Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-568/2020 10.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu və Hacıyev Sənan Firudin oğlundan ibarət tərkibdə, X10 oğlunun katibliyi, İddiaçı ləğv prosesində olan qapalı səhmdar cəmiyyəti X5 Kommersiya Bankının ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun vəkili Vəkil, nümayəndə X2, cavabdeh “xxxx” MMC-nin direktoru Cavabdeh2, vəkil X1 və nümayəndə X5 iştirakları ilə, İddiaçı Ləğv prosesində olan QSC X5Kommersiya Bankının ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər “xxxx” MMC-nə, Cavab deh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faizlərin, cərimənin ödənilməsi, tələbin ipoteka predmetinə yönəldilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli 2(103)-1384/2019 nömrəli qətnaməsindən iddiaçı ləğv prosesində olan QSC X5Kommersiya Bankının ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun və vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Səbail Rayon Məhkəməsinin (hakim N.Bağırov) xx xxxxxx 2015-ci il tarixli qətnaməsi ilə iddiaçı QSC X5Kommersiya Bankının cavabdehlər “xxxx” MMC-nə, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “kredit müqavilələri üzrə əsas borcun, hesablanmış faizlərin, cərimələrin ödənilməsi və tələbin ipotek a predmetlərinə yönəldilməsi” barədə iddiası qismən təmin edilərək, cavabdehlərdən müştərək qaydada xx xxxxxx 2007-ci il tarixli kredit müqaviləsi üzrə 1.810,021 manat əsas, 139.363,92 manat faiz, 10.000 manat cərimə borcunun, ödənilmiş dövlət rüsumuna görə 20 manat pulun, cəmi 1.959.404,92 manat pulun tutulub iddiaçı təşkilata ödənilməsi, “xxxx” MMC-dən xx xxxx 2010-cu il tarixli kredit müqaviləsi üzrə 622.920,62 manat əsas, 64.815,93 manat faiz, 12.000 manat cərimə borcunun, cəmi 699.739,55 manat pulun tutulub iddiaçı təşkilata verilməsi, ilkin satış qiyməti 646.295 manat müəyyən edilməklə qeyd edilən hər iki kredit müqavilələri üzrə tutmanın ipoteka ilə yüklü edilmiş Cavabdeh2 və Cavabdeh3 paylı mülkiyyətində olan X5 saylı evə yönəldilməsi, həmin əmlakın boşaldılması, onun açıq hərracda n satılması, satışdan əldə edilmiş pul vəsaitinin hesabına kredit borcunun ödənilməsi, qalan məbləğin Cavabdeh2 və Cavabdeh3 verilməsi, hər iki kredit müqavilələri üzrə yuxarıda göstərilən pul məbləğinin ipoteka ilə yüklü edilmiş Cavabdeh2 məxsus olan Şabran rayonu, Gəndob kəndində mülkiyyətdə olan 0,12 ha torpaq sahəsinə və onun üzərində yerləşən 2 mərtəbəli 4 otaqlı fərdi yaşayış evinə yönəldilməsi, həmin əmlakın ilkin satış qiymətinin 165.300 manat müəyyən edilməklə açıq hərracdan satılması, satışdan əldə edilmiş pul vəsaitinin hesabına kredit borcunun ödənilməsi və qalan pul vəsaitinin Cavabdeh2 verilməsi, hər iki kredit müqavilələri üzrə yuxarıda göstərilən pul məbləğlərinin ipoteka ilə yüklü edilmiş “xxxx” MMC-nə məxsus olan Şabran rayonu, Gəndob kəndində yerləşən, 0,60 ha torpaq sah əsinə və onun üzərində yerləşən ümumi sahəsi 869,9 kv.metr olan əmlak kompleksi kimi müəssisəyə yönəldilməsi, həmin əmlakın ilkin satış qiymətinin 934.900 manat məbləğində müəyyən edilməklə açıq hərracdan satılması, satışdan əldə edilmiş pul vəsaiti hesabına borcun ödənilməsi, qalan vəsaitin “xxxx” MMC-nə