Məhkəmə qərarları › İş №2(102)-5679/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-5679/2020

11.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5679/2020 11.11.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu, Quliyev Gündüz Ağababa oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli 2(104)-86/2020 saylı qətnaməsindən iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq Müəyyən etdi: Ağdam Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli qətnaməsi ilə (hakim E.A.Bayramov, iş 2(13)-5429/2017) İddiaçı ASC-nin Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair idd iası təmin edilərək cavabdehlərdən müştərək qaydada cəmi 13.685,76 ABŞ dollarının ödəniş gününə olan məzənnəyə uyğun olaraq manatla tutulub İddiaçı ASC-yə ödənilməsi qət edilmişdir. Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər: A.V.Bayramov, L.S.Süleymanov və F.Ə.Mehtiyev) Cavabdeh1 apelyasiya şikayəti qismən təmin edilərək Ağdam Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli qətnaməsi ləğv edilmiş, cavabdehlərdən əsas borca görə 7047,88 manatın müştərək qaydada tutularaq ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir. İşin halları: xx xxxx 2014-cü il tarixli kredit müqaviləsinə əsasən İddiaçı ASC-nin Xətai filialı tərəfindən Cavabdeh1 illik istifadə dərəcəsi 29 faiz olmaqla 18 ay müddətinə 12.740 ABŞ dolları məbləğində kredit verilmiş, həmin müqavilə üzrə borclunun öhdəliklərinin təminatı kimi Cavabdeh2 ilə zaminlik müqaviləsi bağlanmışdır. 2017-ci ilin noyabr ayında İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək kredit müqaviləsi üzrə borclu Cavabdeh1 banka 13.685,76 ABŞ dolları məbləğində borcunun yaranmasını əsas göstərməklə həmin borcun Cavabdeh1 və zamin Cavabdeh2 tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi üzrə yuxarıda göstərilən məhkəmə qətnamələri qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri: İş üzrə iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu kassasiya şikayəti verərək qətnamənin sübutlara düzgün qiymət verilmədən, maddi və prosessual hüquq normalarının pozulması il ə çıxarılmasını əsas göstərməklə ləğv edilməsini və cəmi 19.184,73 ABŞ dollarının cavabdehlərdən tutulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya kollegiyasının iclasında iddiaçının vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Cavabdehlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67.1-ci maddəsinin tələblərinə zidd olaraq məhkəmə iclasına vəkilsiz gəldiklərindən məhkəmə tərəfindən onların izahatları dinlənilməmişdir. Hüquqi məsələlər: Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kassasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə görə kassasiya instansiy ası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Bankın iddia ərizəsinə əlavə edilmiş kredit müqaviləsindən görünür ki, Cavabdeh1 ilə 12.740 ABŞ dolları məbləğində kreditin verilməsi barədə müqavilə xx xxxx 2014-cü il tarixdə bağlanmış və göstərilən müqavilə üzrə öhdəliklərin təminatı kimi Cavabdeh2 ilə həmin tarixdə zaminlik müqaviləsi bağlanmışdır. Müəyyən olunmuşdur ki, Cavabdeh1 müqavilə üzrə öhdəliyini lazımınca icra etməməsi səbəbindən banka borcu yaranmışdır. Borcun məbləğinin müəyyən olunması ilə əlaqədar Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən ekspertiza aparılmış və cavabdehin xx xxxxxxx 2017-ci il tarixədək 6.899,54 ABŞ dolları məbləğində əsas, 3.918,31 ABŞ dolları məbləğində faiz borcunun olmas ı barədə rəy verilmişdir. Lakin iş materiallarına əlavə edilmiş problemli kreditlərin kompensasiyasına dair məlumatdan görünür ki, Cavabdeh1 restruktruzasiyaya çıxarılacaq borcunun məbləği 7047,88 manat təşkil edir. Göstərilənlərlə əlaqədar apelyasiya instansiyası məhkəməsi Cavabdeh1 bank qarşısında 7047,88 manat məbləğində icra edilməmiş öhdəliyinin qalması barədə nəticəyə gələrək bankın iddiasını həmin həcmdə təmin etmişdir. Kollegiya iddianın qismən təmin edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739, 385.1, 442, 448, 470.1, 472-ci maddələrinə əsaslanmış və hesab etmişdir ki, cavabdeh Fakhim X1 müqaviləsi üzrə öhdəliyini lazımınca icra etmədiyi üçün əsaslılığı sübuta yetirilmiş borc məbləği cavabdehlərdən tutulmalıdır. Kollegiya apelyasiya instansiyası məhkəməsinin həmin nəticə si ilə razılaşaraq hesab edir ki, qətnamə müəyyən olunmuş sübutlara və mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının tələblərinə uyğun çıxarılmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar