Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5674/2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əmlakın qanunsuz sahiblikdən alınması) 23.11.2021 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (sədrlik edən və məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, X1 oğlunun katibliyi, cavabdeh Ələsgərov Fərhad Hüseyn oğlu və onun vəkili Əliyev İlham Yəhya oğlunun iştirakları ilə, Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 07 may 2021-ci il tarixli, 2(104)1020/2021 saylı qətnaməsindən cavabdeh Ələsgərov Fərhad Hüseyn oğlu tərəfindən verilmiş kassasiya şikayəti üzrə i şə 23 noyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı cavabdeh Ələsgərov Fərhad Hüseyn oğlunun təklifi ilə ona 2018-ci ilin payız aylarında Ceyrançöl yatağında saxlanılması üçün ona 30 baş xırdabuynuzlu, bir baş ikiyaşlı düyə və iki baş üçyaşlı iribuynuzlu heyvan vermişdir. Heyvanların saxlanması üçün iddiaçı cavabdehə ümumilikdə 2500 manat vermişdir. Sonradan cavabdeh bildirmişdir ki, xırdabuynuzlu heyvanlarda 15 quzu artım olmuşdur. Cavabdeh özbaşına olaraq, xırdabuynuzlu heyvanları 8000 manata satmış, pulu iddiaçıya verəcəyini vəd etmiş, lakin nə pulu, nə də iribuynuzlu heyvanları qaytarmamışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı İddiaçı cavabd eh Ələsgərov Fərhad Hüseyn oğluna qarşı Gədəbəy Rayon Məhkəməsinə müraciət edərək, 8000 manat pulun və 3 baş inəyin cavabdehdən alınaraq, ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2018-ci ilin payız aylarında Ceyrançöl yatağında saxlanılması üçün cavabdeh Ələsgərov Fərhad Hüseyn oğlunun təklifi ilə ona 30 baş xırdabuynuzlu heyvan, bir baş ikiyaşlı düyə və iki baş üç yaşlı inək vermişdir. Həmin heyvanların saxlanılması xərcləri ilə əlaqədar cavabdehə ümumilikdə 2500 manat pul vermişdir. Cavabdeh heyvanları yaz aylarında geri qaytarmalı idi. 2019-cu ilin yazında cavabdeh ona bildirmişdir ki, xırdabuynuzlu heyvanlarda 15 quzu artımı olmuşdur. Yəni, cavabdehdə onun 45 baş xırdabuynuzlu heyvanları olmuşdur. 2019-cu ilin yazında heyv anları Ceyrançöldən yaylağa qaytarma vaxtı cavabdeh ona bildirmişdir ki, xırdabuynuzlu heyvanları 8000 manata satmışdır. Halbuki, o, cavabdehdən belə bir xahiş etməmişdir. Cavabdeh ona bildirmişdir ki, heyvanların pulunu tezliklə onun hesabına keçirəcəkdir. Lakin o vaxtdan keçən müddət ərzində cavabdeh ona nə 8000 manatı vermiş, nə də ki, inəkləri qaytarmışdır.
4. Gədəbəy Rayon Məhkəməsinin 13 may 2020-ci il tarixli, 2(042)-264/2020 nömrəli qiyabi qətnaməsi ilə (hakim F.Mirzəquliyev) iddia təmin edilərək, cavabdeh Ələsgərov Fərhad Hüseyn oğlundan 8000 manat, bir baş ikiyaşlı düyənin və iki baş üç yaşlı inəyin və ödənilmiş 30 manat dövlət rüsumunun əvəzinin Ələsgərov Fərhad Hüseyn oğlundan alınaraq İddiaçı verilməsi qət edilmişdir.
5. Məhkəmə qeyd etmişdir ki, iddiaçının izahatı və şahid if adələri ilə müəyyən edilmişdir ki, İddiaçı cavabdeh Ələsgərov Fərhad Hüseyn oğluna 2018-ci ilin payız aylarında Ceyrançöl yatağında saxlaması üçün 30 baş xırdabuynuzlu, bir baş ikiyaşlı düyə və iki baş üçyaşlı inək vermişdir. Bundan sonra xırdabuynuzlu heyvanların 15 baş quzusu olmuşdur. Cavabdeh bu barədə iddiaçıya heç bir məlumat vermədən, özbaşına olaraq, iddiaçıya məxsus xırdabuynuzlu heyvanları 8000 manata satmış, pulu və iribuynuzlu heyvanları iddiaçıya qaytaracağını bildirmişdir. Lakin cavabdeh üzərinə götürdüyü öhdəlikləri pozaraq, nə pulu, nə də heyvanları iddiaçıya qaytarmamışdır. Ona görə də iddia ərizəsi təmin edilməli, Ələsgərov Fərhad Hüseyn oğlundan 8000 manat, bir baş ikiyaşlı düyə və iki baş üçyaşlı inək alınaraq, İddiaçı verilməlidir.
6. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 164.1, 165.1, 777, 778, 1091.1, 1091.2, 1092.1 və MPM-nin 14.2, 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
7. Cavabdeh Ələsgərov Fərhad Hüseyn oğlu apellyasiya şikayəti verərək Gədəbəy Rayon Məhkəməsinin 13 may 2020-ci il tarixli qiyabi qətnaməsinin ləğv, iddianın rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. Cavabdeh bildirmişdir ki, onun və bacısı uşaqlarının fiziki qüsurlu olduğundan onlara əlillik dərəcəsi düzəltdirmək adı ilə iddiaçı onları aldadaraq 7500 manat pul almış, həmin pulu ondan tələb etdiyinə görə iddiaçı hazırkı tələbi irəli sürmüşdür.
9. Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 07 may 2021-ci il tarixli, 2(104)- 1020/2021 saylı qətnaməsi ilə (hakimlər A.H.Hüseynzadə (sədrlik edən və məruzəçi), L.S.Süleymanov və Ş.Q.Rzaquliyev) apellyasiya şikayəti təmin edilməmiş, Gədəbəy Rayon Məhkəməsinin 13 may 2020-ci il tarixli 2(042)-264/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
10. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi, iş materiallarına, şahid ifadələrinə və cavabdehin özünün etiraf etdiyi “Ceyrançöl” düzündə yatağa sahib olmasına əsaslanaraq haqlı olaraq iddianı təmin etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
11. Cavabdeh Ələsgərov Fərhad Hüseyn oğlu kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.
12. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Həm birinci instansiya məhkəməsində, həm də apellyasiya instansiyası məhkəməsində məhkəmələr iddianı təmin edərkən iddiaçının ifadəsinə və şahid ifadələrinə əsaslanmışdır. İddiaçının göstərdiyi bütün xüsusatlar şər və böhtandır. Belə ki, o iddiaçını tanısa da onunla aralarında heç bir razılaşma olmamışdır. İddiaçı ona göstərilən heyvanları verməmiş və bu heyvanları saxlamaq barədə öhdəlik götürməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
14. Məhkəmə kollegiyasının iclasında cavabde h Ələsgərov Fərhad Hüseyn oğlu və onun vəkili Əliyev İlham Yəhya oğlu kassasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini xahiş etdilər.
15. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasına gəlmədiyi və gəlməməsinin səbəbləri barədə məlumat vermədiyi üçün məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq
16. Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə
777. Tapşırıq müqaviləsi 777.1. Tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. 777.2. Tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir. Maddə
778. Tapşırığın məzmunu 778.1. Vəkalət alan tapşırığı vicdanla icra etməli, bu zaman vəkalət verənin haqlı mənafelərini müdafiə etməlidir. 778.2. Tapşırığın məzmunu birbaşa göstərilmədikdə, bağlanan əqdlərin və ya göstərilən xidmətlərin xarakteri ilə müəyyənləşdirilir. Məsələn, tapşırıqda onun icrasına aid hüquqi hərəkətlərin yerinə yetirilməsi səlahiyyəti göstərilməlidir. Üçüncü şəxslər üçün nümayəndəliyə aid müddəalar qüvvədə olur. Maddə
779. Vəkalət alanın məsuliyyəti 779.1. Vəkalət alan tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır.
17. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə
77. Sübut etmə vəzifəsi 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə
417. Kassasiya instansiyası məhkəməsinin səlahiyyətləri 417.1. Kassasiya məhkəməsi işə baxarkən: 417.1.1. apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə
418. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin və ya qərardadının ləğv edilməsinin əsasları 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsa sdır. Kassasiya baxışının hədləri
18. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416).
19. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üç ün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3).
20. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
21. Hazırkı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi aktının ləğvi xahiş edildiyindən, məhkəmə aktı tam yoxlanılır. Kassa siya instansiyası məhkəməsinin mövqeyi
22. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
23. Apellyasiya instansiyası məhkəməsi cavabdehin etirazının dəlillərinin araşdıraraq qeyd etmişdir ki, həmin dəlillər əsassızdır. Gədəbəy Rayon Polis Şöbəsindən götürülmüş materiallardan görünür ki, cavabdeh Fərhad Ələsgərov polis şöbəsinə və prokurorluğa iddiaçının onu telefonla nalayiq söyüşlərlə təhqir etməsi, onu öldürməklə hədələməsi ilə bağlı 05.12.2019-cu il tarixdə ərizə ilə müraciət etmişdir. Lakin, şikayəti ilə bağlı izahat verərəkən, iddiaçının ondan və bacısından aldadaraq ümumilikdə 7500 manat pul alması ilə bağlı izahat da vermişdir. Cavabdehin bacısının isə iddiaçının ondan 5000 manat aldatma yolu ilə pul alması ilə bağlı hər hansı bir müraciəti mövcud olmamışdır. İddiaçı isə ərizəsi polis orqanı tərəfindən məhkəməyə təqdim edilməsə də polisdə verdiyi izahatından görünür ki, o isə 07.12.2019-cu il tarixdə polis orqanına cavabdeh Fərhad Ələsgərovun ondan xırda və iri buynuzlu heyvanları aldadaraq alması ilə bağlı şikayət etmişdir. Bu mənada məhkəmə kollegiyası hesab edir ki, hər hansı bir şəxsin hər hansı bir niyyətlə digər bir şəxsdən pul alması və həmin pulu geri qaytara bilmədiyi h alda pulu aldığı şəxsi zəng edib söyməsi və ya öldürməklə hədələməsi ağlabatan deyildir. Adətən belə hallarda pulu alan şəxs qarşısında öhdəliyi olan şəxsdən qaçıb gizlənmək yolunu tutur. Əksinə olaraq, pulu və ya hər hansı bir əşyası geri qayıtmayan şəxs qarşısında öhdəliyi olduğunu düşünən şəxsdən müxtəlif vasitələrlə pulunu və ya əşyasını geri tələb edir ki, hazırkı iş üzrə də tərəflərin polis orqanına müraciətlərinin məzmunu da məhkəmə kollegiyası tərəfindən məhz bu aspektdən qiymətləndirilmişdir.
24. Bundan başqa iddiaçı tərəfindən məhkəməyə 04 dekabr 2018-ci il tarixdə verilmiş etibarnamə və 28 noyabr 2019-cu il tarixdə bank hesabı açılmasına dair sənəd təqdim etmişdir ki, qeyd edilən sənədlər də iddiaçının iddia tələbini əsaslandırdığı dəlillərə uyğun olmuşdur.
25. Bundan başqa cava bdeh iddiaçının ümumiyyətlə qoyunlara və mal-qaraya sahib olmadığını bildirməklə bu barədə məhkəməyə 02.04.2019-cu il tarixli kserosurətdən ibarət icra nümayəndəliyinin arayışını təqdim etmişdir ki, həmin sənəd kserosurət olmaqla mötəbər sübut kimi qəbul edilməmişdir. Digər tərəfdən həmin sənədin həqiqiliyi şübhəli olmuşdur. Belə ki, arayışın məzmunundan göründüyü kimi həmin arayış ailə tərkibi ilə bağlı olmaqla, “heç bir təsərrüfatı olmayıb iri buynuzlu və xırda buynuzlu heyvanları yoxdur” cümləsi arayışda digər cümlələrdən fərqli şriftdə yazılmışdır. Digər tərəfdən həmin arayışın 02.04.2019-cu il tarixdə verildiyi qeyd edilmişdir ki, 2019-cu ilin aprel ayında, yəni tərəflər arasında mübahisənin yarandığı zaman (iddiaçı iddiasında və polisdə verdiyi izahatında cavabdehin mal-qaranı məhz 2 019-cu ilin aprel ayında qaytarmalı olması və həmin vaxtdan cavabdehdən mal-qaranı tələb etməsini bildirmişdir) cavabdehin qeyd edilən məzmunda arayış əldə etməsinə hansı zərurətin olması da anlaşılan olmamışdır. Hərçənd ki, iddiaçı tərəfindən təqdim edilmiş Gədəbəy RİH Düzyurd İƏD üzrə nümayəndəliyin 07.94.2021-ci il tarixli, 72 saylı arayışı ilə İddiaçı 2016-2020-ci illər ərzində xırda və iri buynuzlu heyvanlara sahib olması öz təsdiqini tapmışdır. Digər tərəfdən cavabdehin özünün də etiraf etdiyi kimi “Ceyrançöl” düzündə yatağa sahib olması da iddiaçının iddiasının dəlillərinin əsaslılığını gücləndirən yanakı sübut olmuşdur.
26. Göründüyü kimi işin faktik halları ilə bağlı məhkəmə araşdırma aparmış, gəldiyi nəticəni əsaslandırmış, müəyyən etdiyi hallara maddi hüquq normasını düzgün tətb iq etmişdir.
27. Cavabdehin kassasiya şikayətinin dəlilləri işin faktik hallarının müəyyən olunmaması ilə bağlıdır. Yuxarıda qeyd olunduğu kimi MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.
28. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 07 may 2021-ci il tari xli, 2(104)1020/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.