Məhkəmə qərarları › İş №2(102)-5654/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-5654/2021

09.12.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5654/2021 09.12.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı2 Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: şərəf və ləyaqətin müdafiəsi, mənəvi zərər Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Əhmədova Mehparə Tofiq qızı və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Nəsirova Günel İnqilab qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4130/2021 nömrəli iş üzrə 27 aprel 2021-ci il tarixli qətnaməsindən İddiaçı5 tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 09 dekabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İş materiallarından görünür ki, “X” əhəngdaşı yatağında tir-blok istehsalı məqsədi ilə "xxxx" Firmasına Qaradağ rayonu ərazisində 9,37 hektar torpaq sahəsi ayrılmışdır.

2. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən verilmiş 089884 nömrəli lisenziyadan görünür ki, 24 iyun 2016-cı il tarixdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən Dağ-mədən işləri, dağ və buruq qazmalarının aparılmasını həyata keçirmək üçün "xxxx" Firmasına müddətsiz olaraq lisenziya verilmişdir. 3. "xxxx" Firmasının direktoru X3 ilə X2 arasında bağlanmış əmək müqaviləsinə əsasən, İddiaçı5 həmin Firmada baş məsləhətçi vəzifəsində işləyir. 4. "xxxx" Firmasının direktoru X3 ilə X14 arasın da bağlanmış əmək müqaviləsinə əsasən, X14 həmin Firmada gözətçi işləyir. 5. "xxxx" Firmasının direktoru X3 ilə X11 arasında bağlanmış əmək müqaviləsinə əsasən, X11 həmin Firmada nəzarətçi vəzifəsində işləyir. 6. "xxxx" Firmasının direktoru X3 ilə X12 arasında bağlanmış əmək müqaviləsinə əsasən, X12 həmin Firmada nəzarətçi vəzifəsində işləyir.

7. Cavabdeh tərəfindən Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış 23.04.2018-ci il tarixli ərizədən görünür ki, o, X adlı şəxs və ona yaxın olan digər şəxslərlə şifahi razılığa gələrək daş karxanasını aylıq 103000 manat ödəmək şərti ilə bir il müddətinə icarəyə götürüb işlətmək qərarına gəldiyini, X və ona yaxın şəxslərə ümumilikdə 412 min manat pul verdiyini, lakin X bu razılığa əməl etmədiyini, pulunun mənimsənildiyini qeyd edərək, müvafiq ar aşdırmanın nəzarətə götürülməsini xahiş etmişdir.

8. X 07.07.2018-ci il tarixli, 25.08.2018-ci il tarixli, 27.08.2018-ci il tarixli tibbi müayinə sənədlərindən görünür ki, İddiaçı5 qeyd olunan tarixlərdə tibbi müayinələrdən keçmiş və onun səhhətində həmin tibbi sənədlərdə qeyd olunan problemlər aşkar edilmişdir.

9. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X11 ifadə verərək bildirmişdir ki, o, "xxxx" Firmasında əmək müqaviləsi əsasında nəzarətçi vəzifəsində işləyir. O, tərəfləri tanıyır. Tərəflər arasında uzun müddətdir ki, narazılıqlar var. Lakin bu narazılıqların əsl səbəbini dəqiq bilmir. Bir neçə dəfə Cavabdeh X onun yanında, habelə digər işçilərin və kənar adamların yanında İddiaçı5 ünvanına təhqiramiz, nalayiq söyüşlər söymüş, pis ifadələr (qudurmuş, oğraş və s.) i şlətmişdir. X pis adam olduğunu deyərək, onunla işləməməyi məsləhət görmüşdür.

10. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X14 ifadə verərək bildirmişdir ki, o, "xxxx" Firmasında əmək müqaviləsi əsasında gözətçi vəzifəsində işləyir. Cavabdeh X əvvəllər onlardan bir neçə dəfə daş almışdır. Bu il ərzində bir neçə dəfə iş yerinə gələrək pulsuz daş verilməsini tələb etmiş, buna etiraz edəndə, İddiaçı5 ünvanına təhqiramiz, nalayiq söyüşlər söymüş, pis ifadələr (şərəfsiz, biqeyrət və s.) işlətmişdir.

11. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X12 ifadə verərək bildirmişdir ki, o, "xxxx" Firmasında əmək müqaviləsi əsasında nəzarətçi vəzifəsində işləyir. Cavabdeh X əvvəllər onlardan bir neçə dəfə daş almışdır. Bu il ərzində bir neçə dəfə iş yerinə gələrək pul suz daş verilməsini tələb etmiş, buna etiraz edəndə, İddiaçı5 ünvanına təhqiramiz, nalayiq söyüşlər söymüş, pis ifadələr (qeyrətsiz, oğraş və s.) işlətmişdir.

12. Apellyasiya baxışı zamanı şahid qismində dindirilmiş X11 ifadəsində bildirmişdir ki, həm İddiaçı5, həm də Cavabdeh X tanıyır. Heç biri ilə qohumluq əlaqəsi olmasa da, iddiaçı onun həmkəndlisi olmaqla müdiridir. O, Cavabdeh X ilə təxminən 2018-ci ilin avqust-sentyabr aylarında görüşmüş, Cavabdeh onun yanında müdiri İddiaçı5 söyüb təhqir etmişdir. O isə X demişdir ki, bu cür hərəkət sənə yaraşmaz. Tərəflər arasında uzun müddətdir ki, narazılıqlar var. Bu narazılıqların əsl səbəbi isə onlar arasında pul mübahisəsinin olmasıdır. X X söyəndə onların yanında heç kəs olmamışdır.

13. Apellyasiya baxışı zamanı şahid qismində dindirilmiş X 14 ifadəsində həm İddiaçı5, həm də Cavabdeh X tanıdığını və onların heç biri ilə qohumluq əlaqəsinin olmadığını qeyd etsə də, sonradan İddiaçı5 bibisinin əri olduğunu təsdiq edərək, bildirmişdir ki, 2018-ci ilin təxminən yay aylarında X təsadüfən karxanada görüşmüş, sonuncu İddiaçı5 ünvanına nalayiq sözlər işlətmişdir. Həmin sözlərin nədən ibarət olmasını ifadə etməkdən imtina edir.

14. Apellyasiya baxışı zamanı şahid qismində dindirilmiş X12 ifadəsində bildirmişdir ki, həm İddiaçı5, həm də Cavabdeh X tanıyır. Heç biri ilə qohumluq əlaqəsi olmasa da, iddiaçı onun həmyerlisi olmaqla müdiridir. O, daş karxanasında nəzarətçi vəzifəsində işləyir. Cavabdeh X əvvəllər onlardan bir neçə dəfə daş almışdır. 2018-ci ilin təxminən payız aylarında X iş yerinə gələrək Cavanşirin ona borcunun olduğunu v ə həmin borcun əvəzində pulsuz daş verilməsini tələb etmiş, buna etiraz edəndə, İddiaçı5 ünvanına nalayiq sözlər işlətmişdir. Həmin sözlərin nədən ibarət olmasını ifadə etməkdən imtina edir. X Xsöyəndə onların yanında heç kəs olmamışdır İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

15. İddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı2 Cavabdeh X oğluna "qarşı maddi və mənəvi zərərin ödənilməsi” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onların şərəf və ləyaqətini alçaldan məlumatların təkzib edilməsinin və üzr istənilməsinin cavabdehin üzərinə vəzifə olaraq qoyulması, iddiaçıların hər birinə dəymiş mənəvi zərərə görə cavabdehdən 20 (iyirmi) min manatın tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər.

16. Daha sonra iddia ər izəsi iddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı4 aid hissədə baxılmamış saxlanılmış, iddiaçılar İddiaçı2 və İddiaçı5 isə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə gedərək, Cavabdeh X iddiaçılara vurulmuş mənəvi zərərə görə 20 (iyirmi) min manat pulun tutulması və Cavabdeh X iddiaçılardan yazılı qaydada üzr istəməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

17. Məhkəmə baxışı zamanı İddiaçı2 iddiadan imtina etdiyini bildirmiş və ona aid hissədə iş üzrə icraata xitam verilməsini xahiş etmişdir.

18. İddiaçı5 iddia tələbini onunla əsaslandırmışdır ki, uzun müddətdir Qaradağ rayonu ərazisində sahibkarlıq və əmək fəaliyyəti ilə məşğuldur. Hazırda Qaradağ rayonunda “X” əhəngdaşı yatağında qanuni əsaslarla fəaliyyət göstərən "xxxx" Firmasında baş məsləhətçi kimi fəaliyyət g östərir. Bundan əlavə, Binəqədi rayonunda YAP-ın sədri vəzifəsində çalışır. “X15” kitabının müəllifidir, müxtəlif zamanlarda rəhbər əzifələrdə çalışmış yüksək nüfuza malik şəxsdir. Cavabdehlə bir-birilərini xeyli vaxtdır ki, tanıyırlar. Belə ki, cavabdeh əvvəllər daş karxanasından daş bloklar sifariş verib almışdır. Daha sonra isə dəfələrlə "xxxx" Firmasının fəaliyyət göstərdiyi sahəyə gələrək pulsuz daş verilməsini tələb etmiş, etiraz edildikdə isə onun şərəf və ləyaqətini, şəxsiyyətini alçaldaraq, onu işçilərin yanında təhqir etmiş, dələduz, quldur, şərəfsiz, soyğunçu və s. adlandıraraq kollektiv içində işgüzar nüfuzuna ciddi xələl gətirmişdir. Bundan əlavə, onun barəsində X və ölkə başçısına əsassız şikayətlər yazmış, şər-böhtan xarakterli, yalan məlumatlar yaymış, onu külli miqdarda pu lun mənimsənilməsində ittiham etmişdir. Bununla əlaqədar X tərəfindən yoxlamalar keçirilmiş və cavabdehin göstərdikləri öz təsdiqini tapmamışdır. Bu cür hallar bir neçə dəfə təkrarlanmış, nəticədə iddiaçı mənəvi sarsıntı və iztirab keçirmiş, bununla əlaqədar dəfələrlə həkim müayinəsindən keçmiş, səhhətində ciddi problemlərin yarandığı aşkar edilmişdir.

19. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-3511/2018 saylı iş üzrə 28 dekabr 2018-ci il tarixli qətnaməsi ilə İddiaçı5 Cavabdeh X qarşı maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair iddiasının qismən təmin edilməsi, Cavabdeh X mənəvi zərərə görə İddiaçı5 xeyrinə 1000 (min) manat məbləğində pulun tutulması, habelə Cavabdeh X üzərinə İddiaçı5 yazılı qaydada üzr istənilməsi vəzifəsinin qoyulması, iddianın qalan hissədə təmin edilməməs i qət edilmişdir.

20. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, Cavabdeh İddiaçı5 işlədiyi "xxxx" Firmasının işçilərinin yanında iddiaçının şərəfini, ləyaqətini və işgüzar nüfuzunu ləkələyən məlumatları həqiqətən yaymışdır. Tərəflərin izahatları, iş materiallarında olan əmək müqavilələrinin surətləri, "xxxx" Firmasının işçiləri olan şahidlərin ifadələrinin məzmunu, tibbi müayinə sənədləri İddiaçı5 işlədiyi əmək kollektivi arasında onun şərəf və ləyaqətini, işgüzar nüfuzunu ləkələyən məlumatların yayıldığını, habelə bununla əlaqədar onun mənəvi zərərə məruz qaldığını təsdiq edir.

21. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü, Mülki Prossesual Məcəllənin 14.2, 77.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

22. Qətnamədən cavabdeh apellyasiya şikayəti vermişdir.

23. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 27 mart 2019-cu il tarixli qətnaməsi ilə (sədrlik edən A.İmanov, hakimlər A.Hüseynov və V.Sadıqov, İş № 2(103)3548/2019) Cavabdeh X apellyasiya şikayəti təmin edilərək Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-3511/2018 saylı iş üzrə 28 dekabr 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsi, İddiaçı5 Cavabdeh X qarşı maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir.

24. Apellyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin edərkən iş üzrə şahid qismində dindirilmiş X11, X14 və X5 ifadələrinə istinad etmiş v ə məhz həmin ifadələrə əsaslanaraq Cavabdeh X İddiaçı5 işlədiyi əmək kollektivi arasında onun şərəf və ləyaqətini, işgüzar nüfuzunu ləkələyən məlumatların yayıldığını, habelə bununla əlaqədar onun mənəvi zərərə məruz qaldığının təsdiq edildiyi qənaətinə gəlmişdir. Lakin birinci instansiya məhkəməsi iş üzrə dindirilmiş şahidlərin İddiaçı5 ilə hər hansı əlaqələrinin (qohumluq, tabeçilik və.s) olub-olmadığını və həmin ifadələr arasında ziddiyətin olmasını müəyyən etməmişdir. Halbuki, apellyasiya icraatı zamanı müyyən edilmişdir ki, şahid X1 X qaynının oğlu, digər iki şahid isə iddiaçı ilə həmyerli olmaqla ona məxsus daş karxanasında məhz onun tabeçiliyində çalışırlar. Bu isə həmin şəxslərin şahid qismində verdiyi ifadənin mötəbərliyinə əsaslı şübhələr yaradır. Birinci instansiya məhkəməsi Azə rbaycan Respublikasının Mülki Prosessaul Məcəlləsinin 88—ci maddəsinin dispozisiyasına uyğun araşdırma aparmamış, iddia tələbi üzrə yekun nəticəyə gələrkən iddiaçı tərəfindən dindirilən şahid ifadəsinin düzgün təfsir etməyərək iddia tələbinin təmin olunmasına yönələn hərəkət kimi qiymətləndirmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, MPM 88-ci maddəsinin tələblərinə cavab vermək üçün hakim ilk öncə təqdim olunmuş hər bir sübutu iki cəhətdən yoxlamalıdır. Birinci, şahid nəyi ifadə edir (ifadənin məzmunu, təfsir), ikinci, şahidin ifadəsi inandırıcıdırmı (sübut etmə qüvvəsi). Bu ardıcıllıqla sübutların qiymətləndirilməsi hakimin hansısa qərara gəlməyə imkan verib-verməməsi və bu sübut vasitəsinin sübut edilməli olan faktı bilavasitə sübut etməsi, yaxud da sübut edilməli olan fakt barəsində m əntiqi yararlı nəticəyə gəlməyə imkan verən başqa bir fakt barəsində sübutun olmasının müəyyənləşdirməsidir. Bu tələblərə birinci instansiya məhkəməsi tərəfindən riayət olunmamışdur. Belə ki, hər üç şahid apelyasiya icraatı zamanı təkrar dindirilərkən məhz cavabdeh tərəfindən iddiaçının işlədiyi əmək kollektivi arasında onun şərəf və ləyaqətini, işgüzar nüfuzunu ləkələyən məlumatların nədə ifadə olunmasını qeyd,edə bilməmişlər. Bu isə həmin ifadələrin hazırki tələb üzrə sübut kimi qiymətləndirilməsi tələbinin təmin edilməsi üçün əsas ola bilməz. Kassasiya instansiyası məhkəməsindəki birinci icraat

25. Qətnamədən İddiaçı5 kassasiya şikayəti vermişdir.

26. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər: Q.Əsgərov (sədrlik edən və məruzəçi), E.Vəliyeva və S.Hacıyev) 2 8 avqust 2019-cu il tarixli, 2(102)- 5491/2019 saylı qərarı ilə İddiaçı5 kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 27 mart 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir.

27. Kassasiya instansiyası məhkəməsi qəbul etdiyi qərarı onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin işə baxarkən yol verdiyi nöqsanları kimi iş üzrə dindirilmiş şahidlərin İddiaçı5 ilə hər hansı əlaqələrinin (qohumluq, tabeçilik və.s) olub-olmadığını və həmin ifadələr arasında ziddiyətin olmasını müəyyən etməməsini, şahid X8 isə İddiaçı5 qaynının oğlu, digər iki şahidin isə iddiaçı ilə həmyerli olmaqla ona məxsus daş karxanasında məhz onun tabeçiliyində çalışmalarının h əmın şəxslərin şahid qismində verdiyi ifadənin mötəbərliyinə əsaslı şübhələr yaratmasını hər üç şahidin apellyasiya icraatı zamanı təkrar dindirilərkən məhz cavabdeh tərəfindən iddiaçının işlədiyi əmək kollektıvi arasında onun şərəf və ləyaqətini, işgüzar nüfuzunu ləkələyən məlumatların nədə ifadə olunmasını qeyd edə bilməməsini göstərsə də, məhkəmə kollegiyası hesab etmişdir ki, apellyasiya instansiyası olaraq özü tərəfindən şahid ifadələri arasında olan ziddiyyətləri (əvvəlki məhkəmə instansiyasında verilən ifadələr) araşdırmamışdır. Halbuki, hər iki instansiya məhkəməsində şahidlər billə-bilə yalan ifadə verməyə görə cinayət məsuliyyəti barədə xəbərdarlıq edilmişlər.

28. Apellyasiya instansiyası məhkəməsinin iclasında dindirilən şahidlər sərbəst ifadələrində birinci instansiya məhkəməsi ndə verdikləri ifadələrin məzmununa oxşar məzmunda ifadə verdikləri halda, suallar əsasında verilən cavablar bu ifadələrin məzmunundan fərqlənir. X10 apellyasiya instansiyası məhkəməsində də onun və fəhlələrin yanında cavabdehin iddiaçının ünvanına nalayiq sözlər deməsini təsdiq etmişdir. X5 isə ifadələri eyni məzmunlu olmaqla cavabdehin iddiaçının ünvanına onun yanında bir neçə dəfə nalayiq sözlər deməsini təsdiq edib.

29. Məhkəmə kollegiyası qeyd edir ki, hər bir şahidin ifadəsinin kökündə özünün gördüyü canlı hadisənin təsviri dayanır. Şahidlər tərəflər arasında olan mübahisəni aydın və müfəssəl təsvir etdikdə, hər birinin verdiyi ifadə bir-biri ilə uzlaşdığı və hadisələr məntiqi ardıcıllıqla əks etdirilməsi şahid ifadələrinin mötəbər olmasına dəlalət edir.

30. Göründüyü kimi, iddiaçı t ərəfindən məhkəməyə təqdim edilən yeganə sübut vasitəsi şahid ifadələridir ki, apellyasiya instansiyası məhkəməsi də məhkəmə instansiyalarında işə baxılan zamanı verilən bu ifadələr arasında olan ziddiyyətləri araşdırmayaraq onlara müvafiq hüquqi qiymət verməməsi nəticəsində qəbul etdiyi qərarı iddiaçının qanunla təsbit edilmiş şərəf və ləyaqətinı müdafiə etmək baxımından məhkəmə müdafiəsi hüququnun pozulmasına gətirib çıxarır. Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

31. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər İ.S.Şirinov sədrlik edən və məruzəçi, T.S.Səmədov və E.C.Kazımov) 30 oktyabr 2019-cu il tarixli, 2(103)- 12984/2019 nömrəli qətnaməsi ilə Cavabdeh X tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2 8 dekabr 2018-ci il tarixli, 2(002)-3511/2018 nömrəli qətnaməsi apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmasını qət edilmişdir.

32. Apellyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, Cavabdeh İddiaçı5 işlədiyi "xxxx" Firmasının işçilərinin yanında onun şərəfini, ləyaqətini və işgüzar nüfuzunu ləkələyən məlumatları həqiqətən yaymışdır. Tərəflərin izahatları, iş materiallarında olan əmək müqavilələrinin surətlərinə əsasən "xxxx" Firmasının işçiləri olan şahidlərin ifadələrinin məzmunu, tibbi müayinə sənədləri həmin iddiaçının işlədiyi əmək kollektivi arasında onun şərəf və ləyaqətini, işgüzar nüfuzunu ləkələyən məlumatların yayıldığını, habelə bununla əlaqədar onun mənəvi zərərə məruz qaldığını təsdiq edir. Kassasiya instansiyası məhkəməsi ndəki ikinci icraat

33. Qətnamədən cavabdeh kassasiya şikayəti vermişdir.

34. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər: E.Şamayev (sədrlik edən və məruzəçi), İ.Xəlilov və A.Abbasov) 08 iyun 2020-ci il tarixli, 2(102)- 2431/2020 saylı qərarı ilə Cavabdeh X və vəkili X9 tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 30 oktyabr 2019-cu il tarixli, 2(103)-12984/2019 nömrəli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir.

35. Kassasiya instansiyası məhkəməsi qəbul etdiyi qərarı onunla əsaslandırmışdır ki, iddiaya təkrar baxan apellyasiya instansiyası məhkəməsi işlə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının Qərarında qeyd edilmiş göstərişləri Konstitusiya Məhkəməsinin qeyd edilən Qərarında nəzərdə tutulmuş “qanuni hədlər daxilində” olduğundan, həmin göstərişlərlə razılaşaraq onları nəzərə aldığını qeyd etsə də, kassasiya instansiyası məhkəməsinin göstərişləri istiqamətində hər hansı hərəkət etmədən, o cümlədən şahid ifadələrində olan ziddiyyətləri araşdırmadan, Cavabdeh İddiaçı5 işlədiyi "xxxx" Firmasının işçilərinin yanında onun şərəfini, ləyaqətini və işgüzar nüfuzunu ləkələyən məlumatları həqiqətən yaydığı qənaətinə gəlmişdir.

36. Eyni zamanda birinci instansiya məhkəməsinin qətnaməsində və həmin qətnaməni qüvvədə saxlayan apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən qətnaməsində iddiaçının mənəvi zərərə uğramasının sübutu kimi sonuncunun təqdim etdiyi tibbi sənədlər qəbul edilmişdir.

37. Lakin iş materiallarınd a olan X tərəfindən tərtib olunmuş sənədlərdən müəyyən olunur ki, İddiaçı5 sidik və qan analizlərini vermiş, 25 avuqst 2018-ci il tarixdə daxili orqanlarının doppler ultrasəs müayinəsindən və exokardioqrafiya müayinəsindən keçmişdir.

38. Məhkəmələr iddiaçıda müəyyən olunmuş daxili orqanlarda olan dəyişikliklərin (Hepatostearoz İ dərəcə. Hepatomeqaliya. Prostat vəzinin ölçülərinin böyüməsi. İki tərəfli varikosele və s.), habelə qanın bəzi göstəricilərinin normadan fərqlənməsinin (qlükoza, biluribin) cavabdehin iddia olunan hərəkətləri ilə səbəbli əlaqədə olub-olmaması əsaslandırılmamışdır. Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

39. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər E.Mehdiyev - sədrlik edən və məruzəçi, Ş.Məmmədova və X.Sarıyev) 2(103)-4130/2021 nömrəl i iş üzrə 27 aprel 2021-ci il tarixli qətnaməsi ilə Cavabdeh X apellyasiya şikayəti təmin edilmiş, Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-3511/2018 saylı iş üzrə 28 dekabr 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, İddiaçı5 Cavabdeh X qarşı “maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair” iddiasının təmin edilməməsi qət edilmişdir.

40. Apellyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin edərkən iş üzrə şahid qismində dindirilmiş X6, X8 və X5 ifadələrinə istinad etmiş və məhz həmin ifadələrə əsaslanaraq Cavabdeh X İddiaçı5 işlədiyi əmək kollektivi arasında onun şərəf və ləyaqətini, işgüzar nüfuzunu ləkələyən məlumatların yayıldığını, habelə bununla əlaqədar onun mənəvi zərərə məruz qaldığın ın təsdiq edildiyi qənaətinə gəlmişdir. Lakin birinci instansiya məhkəməsi iş üzrə dindirilmiş şahidlərin İddiaçı5 ilə hər hansı əlaqələrinin (qohumluq, tabeçilik və s.) olub-olmadığını və həmin ifadələr arasında ziddiyətin olmasını müəyyən etməmişdir. Halbuki, apellyasiya icraatı zamanı müəyyən edilmişdir ki, şahid X1 X qaynının oğlu, digər iki şahid isə iddiaçı ilə həmyerli olmaqla ona məxsus daş karxanasında məhz onun tabeçiliyində çalışırlar. Yeni apellyasiya baxışı zamanı şahid qismində dindirilmiş X11 ifadəsində Cavabdeh X əvvəllər onu təqib etdiyindən ondan 102 qaynar xətti vasitəsilə polisə şikayət etdiyini bildirmişdir. Bu isə həmin şəxslərin şahid qismində verdiyi ifadənin mötəbərliyinə əsaslı şübhələr yaradır. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikasının Mülki Prosess ual Məcəlləsinin 88-ci maddəsinin dispozisiyasına uyğun araşdırma aparmamış, iddia tələbi üzrə yekun nəticəyə gələrkən iddiaçı tərəfindən dindirilən şahid ifadəsinin düzgün təfsir etməyərək iddia tələbinin təmin olunmasına yönələn hərəkət kimi qiymətləndirmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, MPM 88-ci maddəsinin tələblərinə cavab vermək üçün hakim ilk öncə təqdim olunmuş hər bir sübutu iki cəhətdən yoxlamalıdır. Birinci, şahid nəyi ifadə edir (ifadənin məzmunu, təfsir), ikinci, şahidin ifadəsi inandırıcıdımı (sübut etmə qüvvəsi). Bu ardıcıllıqla sübutların qiymətləndirilməsi hakimin hansısa qərara gəlməyə imkan verib-verməməsi və bu sübut vasitəsinin sübut edilməli olan faktı bilavasitə sübut etməsi, yaxud da sübut edilməli olan fakt barəsində məntiqi yararlı nəticəyə gəlməyə imkan ve rən başqa bir fakt barəsində sübutun olmasının müəyyənləşdirməsidir. Bu tələblərə birinci instansiya məhkəməsi tərəfindən riayət olunmamışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin maddi əsası kimi istinad edilən şahid ifadələri ziddiyyətli və mötəbərliyi şübhəli olmaqla hazırkı tələb üzrə sübut kimi qiymətləndirilməsi və iddia tələbinin təmin edilməsi üçün əsas ola bilməz. İddiaçı işlədiyi əmək kollektivi arasında cavabdeh tərəfindən onun şərəf və ləyaqətini, işgüzar nüfuzunu ləkələyən məlumatların yayıldığını təsdiq edən başqa mötəbər sübutlar məhkəməyə təqdim edə bilməmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

41. İddiaçı5 kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməs inin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

42. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi işin hallarını düzgün araşdırmamış, maddi və posessual hüquq normalarının tələblərini pozmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

43. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

44. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə tərəflər hər hansı üzrlü səbəb göstərmədən Məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 415.3-cü maddəsini rəhbər tutaraq işə tərəflərin iştirakı olmadan baxılmasını mümkü n hesab etmişdir. Kassasiya baxışının hədləri

45. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.

46. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416).

47. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin ap elyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

48. Hazırkı kassasiya şikayətində iş üzrə iddiaçı apelyasiya instansiyası məhkəməsinin aktının tam ləğvini xahiş etdiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Mülki işə tətbiq edilən hüquq Mülki Məcəllə

49. Fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi və ailə toxunulmazlığını pozan məlumatların m əhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. Faktik məlumatlar natamam dərc edildikdə də, əgər bununla şəxsin şərəfinə, ləyaqətinə və ya işgüzar nüfuzuna toxunulursa, eyni qayda tətbiq edilir. Marağı olan şəxslərin tələbi ilə fiziki şəxsin şərəf və ləyaqətinin müdafiəsinə onun ölümündən sonra da yol verilir. (maddə 23.1)

50. Əgər fiziki şəxsin şərəfini, ləyaqətini, işgüzar nüfuzunu ləkələyən və ya şəxsi və ailə həyatının sirrinə qəsd edən məlumatlar kütləvi informasiya vasitələrində yayılmışdırsa, həmin kütləvi informasiya vasitələrində də təkzib edilməlidir. Əgər göstərilən məlumatlar rəsmi sənədə daxil edilmişdirsə, həmin sənəd dəyişdirilməli və bu barədə marağı olan şəxslərə məlumat ve rilməlidir. Digər hallarda təkzib qaydasını məhkəmə müəyyənləşdirir. (maddə 23.2)

51. Şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatlar yayılmış fiziki şəxsin həmin məlumatların təkzibi ilə yanaşı, onların yayılması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır. (maddə 23.4) Mülki Prossesual Məcəllə

52. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.(maddə 14.2)

53. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. (maddə 77.1)

54. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. (maddə 88)

55. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. (maddə 407.2)

56. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. (maddə 416)

57. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. (maddə 417.1.1) Kassasiya instansiyası məhkəməsi nin mövqeyi

58. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

59. Belə ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz.

60. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunma malı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

61. Yuxarıda göstərilənləri və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı5 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4130/2021 nömrəli iş üzrə 27 aprel 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar