Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5665/2021 25.11.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı ASC-nin Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: icraata xitam verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim Həsənov Vüqar Təvəkgül oğlunun sədrliyi və məruzəsi, hakimlər Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi, Cavabdehin vəkili Vəkil2 iştirakı ilə, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-6232/2021 nömrəli iş üzrə 21 iyun 2021-ci il tarixli qərardadından İddiaçı ASC tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 25 noyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında aç ıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 04 oktyabr 2010-cu il tarixli, 2(001)2853/2010 saylı qətnaməsinə əsasən, iddia qismən təmin edilərək "xxxx" İKB (indiki İddiaçı) 1 saylı filialı ilə Cavabdeh arasında bağlanmış 245/08AK saylı, 05 avqust 2008-ci il tarixli kredit müqaviləsinə vaxtından əvvəl xitam verilməklə həmin müqaviləinn predmeti olan, borclu Cavabdeh məxsus “Toyota Prado” markalı minik avtomobilinin açıq hərracda satılması, əldə olunmuş vəsait hesabına bankın xeyrinə 16235,76 ABŞ dolları əsas, 2643,54 ABŞ dolları faiz, 500 ABŞ dolları penya, cəmi 19379,3 ABŞ dolları məbləğində borcun, həmçinin, ödənilmiş 20 manat dövlət rüsumunun Cavabdeh "xxxx" İKB-nin xeyrinə tutulması qərara alınmışdır. İş üzrə qəbul edilm iş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə aralarında bağlanmış 05 avqust 2008-ci il tarixli, 245/08 AK kredit müqaviləsi üzrə yaranmış 13287,44 ABŞ dolları əsas, 20359,46 ABŞ dolları faiz, 15174,55 ABŞ dolları cərimə borcunun, habelə 3630,9 ABŞ dolları gecikdirilmiş faiz borcunun, ümumilikdə 52452,35 ABŞ dolları məbləğində pul vəsaitinin, həmçinin iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh 05 avqust 2008-ci il tarixli kredit müqaviləsinə əsasən "xxxx" İKB ASC-dən illik 26% 18 ay müddətinə 23000 ABŞ dolları məbləğində kredit götürmüş dür. 17 fevral 2021-ci il tarixədək cavabdehin banka 05 avqust 2008-ci il tarixli, 245/08 AK kredit müqaviləsi üzrə 13287,44 ABŞ dolları əsas, 20359,46 ABŞ dolları faiz, 15174,55 ABŞ dolları cərimə borcunun, habelə 3630,9 ABŞ dolları gecikdirilmiş faiz borcunun, ümumilikdə 52452,35 ABŞ dolları məbləğində borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırmışdır. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 31 mart 2021-ci il tarixli qərardadı ilə (hakim E.Mustafatev, iş № 2(001)-3056/2021) İddiaçı ASC-nin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair mülki iş üzrə icraata xitam verilmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, hal – hazırda kredit müqaviləsi üzrə borcun tutulması ilə bağlı məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi mövcud olsa da, i ddiaçı yenidən eyni əsaslarla, kredit borcunun ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bu səbəbdən iş üzrə icraata xitam verilmişdir. Apelyasiya instansiyası məhkəməsində icraat Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 21 iyun 2021-ci il tarixli qərardadı ilə (hakimlər E.Kazımov (sədrlik edən və məruzəçi), A.İsgəndərov və İ.Kərimli, iş № 2(103)-6232/2021) İddiaçı ASC tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 31 mart 2021-ci il tarixli 2(001)-3056/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, işdən açıq-aşkar görünür ki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi vardır. Buna g örə də birinci instansiya məhkəməsi hazırki iddia üzrə iş üzrə icraata xitam verərkən haqlı olmuşdur. İddiaçının yenidən bu cür iddia ilə məhkəməyə müraciət etməsi isə anlaşılan deyildir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri İddiaçı ASC (Vəkil1) kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)6232/2021 nömrəli iş üzrə 21 iyun 2021-ci il tarixli qərardadının ləğv edilməsi və mülki işə mahiyyəti üzrə baxılması üçün Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. b) Kassasiya şikayətinə qarşı e tirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Cavabdehin vəkili Vəkil2 məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinə etiraz edərək təmin olunmamasını xahiş etdi. Digər tərəfə məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olu nmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlara təsir göstərə bilər. Hazırda apellyasiya instansiya məhkəməsinin qərardadından iddiaçı kassasiya şikayəti vermiş, iş üzrə icraata xitam verilməsinə dair qərardadı mübahisələndirmiş, iddianın mahiyyəti üzrə baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. Bu səbəbdən apellyasiya instansiyası məhkəməsinin qərardadının qanuniliyi iddiaçının kassasiya şikayətinə münasibətdə yoxlanılır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 261.0.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iş üzrə icraata xitam verir. 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfin dən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1.-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qərardad qəbul edilməməsi ilə nəticələnən prosessu al hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilməklə yanaşı iş materialları ilə təsdiq edilmir. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, «…Hal-hazırda kredit müqaviləsi üzrə borcun tutulması ilə bağlı məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi mövcud olsa da, iddiaçı yenidən eyni əsaslarla, kredit borcunun ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.» Bu baxımdan həmin dəlillər əsassız olduğundan apelyasiya instansiyası məhkəməsinin qərardadının ləğvi üçün qanuni əsas ola bilməz. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı ASC tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-6232/2021 nömrəli iş üzrə 21 iyun 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-5665/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-5665/2021
25.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver