Məhkəmə qərarları › İş №2(102)-5677/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-5677/2020

16.11.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5677/2020 16.11.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 və Cavabdeh8 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: maddi və mənəvi ziyanın ödənilməsi, sübutetmə yükü) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), X7 və X2 ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi, İddiaçı və onun vəkili X3, Cavabdeh7 iştirakı ilə, Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-1488/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə xx xxxxxx 2020-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları Magistr hazırlığı mərkəzinin direktoru N.Hacıyev tərəfindən Azərbaycan Dövlət Aqrar Universitetinin (bundan sonra – universitet) rektoruna ünvanlanmış məlumatın surətindən görünür ki, “Bitkilərin toxumçuluğu” ixtisaslaşmasının əyani təhsil forması üzrə ikinci magistrantı İddiaçı (bundan sonra – iddiaçı) magistr dissertasiyalarının müdafiəsi üçün yaradılmış İxtisaslaşdırılmış Elmi Şurada müdafiədə iştirak etməmişdir. İddiaçı onunla yaradılan telefon əlaqələrinə cavab vermir. Həmin halın üzürsüz səbəb kimi qiymətləndirilərək, iddiaçının universitetdən xaric olunma məsələsinə baxılması xahiş edilmişdir. Universitetin xx.xx.2014-cü il tarixli, 431 sa ylı əmrindən çıxarışdan görünür ki, müvafiq peşə proqramının tam təlim kursunu başa çatdırmış, tədris planında nəzərdə tutulan bütün tələbləri müvəffəqiyyətlə yerinə yetirmiş əyani təhsil formasının aqronomluq ixtisası “bitkilərin toxumçuluğu” ixtisaslaşması üzrə məzunu iddiaçı üzürsüz səbəbdən dissertasiya işinin müdafiəsində iştirak etmədiyinə görə Universitetdən xaric edilmişdir. Universitetin xx.xx.2015-ci il tarixli, 109 saylı əmrindən çıxarışdan görünür ki, 2014-cü ildə magistraturanın əyani təhsil formasının “bitkilərin toxumçuluğu” ixtisaslaşması üzrə (ödənişli) ikinci kursundan xaric edilmiş sabiq tələbəsi iddiaçı əyani təhsil formasının “bitkilərin toxumçuluğu” ixtisaslaşması üzrə (ödənişli) ikinci kursuna bərpa edilməklə, illik təhsil haqqı 1000 manat müəyyən edilmişdir. Univers itetin xx.xx.2015-ci il tarixli, 481 saylı əmrindən çıxarışdan görünür ki, xx xxxx 2015ci il tarixli, 03 saylı protokolu əsasında ixtisaslaşdırılmış elmir şuraların müvafiq qərarlarına əsasən iddiaçıya “Bitkilərin toxumçuluğu” ixstisaslaşması üzrə magistr ali elmi-ixtisas dərəcəsi və adi diplom verilmişdir. Universitetin xx.xx.2019-cu il tarixli, 10-1098 saylı arayışından görünür ki, iddiaçı 2012-ci ildə Universitetin magistratura səviyyəsinin “bitkilərin toxumçuluğu” ixtisaslaşmasına qəbul olub və 2015-ci ildə həmin ixtisası bitirib. Ona AM 007878 seriyalı, 1029 qeydiyyat nömrəli adi diplom verilmişdir. Diplomunu Universitetin tələbə şöbəsindən xx.xx.2018-ci il tarixində götürmüşdür. İş materiallarında olan tibbi sənədlərdən görünür ki, iddiaçı xx.xx.2016-cı il, xx.xx.2016-cı il, xx.xx.20 16-cı il, xx.xx.2019-cu il tarixlərdə X1 müayinələrdən keçmiş və ona müxtəlif müalicələr təyin edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehlər Cavabdeh1 (Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru), Cavabdeh2 (Universitetin “Ümumi əkinçilik, genetika və seleksiya” kafedrasının müdiri), Cavabdeh3 (Universitetin “Ümumi əkinçilik, genetika və seleksiya” kafedrasının dosenti), Cavabdeh4 (Universitetin “Ümumi əkinçilik, genetika və seleksiya” kafedrasının dosenti), Cavabdeh5 (Universitetin “Ümumi əkinçilik, genetika və seleksiya” kafedrasının baş laborantı), Cavabdeh6 (Universitetin Elmi işlər üzrə prorektoru), Cavabdeh7 (Universitetin magistr hazırlığı mərkəzinin direktoru) və Cavabdeh8 (Universitetin Tədris işləri üzrə prore ktoru) qarşı qarşı maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, sağlamlığının pozulması ilə əlaqədar ona dəymiş maddi zərərə görə 1000 manat, itirdiyi qazanca (gəlirə) görə 9000 manat, müayinə və müalicənin davam edilməsi üçün 2000 manat, mənəvi zərərə görə 40000 manat, ödədiyi dövlət rüsumuna görə 30 manat və hüquqi xidmətlərin göstərilməsi ilə əlaqədar ödədiyi 300 manat məbləğində pulun əvəzinin cavabdehlərdən onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, magistr dissertasiyasına hazırlıq və müdafiə mərhələsində cavabdehlərin ona qarşı mənfi davranışları, təzyiq və hərəkətləri səbəbindən xx.xx.2015-ci il tarixdə hərəkət edərkən ayağı çalaya düşmüş və xəsarət almışdır. Ona tibbi yardım göstərmiş həkim-travmatoloqun xəsarət aldığı ayağındakı sarğı (gips) açıldıqdan sonra ağrılar tam keçənədək həmin ayağının üstündə durmaması və gəzməməsi barədə tövisyyəsinin olmasına baxmayaraq, magistr dissertarsiyasını müdafiə etmək məqsədi ilə cavabdehlərin təkidli tələbi ilə o, kənar şəxslərin köməyi ilə xəsarət aldığı ayağının üstündə addımlayaraq xx.xx.2015-ci il tarixdə universitetə getməyə məcbur olmuşdur. Bundan sonra xəsarət aldığı ayağındakı ağrılar daha da kəskinləşmiş və müayinə-müalicəsi illərlə davam etmiş, xx.xx.2019-cu il tarixdə ona “oynağın artrozu” diaqnozu qoyulmuşdur. Bu xəsarət ona kəskin fiziki ağrılarla yanaşı, həm də mənəvi iztirablar yaşatmış, müayinə və müalicə ilə bağlı maddi ziyan vurmuşdur. Aldığı xəsarətin cavabdehlərin məcburiyyəti ilə Unive rsitetə getməsi ilə əlaqədar fəsadlaşması onun fiziki ağrılarını, mənəvi iztirablarını, müayinə və müalicə ilə bağlı xərclərini daha da artırmış və o, 1000 manatdan artıq pul xərcləmişdir. Bundan başqa, o, Azərbaycan Elmi Tədqiqat X5 baş laborant işləyirdi və aylıq 133 manat əmək haqqı alırdı. Cavabdehlərin hərəkətləri nəticəsində o, 52 ay ərzində işləmək imkanından da məhrum olmuşdur. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) xx xxxxxx 2019-cu il tarixli, 2(044)-3203/2019 saylı qətnaməsi ilə (sədrlik edən hakim Emin Axundov) iddia tələbi təmin edilməmişdir. İddiaçı həmin qətnamədən apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini xahiş etmişdir. b) Apelyasiya instansiyası məhkəməsində icraat Gəncə Apelyasiya Məhkəməsi Mülki kollegiyasının ( hakimlər – Loğman Süleymanov - sədrlik edən və məruzəçi, Ədil Məmmədov, Afiq Hüseynzadə) xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə apelyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apelyasiya instansiyası məhkəməsi iddia tələbini rədd edən birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd etmişdir ki, iddiaçı 2014-cü ilin iyun ayında cavabdehlər tərəfindən ona protokoldan çıxarışın verilməməsi səbəbindən magistr dissertiyasiyasının müdafiəsini həyata keçirə bilmədiyindən bu barədə düşündüyü üçün xx.xx.2015-ci il tarixdə ayağının çalaya düşərək xəsarət aldığını və xx.xx.2015-ci il tarixdə cavabdehlərin məcburiyyətlərinə görə magistr dissertiyasiyasını müdafiə etdiyi üçün xəsarətinin fəsadlaşdığını, bunun üçün də m üayinə və müalicəyə 1000 manatdan artıq pul xərclədiyini göstərsə də, aldığı xəsarətin cavabdehlərin məhz hansı təqsirli, hüquqazidd əməlləri nəticəsində baş verməsini sübuta yetirə bilməmişdir. Belə ki, iddiaçı Universitetdən xx.xx.2014-cü il tarixdə xaric edilsə də, xx.xx.2015-ci il tarixdə Universitetə bərpa edildiyindən iddiaçının 2014-cü ilin iyun ayında cavabdehlər tərəfindən ona protokoldan çıxarışın verilməməsi səbəbindən magistr dissertiyasiyasının müdafiəsini həyata keçirə bilmədiyindən bu barədə düşündüyü üçün ayağının burxulması ehtimalı inandırıcı deyildir. Həmçinin, iddiaçının özünün məhkəmə kollegiyasının iclasında verdiyi izahatından görünür ki, o, sonuncu dəfə aprel ayının sonlarında Universitetdə olmuşdur. May ayının 26-da isə marketə gedən zaman ayağı burxulmuş və sağ ay ağı biləkdən çıxaraq, barmaq sümükləri arasında çat yaranmışdır. Göründüyü kimi, iddiaçının xəsarət almasına səbəb olan hadisə onun Universitetə bərpa edilməsindən 3 ay sonra baş vermiş və iddiaçı marketə gedən zaman ayağının burxulması ilə əlaqədar olmuşdur. Sonuncu dəfə isə iddiaçı aprel ayının sonlarında Universitetdə olmuşdur ki, təxminən 1 ay sonra baş verəcək hər hansı hadisə üçün cavabdehlərin təqsirli olmaları sübuta yetirilmir. Cavabdehlərin xx.xx.2015-ci il tarixdə iddiaçını magistr dissertiyasiyasının müdafiəsinə çağırmaları ilə bağlı apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, birincisi, bu onların vəzifələrindən irəli gələn hal olmuşdur. Digər tərəfdən isə, iddiaçının ayağından aldığı xəsarətin məhz xx.xx.2015-ci il tarixdə baş tutmuş müdafiədən sonra fəsadlaşması halı iddiaçı tərəfindən sübuta yetirilməmişdir. İşdə olan tibbi sənədlərdən isə görünür ki, iddiaçı xx.xx.2016-cı il, xx.xx.2016-cı il, xx.xx.2016-cı il, xx.xx.2019-cu il tarixlərdə X1 müayinələrdən keçmiş və ona müxtəlif müalicələr təyin edilmişdir. Bundan başqa, iddiaçı cavabdehlərə ayağında olan xəsarətə görə hərəkət etməsində məhdudiyyət olmasına dair məlumat verməsinə və buna baxmayaraq cavabdehlərin onun müdafiədə iştirak etməyə məcbur etmələrinə dair mötəbər sübutları da təqdim etməmişdir. Apelyasiya instansiyası məhkəməsi iddiaçının mənəvi zərər ilə bağlı dəlillərini də əsassız hesab edərək qeyd etmişdir ki, iddiaçı iddia ərizəsində cavabdehlərin hərəkətlərinə görə ona 40000 manat məbləğində mənəvi zərər tələb etsə də, tələbini əsaslandırmamış, cavabdehin təqsirli, hüquqazaidd hərəkətl əri ucbatından mənəvi sarsıntıya və iztiraba məruz qalması barədə heç bir sübut növü təqdim etməmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri İddiaçı (Vəkil) kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuş, maddi və prosessual hüquq normalarının hazırki mübahisəyə düzgün tədbiq edilməməsi nəticəsində qanunsuz və əsassız qətnamə qəbul edilmişdir. İddia ərizəsinə iddia tələbini sübut edə biləcək 16 adda rəsmi sənəd əlavə etmişdir. Bunlarda n 6-sı xəsarətinə dair tibbi sənədlər, 10 isə müayinə, müalicə və hüquqi xidmətlərlə bağlı maliyyə sənədləridir. Lakin birinci instansiya məhkəməsi bu sübutları araşdırmamış, apellyasiya məhkəməsi isə bu pozuntuya heç bir hüquqi qiymət verməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçı və onun vəkili X6 məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdilər. Cavabdeh7 məhkəmə kollegiyasının iclasına vəkilsiz iştirak etdiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-ci maddəsinə əsasən onun izahatı dinlənilmədi. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırıl masına baxmayaraq iş üzrə digər cavabdehlər gəlmədikləri üçün və gəlməmələrinin səbəbləri barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə digər cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə h üququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericilin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və ya işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. «Mənəvi zərərin ödənilməsi barəsində qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi» haqqında Azərba ycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2008-ci il tarixli 7 №-li qərarı: Bənd

2. Azərbaycan Respublikasının qanunvericiliyi, «İnsan Hüquqlarının və X4 Haqqında Konvensiya»nın müddəları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından, «mənəvi zərər anlayışı» insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi-qeyri əmlak xarakterli hüquq və azadlığının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Bənd

8. Azərbaycan Respubl ikasının Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barəsində iddia o hallarda təmin oluna bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərər vuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin b elə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tər əfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kassasiya şikayətində qətnamə iş üzrə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən və apelyasiya instansiyası məhkəməsinin aktının ləğvi xahiş edildiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımda n apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətində iddiaçı məhkəməyə təqdim etdiyi sübutlara qiymət verilmədiyini qeyd etmişdir. Lakin işdən görünür ki, işə baxan məhkəmələr iddiaçının təqdim etdiyi, kassasiya şikayətində qeyd etdiyi bütün sübutlara tam, hərtərəfli və obyektiv qiymət vermiş, lakin həmin sübutlar əsasında iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərər vuran şəxsin təqsiri müəyyən edilməmişdir. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və qətnamədə ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-1488/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir. Ali Məhkəmənin hakimi Əhməd Nurməmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar