Məhkəmə qərarları › İş №2(102)-5668/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-5668/2019

11.09.2019 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5668/2019 11.09.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əsgərov Qürbət Ağa oğlunun sədrliyi və məruzəsi ilə, Vəliyeva Elşanə Rafiq qızı və Hacıyev Sənan Firudin oğlundan ibarət tərkibdə, Əkbərli Əkbər Eldar oğlunun katibliyi, iddiaçının vəkili Vəkil1, cavabdeh X1, vəkili Vəkil2 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 27 mart 2019-cu il tarixli qətnaməsindən İddiaçı, 3 cü şəxs X3 və vəkili Vəkil1 kassasiya şikayəti üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4178/18 saylı 14 dekabr 2018-ci il tarixli qətnaməsi ilə İdd iaçı və mübahisə predmeti barəsində müstəqil İtəc'ər irəli sürən üçüncü şəxs X3 iddiası təmin edilərək Savabdehlər Cavabdeh1, Cavabdeh2 vəX4 Bakı şəhəri, ünvan 1 ünvanda yerləşən 27,9 kv.metr ölçüdə qeyri-yaşayış sahəsindən istifadə edilməsinə yaradılmış maneələr (onların qeyri yaşayış sahəsinin fəaliyyətinə hər hansı formada müdaxilə etməsi, o cümlədən bu şəxslərin həmin qeyri-yaşayış sahəsinə daxil olması, qarşısında avtomobil saxlaması) aradan qaldırılması, iddiaçılar Cavabdeh1 və Cavabdeh2 cavabdehlər İddiaçı və X5 qarşı qeyri-yaşayış sahəsindən avtoyuma məntəqəsi kimi istifadə olunmasının qadağan edilməsi tələbinə dair qarşılıqlı iddiası rədd edilməsi, ödənilmiş dövlət rüsumları tərəflərin özlərinə aid edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 27 mart 20 19-cu il tarixli, 2(103)3358/2019 saylı qətnaməsi ilə (hakimlər N.Cəfərov sədrlik edən, məruzəçi, Ş.Məmədova və V.Həsənov) apellyasiya şikayəti təmin olunaraq hazırki iş üzrə Nərimanov Rayon Məhkəməsinin 14.12.2018-ci il tarixli qətnaməsi ləğv edilməsi, İddiaçı ilk iddiası rədd olunması, üçüncü şəxs X3 müstəqil iddiası rədd olunması, iddiaçılar Cavabdeh1 və Cavabdeh2 qarşılıqlı iddiası təmin olunması, Bakı şəhəri, ünvan 1 ünvanda yerləşənyaşayış binasının qarşısında yerləşən, İddiaçı aid olan, sahəsi 27,9 kv.m təşkil edən qarajdan avtoyuma məntəqəsi kimi istifadə edilməsi qadağan olunması qət edilmişdir. İŞİN HALLARİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qanuni istifadə və sahibliyində olmaqla Bakı şəhəri, ünvan 1 ünvanda yerləşən 27,9 kv.m. ölçüdə qeyri-yaşayış sahəsindən istifadəyə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən yaradılmış maneələrin aradan qaldırılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: İddiaçı, X3 və vəkili Vəkil1 kassasiya şikayəti verərək şikayəti onunla əsaslandırmışlar ki, məhkəmə maddi hüquq normasını düzgün təfsir etməmiş, onun tətbiqində səhvə yol verilmişdir. Ona görə də Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 27 mart 2019-cu il tarixli qətnaməsinin ləğv olunmasını və ilkin iddianın və 3-cü şəxslərin iddiasının təmin edilməsi və qarşılıqlı iddianın rədd ediməsi barədə yeni qərar qəbul edilməsini xahiş edirlər. Məhkəmə kollegiyasının iclasında iddiaçının vəkili Vəkil1 kassasiy a şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin edilməsini, cavabdeh X2 və vəkili Vəkil2 kassasiya şikayətinin dəlillərini müdafiə edərək təmin edilməsini Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 27 mart 2019-cu il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada bildiriş göndərilmiş olsa da, tərəflər üzrlü səbəblər olmadan gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən kollegiya işə gəlməyən digər tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası məruzəçini dinləyib, kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 27 mart 2019-cu il tarixli qətnaməsi dəyişdiri lmədən, kassasiya şikayəti isə təmin edilmədən saxlanılmalıdır. HÜQUQ MƏSƏLƏLƏRİ: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinin tələbinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlayır. Kassasiya instansiyası tərəfindən işin faktiki halları yoxlanılmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual normaları düzgün tətbiq edib - etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarıının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiy a instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apellyasiya instansiyası məhkəməsi işin materiallarına əsasən müəyyən etmişdir ki, avtoyuma məntəqəsi qarajda yerləşir, İddiaçı qarajın mülkiyyətçisidir (iş v. 12, texniki pasport). X3 qarajı icarəyə götürüb (iş v. 130, icarə müqaviləsi) orada avtomobilləri yumaqla məşğul olur. Cavabdeh1 (ana), Cavabdeh2 (övlad) və X6(övlad) bir ailənin üzvləridir, onlar avtoyuma məntəqəsinin yaxınlığındakı çoxmənzilli binada yaşayırlar. Qaraj ünvan 1 ünvanda yerləşənyaşayış binasının qarşısında yerləşir, sahəsi 27,9 kv.m-dir. Cavabdeh1 (ana), Cavabdeh2 (övlad) və X6(övlad) ünvan 1 ünvanda yaşayırlar. Mənzil Cavabdeh2 məxsusdur (iş v. 178, reyestr çıxarışı). Həmin mənzil binanın 2-ci mərtəbəsində yerləşir, mənzil ilə qarajın arasındakı məsafə 20 metr təşkil edir. Bu fakt 1-ci instansiya məhkəməsində icraat zamanı keçirilmiş yerində müayinə zamanı müəyyən olunub, bunu təsdiq edən fotolar iş materiallarına əlavə olunub, habelə hər iki tərəf bunu təsdiq edir.Hazırkı mübahisə ondan ibarətdir ki, mülkiyyətçi İddiaçı və icarədar X3 qarajdan avtoyuma məntəqəsi kimi istifadə etmək istəyir, sakinlər Cavabdeh1, Cavabdeh2 və X6i sə buna etiraz edirlər. Apellyasiya instansiyası məhkəməsinin iş materialları üzrə gə ldiyi nəticədən görünür ki, avtoyuma fəaliyyəti nəticəsində səs-küy (təzyiqli su şırnağının yaratdığı səs, avtomobili təmizləmək üçün istifadə olunan aparatların yaratdığı səs, ora gələn avtomobillərin və insanların yaratdığı səsi və s.) və çirkli tullantılar (avtomobillərin yuyulması nəticəsində yaranan çirkab su, avtomobillərin yuyulması üçün istifadə olunan kimyəvi tərkibli təmizləyici vasitələrin suyun və küləyin təsirindən havaya qalxması və s.) yaranır. Xüsusilə yay vaxtlarında bu səs-küy və çirkli tullantılar yaxınlıqdakı mənzillərdə yaşayan insanları daha çox narahat edir, çünki mənzillərin pəncərələri açıq olur. Son dövrdə yaşayış binalarının yaxınlığında avtoyuma məntəqələrinin sürətlə çoxalması fonunda bu məsələnin xüsusi tənzimlənməsinə ehtiyac yaranıb (məs., avtoyuma məntəqəsi ilə yaşayış evlərinin arasındakı minimum məsafəni müəyyən edən qərarın mərkəzi və yerli icra hakimiyyəti orqanları tərəfindən qəbul olunması və s). Çünki yaşayış zonaları insanların yaşayışı üçün nəzərdə tutulur, orada digər məntəqələr (avtomobillərin təmizlənməsi, təmiri və s. üçün məntəqələr) o şərtlə (məsafəyə dair şərt və s.) yerləşdirilə bilər ki, insanların normal yaşayışa mane olmasın. Hazırkı mübahisədə mənzil ilə avtoyuma məntəqəsinin arasındakı məsafə 20 metrdir. Ona görə də avtoyuma məntəqəsinin fəaliyyəti nəticəsində yaranacaq səs-küy və çirkli tullantılar mənzilin sakinlərinin normal yaşayışını pozacaq. Mülki Məcəllənin 170-ci maddəsində qonşu daşınmaz əmlak mülkiyyətçilərinin vəzifələri müəyyən olunub. 170.2-ci maddədə qeyd olunub: “...Öz mülkiyyət hüququnu həyata keçirən hə r kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır”. Beləliklə, qarajdan avtoyuma məntəqəsi kimi istifadə edilməsi qadağan edilməlidir, bu barədə olan iddia əsaslıdır. Qarajdan təyinatı üzrə - avtomobil saxlamaq üçün istifadə edilməsinə kimsənin hər hansı formada mane yaratdığı müəyyən edilmir, mane yalnız avtoyuma məntəqəsinin fəaliyyətinə yaradılıb, ona görə də bu barədə olan iddia əsassızdır. İddiaçılar İddiaçı və X3 kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini onunla əsaslandırmışdırlar ki, apelyasiya instansiyası məhkəməsi onların fəaliyyəti nəticəsində cavabdehlərə ziyan vurulması barədə gəldiyi qənaəti lazımı qaydada əsaslandırmamış, onun mülkiyyətindən sərbəst istifadə hüquqları pozulmuş, maddi hüquq normaları düzgün tətbiq edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin nəticələri işin həqiqi hallarına uyğun olmaqla və tərəflərin qarşılıqlı münasibətlərini əks etdirdiyi üçün qanuni və əsaslıdır. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni su butetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə subutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya insta nsiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, MPM-in 14, 77, 88, 217, 218, 372.1, 372.7-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, iddianın təmin edilməməsi, qarşılıqlı iddianın təmin olunması barədə nəticələri mahiyyəti üzrə düzgün, kassasiya şikayətində göstərilən dəlillər isə əsassızdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırki iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi d əyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı və X3 kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının həmin iş üzrə 27 mart 2019cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar