Məhkəmə qərarları › İş №2(102)-5653/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-5653/2021

13.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5653/2021 13.12.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı açıq səhmdar cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ iş № 2(102)-5653/21 (Açar sözlər: borcun tutulması, ekspert rəyi, cərimənin və faizin azaldılması) Bakı şəhəri, 13 dekabr 2021-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Allahverdizadə Şəhriyar Əli oğlunun katibliyi, Cavabdeh1 vəkili X1 iştirakı ilə, İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “b orcun ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1790/2021 nömrəli, 16 iyun 2021-ci il tarixli qətnaməsindən iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğv edicisi Əmanətlərin Sığortalanması Fondunun kassasiya şikayətinə 13 dekabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı ASC ilə Cavabdeh1 arasında 25 noyabr 2015-ci il tarixli, il tarixli 1075/6 saylı kredit müqaviləsi bağlanıb.

2. Müqaviləyə əsasən Cavabdeh1 illik 23 faizlə 12 ay müddətinə 50000 ABŞ dollar məbləğində kredit verilmişdir. 3. 30 mart 2017-ci il tarixli əlavə sazişlə həmin müqaviləyə dəyişiklik edilərək 1075/6 saylı müqavilə üzrə qalıq qalmış 89355 ABŞ dolları məbləğin də borc 15 % dərəcəsi ilə 30 ay müddətinə kreditə verilmişdir.

4. Borcun təminatı olaraq Cavabdeh2 ilə 30 mart 2017-ci il tarixli zaminlik müqaviləsi bağlanmışdır. a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə Binəqədi rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 2017-ci ilin oktyabrın 31-dək Cavabdeh1 banka 25 noyabr 2015-ci il tarixli 1075/6 saylı müqavilə və 30 mart 2017-ci il tarixli əlavə saziş üzrə 86026.53 ABŞ dolları əsas, 6595,37 ABŞ dolları faiz borcu, 429 ABŞ dolları cərimə olmaqla, ümumilikdə 93050,90 ABŞ dolları məbləğində kredit borcunun tutulması, 25 noyabr 2015-ci il tarixli 1075/6 saylı müqavilə və 30 mart 2017-ci il tarixli əlavə sazişin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İ ddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlər müqavilənin şərtlərini pozaraq, yazılı və şifahi xəbərdarlıqlara baxmayaraq, üzərlərinə düşən öhdəliyi lazımınca yerinə yetirməmişlər. Borc məbləği 31 oktyabr 2017-ci il tarixinə hesablanıb.

7. İddiaçı tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 21, 442, 448.1, 465.2, 472.1, 472.2 və 501-ci maddələrinə istinad etmişdir.

8. Birinci instansiya məhkəməsi 11 iyul 2019-cu il tarixli qərardadı ilə iş üzrə mühasibatlıq ekspertizası təyin etmiş 11 noyabr 2017-ci il tarixinə Cavabdeh1 əsas, faiz borcu və cərimə borcunun nə qədər olması barədə sual qoymuşdur.

9. Məhkəmə Ekspertizası Mərkəzinin 08 avqust 2019-cu il tarixli, 20016 nömrəli rəyinə əsasən Cavabdeh1 14 noyabr 2017-ci il tarixinə 86760,24 ABŞ dolları əsas, 7121,57 ABŞ dolları faiz borc u var. 14 noyabr 2017-ci il tarixdən sonra ödənilıən 2820 AB, dolları nəzərə alınmayıb.

10. İddiaçı cavabdehin 30 sentyabr 2019-cu il tarixinə borcu barədə 02 oktyabr 2019-cu il tarixli yeni maliyyə arayışı təqdim etmişdir.

11. Birinci instansiya məhkəməsi 22 oktyabr 2019-cu il tarixli qərardadı ilə iş üzrə mühasibatlıq ekspertizası təyin etmiş, ekspertin qarşısında müqavilə müddətinin sonuna, yəni 30.09.2019-cu il tarixinə Cavabdeh1 əsas, faiz və cərimə borcunun nə qədər olması barədə sual qoymuşdur.

12. Məhkəmə Ekspertizası Mərkəzinin 21 yanvar 2020-ci il tarixli, 28099 nömrəli rəyinə əsasən Cavabdeh1 30 sentyabr 2019-cu il tarixədək İddiaçı ASC-yə ümumilikdə 5370,00 ABŞ dolları məbləğində ödəniş etmişdir ki, bunun da 2594,76 ABŞ dolları əsas borca, 2775,24 ABŞ dolları isə faiz borcuna s ilinmişdir. 30 sentyabr 2019-cu il tarixinə Cavabdeh1 İddiaçı ASC-yə 86760,24 ABŞ dolları əsas, 28739,04 ABŞ dolları faiz borcu qalmışdır.

13. Birinci instansiya məhkəməsinin 13 mart 2020-ci il tarixli qərardadı ilə iş üzrə yenidən mühasibatlıq ekspertizası təyin etmiş, ekspertin qarşısında Cavabdeh1 rəy verilən günə hansı məbləğdə əsas, faiz və cərimə borcunun nə qədər olması barədə sual qoymuşdur.

14. Məhkəmə Ekspertizası Mərkəzinin 9/1533 saylı, 30 iyun 2020-ci il tarixli ekspert rəyinə əsasən 30 iyun 2020-ci il tarixinə Cavabdeh1 İddiaçı ASC-yə 74160,86 ABŞ dolları əsas, 8312,20 ABŞ dolları faiz borcu vardır.

15. Binəqədi rayon Məhkəməsinin 2(001)-59/2020 nömrəli, 19 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, 25.11.2015-ci il tarixli, 1075/6 saylı kredit kar tı müqaviləsi və 01 saylı, 30 mart 2017- ci il tarixli saziş üzrə 67548.87 ABŞ dolları əsas borc, 8312,20 ABŞ dolları faiz borcu, 500 ABŞ dolları cərimə borcu olmaqla, ümumilikdə 76361.07 (yetmiş altı min üç yüz altmış bir ABŞ dolları, yeddi sent) ABŞ dolları məbləğində pul vəsaitinin ödəniş anında Azərbaycan manatına olan məzənnəsi hesablanmaqla manat valyutası ilə cavabdehlər Cavabdeh1dan və Cavabdeh2 müştərək qaydada tutularaq ləğv prosesində olan İddiaçı ASC-yə verilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. (hakim İlkin Əliyev)

16. Birinci instansiya məhkəməsi işdəki sübutlara əsasən müəyyən edib ki, iddiaçı ilə Cavabdeh1 arasında 25.11.2015-ci il tarixdə 1075/6 saylı kredit müqaviləsi bağlanmış, 1075/6 saylı kredit müqaviləsinin təminatı qismində digər Cavabdeh2 ar asında zaminlik müqavilələri bağlanmışdır. İddiaçı ilə Cavabdeh1 arasında 30.03.2017-ci il tarixdə 25.11.2015-ci il tarixli kredit kartı müqaviləsi üzrə 01 saylı əlavə saziş imzalanmış, kredit müqaviləsində dəyişiklik edilərək, müddət uzadılmış, qalıq qalan 89355 ABŞ dolları borc illik 15 % olmaqla, 30 ay müddətinə kreditə çevrilmişdir. 25.11.2015-ci il tarixdə 1075/6 saylı kredit müqaviləsi və 30.03.2017-ci il tarixli 01 saylı əlavə saziş üzrə kredit müqaviləsinin müddəti 30 sentyabr 2019-cu il tarixində başa çatmışdır.

17. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, borcalanın kredit müqavilələri üzrə borcu yaranıb, cavabdeh kredit müqaviləsi üzrə banka aylıq ödəniş qrafiki ilə kredit borcunu qaytarmağı barədə öhdəlik götürməsinə baxmayaraq, müqavilə şərtlərinə əməl etməyərək öhdəliy ini tam icra etməmişdir.

18. Birinci instansiya məhkəməsinin qənaətinə görə borcalan, yəni Cavabdeh1 kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də borclu onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq qalıq borcunu kreditora ödəməlidir.

19. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, 30 mart 2017-ci il tarixli kredit müqaviləsi üzrə qalıq kredit borcu əsas borc üzrə iddia tələbi həddində, faiz borcu isə Məhkəmə Ekspertizası Mərkəzinin 9/1533 saylı, 30 iyun 2020-ci il tarixli ekspert rəyi həddində müəyyən ed ilməli, 01.10.2019-cu il tarixdən sonra ödənilmiş 882.36 ABŞ dolları məbləğində pul vəsaiti əsas kredit borcundan çıxılmalı və 25.11.2015-ci il tarixli 1075/6 saylı kredit kartı müqaviləsi və 30 mart 2017-ci il tarixli əlavə saziş üzrə əsas borc 67545.87(68431,23-882.36) ABŞ dolları, faiz borcu isə 8312,20 ABŞ dolları məbləğində müəyyən edilməlidir.

20. Birinci instansiya məhkəməsi 855,39 ABŞ dolları məbləğində dəbbə pulunun hesablanmasını əsaslı hesab etməmiş və əsas borcun məbləğini nəzərə alaraq hesablanmış dəbbə pulunun məbləğini azaldaraq 500 ABŞ dolları məbləğində saxlamışdır.

21. Birinci instansiya məhkəməsinin mövqeyinə görə qeyd edilən borc məbləğləri borclu ilə yanaşı zamindən də tutulmalıdır.

22. Birinci instansiya məhkəməsi öz mövqeyini Mülki Məcəllənin 21, 425.1, 427.3, 442.1, 462.1, 467, 470.1, 471, 472.1, 472.2, 472.3, 739-cu, Mülki Prosessual Məcəllənin 77.1-ci maddələri ilə əsaslandırmışdır. b) Apelyasiya instansiyası məhkəməsindəki icraat

23. İddiaçı apelyasiya şikayəti verib, qətnamənin ləğv, iddia tələbinin tam təmin edilməsini xahiş etmişdir.

24. Apelyasiya şikayətinin dəlilləri: - birinci instansiya məhkəməsinin ekspert rəyinə əsaslanması düzgün olmayıb; - birinci instansiya məhkəməsinin faiz borcunu əsassız olaraq müqavilə müddətinin bitdiyi tarixə hesablayıb.

25. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 apelyasiya şikayəti verib, qətnamənin ləğv, iddia tələbinin rədd edilməməsini xahiş etmişlər.

26. Apellyasiya şikayətinin dəlilləri: - məhkəmə ödənişləri nəzərə almayıb.

27. Apellyasiya instansiyasının 10 fevral 2021-ci il tarixli qərardadı ilə iş üzrə mü hasibatlıq ekspertizası təyin edilmiş, 30.09.2019-cu il tarixinə Cavabdeh1 əsas və faiz borcunun nə qədər olması barədə sual qoymuşdur.

28. Məhkəmə Ekspertizası Mərkəzinin 9/1518 saylı, 03 may 2021-ci il tarixli ekspert rəyinə əsasən Cavabdeh1 30.09.2019-cu il tarixinə 76118,83 ABŞ dolları əsas, 951,49 ABŞ dolları faiz borcu vardır. 30 mart 2015-ci il tarixli 1075/6 saylı saziş üzrə 2.941,1849 ABŞ dolları məbləğində artıq ödəniş edilmişdir.

29. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1790/2021 nömrəli, 16 iyun 2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayətləri qismən təmin edilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-59/2020 saylı, 19 oktyabr 2020-ci il tarixli qətnaməsi “25.11.2015-ci il tarixli, 1075/6 saylı kredit kartı müqaviləsi və 01 saylı, 30 mart 201 7-ci il tarixli saziş üzrə 8312,20 ABŞ dolları faiz borcu və 500 ABŞ dolları cərimə borcunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq ləğv prosesində olan İddiaçı ASC-yə verilməsi” hissəsində dəyişdirilmiş, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutulmalı olan faiz borcunun məbləği 951,49 (doqquz yüz əlli bir dollar 49 sent) ABŞ dolları və cərimə borcunun məbləği 855,39 (səkkiz yüz əlli beş dollar 39 sent) ABŞ dolları müəyyənləşdirilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Fuad Babayev (sədrlik edən və məruzəçi), Xumar Mərdanova, Elnur Həsənov)

30. Apellyasiya məhkəməsi apellyasiya şikayətlərinin dəlillərini və işdəki sübutları araşdıraraq, iş materiallarına və sonuncu ekspert rəyinə istinadən hesab edib ki, şikayətlər qismən təmin olunaraq qətnamə cavabdehlərdən faiz və cərimə borcunun tutulması hissədə dəyişdirilməlidir.

31. Apellyasiya məhkəməsi faiz borcunun şişirdilməsi ilə bağlı cavabdehlərin dəlillərini qismən əsaslı hesab edərək qeyd edib ki, 30.09.2019-cu il tarixinə qədər cavabdehlərə hesablanmalı olan faiz borcunun 951,49 ABŞ dolları təşkil etdiyi apellyasiya baxışı zamanı təyin edilmiş ekspertizanın rəyi ilə təsdiq edilir. Bu isə o deməkdir ki, faiz borcunun 8312,20 ABŞ dolları təşkil etməsi qənaətinə gəldiyi zaman birinci instansiya məhkəməsi səhvə yol vermişdir.

32. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin cərimə borcunun məbləğinə dair gəldiyi nəticə ilə razılaşmayaraq göstərib ki, birinci instansiya məhkəməsi bu nəticəyə gələrkən maddi hüquq normasını düzgün tətbiq etməmişdir. Çünki kredit borcun un 67548,87 ABŞ dolları olduğu müəyyənləşdirilən əsas borca münasibətdə iddiaçı bank 855,39 ABŞ dolları cərimə hesablayıb tələb etmişdir və həmin məbləğin əsas borca mütənasib olmamasına dair birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsaslı deyildir. Buna görə də dəbbə borcu hissəsində iddia tələbi tam təmin olunmalıdır.

33. İddiaçı bankın birinci instansiya məhkəməsinin faiz borcunu əsassız olaraq müqavilə müddətinin bitdiyi tarixə hesablaması barədə apellyasiya şikayətinin dəlilini əsassız sayan apellyasiya məhkəməsi qeyd edib ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə görə...kredit müqaviləsində yalnız bu hüquq münasibətlərinə xas olan ayrı-ayrılıqda kredit müqaviləsinin qüvvədə olma müddəti və kreditin (əsas məbləğ və hesablanmış faizlərin) qaytarılması müddəti müəyyənləşdirilə bilər. Buna görə, göstərilən müddətlər müqavilə üzrə müvafiq hüquqi nəticələrin yaranmasına səbəb olduğundan, nəzərə alınmalıdır ki, kredit müqaviləsinin qüvvədə olma müddəti belə müqavilənin bağlanma və öhdəliklərin tam icra edilməsi anını, kreditin (əsas məbləğ və hesablanmış faizlər) müddəti isə kreditin alınmasını və müvafiq ödənişlərin müddətini əhatə edir. Hüquqi təbiətinə görə kredit müqaviləsinin müddəti tərəflərin hüquq və vəzifələrinin yaranmasının, dəyişdirilməsinin və ona xitam verilməsinin vaxtını tənzimlədiyi halda, kredit müddəti kredit müqaviləsində müəyyənləşdiri lmiş öhdəliklərin icra edilməsinin vaxtını tənzimləyir...Kredit münasibətləri müddətlidir və həyata keçirilmə müddəti vaxt çərçivəsi ilə təyin olunmuş müqavilə münasibətləridir. Kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklər, yəni əsas borcun ödənişləri ilə bağlı öhdəliklərin və kredit müqaviləsi üzrə faizlərin ödənilməsi ilə bağlı öhdəliklərin yerinə yetirilmə müddəti müqavilədə əvvəlcədən nəzərdə tutulmuş qaydaya uyğun olaraq müəyyən olunur”.

34. Bankın təqdim etdiyi sənədləri ekspert rəyləri ilə birlikdə təhlil edən apellyasiya məhkəməsi hesab edib ki, müvafiq rəylərlə razılaşmamaq üçün hər hansı əsas mövcud olmamış və faiz borcunun məbləği Konstitusiya Məhkəməsinin hüquqi mövqeyə uyğun olaraq müqavilə müddətinin bitdiyi tarixədək hesablanmalıdır.

35. Hər iki apellyasiya şikayətində irəli sürülən, borcun məbləğinin düzgün hesablanmaması arqumenti ilə bağlı isə apellyasiya məhkəməsini mövqeyi belə olub ki, apellyatorlar nə birinci instansiya məhkəməsinə, nə də apellyasiya instansiyasına bu arqumentin yoxlanılmasına əsas verəcək heç bir sübut təqdim etməmiş, əksinə, keçirilmiş ekspertiza tədqiqatı ilə müvafiq məbləğlər müəyyənləşdirilmişdir. Nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

36. LP O İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu (vəkil X2) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin əsas və faiz borcunun azaldılmış hissəsində iddia tələbinin tam təmin olunması və ya işin yeni apellyasyia baxışına qaytarılmasını xahiş etmişdir.

37. Kassasiya şikayətinin dəlilləri: - apellyasiya məhkəməsinin qətnaməsində əsas borc aşağı həcmdə saxlanmış, ekspert rəyində yuxarı hesablanmış əsas borc nəzərə alınmamışdır; - faiz borcu hissəsində isə apellyasiya məhkəməsi təzadlı nəticəyə gəlmiş, yəni faiz borcu ekspert rəyində daha az göstərilmiş və məhkəmə də bu rəyə uyğun aşağı faiz borcunu tutmuşdur; - apellyasiya məhkəməsi təkrar ekspertiza təyin edə bilərdi. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

38. Kassasiya şikayətinə qarş ı tərəfin yazılı etirazı daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

39. Məhkəmə kollegiyasının iclasında cavabdeh Cavabdeh1 vəkili Cabbarov Kənan Qurban oğlu kassasiya şikayətini qəbul etməyərək, şikayətin təmin edilməməsini xahiş etdi.

40. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iddiaçının (kassatorun) nümayəndəsi və vəkili məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Buna görə də məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 415.3-cü maddəsinə əsasən iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Mülki Məcəllə Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Maddə

467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Mülki Prosessual Məcəllə Maddə 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 97.1. İşə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. Maddə 102.1. Ekspertin rəyi kifayət qədər aydın və ya tam olmadıqda, məhkəmə əlavə ekspertiza təyin edə bilər və onun keçirilməsini həmin və ya başqa ekspertə tapşıra bilər. Maddə 102.2. Məhkəmə, əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda, ekspertiza aparılmasını başqa ekspertə və ya ekspertlərə tapşırmaqla, təkrar ekspertiza təyin edə bilər. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. M addə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

41. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansi ya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir

42. Kassasiya şikayətində iddiaçı apellyasiya instansiyası məhkəməsinin aktının ləğvini xahiş etdiyindən, məhkəmə kollegiyası qətnaməni tam yoxlayır. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsini borcun məbləği hissəsində hər iki tərəf mübahisələndirmiş, apellyasiya məhkəməsi də hər iki şikayəti qismən təmin edərək, faiz və cərimə borcunu dəyişmişdir. Bu baxımdan qətnamənin tam yoxlanılması dedikdə, apellyasiya baxışının predmeti də olan hissə başa düşülür. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

43. Məhkəmə kollegiya sı hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

44. Baxılan iş üzrə apellyasiya məhkəməsi iddiaçının apellyasiya şikayətinin dəlillərinə tam qiymət verməklə düzgün nəticəyə gəlmişir.

45. İşdən görünür ki, iddiaçı və cavabdehlər apellyasiya şikayətlərində borc məbləğini mübahisələndirmişlər. İddiaçı borcun ekspert rəyi ilə daha az hesablanmasını, cavabdeh isə daha çox hesablanmasını göstərmişlər.

45. Qətnamədən görünür ki, a pellyasiya məhkəməsi həmin dəlilləri yoxlamaq məqsədilə yenidən ekspertiza təyin etmiş, ekspert rəyinə əsasən cavabdehin faiz borcunun iddia ərizəsində göstərilən məbləğdən az olmasını müəyyən edərək, faiz borcunun məbləğini ekspert rəyinə uyğunlaşdırmışdır.

46. Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin gəldiyi bu nəticəni işin müəyyən edilmiş hallarına və tətbiq edilən qanunvericilik normalarına uyğun hesab edir. Belə ki, borcun məbləğini müəyyən etmək üçün birinci instansiya məhkəməsi ekspertizalar təyin etmiş, ekspert rəyində faiz borcunun məbləği iddia ərizəsində göstərilən məbləğdən az olmuş, birinci instansiya məhkəməsi faiz borcu hissəsində ekspert rəyini nəzərə almaqla qətnamə çıxarmışdır. Lakin apellyasiya məhkəməsinin təyin etdiyi ekspert rəyi ilə faiz borcunun daha da az olma sı müəyyən edilmişdir. Apellyasiya məhkəməsi də məhz həmin rəyə əsasən faiz borcunu azaltmışdır.

47. Həmçinin ekspert rəylərini apellyasiya məhkəməsi MPM-in 88 və 103.1-ci maddələrinə uyğun qiymətləndirilmişdir. Qətnamədən də görünür ki, apellyasiya məhkəməsi bankın təqdim etdiyi sənədləri ekspert rəyləri ilə birlikdə təhlil edərək göstərib ki, müvafiq rəylərlə razılaşmamaq üçün hər hansı əsas mövcud deyil.

48. İddiaçının kassasiya şikayətində təkrar ekspertiza keçirilməli olması barədə dəlili ilə bağlı məhkəmə kollegiyası da öz növbəsində qeyd edir ki, qanunvericilik əlavə və ya təkrar ekspertiza keçirilməsini şərtlətini müəyyən etmişdir. Mübahisə tərəfinin ekspert rəyi ilə razı olmaması özü-özlüyündə əlavə və təkrar ekspertiza keçirilməsi üçün əsas sayıla bilməz. Bütün hallarda mübahisə tərəfi ekspert rəyi ilə razı olmamasını əsaslandırmalı və bunun üçün Mülki Prosessual Məcəllənin 102-ci maddəsində nəzərdə tutulan şərtlər mövcud olmalıdır.

49. Əsas borc məbləğinin ekspert rəyində yuxarı hesablanmasına baxmayaraq, apellyasiya məhkəməsinin bunu nəzərə almaması barədə dəlilə gəldikdə, məhkəmə kollegiyası qeyd edir ki, ekspert rəyində əsas borcun məbləği çox olsa da, iddia tələbi bundan az olmuş və məhkəmənin əsas borc hissəsində iddia həddində qətnamə çıxarması düzgün olmuşdur. Çünki Mülki Prosessual Məcəllənin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

50. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, iddiaçının kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyi şdirilmədən saxlanılmalıdır.

51. Yuxarıda göstərilənləri və Mülki Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1790/2021 nömrəli, 16 iyun 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar