Məhkəmə qərarları › İş №2(102)-5674/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-5674/2019

11.09.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5674/2019 11.09.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əsgərov Qürbət Ağa oğlunun sədrliyi və məruzəsi ilə, Vəliyeva Elşanə Rafiq qızı və Hacıyev Sənana Firudin oğlundan oğlundan ibarət tərkibdə, Əkbərli Əkbər Eldar oğlunun katibliyi, Cavabdeh2, vəkili Vəkil iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 05 fevral 2019-cu il tarixli qətnaməsindən Cavabdeh2 və onun vəkili Vəkil kassasiya şikayəi üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1627/2018 saylı, 28 sentyabr 2018-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, ödəniş gününə olan məzənnə üzrə 01.11.2011- ci il tarixli ********* saylı kredit razılaşması üzrə 144.272,67 ABŞ dolları əsas borc, 46.720,18 ABŞ dolları faiz borcu və 22.000 ABŞ dolları cərimə olmaqla, cəmi 212.992,85 ABŞ dolları məbləğində pul vəsaiti Cavabdeh1 MMC, Cavabdeh2, Cavabdeh4, Cavabdeh6 və Cavabdeh3 vərəsələri Cavabdeh10, X2 və X1 müştərək qaydada tutularaq İddiaçı QSC-nin xeyrinə verilməsi, 29.12.2011-ci il tarixli ********* saylı kredit razılaşması üzrə 32.771,28 ABŞ dolları əsas borc, 11.589,16 ABŞ dolları faiz borcu və 5.000 ABŞ dolları cərimə olmaqla cəmi 49.360,44 ABŞ dolları məbləğində pul vəsaiti;‘Nigar” MMC, Cavabdeh2, Cavabdeh4, Cavabdeh6 və Cavabdeh3 vərəsələri Cavabdeh10, X2 və X1 müştərək qaydada tutularaq, İddiaçı QSC-nin xeyrinə verilməsi, İddiaçı tər əfindən ödənilmiş 30 manat dövlət rüsumunun, 10 manat ipotekanın qeydə alınması üçün ödənilmiş pul vəsaitinin və 21 manat xidmət haqqının ümumilikdə 61 manat məbləğində pulun 50%-i yəni 30,50 manatı iddiaçıya aid edilməsi, 50%-i yəni 30,50 manatı isə cavabdehlər Cavabdeh1 MMC, Cavabdeh2. Cavabdeh3 vərəsələri Cavabdeh10, X2 və X3, Cavabdeh4, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9 və Cavabdeh10 müştərək qaydada tutularaq İddiaçı QSC-nin xeyrinə verilməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri, yəni 50 manatın 50%-i yəni 25 manatı iddiaçı “xxxx” QSC-dən, 50%-i isə yəni 25 manat məbləğində pul vəsaiti cavabdehlər Cavabdeh1 MMC, Cavabdeh2. Cavabdeh3 vərəsələri - Cavabdeh10, X2 və X3, Cavabdeh4, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9 və Cavabdeh10 müştərək qaydada tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülməsi, Cavabdeh2 nın mülkiyyətində olan ünvan 1 ünvan yerləşən Cavabdeh2 mülkiyyətdə olan 2 mərtəbəli, 5 otaqlı, 60,9 m2 yaşayış sahəsi, 31,5 m2 köməkçi sahəsi, 92,4 m2 ümumi sahədən ibarət 17 saylı fərdi evinə tutma yönəlməsi, ipoteka predmeti olan ünvan 1 ünvan yerləşən 17 saylı fərdi yaşayış evinin ilkin satış qiyməti 130.000 manat məbləğində müəyyən edilməsi, həmin fərdi yaşayış evi açıq hərracdan satılması və satışdan əldə edilmiş pul vəsaiti hesabına Cavabdeh1 MMC-nin İddiaçı ASC-yə olan borcu ödənilməsi, ipoteka predmetinin satışından əldə edilmiş vəsait hesabına borc ödənildikdən sonra artıq pul vəsaiti qalarsa, artıq qalmış pul vəsaiti Cavabdeh2 verilməsi, mənzilə tutma yönəldikdən və o, satıldıqdan sonra 1 ay ərzində Cavabdeh2, Cavabdeh7, Cavabdeh6, Cavabdeh8, Cavabdeh9, Cavabdeh10 ünvan 1 ünvan yerləşən Cavabdeh2 mülkiyyətdə olan 2 mərtəbəli, 5 otaqlı, 60,9 m2 yaşayış sahəsi, 31,5 m2 köməkçi sahəsi, 92,4 m2 ümumi sahədən ibarət 17 saylı fərdi yaşayış evindən çıxarılması və ipoteka predmeti cavabdehlər tərəfindən boşaldılması qət edilmiş, iddia tələbi qalan hissədə təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 05 fevral 2019-cu il tarixli, 2(103)-1717/2019 saylı qətnaməsi ilə (hakimlər X.Mərdanova sədrlik edən, məruzəçi E.Həsənov və F.Babayev) Cavabdeh2 apellyasiya şikayəti təmin edilməyərək Cavabdeh4 apellyasiya şikayəti qismən təmin edilməsi, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1627/2018 saylı, 28 sentyabr 2018-ci il tarixli qətnaməsi Cavabdeh4 münasibətdə qismən ləğv edilməsi, iddia tələbi Cavabdeh4 münasibətdə ********* saylı 05 dekabr 2007ci il tarixli kredit xətti müqaviləsi üzrə bağlanmış ********* saylı 29 dekabr 2011-ci il tarixli kredit razılaşmasına aid hissədə rədd edilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qə edilmişdir. İŞİN HALLARİ: İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1 MMC, Cavabdeh2, Cavabdeh3 vərəsələri Cavabdeh10, X2, X3, Cavabdeh4, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9 və Cavabdeh10 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka premetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: Cavabdeh2 və onun vəkili Vəkil kassasiya şikayəti verərək şikayəti onunla əsaslandırmışlar ki, maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməmiş, məhkəmə tikinti ekspertizası keçirməli olduğu halda bu faktı nəzərə almamışdır. Ona görə də Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 05 fevral 2019-cu il tarixli qətnaməsinin ləğv olunmasını xahiş edirlər. Məhkəmə kollegiyasının iclasında Cavabdeh2 və vəkili Vəkil kassasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin edilməsini Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 05 fevral 2019-cu il tarixli qətnaməsinin ləğv olunmasını xahiş etdilər. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada bildiriş göndərilmiş olsa da, tərəflər üzrlü səbəblər olmadan gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən kollegiya işə gəlməyən t ərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası məruzəçini dinləyib, kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 05 fevral 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti isə təmin edilmədən saxlanılmalıdır. HÜQUQ MƏSƏLƏLƏRİ: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinin tələbinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellya siya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, İddiaçı QSC ilə Cavabdeh1 MMC arasında bağlanmış 05.12.2007-ci il tarixli ********* saylı kredit xətti müqaviləsinə əsasən 120 ay müddətinə 1.000.000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. İddiaçı QSC ilə Cavabdeh1 MMC arasında bağlanmış 01.11.2011-ci il tarixli ********* saylı kredit razılaşması əsasında 36 ay müddətinə, aylıq faiz dərəcəsi 1.5833 faiz olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə borcluya 240.000 ABŞ dolları məbləğində kredit verilmişdir. İddiaçı QSC ilə Cavabdeh1 MMC arasında bağlanmış 29.12.2011-ci il tarixli ********* saylı kredit razılaşması əsasında 36 ay müddətinə, aylıq faiz dərəcəsi 1.5833 % olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə borcluya 50.000 ABŞ dolları məbləğində kredit verilmilşdir. İddiaçı QSC ilə Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 arasında bağlanmış zaminlik müqavilələrindən görünür ki, zaminlər İddiaçı QSC ilə Cavabdeh1 MMC arasında bağlanmış 05.12.2007-ci il tarixli kredit xətti müqaviləsindən əmələ gələn öhdəliklərin tamamilə icra edilməsi üçün zamin bank qarşısında tam məsuliyyəti öz üzərinə götürür və borclu ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən MH seriyalı ******* saylı çıxarışdan görünür ki, Cavabdeh2 məxsus Bakı şəhəri Binəqədi rayonu M.Rəsulzadə qəsəbəsi 1-ci sıra, 17 saylı fərdi yaşayış evini Cavabdeh1 MMC-nin kredit öhdəliklərinin icrasını etmək üçün İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü edilməsi daşınmaz əmlakın dövlət reyestrində 67 nömrəli reyestr kitabının 5997 nömrəli vərəqində qeydiyyata alınmışdır. Binəqədi rayonu qeydiyyat şöbəsi t ərəfindən verilmiş ölüm haqqında şəhadətnamədən görünür ki, Cavabdeh3 28 dekabr 2013-cü il tarixdə ölmüşdür və bu barədə ölüm haqqında akt qeydləri kitabında 08.01.2014-cü il tarixli N° 15 ilə qeyd edilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən Cavabdeh10, Cavabdeh3 və X4 işə cavabdeh qismində cəlb olunmuşdurlar. Birinci instansiya məhkəməsi tərəfindən ipoteka predmeti olan əmlakın dəyərinin müəyyən edilməsi məqsədi ilə təyin edilmiş məhkəmə əmtəəşünaslıq ekspertizasının nəticələrinə dair “xxxx” MMC-nin 26.09.2017-ci il tarixli 317/AB nömrəli rəyindən görünür ki, ünvan 1 ünvan yerləşən Cavabdeh2 mülkiyyətdə olan 2 mərtəbəli, 5 otaqlı, 60,9 m2 yaşayış sahəsi, 31,5 m2 köməkçi sahəsi, 92,4 m2 ümumi sahədən ibarət 17 saylı fərdi yaşayış evinin real bazar qiyməti 130.000 manat təşkil edir. Bundan başqa birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş məhkəməmühasibatlıq ekspetizasının nəticələrinə dair Məhkəmə Ekspertiza Mərkəzinin 26 dekabr 2017-ci il tarixli 17414 saylı rəyinə əsasən Cavabdeh1 MMC-nin 01.11.2011-ci il tarixli ********* saylı kredit razılaşması üzrə 01.11.2014-cü il tarixə olan əsas borc üzrə 150.038,04 ABŞ dolları, faiz borcu üzrə 46.720,18 ABŞ dolları və 29.12.2011-ci il tarixli ********* saylı kredit razılaşması üzrə 29.12.2014-cü il tarixə əsas borc üzrə 33.938,80 ABŞ dolları, faiz borcu üzrə 11.589,16 ABŞ dolları məbləğində təşkil edir. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar aşağıdakıları qeyd etmişdir. Birinci instansiya məhkəməsi tərəfindən ipoteka predmeti olan ünvan 1 ünvan yerləşən Cavabdeh2 mülkiyy ətdə olan 2 mərtəbəli, 5 otaqlı, 60,9 m2 yaşayış sahəsi, 31,5 m2 köməkçi sahəsi, 92,4 m2 ümumi sahədən ibarət 17 saylı fərdi yaşayış evinin dəyərinin müəyyən edilməsi məqsədi ilə məhkəmə- əmtəəşünaslıq ekspertizası təyin edilmişdir. Aparılmış ekspertiza tədqiqatının nəticələrinə dair məhkəməyə təqdim edilmiş “xxxx” MMC-nin 26.09.2017-ci il tarixli 317/AB nömrəli rəyindən görünür ki, ünvan 1 ünvan yerləşən Cavabdeh2 mülkiyyətdə olan 2 mərtəbəli, 5 otaqlı, 60,9 m2 yaşayış sahəsi, 31,5 m2 köməkçi sahəsi, 92,4 m2 ümumi sahədən ibarət 17 saylı fərdi yaşayış evinin real bazar qiyməti 130.000 manat təşkil edir. Həmin ekspert rəyinin mötəbərliyinə şübhə ilə yanaşmağa əsas verən dəlil irəli sürülməmiş, buna dair məhkəməyə hər-hansı etiraz və ya sübut təqdim edilməmişdir. İpoteka qoyan ilə ipoteka saxlayan arasında ipoteka müqaviləsi bağlanarkən sözügedən əmlak 109.451,50 manat məbləğində qiymətləndirilmiş, işə birinci instansiya məhkəməsində baxılarkən onun qiyməti ilə bağlı ekspert rəyi alınmış, həmin rəy əsasında mənzilin ilkin satış qiyməti 130.000 manat müəyyən olunmuşdur. Bundan başqa məhkəmə kollegiyasının araşdırması zamanı apellyator mənzilin qiymətinin fərqli olması barədə hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Göründüyü kimi, qanunvericilik sübutlar təqdim edilməsi və sübut edilməsi vəzifəsini hər bir tərəfin öz üzərinə qoymuş, öz zərərinə olan hər hansı sübutun təqdim edilməli olması şərt kimi nəzərdə tutulmamışdır. Belə olan halda birinci instansia məhkəməsi ipoteka predmeti olan ünvan 1 ünvanyerləşən 2 mərtəbəli, 5 otaqlı, 60,9 kv.m. yaşayış sahəsi, 31, kv.m. köməkçi sahəsi, 92,4 kv.m. ümumi shədən ibarət 17 saylı fərdi yaşayış evinin ilkin satış qiymətinin 130.000 manat müəyyən etməklə düzgün nəticəyə gəlmişdir. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi digər nəticədən görünür ki, Cavabdeh4 ********* saylı 05 dekabr 2007-ci il rarixli kredit xətti müqaviləsi üzrə bağlanmış ********* saylı 01 noyabr 2011-ci il tarixli kredit razılaşmasına dair ödəniş qrafiki və ödəniş qrafıkində nəzərdə tutulmuş faizlərlə tanış olsa da həmin kredit xətti müqaviləsi üzrə bağlanmış ********* saylı 29 dekabr 2011-ci il tarixli kredit razılaşması ilə tanış olmamış, həmin kredit razılaşması üzrə müəyyən edilmiş faizlər, kreditin müddəti və məbləği ilə bağlı məlumatı olmamışdır. Zaminlik müqaviləsi ********* saylı 05 deabr 2007-ci il tarixli kredit xətti müqaviləsi üzrə bağlanmış ********* saylı 29 dekabr 2011-ci il tarixli kredit razılaşmasına münasibətdə etibarlı müqavilə olmamaqla Cavabdeh4 bu müqaviləyə görə zamin kimi məsuliyyət daşıya bilməz. İddiaçının istinad etdiyi zaminlik müqaviləsinin zamin tərəfindən ayrıca mübahisələndirilməsinə ehtiyac yoxdur; çünkü qanunun tələbinə görə işə baxan məhkəmə hər bir halda irəli sürülmüş iddia tələbinin qanuni əsasını yoxlamağa borcludur. Hazırkı halda iddiaçının zaminə qarşı yönəlmiş iddia tələbinin qanuni əsasını onunla bağlanmış zaminlik müqaviləsi təşkil etdiyindən, məhkəmə cavabdehin etirazının dəlillərindən asılı olmayaraq həmin müqavilənin etibarlı olub-olmadığına qiymət verməlidir. Nəzərə alınmalıdır ki, müqavilə öhdəliyindən irəli gələn tələblə bağlı iddia irəli sürərkən şəxs yalnız et ibarlı müqaviləyə əsaslana bilər. Əgər müqavilə (və ya onun bir hissəsi) qanunun tələbləri baxımından etibarsızdırsa, tələb hüququ (tam və ya qismən) istisna olunur, hərgah şəxs belə müqaviləyə əsasən məhkəməyə müraciət edərsə, məhkəmə həmin müqavilənin (və ya onun bir hissəsinin) etibarsızlığı əsasına görə iddia tələblərinin (tam və ya qismən) təmin olunmasından imtina etməlidir. Bunun üçün digər tərəfin (cavabdehin) həmin müqaviləni və ya onun hansısa bəndini ayrıca mübahisələndirməsinə və bununla bağlı iddia tələbi irəli sürməsinə ehtiyac yoxdur. Birinci instansiya məhkəməsi iddia tələblərini Cavabdeh4 münasibətdə ********* saylı 05 dekabr 2007-ci il tarixli kredit xətti müqaviləsi üzrə bağlanmış ********* saylı 29 dekabr 2011-ci il tarixli kredit razılaşmasına aid hissədə təmin etməkdə haqlı olmamışdır. Birinci instansiya məhkəməsi işin bütün faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmamış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi hüquq normalarını Cavabdeh4 münasibətdə düzgün tətbiq etməmiş, qanunu səhv təfsir etmişdir. Qeyd edilənlərə əsasən Cavabdeh2 apellyasiya şikayəti təmin edilməməli, Cavabdeh4 apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 1627/2018 saylı, 28 sentyabr 2018-ci il tarixli qətnaməsi Cavabdeh4 münasibətdə qismən ləğv edilməli və iddia tələbi Cavabdeh4 münasibətdə ********* saylı 05 dekabr 2007-ci il tarixli kredit xətti müqaviləsi üzrə bağlanmış ********* saylı 29 dekabr 2011-ci il tarixli kredit razılaşmasına aid hissədə rədd edilməli, qətnamə qalan hissədə dəyiş dirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası mübahisəli münasibətlərə aşağıdakı maddi hüquq normalarını tətbiq etmişdir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin 31 may 2018-ci il tarixli qərarında həmin Məhkəmə belə nəticəyə gəlmişdir ki, “zaminlik və ipoteka müqavilələrinin bağlanması üçün kredit xətti müqaviləsində mühüm şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) yetərli dərəcədə aydın göstərilməlidir. K redit xətti müqaviləsində faiz dərəcəsi göstərilmədikdə, bağlanan kredit müqavilələrində faiz dərəcəsi barədə zaminin və ya ipoteka qoyanın razılığı alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin “onun məsuliyyətinin artması və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olması” müddəası kredit xətti müqaviləsində nəzərdə tutulan kreditin məbləğinin, müddətinin, faiz dərəcəsinin bağlanan kredit müqavilələrində artırılmasını, kreditin valyutasının zaminin razılığı olmadan dəyişdirilməsini və digər halları nəzərdə tutur”. Həmin qərarında Konstitusiya Məhkəməsi özünün hüquqi mövqeyini aşağıdakı kimi əsaslandırmışdır: “...Mülki Məcəllənin 477.0.1-ci maddəsində qeyd edilmişdir ki, zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə, habelə zaminin razılığı olmada n həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda zaminliyə xitam verilir. Zaminin məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə gətirib çıxaran dəyişikliklər dedikdə, zaminin müqavilə bağlayarkən həmin müqavilə üzrə öhdəsinə götürdüyündən daha artıq öhdəliyinin yaranması nəzərdə tutulur. Göründüyü kimi, həmin maddə istənilən dəyişikliyə görə zaminliyin xitamını nəzərdə tutmur. Bu normaya əsasən, zaminliyin xitamı üçün təmin edilmiş öhdəliyə edilən dəyişiklik zaminin məsuliyyətini artırmalı və ya onun üçün başqa əlverişsiz nəticələrə səbəb olmalıdır. Zaminliyə xitam verilməsi üçün hər iki şərtin, yəni zaminin razılığı olmadan öhdəliyin dəyişdirilməsi və belə dəyişdirilmənin onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olması vacibdir. Zaminin məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olması hallarına: kreditin ümumi məbləğinin artırılması; kreditin faizinin artırılması; kreditin valyutasının dəyişdirilməsi; kreditin qaytarılma müddətinin uzadılması və digər mühüm hallar aid edilə bilər. Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1, 470.2 və 471-ci maddələrinin şərh edilməsinə dair” 2012-ci il 4 sentyabr tarixli Qərarında qeyd etmişdir ki, zaminlik müqaviləsi məhz əsas öhdəliyin icrasını təmin edən üsullardan biri olduğundan belə müqavilədə zaminliklə təmin edilən əsas öhdəliyin müəyyən olunması və ya müəyyən edilə bilməsi mümkün olmalıdır. Buna müvafiq olaraq zaminlik müqaviləsində aşağıdakılar göstərilməlidir: hansı əsas müqaviləyə dair zaminlik yaranır (müqavilənin tərəfləri, tarixi və nömrəsi göstərilməklə); əsas öhdəliyin (borclunun kreditor qarşısında öhdəliyinin) həddi barədə göstəriş. Zaminliklə təmin edilmiş öhdəliyin konkret məbləğinin müqavilədə göstərilməsi mühüm şərtlərdən biridir və zaminin qanuni maraqlarını qorumaq məqsədi daşıyır. Zaminin razılığı alınmadan bağlanmış kredit müqavilələrində nəzərdə tutulmuş öhdəliyin konkret həcmi kredit xətti müqaviləsi ilə müəyyən edilmiş ümumi məbləğ və müddət həddində olmalıdır. Kredit xətti müqaviləsində faiz dərəcəsi göstərilmədikdə bağlanmış kredit müqavilələrində faiz dərəcəsi barədə zaminin razılığı alınmalıdır. Belə razılığın olmaması zaminin məsuliyyətinin artması kimi qiymətləndirilm əlidir”. “İpoteka haqqında” Qanunun 39.3.3-cü maddəsinə əsasən ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edilərkən qərarda ipoteka predmetinin ilkin satış qiyməti göstərilməlidir və qanunun mənasına görə, məhkəmə qətnaməsində ipoteka predmeti olan əmlakın ilkin satış qiyməti yalnız tərəflərin razılaşması əsasında, yaxud müstəqil qiymətləndiricinin rəyi əsasında müəyyən edilə bilər. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin nəticələri işin həqiqi hallarına uyğun olmaqla və tərəflərin qarşılıqlı münasibətlərini əks etdirdiyi üçün qanuni və əsaslıdır. Cavabdeh2 kassasiya şikayətinin dəlillərinə gəldikdə məhkəmə kollegiyası qeyd edir ki, tərəflər arasında kredit müqaviləsi bağlanmış və bununla da onların arasında kredit hüquq münasibətləri y aranmışdır. İddiaçı kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmiş, cavabdeh isə həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmiş, nəticədə kreditor qarşısında müqavilə üzrə öhdəlikləri yaranmışdır. Cavabdeh həmin öhdəliyin icrasından yayındığı üçün iddiaçı bu tələblə məhkəmə müdafiəsindən istifadə etmək məcburiyyətində qalmışdır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işin bütün faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış, mübahisə üzrə tədbiq edilməli olan hüquq normalarını düzgün tətbiq edərək nəticə etibarı ilə qanuni və əsaslı qətnamə çıxarmışdır. Kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas ola bilməz, ona görə də kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdiri lmədən saxlanılmalıdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh2 kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının həmin iş üzrə 05 fevral 2019cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar