Məhkəmə qərarları › İş №2(102)-5660/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-5660/2020

18.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5660/2020 18.11.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının QƏRARİ İddiaçı: Ləğv prosesində olan “xxxx” X2 Səhmdar Cəmiyyəti Cavabdeh: XXXoğlu İddia tələbi: kredit müqaviləsi üzrə borcun ödənilməsi Açar sözlər: iddia müddəti Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, Xələfov İlqar Rəhim oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Hadi Mirqədir Mirbaba oğlunun katibliyi, Kassatorun vəkili X1, cavabdeh XXXoğlunun iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-5138/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasi ya şikayətinə dair işə xx xxxxxx 2020-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin faktiki halları "xxxx” Kommersiya Bankı QSC tərəfindən XXXoğluna xx xxxx 2008-ci il tarixli kredit müqaviləsi üzrə 5000 manat kredit verilmişdir. Azərbaycan Respublikası Mərkəzi Bankının Mərkəzləşdirilmiş Kredit Reyestri Xidmətinin xx xxxx 2013-cü il tarixli çıxarışına əsasən, həmin müqavilə üzrə XXXoğlunun öhdəliyi bağlanmış öhdəliklər hissəsində göstərilmişdir. Birinci və apelyasiya instansiyası məhkəmələrində icraat xx xxxxxx 2019-cu il tarixdə ləğv prosesində olan "xxxx” Kommersiya Bankı QSC hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, XXXoğlundan kredit müqaviləsi üzrə 1512 manat məbləğində əsas borc, 1777 manat məbləğində faiz borcu, g ecikdirilmiş günlər üçün illik beş faiz olmaqla 227 manat məbləğində faiz məbləği, ümumilikdə 3517 manat borcun tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-312/2020 nömrəli iş üzə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakim F.Ə.Hüseynov) iddia rədd edilmişdir. Birinci instansiya məhkəməsi gəldiyi qənaəti onunla əsaslandırmışdır ki, tərəflər arasında xx.xx.2008-ci il tarixli kredit müqaviləsi bağlanmış, həmin müqavilə üzrə öhdəliyin icra müddəti xx.xx.2010-cu ilədək müəyyən edilmiş, borclu tərəfindən sonuncu dəfə xx.xx.2011-ci il tarixdə ödəniş aparılmaqla qeyd olunan kredit müqaviləsi üzrə öhdəlik tam icra olunmuşdur. Öhdəliyin göstərilən qaydada icra olunduğunu Kredit Reyestri Xidmətinin xx.xx.2013-c ü il tarixli çıxarışı ilə yanaşı, “xxxx” Kommersiya Bankı QSC-nin XXXoğluna ünvanladığı xx.xx.2012-ci il tarixli məktub və hesabdan çıxarış da təsdiq edir. Bu səbəbdən, iddiaçının xx.xx.2008-ci il tarixli kredit müqaviləsi üzrə hər hansı borc tələbi, borclunun öhdəliyinin tam icra olunması səbəbindən əsassız hesab olunmalıdır. Bundan əlavə, nəzərə alınmalıdır ki, həmin müqavilə üzrə hər hansı borc məbləği hesablanmış olsaydı belə, iddia müddəti ötürüldüyündən, cavabdeh tərəfin iddia müddətinin tətbiqi barədə ərizəsinə əsasən iddia tələbi təmin edilə bilməzdi. İddiaçı bank həmin qətnamədən verdiyi apelyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmiş və şikayətini onunla əsaslandırmışdır ki, bank tərəfindən verilən hazırki iddia tərəflər arasında bağlanmış xx xxxxxx 2009-cu il tarixli kredit müqaviləsinə dair olsa da, məhkəmənin əsaslandığı Azərbaycan Respublikası Mərkəzi Bankının Mərkəzləşdirilmiş Kredit Reyestri Xidmətinin xx.xx.2013-cü il tarixli çıxarışında qeyd olunan kredit müqaviləsinin tarixi xx.xx.2008-ci il olaraq göstərilməklə həmin kredit müqaviləsi üzrə borclunun öhdəliyinin bağlanmış öhdəliklər hissəsində göstərildiyi bildirilmişdir. Həmçinin iş materiallarında olan «xxxx» Kommersiya Bankı QSCnin cavabdehə ünvanladığı xx.xx.2012-ci il tarixli məktubunda da kredit müqaviləsinin nömrəsi və tarixi iddia ərizəsində tələbin əsaslandığı kredit müqaviləsindən fərqlidir. Məktubda kredit müqaviləsinin tarixi xx.xx.2008-ci il, müqavilənin nömrəsi isə 100/05/214/09 ola raq göstərilmişdir. Hazırki iş üzrə məhkəmə, tərəfin öz sərbəst iradəsi ilə bağlanmış olduğu kredit müqaviləsinin şərtlərini və iddia müddətinin tətbiqinə dair əsasların tətbiq oluna bilməyəcəyini tam araşdırmadan iddia müddətinin tətbiqinə dair qətnamə çıxarması da qanuni deyildir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-5138/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci tarixli qətnaməsi ilə (hakimlər – Ş.A.Məmmədova, E.Ə.Mehdiyev, X.Ə.Sarıyev) iddiaçının apelyasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Apelyasiya instansiyası məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının iddia tələbini əsaslandırdığı xx xxxxxx 2009- cu il tarixli ayrıca kredit müqaviləsinin mövcudluğu sübuta yetirilmədiyindən, əksinə iş materiallarında olan Kredit Reyestri Xidmətinin xx.xx.2013-cü il tarixli çıxarışı ilə təkzib olunduğundan, bununla da iddia tələbinin hüquqi əsası olmadığından, iddia tələbi əsassız hesab olunaraq təmin edilməməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Kassasiya şikayətinin dəlilləri, ona etiraz, kassasiya iclasında tərəflərin iştirakı və izahatları İddiaçı kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apelyasiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. Kasasiya şikayəti apelyasiya şikayətinin dəlillərinə uyğun əsaslandırılmışdır. Məhkəmə kollegiyasının iclasında iddiaçının vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasında cavabdeh və kilsiz iştirak etmişdir. Kassasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Həmin Məcəllənin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəlləsinin 418.3-cü maddəsinə əsas ən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaçının kasasiya şikayəti üzrə yoxlanılır. Tətbiq edilən hüquq Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən, Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Kassasiya instansiya sı məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. İddiaçının hazırda da mübahisələndirdiyi, məzmunca apelyasiya şikayətinin dəlilləri ilə məzmunca eynilik təşkil edən dəlillərinə apellyasiya məhkəməsi tərəfindən hüquqi qiymət verilmişdir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Proessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar