmə iclasına gələrək izahat verməkdən yayınması halı öz-özlüyündə məhkəməyə iş üçün əhəmiyyətli olan halları iddiaçı tərəfin təqdim etdiyi məlumatlar əsasında müəyyən etməyə əsas verir. Digər tərəfdən iddiaçı üçün Mülki Məcəllənin 1095-ci maddəsində təsbit olunmuş iki illik (kəsici) müddətin axımı məhz səlahiyyətli dövlət orqanının qərarının qəbul olunduğu vaxtdan hesablanmalıdır. Demək ki, iki illik müddət keçməyib, hətta, hazırkı işdə müddətin axımı 2019-cu ildən hesablansa belə, yenə də iki illik müddət keçməyib. Ona görə də iddia təmin edilməlidir. Apellyasiya instansiyası məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 1091.1, 1092.1, 1095-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kassasiya instansiyası məhkəməsində icraat Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri Cavabdeh kassasiya şikayəti verərək iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş edib. Kassasiya şikayəti belə əsaslandırılıb ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozub və iş üzrə düzgün olmayan qətnamə qəbul edib. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə dair etiraz ərizəsi daxil olmayıb. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında Cavabdeh vəkili Vəkil kassasiya şikayətində göstərilənlərə uyğun olaraq izahat verdi. İddiaçı və vəkili Orxan Xudatlı məhkəmə iclasında kassasiya şikayətinin dəlilləri ilə razılaşmayıb izahatlarında iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsə də üzrsüz səbəblərdən məhkəmə iclasına gəlmədiyi üçün kassasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: Həmin Məcəllənin 1091.1-ci maddəsinə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) he sabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsində göstərilir ki, əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə görə, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Həmin Məcəllənin 1095-ci maddəsinə əsasən, əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 69.1-ci maddəsində göstərilir ki, hər bir fiziki və ya hüquqi şəxs şəxsən, yaxud müvafiq qaydada səlahiyyəti müəyyən edilmiş nümayəndəsi vasitəsi ilə məhkəməyə iddia verə bilər. Zəruri olduqda, məhkəmə izahat vermək üçün tərəfi şəxsən məhkəməyə çağırmaq hüququna malikdir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 106.2-ci maddəsində göstərilir ki, digər tərəf sübutları özündə saxlayıb məhkəmənin tələbi ilə təqdim etmədikdə, məhkəmə tərəflərin bildirdiyi məlumatlar əsasında iş üçün əhəmiyyətli olan halları müəyyən olunmuş hesab edə bilər. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir (MPM-nin 407.2-ci maddəsi). Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhk əməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-nin 416-cı maddəsi). Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək mülki iş materiallarında olan birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə edilmiş və araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin işin faktiki hallarını araşdırması kimi qiymətləndirilməməlidir. Cavabdehin kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş olu nduğundan, qətnaməsinin əsaslılığı kassasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozub. Belə ki, iddiaçının hazırki tələbinə görə, cavabdeh onun keçmiş kürəkənidir və o, Şağan qəsəbəsində yerləşən köhnə həyət evini söküb yerində yeni müasir ev tikmək qərarına gəlib. Həmin vaxt cavabdeh artıq işləmirdi. Cavabdeh ona müraciət edərək maddi köməklik göstərməsini xahiş edib və vəd verib ki, evi tikilib qurtardıqdan sonra onu qızının adına rəsmiləşdirəcək. Bu əsasla o, cavabdehə 2017-ci ildən 2018-ci ilədək hissə-hissə olmaqla 75.000 ABŞ dolları borc pul verib və sonradan cavabdehlə qızının münasibətləri pozulub. Evin tikintisi başa çatdıqdan sonra isə cavabdeh vədini pozaraq həmin evi qızının adına rəsmiləşdirməyib və sonradan qızı ilə rəsmi surətdə boşanmaq qərarına gəlib. Ona görə də cavabdehə verdiyi 75.000 ABŞ dolları borcu geri tələb edir. Cavabdeh isə iddiaçının ona 75.000 ABŞ dolları borc verdiyini iddia etsə də bununla razılaşmadığını, iddiaçının ona, uşaqlarına, keçmiş arvadına xərclədiyi cəmi 25.000 ABŞ dollarını borc kimi qəbul edərək qaytaracağını öhdəsinə götürdüyünü və artıq həmin 25.000 ABŞ dolları borcu tamamilə iddiaçıya geri qaytardığını göstərib, iddiaya etiraz edir. Cavabdehin bu etirazı onun polis orqanında verdiyi izahatı ilə də təsdiq olunur. Əvvəla, apellyasiya instansiyası məhk əməsi, cavabdehin 2017-ci ildən 2018-ci ilədək hissə-hissə olmaqla iddiaçıdan 75.000 ABŞ dolları pul alması, yəni onun hüquqi əsas olmadan iddiaçının hesabına 75.000 ABŞ dolları əldə etməklə əsassız varlanması qənaətinə gəlsə də işdə, iddiaçının cavabdehə iddia olunan müddətdə pul verməsini və ya sonuncunun həmin vəsaiti iddiaçıdan almasını özündə ehtiva edən heç bir mötəbər yazılı sübut yoxdur. Digər tərəfdən, apellyasiya instansiyası məhkəməsi, gəldiyi nəticəni birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Leyla Məmmədova, Fəqan Qurbanovun izahatları, istintaq orqanın HK-1/04 saylı materialı üzrə dindirilmiş Leyla Məmmədova, Fəqan Qurbanov və Əli Qurbanovun ifadələri, habelə istintaq orqanının “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 28 yanvar 2020-ci il tarixli qərarı ilə əsaslandırmağa çalışsa da, həmin sübutlarla da cavabdehin iddiaçıdan sözügedən məbləğdə pul alması müəyyən edilmir, yəni iddiaçının cavabdehə iddia olunan məbləğdə pul verməsinə qeyd olunan şəxslərin bilavasitə şahidlik etmələri öz təsdiqini tapmır. Apellyasiya instansiyası məhkəməsi, iddiaçının, o cümlədən şahidlərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatlarını iş üzrə toplanmış digər sübutlarla, o cümlədən cavabdehin etirazı ilə yanaşı yoxlayıb qiymətləndirmədən, sonuncunun hüquqi əsas olmadan iddiaçının hesabına 75.000 ABŞ dolları əldə etməklə əsassız varlanması qənaətinə gəlib və bununla da Mülki Prosessual Məcəllənin 88, 106.1, 217.4-cü maddələrinin tələblərini pozub. Halbuki, həmin maddələrin mənasına görə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Eyni zamanda məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Mülki Məcəllənin 14.2.7-ci maddəsinə əsasən, əsassız varlanma mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. Həmin Məcəllənin 1091.1, 1091.2-ci maddələrinin mənasına görə, əsassız varlanma dedikdə- bir şəxsin heç bir hüquqi əsas olmadan başqa şəxsin hesabına əmlak əldə etməsi anlaşılır, yəni bir şəxsin əmlak itkisi hesabına başqa şəxsin qanunsuz zənginləşməsi baş verir. On lardan biri heç bir hüquqi əsas olmadan başqasının hesabına əmlak əldə etməklə varlanmış şəxs, digəri isə bunun nəticəsində əmlak itkisinə məruz qalmış şəxsdir. Göründüyü kimi əsassız varlanma başqasının hesabına qanunsuz əmlak əldə etdikdə yaranır. Əsassız varlanma başqasının hesabına həm də pul, qiymətli kağızlar, eləcə də əmlak hüquqları və qanunla müdafiə olunan hər cür maddi faydalar əldə edilməsi nəticəsində yarana bilər. Kassasiya instansiyası məhkəməsi, cavabdehin kassasiya şikayətinin dəlilləri ilə razılaşır və hesab edir ki, cavabdehin iddiaçının hesabına iddia olunan məbləğdə pul əldə etməklə əsassız varlanmasını sübut etmək yükü bilavasitə iddiaçının üzərinə düşür. İddiaçı isə iddia ərizəsində, izahatında, apellyasiya şikayətində cavabdehə 2017-2018-ci illərdə məhz 75.000 ABŞ d olları borc verdiyini iddia etsə də, onun tələbinin əsası kimi istinad etdiyi hallar mülki iş materialları ilə təsdiq olunmur. Eyni zamanda iddiaçı sözügedən pul vəsaitini cavabdehə məhz borc şəkilində verdiyini iddia edir. Belə olan halda cavabdehin hüquqi əsas olmadan keçmiş qayınatası, yəni iddiaçının hesabına əsassız varlanmış şəxs sayılması yuxarıda sadalanan maddi hüquq normalarının tələblərinə görə istisna olunur. Çünki, həmin normaların mənasına görə, əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni və ya müqavilə əsası olmur. Hazırki halda isə iddiaçı, cavabdehin keçmiş qayınatasıdır və o, pul vəsaitini cavabdehə məhz borc şəklində verib. Bütün bunlar isə cavabdehin qanuni və müqavilə əsası olmadan iddiaçının hesabına 75.000 ABŞ dolları pul əl də etməklə əsassız varlanması nəticəsinə gəlməyə əsas vermir və onlar arasında borc hüquqi münasibətlərin olmasını istisna etmir. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür (Mülki Məcəllənin 739.1-ci maddəsi). Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa borc müqaviləsi yazılı formada bağlanmalıdır (Mülki Məcəllənin 740.1, 740.2-ci maddələri). Bu baxımdan kassasiya instansiyası məhkəməsi hesab edir ki, işə yenidən apellyasiya qaydasında baxılarkən ilk növbədə tərəflər arasında mövcud olmuş mülki hüquqi münasibətlərə aydınlıq gətirilməli, onlar arasında yazılı formada borc müqaviləsinin bağlanıb-bağlanmaması araşdırılmalı və bundan sonra tərəflər arasında müqavilə əsasının olub-olmamasına aydınlıq gətirilməli və cavabdehin hüquqi əsas olmadan iddiaçının hesabına hansı məbləğdə pul əldə etməsi və sair işin halları tam, hərtərəfli və obyektiv yoxlanılmaqla iddianın əsaslılığına düzgün hüquqi qiymət verilməlidir. Nəzərə alınmalıdır ki, qanunverici qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin hallarını başqa sübutlarla təsdiq etməyi istisna edir, yəni 75.000 ABŞ dollarına dair tərəflər arasında yazılı formada borc müqaviləsi nin bağlanmaması gələcəkdə iddiaçını işin bu halını şahid ifadələri ilə təsdiq etməsinə yol vermir (MPM-nin 81-ci maddəsi). İstintaq orqanının 28 yanvar 2020-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” Qərarına gəlincə isə kassasiya instansiyası məhkəməsi Mülki Prosessual Məcəllənin 82.4-cü maddəsinin tələblərini nəzərə alıb hesab edir ki, sözügedən qərar hazırki işə baxan məhkəmə üçün preyudisial əhəmiyyət daşıya bilməz. Belə ki, qeyd olunan maddənin mənasına görə, istintaq orqanının deyil, məhz məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Eyni hüquqi mövqe “Q.Məmmədovun şika yəti üzrə Ali Məhkəmənin Mülki Kollegiyasının 04 mart 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun 11 fevral 2020-ci il tarixli qərarında da təsbit edilib göstərilib. Göründüyü kimi bilavasitə məhkəmənin qanuni qüvvəyə minmiş hökmündə, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarında göstərilən faktlar mülki iş üzrə iştirakçıların dairəsindən asılı olmayaraq hamı üçün preyudisial əhəmiyyət daşıyır və bu faktları heç kim yenidən mübahisələndirə bilməz. Həmçinin, Mülki Prosessual Məcəllənin 82.4-cü maddəsində preyudisial halları və faktları əks etdirən məhkəmə aktlarının dəqiq dairəsi müəyyən edildiyindən, həmin norma geniş təfsir oluna bilməz və istintaq orqanının hər ha nsı qərarında müəyyən edilmiş faktlar mülki iş üzrə işdə iştirak edən şəxslər üçün preyudisial əhəmiyyət daşıya bilməz. Bu baxımdan kassasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya instansiyası məhkəməsi, istintaq orqanının 28 yanvar 2020-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarına istinad edib iddianı təmin etməklə, sözügedən maddənin tələblərini pozub. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi, əsassız varlanma obyekti sayılan 75.000 ABŞ dollarını cavabdehdən geri tələb etmək hüququnun məhrum olana, yəni iddiaçıya qızı ilə cavabdeh arasında ər-arvad münasibətlərinin pozulduğu 2019-cu ildən məlum olduğunu və hazırki iddia tələbi ilə məhkəməyə 21 fevral 2020-ci il tarixdə müraciət etdiyini və beləliklə də iki illik kəsici müddəti ötürmədiy ini göstərsə də, gəldiyi nəticəni kifayət qədər əsaslandırmayıb və kəsici müddətin axımını düzgün müəyyən etməməklə Mülki Məcəllənin 1095-ci maddəsinin tələblərini pozub. Belə ki, həmin maddədə göstərilir ki, əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Maddənin mənasına görə, qeyd olunan müddət, hüququn itirilməsi ilə bağlı olmaqla kəsici müddətə aiddir. Nəzərə alınmalıdır ki, kəsici müddət şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquqa xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddə t subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. İddia ərizəsindən, iddiaçının izahatından görünür ki, o, 2017-ci ildən başlayaraq 2018-ci ilin yanvar ayında hissə-hissə qaytarmaq şərti ilə cavabdehə 75.000 ABŞ dolları borc pul verib və hazırki iddia ilə məhkəməyə 21 fevral 2020-ci il tarixdə müraciət edib. Apellyasiya instansiyası məhkəməsi, kəsici müddətin axımını iddiaçının qızı ilə cavabdeh arasında ər-arvad münasibətlərinin pozulduğu 2019-cu ildən hesablasa da, əsassız varlanma obyekti sayılan sözügedən pul vəsaitini geri tələb etmək hüququnun məhrum olana, yəni iddiaçıya 2017-2018-ci illərdən məlum olmasına diqqət yetirməyib. Daha sonra, apellyasiya instansiyası məhkəməsi, iş üzrə müvafiq qərar qəbul edilməsinə baxmayaraq, cavabdehin məhkəmə iclasına gəlməməsini onun izahat verməkdən yayınması kimi qiymətləndirib, işin bu halının iddiaçının təqdim etdiyi məlumatlar əsasında müəyyən etməyə əsas verməsi nəticəsinə gələrkən, cavabdehin məhkəmə iclasına gəlib izahat verməli olmasının zəruriliyini kifayət qədər əsaslandırmayıb. Halbuki, Azərbaycan Respublikası MPM-nin 69.1-ci maddəsinin mənasına görə, hər bir fiziki və ya hüquqi şəxs şəxsən, yaxud müvafiq qaydada səlahiyyəti müəyyən edilmiş nümayəndəsi vasitəsi ilə məhkəməyə iddia verə bilər və yalnız zəruri olduqda, məhkəmə izahat vermək üçün tərəfi şəxsən məhkəməyə çağırmaq hüququna malikdir. Göründüyü kimi yalnız zəruri hallar olduqda məhkəmə izahat vermək üçün tərəfi şəxsən məhkəməyə çağıra bilər. Hazırki halda isə cavabdehi apell yasiya icraatı mərhələsində nümayəndəsi və vəkili Vəkil təmsil edib və onun izahat vermək üçün məhkəməyə çağırılmasını zəruri edən hallar isə mülki iş materialları ilə müəyyən olunmur. Bu baxımdan kassasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin cavabdehin məhkəmə iclasına gəlməməsini əsas tutub yalnız iddiaçının bildirdiyi məlumatlar əsasında iş üçün əhəmiyyətli olan halları müəyyən olunmuş hesab etməsi yuxarıda sadalanan prosessual normaların tələbləri baxımından əsaslı hesab edilə bilməz. Kassasiya instansiyası məhkəməsi hesab edir ki, işdə olan sübutları təhlil etmədən, onların mötəbərliyini yoxlamadan işin bu və ya digər faktiki hallarının müəyyən edilmiş və ya müəyyən edilməmiş hesab edilməsi yolverilməzdir və işin məhkəmə tərəfindən müəyyən edi lmiş hesab olunan hər bir halı barəsində məhkəmənin gəldiyi yekun nəticə işdə olan sübutlarla təsdiq olunmalıdır. Məhkəmə yalnız sübutları sadalamaqla kifayətlənməməli, onları əlaqəli şəkildə şərh etməli, bu və ya digər sübutun qəbul edilibedilməməsinin səbəblərini qətnamədə aydın izah etməlidir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı qərarında da məhkəmələrə məhz bu qaydalara əməl etmələri tövsiyə olunub. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya instansiyası məhkəməsi işin yuxarıda müəyyən edilmiş hallarını və sadala nan maddi, prosessual hüquq normalarının tələblərini nəzərə alıb, kassasiya şikayətində göstərilən digər dəlilləri də müzakirə edib hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, mülki iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmalı və işə yenidən apellyasiya qaydasında baxılarkən sadalanan nöqsanlar aradan qaldırılmaqla yanaşı, işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirlər görülməli və araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbləri baxımından düzgün hüquqi qiymət verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiy a instansiyası məhkəməsi Qərara aldı: Cavabdeh kassasiya şikayəti qismən təmin edilsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 15 aprel 2021-cu il tarixli, 2(103)-931/2021 saylı qətnaməsi ləğv edilsin, mülki iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar