Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5666/2020 01.12.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının iddiaçı İddiaçı1-nin ləğvedicisi İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ iş № 2(102)-5666/20 (Açar sözlər: kredit borcunun tutulması, borcun ipoteka predmetinə yönəldilməsi, kredit məbləği və ipoteka predmetinin qiyməti, ekspert rəyi) Bakı şəhəri, xx xxxxxx 2020-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi), X4 və Şamayev Elşad Yaquboviçdən oğlundan tərkibdə, Cəfərov Araz Əhməd oğlunun katibliyi, İddiaçı1-nin ləğvedicisi İddiaçı2 vəkili X1 iştirakı ilə, İddiaçı1-nin ləğvedicisi İddiaçı2 cavabde hlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borcun qaytarılması, tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair mülki iş üzrə Gəncə Apelyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)263/2020 nömrəli, xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən İddiaçı1-nin ləğvedicisi İddiaçı2 və Cavabdeh2 kassasiya şikayətlərinə 01 dekabr 2020-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı1 ASC ilə cavabdeh Cavabdeh1 arasında bağlanmış 11 avqust 2014-cü il tarixli, 172 saylı müqaviləyə əsasən sonuncuya illik 6 faizlə 18 aylıq güzəştlə, 36 (otuz altı ) ay müddətinə 15000 (on beş min) manat məbləğində kredit verilmişdir
2. Cavabdeh2 mülkiyyətində olan Gəncə şəhəri, Nizami rayonu, İsmət Qayıbov küçəsi, dalan-3, 8 saylı fərdi yaşayış evi öhdəliyin təminatı kimi İddiaçı1 ASCnin xeyrinə ipoteka ilə yüklü edilmişdir.
3. Cavabdeh1 bank qarşısındakı öhdəliklərini lazımınca yerinə yetirməmişdir. a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı İddiaçı1-nin ləğvedicisi İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə Gəncə şəhəri Nizami Məhkəməsinə müraciət edərək, Cavabdeh1 İddiaçı1-nin xeyrinə 14954.35 manat əsas, 1959.81 manat faiz borcu olmaqla, cəmi 16914.16 manat məbləğində borcun, iddia ərizəsinin verilməsi üçün dövlət büdcəsinə köçürülmüş 30 (otuz) manat dövlət rüsumunun, eləcə də tutmanın ipoteka predmetinə yönəldilməsi barədə bildirişin DƏDRX-də qeydiyyata alınması üçün ödənilmiş 31 manat dövlət rüsumunun İddiaçı1 ASC-nin xeyrinə tutulması, tutmanın ipoteka ilə yüklü edi lmiş, Cavabdeh2 məxsus Gəncə şəhəri, Nızami rayonu, İsmət Qayıbov küçəsi, dalan 3-də yerləşən 8 saylı fərdi yaşayış evinə yönəldilərək, evin hərrac yolu ilə satılması, ipoteka ilə yüklü edilmiş əmlakın ilkin satış qiymətinin tərəflər arasında razılaşdırılmış 26000 manat məbləğində müəyyən edilməsi, ipoteka ilə yüklü edilmiş Gəncə şəhəri, Nizami rayonu, İsmət Qayıbov küçəsi, 3-dal, 8 saylı fərdi yaşayış evi satıldıqdan sonra mülkün boşaldılması və tələbkara təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh Cavabdeh1 bank qarşısındakı öhdəliklərini lazımınca yerinə yetirməmişdir.
6. İddiaçı tələbinin əsası kimi Mülki Məcəllənin 317.1, 319.1, 443.1, 445.1, 448.1, 449.1, 460.1, 465.2-ci, “İpoteka haqqında” Qanunun 34.1, 41.2, 4 7.2, 47.5, 59.3 və 59.4cü maddələrinə istinad etmişdir.
7. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 16 oktyabr 2017-ci il tarixli qərardadı ilə iş üzrə qiymətləndirmə ekspertizaları təyin edilmişdir. 8. “xxxx” MMC-nin xx.xx.2017-cİ il tarixli 399 saylı qiymətləndirmə hesabatına əsasən ipoteka predmeti olan mənzil 35000 manat məbləğində qiymətləndirilmişdir.
9. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-153/2018 nömrəli, xx xxxx 2018-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, Cavabdeh1 xx.xx.2014-cü il tarixli 172 saylı kredit müqaviləsi üzrə 14954.35 manat əsas borc, 1959.81 manat faiz borcu, cəmi 16914.16 manat borcun, iddia ərizəsinin verilməsi üçün dövlət büdcəsinə köçürülmüş 30 manat dövlət rüsumu, eləcə də tutmanın ipoteka predmetinə yönəldilməsi barədə bildirişin DƏDRX- də qeydiyyata alınması üçün ödənilmiş 31 manat dövlət rüsumunun İddiaçı1-nin xeyrinə ödənilməsi, tələbin tam mülkiyyət hüququ ilə Cavabdeh2 qızna məxsus Gəncə şəhəri, Nizami rayonu, İ.Qayıbov küçəsi, 3-cü dalan, 8 saylı fərdi yaşayış evinə yönəldilməsi, həmin əmlakın hərrac yolu ilə satılması, ipoteka ilə yüklü edilmiş əmlakm ilkin satış qiymətinin 35000 manat məbləğində müəyyən edilməsi, ipoteka ilə yüklü edilmiş Gəncə şəhəri, Nizami rayonu, İ.Qayıbov küçəsi, 3-cü dalan, 8 saylı fərdi yaşayış evi satıldıqdan sonra mənzilin boşaldılması və tələbkara təhvil verilmədsi qət edilmişdir. (hakim Akif Eyvazov)
10. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək müəyyən etmişdir ki, İddiaçı1 ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxxx 2014-cü il tarixli, 172i saylı kredit müqaviləsinə əsasən ba nk tərəfindən borcluya illik 6 faiz olmaq şərti 36 ay müddətinə 15000 manat məbləğində kredit verilmiş, cavabdeh kredit müqaviləsi üzrə öhdəliyinin icrasını gecikdirmiş, nəticədə cavabdehin banka 14954.35 manat əsas, 1959.81 manat borcu yaranmışdır.
11. Məhkəmə qeyd etmişdir ki, cavabdeh Cavabdeh1 hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, cavabdeh müddəti başa çatmış kredit müqaviləsi ilə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməyərək, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də Cavabdeh1 onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, kredit müqaviləsi üzrə yaranmış borcunu iddiaçıya ödəməlidir.
12. Birinci instansiya məhkəməsi ipoteka predmetinin hərracda ilkin satış qiymətini qiymətləndirmə rəyinə uyğun olaraq 35000 manat müəyyən etmişdir.
13. Birinci instansiya məhkəməsi öz mövqeyini Mülki Məcəllənin 269.1, 269.4, 319.1, 442, 443.1, 448.1, 739.1-ci, “İpoteka haqqında” Qanunun 33, 34.1.1, 36.1 və 59.3.1-ci maddələri ilə əsaslandırmışdır. b) Apelyasiya instansiyası məhkəməsindəki icraat
14. Cavabdeh1 apelyasiya şikayəti verib, qətnamənin ləğv edilməsi, və yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
15. Cavabdehin apelyasiya şikayətinin dəlilləri ondan ibarət olub ki, birinci instansiya məhkəməsi ödənilən əsas borclarla bağlı düzgün hesablanma aparmamış, ipoteka predmetinin qiyməti düzgün qiymətləndirilməmişdir və nəticədə, qanunsuz və əsassız qətnamə qəbul etmişdir.
16. Cavabdehlər apelyasiya instansiyasına yazılı vəsatət verərək, iş üzrə məhkəmə-mühasibatlıq və qiymətləndirmə ekspertizaları təyin edilməsini xahiş etmişlər.
17. Gəncə Apelyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-701/2019 nömrəli,xx xxxxxx 2019-cu il tarixli qərardadı ilə iş üzrə məhkəmə mühasibatlıq və məhkəmə əmtəəşünaslıq ekspertizası təyin edilmişdir.
18. «xxxx» MMC-nin xx xxxxxx 2019-cu il tarixli, 6-02/19-073 saylı hesabatına əsasən ipoteka predmetinin bazar qiyməti 53000 (əlli üç min) manat müəyyən edilmişdir
19. Məhkəmə mühasibatlıq ekspertizasının xx xxxxxx 2019-cu il tarixli, 10529 nömrəli rəyi ilə əsas borc ə 14998.50 manat, faiz borcu 1284.86 manat müəyyən edilmişdir.
20. Gəncə Apelyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)- 263/2020 nömrəli iş üzrə 29 yanvar 2020-ci il tarixli qətnaməsi ilə apelyasiya şikayəti qismən təmin edilmiş, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli 2(044)-153/2018 saylı qətnaməsi Cavabdeh1 tutulan 1959.81 manat faiz borcu və ipoteka ilə yüklü edilmiş əmlakın ilkin satış qiymətinin 35000 manat müəyyən edilməsi hissəsində dəyişdirilmiş, faiz borcunun məbləği 1284.86 manat, ipoteka ilə yüklü edilmiş Gəncə şəhəri, Nizami rayonu, İ.Qayıbov küçəsi, 3-cü dalan, 8 saylı yaşayış evinin qiyməti 53000 (əlli üç min) manat müəyyən edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanmış, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri Cavabdeh1 aid edilmişdir. (hakimlər Fikrət Mehdiyev (sədrlik edən və məruzəçi), Loğman Süleymanov və Azər Bayramov)
21. Apelyasiya şikayətin i qismən təmin edən apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi barədə birinci instansiya məhkəməsi tərəfindən əmtəəşünaslıq ekspertizası təyin edilsə də, işin obyektiv araşdırılması üçün məhkəmə kollegiyası tərəfindən yenidən məhkəmə əmtəəşünaslıq ekspertizası təyin edilmiş və “xxxx” MMC-nin xx xxxxxx 2019-cu il tarixli rəyinə əsasən Gəncə şəhəri, Nizami rayonu, İ.Qayıbov küçəsi, 3-cü dalan, 8 saylı ünvanında yerləşən fərdi yaşayış evinin hazırki bazar qiymətinin 53.000 (əlli üç min) manat təşkil etməsi müəyyən edilmişdir.
22. Apelyasiya instansiyası ipoteka predmetinin qiyməti ilə bağlı “xxxx” MMC-nin xx xxxxxx 2019-cu il tarixli sonuncu rəyini daha ağlabatan hesab etmişdir.
23. Borcun məbləği ilə bağlı apelyasiya inst ansiyası qeyd etmişdir ki, təyin edilmiş məhkəmə mühasibatlıq ekspertizasının nəticəsinə əsasən əsas borc öz təsdiqini tapsa da faiz borcunun düzgün hesablanmadığı da təsdiq edilmişdir.
24. Apelyasiya məhkəməsi mühasibatlıq ekspertizasının rəyinə əsasən faiz borcunun məbləğini ekspert rəyinə uyğun dəyişdirmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
23. Cavabdeh2 Kərəm qızı (Vəkil qızı) kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın qismən təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
24. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, kredit müqaviləsi bağlandıqdan sonra dolların məzənnəsinin kəskin surətdə artması infilyasiya sının baş verməsinə səbəb olmuşdur. Həm də ipoteka predmeti az qiymətləndirilib. 25.Həmçinin İddiaçı1 (vəkil X2 ) kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən araşdırılması üçün həmin məhkəməyə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
26. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsində işə baxılarkən ekspertiza təyin edilmiş və iş materiallarında olan xxxx Xidməti MMC-nin xx.xx.2017-ci il tarixli 399 saylı rəyində ipoteka predmetinin dəyəri 35000 manat müəyyən edilmişdir.
27. Bundan sonra əlavə ekspertizanın keçirilməsinə zərurətin yaranması səbəbi ilə bağlı qətnamədə heç bir qeydə rast gəlinmir.
28. Həmçinin faiz məbləği də azaldılmışdır ki, bu da ekspertiza keçirilmədən olmu şdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
29. Kassasiya şikayətlərinə tərəflərin yazılı etirazları daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
30. Məhkəmə kollegiyasının iclasında İddiaçı1-nin vəkili X2 təmsil etdiyi bankın kassasiya şikayətini müdafiə, digər tərəfin kassasiya şikayətini qəbul etməyərək, bankın şikayətinin təmin, cavabdehin kassasiya şikayətinin rədd ediməsini xahiş etdi.
31. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilsə də, iş üzrə cavabdehlər məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 415.3-cü maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Mülki Məcəllə Maddə 269.1. Gir ov və ipoteka hüququ girov qoyanın əşyası barədə girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Maddə 269.4. İpoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Maddə 319.1. Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Maddə
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icr a edilməsi) başa düşülür. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Maddə 448.1. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. “İpoteka haqqında” Qanunun Maddə
33. Borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan ın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Maddə 34.1.1. Əsas öhdəliyin və yaxud onun bir hissəsinin vaxtında icra olunmaması anı, əsas öhdəlik üzrə faizlərin ödənilməməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka saxlayanın ipoteka predmetinə tutma yönəldilməsi hüququnun yaranmasına səbəb olur. Maddə 59.3.1. Yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olduqda və ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər. Mülki Prosessual Məcəllə Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmi yyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüq uqun tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulmasıapellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
36. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübu tlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir
37. Kassasiya şikayətlərində iddiaçı və cavabdeh hər biri ayrı-ayrılıqda apelyasiya məhkəməsinin qətnaməsini qismən – borc məbləği və ipoteka predmetinin qiyməti hissəsində mübahisələndirmişlər. Bu baxımdan, hazırki kassasiya baxışının predmetini də yalnız mübahisələndirilən həmin hissələr təşkil edir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
38. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissələrdə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
39. Baxılan iş üzrə apelyasiya instansiyası məhkəməsi işin müəyyən edilmiş hallarına uyğun olaraq qanuni nəticəyə gəlmişdir.
40. İddia tələbi öhdəlik münasibətlərindən irəli gəlib, kredit borcunun qaytarılması və tələbin ipoteka ilə yüklü edilmiş mənzilin açıq hərracda satılması hesabına ödənilməsi barədədir.
41. Hər iki kassasiya şikayəti üzrə məhkəmə kollegiyası qeyd edir ki, borcun məbləği və ipoteka predmetinin qiyməti müvafiq olaraq ekspert və qiymətləndiricinin rəylərinə uyğun müəyyən edilib. 42.
41. Qətnamədən görünür ki, apelyasiya instansiyası məhkəməsi ekspert rəylərini Mülki Prosessual Məcəllənin 88 və 103.1-ci maddələrinin təl əblərinə uyğun olaraq düzgün qiymət vermişdir.
43. Ekspert rəylərinin əsaslı olmaması barədə kassasiya şikayətlərinin dəlillərini məhkəmə kollegiyası əsassız hesab edir.
44. Məhkəmə kollegiyası iddiaçının kassasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, iddiaçı bank kassasiya şikayətində qiymətləndiricinin rəyi il razı olmamasını bildirsə də, bankın nümayəndəsi həmin rəy alındıqdan sonra apelyasiya baxışında iştirak etmiş və rəyə etiraz bildiməmiş, təkrar və ya əlavə ekspertiza təyin edilməsi barədə vəsatət verməmişdir.
45. Faiz borcunun ekspertiza keçirilmədən müəyyən edilməsi ilə bağlı iddiaçının kassasiya şikayətinin dəlili isə iş materialları ilə təkzib edilir. Çünki iş materiallarından görünür ki, apelyaisya instansiyası məhkəməsi mühasibatlıq ekspertizası təyin etmiş və faiz b orcunu da ekspert rəyinə əsasən müəyyən etmişdir.
46. Cavabdehin kassasiya şikayətinin dəlilləri də əsassızdır. Belə ki, iş materiallarından görünür ki, cavabdehlər borcun məbləği və ipoteka predmetinin qiyməti ilə razı olmamış, apelyasiya məhkəməsi həmin xüsusatlarla bağlıl ekspertizalar təyin etmiş və borcun məbləğini, ipoteka predmetinin qiymətini də ekspert rəyinə əsasən müəyyən etmişdir. Fazi borcunun azaldılması, ipoteka predmetinin qiymətinin artırılması da cavabdehlərin mənafeyinə uyğun gələn nəticədir.
47. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayətləri təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılmalıdır.
48. Yuxarıda göstərilənləri və MPM-in 416, 417 və 419-cu maddəl ərini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı1-nin ləğvedicisi İddiaçı2 və Cavabdeh2 kassasiya şikayətləri təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-263/2020 nömrəli, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.