Məhkəmə qərarları › İş №2(102)-5652/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-5652/2020

16.11.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5652/2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: aliment məbləğinin artırılması) 16.11.2020 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), X3 və X1 ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi ilə, Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-1905/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə xx xxxxxx 2020-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları Şəmkir Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(076)-702/2019 nömrəli qətnaməsindən görünür ki, Cavabdeh İddiaçı xeyrinə xx.xx.2013-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay 140 manat sabit pul məbləğində aliment tutulması qət olunmuşdur. Nikahın pozulması haqqında şəhadətnamənin notariat qaydasında təsdiqlənmiş surətindən görünür ki, İddiaçı (bundan sonra – iddiaçı) ilə Cavabdeh (bundan sonra – cavabdeh) arasında olan nikah xx.xx.2019-cu il tarixdə pozulmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehə qarşı alimentin məbləğinin artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(076)702/2019 nömrəli qətnaməsi ilə müəyyən olunmuş alimenti n artırılaraq, hər ay 300 manat sabit pul məbləğində alimentin tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, azyaşlı uşağın maddi cəhətdən saxlanmasında çətinlik çəkir. Məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği azyaşlı uşağın maddi cəhətdən saxlanmasında kifayət etmir. Cavabdeh azyaşlı uşağın saxlanmasında maddi cəhətdən ona əlavə köməklik etmir. Cavabdeh uşağına yüksək məbləğdə aliment vermək iqtidarındadır. Buna görə də hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etməli olmuşdur. Birinci instansiya məhkəmə iclasında cavabdehin nümayəndəsi iddianı qəbul etməyərək izahatında göstərmişdir ki, iddiaçı məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimenti belə ödəməkdə çətinlik çəkir. Qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin e dilməməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Şəmkir Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) xx xxxxxx 2020ci il tarixli, 2(076)-129/2020 saylı qətnaməsi ilə (hakim Zaman İmanov) iddianın qismən təmin edilməsi, xx.xx.2013-cü il təvəllüdlü adlı uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün Şəmkir Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(076)-702/2019 nömrəli qətnaməsi ilə hər ay 140 sabit pul məbləğində alimentin məbləği artırılaraq hər ay 160 manat məbləğində müəyyən edilməsi, qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq, xx.xx.2013-cü il təvəllüdlü adlı uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün cavabdehdən hər ay 160 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçıya verilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün atanın aliment öhdəliklərinin yerinə yetrilməsinə cəlb edilməsi zamanı uşağın maraqlarını və mənafeyini əks etdirən bütün diqqətəlayiq hallar xüsusən nəzərə alınmalı və atanın bir valideyn kimi uşaqlarının maddi cəhətdən təmin edilməsində daha aktiv şəkildə iştirak etməsini səciyyələndirən xüsusatlar əsas götürülməlidir. Alimentin miqdarının dəyişdirilməsi zamanı əsas meyar kimi uşağın maddi təminatının normal səviyyədə təmin edilməsi təşkil etməlidir. Birinci instansiya məhkəməsi alimentin miqdarını dəyişdirən zaman uşağın tərbiyəsində və saxlanmasında ananın üzərinə daha çox yükün düşdüyünü və habelə tərəflərin maddi vəziyyəti ilə əlaqədar halları tam nəzərə almışdır. Qətnamədən narazı qalan cavabdeh apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, ondan tutulacaq alimentin məbləğinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. b) Apelyasiya instansiyası məhkəməsində icraat Gəncə Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Azər Bayramov - sədrlik edən və məruzəçi, Rəşad Mamedov, Əlizamin Abdullayev) xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə apelyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apelyasiya instansiyası məhkəməsi cavabdehdən sabit pul məbləğində tutulacaq alimentin miqdarını müəyyən edərkən, mübahisənin yuxarıda qeyd edilən hallarını nəzərə alaraq, sabit pul məbləğində alimentin miqdarının hər ay 160 manat miqdarında müəyyən edilməsini əsaslı hesab edərək qeyd etmişdir ki, cavabdehin ap elyasiya şikayətində göstərdiyi dəlillərə görə alimentin miqdarının dəyişdirilməməsi qanuni hesab edilə bilməz. Belə ki, “Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minumumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 2020cu il üçün yaşayış minumumu ölkə üzrə uşaqlar üçün 170 manat məbləğində müəyyən olunmuşdur. Cavabdehin hal-hazırda ödədiyi aliment uşağın fiziki, əqli, mənəvi və sosial cəhətdən sağlam böyüməsi və inkişaf etməsi üçün heç də yetərli hesab edilə bilməz. İddiaçının qeyd etdiyi 140 manat məbləğində aliment artıq məktəbli bir uşağın maddi cəhətdən saxlanılması üçün kifayət deyildir. Digər tərəfdən, cavabdeh əlil deyil, tam şəkildə əmək qabiliyyətinə malik şəxsdir. Məhkəmə həmçinin qeyd etmişdir ki, cavabdeh ata kimi uşaq hüquqlarına hörmətlə yanaşmağa, uşağın cəm iyyət üçün layiqli vətəndaş kimi formalaşmasında üzərinə düşən vəzifələri yerinə yetirməyə borcludur. Onun uşaqlarını saxlamaq həm qanunla müəyyən olunmuş vəzifəsi, həm də mənəvi borcudur. Milli və beynəlxalq qanunverilicik aktlarından göründüyü kimi, uşaqla bağlı bütün məsələlərdə bütün diqqət ilk növbədə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə yönəldilir. Üstün maraqlar termini uşağın rifahını izah edir. Ona görə də, şikayətin dəlilləri əsassızdır və həmin dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi və ya dəyişdirilməsi üçün üçün əsas deyildir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri Cavabdeh (Vəkil) kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin l əğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuş, maddi və prosessual hüquq normalarının hazırki mübahisəyə düzgün tədbiq edilməməsi nəticəsində qanunsuz və əsassız qətnamə qəbul edilmişdir. Aliment məbləği o zaman arıtırıla bilər ki, onun maddi vəziyyətində dəyişiklik olsun. Onun isə maddi vəziyyətində heç bir dəyişiklik olmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə tərəflər gəlmədikləri üçün v ə gəlməmələrinin səbəbləri barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq Ailə Məcəlləsi: Maddə: 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhk əmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materi allarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Birinci instansiya məhkəməsinin qətnaməsində yalnız cavabdeh apelyasiya şikayəti vermiş, iddiaçı qətnaməni iddia tələbinin rədd edilən hissədə mübahisələndirməmişdir. Hazırkı kassasiya şikayətində qətnamə iş üzrə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən və apelyasiya instansiyası məhkəməsinin aktının ləğvi xahiş edildiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzim ləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətinin dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, uşağın gündəlik zəruri qida və digər zəruri ehtiyaclarının artması hamıya bəlli olan hal olmaqla, həmin ehtiyacların təmin edilməsində valideynlərin hər biri bərabər məsuliyyət daşıyırlar. Cavabdehin şikayətinin dəlilləri (maddi vəziyyətində heç bir dəyişikliyin olmaması) ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin qeyd etdiyi hallar övladı qarşısında qanunvericiliklə müəyyən edilmiş öhdə liyinin yerinə yetirilməməsinin əsası ola bilməz. Həmçinin uşağın artan tələbatı iddiaçının maddi vəziyyətinin dəyişməsi, yəni onun uşağın saxlanması ilə bağlı daha çox vəsaiyə ehtiyacının olması deməkdir. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və qətnamədə ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məh kəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-1905/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir. Ali Məhkəmənin hakimi Əhməd Nurməmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar