Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5647/2021 22.11.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçılar İddiaçı1, X2 və X3 Cavabdeh qarşı “istifadə hüququnun tanınması” barədə ilkin, Cavabdeh X13, X4 və X5 qarşı “mülkiyyətində olan mənzilindən çıxarılma və evin boşaldılması” barədə qarşılıqlı iddia tələblərinə dair mülki iş üzrə QƏRARİ Açar sözlər: yaşayış binasının tərkib hissəsinə istifadə hüququ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi), Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Cəfərova Qəmər Muxtar qızının katibliyi, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı1 vəkili Və kil2, Cavabdeh və onun vəkili Vəkil1 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4700/2021 nömrəli iş üzrə 05 may 2021-ci il tarixli qətnaməsindən İddiaçı1 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 22 noyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları Bakı şəhəri, Hövsan qəsəbəsi, Elman Qasımov küçəsində yerləşən 18 saylı evin 50 saylı mənzili 13 sentyabr 2019-cu ildə Daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən X16 tərəfindən Cavabdeh bağışlanmışdır. ünvan 1 Cavabdeh mülkiyyətindədir. ünvan 2si tərəfindən verilmiş 24 fevral 2017-ci il tarixli 472 və 473 saylı arayışlardan görünür ki, İddiaçı2 və İddiaçı3 ünvan 1 ünvanında qeydiyyatsız yaşayırlar. ünvan 2si tərəfindən verilmiş Ara yışdan və notarial qaydada təsdiq olunmuş 30 sentyabr 2020-ci il tarixli ərizədən görünür ki, İddiaçı1 2008-ci ildən ailəsi ilə birlikdə ünvan 1 ünvanında qeydiyyatsız yaşayırlar. Bakı şəhəri üzrə Təhsil İdarəsi Suraxanı rayonu M.Mehdiyev adına 280 №-li tam orta məktəb tərəfindən verilmiş 30 sentyabr 2020-ci il tarixli 328/1 №-li və 382/2 №-li arayışlardan görünür ki, İddiaçı2 və İddiaçı3 2008-ci ildə ikinci sinifə daxil olmuş və 2016-cı ildə doqquzuncu sinfi bitirmişdir. 16 №-li Uşaq Poliklinikası tərəfindən verilmiş 794 №-li Arayışdan görünür ki, İddiaçı2 və İddiaçı3 04 aprel 2014-cü il tarixdən 2018-ci il tarixədək 16 №-li Uşaq Poliklinikasında qeydiyyatda olmuş və 2018-ci il tarixdə 18 yaşına çatdığı üçün 23 saylı şəhər Poliklinikasına köçürülüb. Suraxanı RPİ tərəfindən verilmiş 13 avq ust 2020-ci il tarixli rəydən görünür ki, İddiaçı2 və İddiaçı3 ünvan 4 ünvanında qeydiyyatdan çıxarılmışdır. Təqdim etdikləri arayışa əsasən onların hal-hazırda ünvan 1 ünvanında yaşaması sübuta yetirilmişdir. Ona görə də, İddiaçı2 və İddiaçı3 ünvan 5 ünvana qeydiyyata alınmasının məqsədəmüvafiq hesab etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçılar X18, X9 və X10 Cavabdeh qarşı “istifadə hüququnun tanınması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçılar X11, X2 və X3 Hövsan qəsəbəsi, Elman Qasımov küçəsi 18, mənzil 50 ünvanında yerləşən mənzildən istifadə hüquqlarının tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlk iddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı1 X6 ilə faktiki nikaha daxil olmaqla ailə qurmuş və onların rəsmi nikahı 19 oktyabr 2000-ci ildə qeydə alınmışdır. Onların birgə nikahından 11 may 1993-cü il təvəllüdlü X12, xx xxxxxx 2000-ci il təvəllüdlü İddiaçı3 və xx xxxxxx 2000-ci il təvəllüdlü İddiaçı2 adlı övladları var. Onlar mərhum həyat yoldaşı X1 adına olan General Mehmandarov küçəsi, ev 54, mənzil 68 ünvanında yaşamışlar. Həmin mənzil 2008-ci ildə satıldıqdan 1 ay sonra ünvan 6 ünvanında yerləşən mənzil qaynanası X8 adına alınmışdır. 17 yanvar 2019-cu ildə əri X1 vəfatından sonra həmin ev qayınanası Mariya tərəfindən qızı Cavabdeh bağışlanmışdır. Artıq 12 ildir həmin ünvanda övladları ilə yaşasa da, Cavabdeh onun və övladlarının mənzildən istifadə hüququnun tanınmasına qarşıdır. Eyni zamanda o, cavabdehin onların həmin mənzildən köçürülməsinə dair qarşılıqlı iddia tələbini də əsassız hesab edir. Çünki mübahisəli mənzil formal olaraq, qayınanasının adına əldə edildiyindən, həmin mənzilin cavabdehə bağışlanması əsassızdır. Cavabdeh iddiaçılar X13, X4 və X5 qarşı “mülkiyyətində olan mənzilindən çıxarılma və evin boşaldılması” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı1, İddiaçı2 və İddiaçı3 mülkiyyətində olan ünvan 7 ünvanda yerləşən mənzilindən çıxarılmaları və mənzilin boşaldılaraq ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Hövsan qəsəbəsinin E.Qasımov küçəsində yerləşən 18 saylı evin 50 saylı mənzili anası X8 mülkiyyətində olmuş və sonuncu həmin mənzili Bakı şəhəri 18 saylı Notariat ofisində 13 sentyabr 2019cu il tarixdə rəsmiləşdirilmiş bağışlanma müqaviləsinə əsasən ona bağışlanmışdır. İlkin iddia üzrə iddiaçılar, qarşılıqlı iddia üzrə cavabdehlər anasının icazəsi ilə sonuncunun mülkiyyətində olan mübahisəli mənzildə 2008-2019-cu illərdə müəyyən vaxtlarda yaşasalar da bu hal özü-özlüyündə onların istifadə hüquqlarının yaranmasına səbəb olmamışdır. İlkin iddia üzrə iddiaçılar qanunvericiliyə uyğun olaraq, nə onun yaxın qohumu, nə də digər qohumlara aid deyillər. Buna baxmayaraq, ilkin iddia üzrə iddiaçılar onun mülkiyyətində olan mənzilini zəbt edərək, dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq mübahisəli mənzili tərk etməkdən imtina edirlər və ona qarşı belə bir iddia tələbi ilə məhkəməyə müraciət etmişlər. Ona görə də ilkin iddia tələbinin rədd edilməsi, qarşılıqlı iddia tələbinin təmin edilərək, cav abdehlər İddiaçı1, İddiaçı2 və İddiaçı3 mülkiyyətində olan ünvan 7 ünvanda yerləşən mənzilindən çıxarılmaları və mənzilin boşaldılaraq ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X14 və X7 ifadələrində bildirmişlər ki, iddiaçılar X18, X9 və X10 onun qonşuluğunda yerləşən ünvan 7 ünvanda yaşayırlar. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin (hakim Anar Qasımov) 2(010)-312/2021 saylı, 16 fevral 2021-ci il tarixli qətnaməsi ilə ilkin iddia tələbi rədd edilmiş, qarşılıqlı iddia tələbi isə təmin edilmişdir. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, Bakı şəhəri, Hövsan qəsəbəsi, Elman Qasımov küçəsində yerləşən 18 saylı evin 50 saylı mənzili 13 sentyabr 2019-cu ildə Daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən X16 tərəfindən Cav abdeh bağışlanmış və hazırda sonuncunun mülkiyyətindədir. İlkin iddia üzrə iddiaçılar 2008-ci ildən mübahisəli evdə yaşayırlar. Məhkəmə ilk növbədə onu qeyd etməyi zəruri hesab etmişdir ki, ilkin iddia üzrə iddiaçılar tələblərinin əsaslığını hazırda qüvvədə olan Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələri ilə əsaslandırsalar da, eyni zamanda 2008-ci ildən mübahisəli mənzilə köçüb yaşadıqlarını qeyd etmişlər. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçıların mübahisəli mənzildə yaşamaları ilə bağlı hüquq münasibətlərinin 2000-ci il sentyabrın 1-dən sonra, eyni zamanda hazırda qüvvədə olan Mənzil Məcəlləsinin qüvvəyə mindiyi tarixdən (01.10.2009) əvvəl yarandığını nəzərə alaraq 2009-cu il oktyabrın 1-dək yaranmış olduğuna görə münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləs inin 228-ci maddəsinin müddəaları tətbiq edilməlidir. Məhkəmə qeyd etmişdir ki, iddiaçılar mübahisəli evə 2008-ci ildə köçəndən sonra mənzilin mülkiyyətçisi olan X16 ilə evdən istifadə hüququnun həyata keçirilməsi ilə bağlı notariat qaydasında təsdiqlənməli yazılı razılaşma bağlamamışlar. Qeyd olunan hal isə belə nəticəyə gəlməyə əsas verir ki, ilkin iddia üzrə iddiaçıların mübahisəli mənzildən istifadə hüququ yaranmamışdır. Məhkəmə həmçinin hesab edir ki, mübahisəli mənzilin X16 tərəfindən Cavabdeh bağışlanmasından sonra da, iddiaçıların qüvvədə olan Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinə əsaslanmaqla mübahisəli mənzildən istifadə hüquqlarının tanınması tələbi əsassızdır. Belə ki, iddiaçılar Cavabdeh müvafiq olaraq baldızı və qardaşı övladları olduğunu nəzərə alaraq onlar Azərbay can Respublikası Ailə Məcəlləsinin 13 və 15-ci Fəsillərinə və Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə uyğun olaraq cavabdehin ailə üzvü hesab edilmirlər. Bu səbəbdən məhkəmə hesab etmişdir ki, ilkin iddia üzrə iddiaçıların mənzilin sahibi olan Cavabdeh ailə üzvü, eləcə də ailə qanunvericiliyi əsasında onunla birlikdə yaşamaq və ondan özünün saxlanılmasını tələb etmək hüququ olmadığından mübahisəli mənzilə istifadə hüquqları tanına bilməz. Qarşılıqlı iddia tələbinə münasibətdə birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçıların mübahisəli mənzilə istifadə hüquqlarının olmamasına baxmayaraq, onların həmin mənzildə yaşamaları cavabdehin mülkiyyətçi kimi qanunla qorunan hüquqlarını pozduğundan iddiaçılar Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsinin E.Qasımov küçəsində yerləşən 18 a s aylı evin 50 nömrəli mənzilindən çıxarılmalı və mənzil boşaldılaraq Cavabdeh təhvil verilməlidir. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1, 228.2, 228.5, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1, 30.2-ci maddələrinə istinadən əsaslandırmışdır. İddiaçı1 apelyasiya şikayəti verərək Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 16 fevral 2021-ci il tarixli 2(010)-312/2021 nömrəli qətnamənin ləğv edilməsi, ilkin iddia tələbinin təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti məhkəmənin maddi hüquq normalarının tələblərini pozması, mübahisəsi gedən mənzildə övladları ilə birlikdə faktiki olaraq 12 il yaşadıqları arqumentləri ilə əsaslandırılmışdır. Apelyasiya instansiyası məhkəməsindəki icraat Bakı Apellyasiya Məhkəməsi nin Mülki Kollegiyasının (hakimlər Fuad Babayev - sədrlik edən və məruzəçi, Xumar Mərdanova və Elnur Həsənov) 05 may 2021-ci il tarixli 2(103)-4700/2021 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-312/2021 saylı, 16 fevral 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya məhkəməsi apellyasiya şikayəti həddində qətnaməni yoxlayaraq qeyd etmişdir ki, mülkiyyətin toxunulmazlığı və onun dövlət tərəfindən qorunmasına dair konstitusion prinsipdən çıxış edərək qüvvədə olan Mülki Məcəllənin 228-ci maddəsində yaşayış binasının tərkib hissəsindən istifadə hüququna dair qaydalar müəyyən edilmişdir. Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin mənasına görə, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun yaranması üçün aşağıdakı mütləq şərtlərin yerinə yetirilməsi tələb olunur: 1) mülkiyyətçi ilə yazılı razılaşmanın bağlanılması; 2) həmin razılaşmanın notariat qaydasında təsdiq olunması; 3) istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli qərarına əsasən, 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. İlkin iddia üzrə iddiaçılar cavabdehin mülkiyyətində olan mənz ilə 2008-ci ildən sonra köçdüklərindən, Konstitusiya Məhkəməsinin yuxarıda qeyd olunan qərarına uyğun olaraq hazırki mübahisə üzrə onların istifadə hüququna malik olub-olmaması məsələsi Mülki Məcəllənin 228-ci maddəsinin müddəalarına uyğun həll edilməlidir. Həmin Məcəllənin 228.5-ci maddəsində isə təsbit olunmuşdur ki, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşay ış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu Məcəllənin qüvvəyə mindiyi gündən yaranır. “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 27 may 2008-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, Mülki Məcəllənin 228.5-ci maddəsinin mülkiyyətçinin razılığı” müddəası həmin Məcəllənin 228.2-ci maddəsində müəyyən olunan qaydada müvafiq olaraq yazılı bağlanan notariat qaydasında təsdiqlənən razılaşmanı nəzərdə tutur və yaşayış binasının tərkib hissəsindən digər şəxslərin istifadə hüququna xitam verilməsi ilə bağlı məsələlər Mülki Məcəllənin 228.2-ci maddəsinə uyğun həl l edilməlidir. Bundan başqa, Konstitusiya Məhkəməsi Plenumunun N.S.Cəbrayılovanın şikayəti üzrə çıxardığı 02 dekabr 2010-cu il tarixli qərarında da göstərilmişdir ki, “mülkiyyətçinin razılığı” müddəasına verilmiş şərh MM-in 228.5-ci maddəsinə bütövlükdə deyil, həmin maddənin yalnız “digər ailə üzvlərinin (ərinin, arvadının) köçürülməsinə mülkiyyətçinin razılığı ilə yol verilir müddəasına aiddir və mülkiyyətçinin özünün ailə üzvlərinə şamil olunmur. Məhkəmə kollegiyası qanunvericiliyin yuxarıda göstərilən müddəalarını və onların rəsmi şərhinə dair Konstitusiya Məhkəməsi Plenumunun qərarlarını rəhbər tutaraq hesab etmişdir ki, Mülki Məcəllənin 228-ci maddəsinin mənasına görə ilkin iddia üzrə iddiaçılar, Bakı şəhəri, Hövsan qəsəbəsi, Elman Qasımov küçəsində yerləşən 18 saylı evin 50 saylı mə nzilində faktiki olaraq yaşasalar da, həmin mənzildən Mülki Məcəllənin 152.1-ci maddəsində nəzərdə tutulan mülkiyyət hüququnun elementlərindən biri kimi istifadə hüququ qazanmamışlar. Belə ki, ilkin iddia üzrə iddiaçılar ilə mübahisəli mənzilin mülkiyyətçisi olan şəxs arasında istifadə hüququ ilə bağlı notariat qaydasında təsdiqlənmiş razılaşma bağlanmamış, eləcə də onların istifadə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. Buna görə də, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq və Azərbaycan Respublikası MM-nin 228.1, 228.2, 228.5, 152.1, 152.5, 157.4-cü maddələrini rəhbər tutaraq hesab etmişdir ki, iddiaçılar Bakı şəhəri, Hövsan qəsəbəsi, Elman Qasımov küçəsində yerləşən 18 saylı evin 50 saylı mənzilində fa ktiki olaraq yaşasalar da, həmin mənzildən Mülki Məcəllənin 152.1-ci maddəsində nəzərdə tutulan mülkiyyət hüququnun elementlərindən biri kimi istifadə hüququ qazanmamışlar. Belə ki, iddiaçılar ilə mübahisəli mənzilin mülkiyyətçisi olan şəxs arasında istifadə hüququ ilə bağlı notariat qaydasında təsdiqlənmiş razılaşma bağlanmamış, eləcə də onların istifadə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. Həmçinin iddiaçıların mübahisəli mənzilə istifadə hüquqlarının olmamasına baxmayaraq, onların həmin mənzildə yaşamaları Cavabdeh mülkiyyətçi kimi qanunla qorunan hüquqlarını pozur. Qeyd olunanlara əsasən apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. İddiaçı1 kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 05 may 2021-ci il tarixli qətnaməsinin ləğv edilərək işin yeni apellyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiya məhkəməsi tərəfindən iş üzrə ətraflı araşdırma aparılmamış, sübut qismində birinci instansiya məhkəməsində təqdim edilmiş qətnamə və arayışlar nəzərə alınmamış və birbaşa cavabdehin maraqlarına xidmət edən Suraxanı rayon məhkəməsinin qətnaməsi qüvvədə saxlanılmışdır. Belə ki, ünvan 9 ünvanında yerləşən ev iddiaçının mərhum həyat yoldaşına məxsus olmuş və onun tərəfindən 2008-ci il tarixdə satılmışdır. Daha sonra həmin evin satışından əldə olunmuş pul vəsaiti ilə mübahisəli Suraxanı rayonu, Hövsan qəsəbəsi, Elman Qasımov küçəsində yerləşən 18 saylı evin 50 saylı mənzil formal olaraq X8 adına alınmışdır. Evin satışından sonra Xətai Rayon Məhkəməsinin 2(011)-1192/2008 saylı qətnaməsi ilə həyat yoldaşı, qayınanası və iddiaçının həmin evə dair istifadə hüquqlarının itirilməsi qət edilmişdir. Yəni, evin satılması ilə onların istifadə hüququ itirilmişdir. Mərhum qayınanası Bakı Metropoliteni QSC- də xadimə kimi çalışmış və yüksək əmək haqqı olmayan biri öz vəsaiti hesabına ev alması üçün kifayət qədər gəlir əldə edə bilməz. Bütün bunlar mübahisəli mənzilin formal olaraq X8 adına alınmasını sübut edir. Həmçinin iş materiallarına əlavə edilmiş ünvan 2si, rayon poliklinikası, məktəb tərəfindən verilmiş arayışlar da onun və digər iddiaçılar olan oğlanlarının mübahisəli mənzildə yaşamalarını təsdiq edir. Hər iki övladı həmin ünvandan hərbi xidmətə çağırılmışlar. Bütün bunlar onların mübahisəli mənzilə istifadə hüquqlarının olduğunu göstərən xüsusatlar olsa da, nə birinci instansiya məhkəməsi, nə də apellyasiya məhkəməsi tərəfindən hüquqi qiymət verilməmişdir. İşdə iştirak edən şəxslərin kassasiya şikayətinə dair yazılı etirazı və ya izahatları məhkəməyə daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı1 vəkili Vəkil2 məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin dəlillərinə u yğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdilər. Cavabdeh və vəkili Vəkil1 kassasiya şikayətinin dəlillərinə etiraz edərək təmin edilməməsini xahiş etdilər. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 228.1. Yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Maddə 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Maddə 228.5. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanı nan və qorunan hüququdur. Maddə 152.5. Mülkiyyətçiqanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqlamüəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mənzil Məcəlləsi Maddə 29.1. Yaşayış sahəsinin mülkiyyətçisi ona mülkiyyət hüququ əsasında məxsus olan yaşayış sahəsi barəsində onun təyinatına uyğun olaraq və bu Məcəllə, həmçinin digər qanunlarla müəyyən edilmiş hüdudlarda sahiblik, istifadə və sərəncam vermək hüquqlarını həyata keçirir. Maddə 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.1 və 228.2-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair 16 dekabr 2014-cü il tarixli Qərarın ın nəticə hissəsində qeyd olunur ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan mü əyyən edilmiş qüvvəsi yoxdur. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 418.3 Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə b ilsin. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi şikayətin işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına dair dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən i rəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Apellyasiya qətnaməsi yalnız apellyator İddiaçı1 münasibətdə yoxlanıldığından, digər iddiaçılar apellyasiya şikayəti vermədiklərindən, İddiaçı1 kassasiya şikayəti əsasında apelyasiya instansiyası məhkəməsinin qətnaməsi tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyasının mövqeyi ondan ibarətdir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi il ə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətinin dəlilləri işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına, qətnamədə ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına dair dəlilləri üzrə olduğundna həmin dəlillər üzrə məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 407.2-ci maddəsinin tələbinə əsasən hər hansı araşdırma aparmır və onlara qiymət vermir. Məhkəmələr tərəfindən müəyyən edilmiş işin hallarına isə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1, 228.2 və 228.5-ci və 157.2-ci maddəsini n tətbiq edilməsi düzgün olmuşdur. Belə ki, məhkəmələr tərəfindən iddiaçının mülkiyyətçi Cavabdeh ailə üzvü olmaması, onunla birgə yaşamaması, həmçinin mənzilə 2008-ci ildən əvvəlki mülkiyyətçiyə münasibətdə digər şəxs kimi istifadə hüququnun yaranması üçün mülkiyyətçi ilə notarial qaydada bağlanmış müqaviləsi olmadığından İddiaçı1 həmin yaşayış sahəsinə istifadə hüququnun olmadığı müəyyən edilir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(10 3)-4700/2021 nömrəli iş üzrə 05 may 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.