verilməsi, xx xxxx 2010-cu il tarixli kredit müqaviləsi üzrə yuxarıda göstərilən pul məbləğinin ipoteka ilə yüklü edilmiş Cavabdeh2 mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış sahəsinə yönəldilməsi, həmin əmlakın ilkin satış qiymətinin 112.300 manat məbləğində müəyyən edilməklə açıq hərracdan satılması, satışdan əldə edilmiş pul vəsaiti hesabına kredit borcunun ödənilməsi, qalan vəsaitin Cavabdeh2 verilməsi, xx xxxx 2010-cu il tarixli kredit müqaviləsi üzrə yuxarıda göstər ilən pul məbləğinin ipoteka ilə yüklü edilmiş Cavabdeh2 mülkiyyətində olan X5mənzilinə yönəldilməsi, həmin əmlakın ilkin satış qiymətinin 147.300 manat müəyyən edilməklə açıq hərracdan satılması, satışdan əldə edilmiş pul vəsaiti hesabına kredit borcunun ödənilməsi və qalan məbləğin Cavabdeh2 verilməsi, xx xxxx 2010-cu il tarixli kredit müqaviləsi üzrə yuxarıda göstərilən pul məbləğinin ipoteka ilə yüklü edilmiş Cavabdeh3 mülkiyyətində olan ünvan 2 ünvanda yerləşən qeyri-yaşayış sahəsinə yönəldilməsi, həmin əmlakın ilkin satış qiymətinin 130.400 manat məbləğində müəyyən edilməklə açıq hərracdan satılması, satışdan əldə edilmiş pul vəsaiti hesabına kredit borcunun ödənilməsi, qalan məbləğin Cavabdeh3 verilməsi və ipoteka predmetləri olan sözügedən əmlaklar açıq hərracdan satıldıqdan sonra, həmin yaşayış və qeyri-yaşayış sahələrinin ən geci 1 ay ərzində boşaldılaraq ipoteka saxlayan iddiaçı təşkilata təhvil verilməsi və orada yaşayanların çıxarılması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2015-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmədən, iş üzrə Bakı şəhəri, Səbail Rayon Məhkəməsinin xx xxxxxx 2015-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2015-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2015-ci il tarixli qətnaməsi “xxxx” MMC-nin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.2018-ci il tarixli 13(102)5/2018 nömrəli qərarı ilə ca vabdeh “xxxx” MMC-nin direktorunun əlavə kassasiya şikayəti təmin edilərək, Azərbaycan Respublikası Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2015-ci il tarixli qərarı və onunla bağlı Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2015-ci il tarixli qətnaməsi ləğv edilərək iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (E.Kazımov, T.Səmədov, İ.Şirinov) xx xxxxxx 2019-cu il tarixli 2(103)-1384/2019 nömrəli qətnaməsi ilə cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin apellyasiya şikayəti qismən təmin edilmiş, iş üzrə Bakı şəhəri, Səbail Rayon Məhkəməsinin xx xxxxxx 2015-ci il tarixli 2(009)-501/2015 saylı qətnaməsi ləğv edilərək iş üzrə yeni qətnamə qəbul edilməsi, iddianın qismən tə min edilməsi, xxx Kommersiya Bankı qapalı səhmdar cəmiyyəti ilə «xxxx» məhdud mxxx iyyət arasında bağlanmış xx xxxx 2010-cu il tarixli 170/00/349/10 nömrəli kredit müqaviləsinə əsasən yaranmış 622.920,62 (altı yüz iyirmi iki min doqquz yüz iyirmi manat altmış iki qəpik) manat əsas, 64.815,93 (altmış dörd min, səkkiz yüz on beş manat doxsan üç qəpik) manat faiz, 12.000 manat (on iki min) manat cərimə, ümumilikdə isə 699.736,55 (altı yüz doxsan doqquz min yeddi yüz otuz altı manat əlli beşi qəpik) manat «xxxx» məhdud məsuliyyətli cəmiyyətindən tutulub iddiaçı X5 Kommersiya Bankı qapalı səhmdar cəmiyyətinə ödənilməsi; Tutmanın ilk növbədə «xxxx» məhdud məsuliyyətli cəmiyyətə məxsus Şabran rayonu, Gəndob kəndində yerləşən, 0.60 ha torpaq sahəsinə və onun üzərində yerləşən ümumi sahəsi 869.9 kv.m olan əmlak kompleksi kimi müəssisəyə yönəldilməsi, ilkin satış qiymətinin 2 542 728(iki milyon beş yüz qırx iki min, yeddi yüz iyirmi səkkiz) manat müəyyən edilməklə, açıq hərracda satılması, satışdan əldə edilən vəsaiti hesabına borcun ödənilməsi, satışdan əldə olunmuş pul vəsaitinin qalan hissəsinin cavabdeh «xxxx» məhdud məsuliyyətli cəmiyyətə qaytarılması; Tutmanın Cavabdeh2 məxsus Şabran rayonu, Gəndob kəndində mülkiyyətində olan 0.12 ha torpaq sahəsinə və onun üzərində yerləşən 2 mərtəbəli 4 otaqlı fərdi yaşayış evinə yönəldilməsi, ilkin satış qiymətinin 240.272 (iki yüz qırx min iki yüz yetmiş iki) manat müəyyən edilməklə, açıq hərracda satılması, satışdan əldə edilən vəsait hesabına borcun ödənilməsi, satışdan əldə olunmuş pul vəsaitinin qalan hissəsinin Cavabdeh2 qaytarılması; Tutmanın Cavabdeh2 və Cavabdeh3 paylı mülkiyyət hüququ ilə məxsus olan Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospekti, məhəllə 501-də yerləşən 15 saylı fərdi yaşayış evinə yönəldilməsi, ilkin satış qiymətinin 646.295 (altı yüz qırx altı min iki yüz doxsan beş) manat müəyyən edilməklə, açıq hərracda satılması, satışdan əldə edilən vəsait hesabına borcun ödənilməsi, satışdan əldə olunmuş pul vəsaitinin qalan hissəsinin cavabdehlər Cavabdeh2 və Cavabdeh3 qaytarılması; Tutmanın Cavabdeh2 məxsus X5 yerləşən qeyri yaşayış sahəsinə yönəldilməsi, ilkin satış qiymətinin 112.300 (yüz on iki min üç yüz) manat müəyyən edilməklə, açıq hərracdan satılması, satışdan əldə edilən vəsait hesabına borcun ödənilməsi, satışdan əldə olunmuş pul vəsaitinin qalan hissəsinin Cavabdeh2 qaytarılması; Tutmanın Cava bdeh2 məxsus X5 saylı mənzilinə yönəldilməsi, ilkin satış qiymətinin 147.300 (bir yüz qırx yeddi min üç yüz) manat müəyyən edilməklə, açıq hərracda satılması, satışdan əldə edilən vəsait hesabına borc ödənilməsi, satışdan əldə olunmuş pul vəsaitinin qalan hissəsinin Cavabdeh2 qaytarılması; Tutmanın Cavabdeh3 məxsus X5 yerləşən qeyri yaşayış sahəsinə (44 saylı ayaqqabı emalatxanasına) yönəldilməsi, ilkin satış qiymətinın 130.400 ( yüz otuz min dörd yüz) manat müəyyən edilməklə, açıq hərracda satılması, satışdan əldə edilən vəsait hesabına borcun ödənilməsi, satışdan əldə olunmuş pul vəsaitinin qalan hissəsinin Cavabdeh3 qaytarılması; İpoteka predmetləri olan qeyri yaşayış sahələrinin, fərdi yaşayış evinin və mənzillərin açıq hərracda satıldıqdan sonra, ən geci 1 (bir) ay ərzində boşaldılmas ı; İpoteka predmeti olan Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospekti, məhəllə 501-də yerləşən 15 saylı fərdi yaşayış evinin açıq hərracdan satıldıqda Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 həmin yaşayış sahəsindən ən geci 1 (bir) ay ərzində çıxarılmaları, Şabran rayonu, Gəndob kəndində yerləşən 0.12 ha torpaq sahəsi və onun üzərində yerləşən 2 mərtəbəli 4 otaqlı fərdi yaşayış evinin, Bakı şəhəri, 28 May küçəsi, ev 66/68-də yerləşən 42 saylı mənzil açıq hərracdan satıldıqdan sonra Cavabdeh2 həmin evdən və mənzildən ən geci 1 (bir) ay ərzində çıxarılması, İddianın qalan hissəsinin təmin edilməməsi, İş üzrə keçirilmiş ekspertiza xərci - 245 (iki yüz qırx beş manat) manatın cavabdeh “xxxx” məhdud məsuliyyətli cəmiyyətinə aid edilməsi qət edilmişdir. İddiaçı ləğv prosesində olan QSC X5Kommersiya Bankının ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun və vəkili Vəkil kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli qətnaməsinin ləğv edilərək, iddia tələblərinin tam təmin edilməsinə dair yeni qərar qəbul edilməsini və yaxud işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişlər. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, ipoteka predmetlərinin dəyəri həqiqi bazar dəyərindən yuxarı şişirdilmiş şəkildə qiymətləndirilmiş, daşınmaz əmlakların iqtisadi əsasları düzgün nəzərdən keçirilməmiş, qiymətləndirmə konyukturasına əməl edilməmiş, qiymətləndirilən daşınmaz əmlak eyni ərazidə yerləşən oxşar və eyni daşınmaz əmlakların bazarda satış qiyməti və bu əmlaklara olan istehlakçı tələbatı araşdırılmamışdır. “X9” MMC-nin tərəfindən ipoteka predmetlərinin qiymətləndirilməsi barədə təqdim etdiyi qiymətləndirmə rəyi reallığı əks etdirmir. Belə ki, “X9” MMC-nin xx xxxx 2019-cu il tarixli ƏEM/M09-413/19 saylı rəyi ilə “xxxx” MMC-nin mülkiyyətində olan Şabran rayonu Gəndob kəndi, ümumi sahəsi 237.2 kv.m olan, 2 mərtəbəli, 4 otaqlı fərdi yaşayış evi, həmin ərazidə yerləşən 0.12 ha torpaq sahəsi və həmin kənddə yerləşən 0,60 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 869,9 kv.m olan əmlak kompleksinin xx xxxx 2019-cu il tarixinə bazar dəyəri ******* manat təşkil edir. Halbuki həmin əmlakların tərəflər arasında bağlanmış ipoteka müqaviləsi üzrə ümumi qiyməti ******* (bir milyon yüz min iki yüz) manat təşkil edir. Məhkəmənin əsasla ndığı ekspertiza rəyindən elə çıxır ki Şabran rayonunun Gəndob kəndində 0,60 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 869,9 kv.m olan əmlak kompleksinin qiyməti hazırki dövrdə respublikada daşınmaz əmlak bazarında qiymətlərin kəskin şəkildə aşağı düşməyi hamıya bəlli olan halda 3 (üç) dəfə qalxmışdır. Halbuki, 2010-cu il tarixində Banka eyni kredit müqavilələri üzrə girov qoyulmuş Bakı şəhəri Yasamal rayonu, H.Cavid prospekti 501 də yerləşən 15 saylı fərdi yaşayış evinin, Bakı şəhəri Səbail rayonu Neftçilər prospekti 83-də yerləşən qeyri yaşayış sahəsinin, Bakı şəhəri Nəsimi rayonu 28 May küçəsində yerləşən 66/68 saylı evin 42 saylı mənzilinin və Bakı şəhəri Nəsimi rayonu, R.Zorqe küçəsi 13-də yerləşən qeyri yaşayış sahəsinin qiymətlərində heç bir dəyişiklik olmamışdır. Bakı Apellyasiya M əhkəməsi isə cavabdehin Bankla bağladığı ipoteka müqavilələrindəki şərtləri nəzərə almadan yalnız ekspertizanın subyektiv qiymətləndirməsinə əsaslanaraq qanunsuz, ədalətsiz və reallığı əks etdirməyən qətnamə çıxarmışdır. Bakı Apellyasiya Məhkəməsi X6 Bankı ilə Sultan-0 MMC arasında bağlanmış xx xxxxxx 2007-ci il tarixli kredit müqaviləsi üzrə Sultan-0 MMC-nin ******* (bir milyon səkkiz yüz on min iyirmi bir) manat əsas,139363,92 (yüz otuz doqquz min üç yüz altmış üç manat doxsan iki qəpik) faiz borcu, 10000 (on min) manat cərimə ümumilikdə isə 1959404,92 (bir milyon doqquz yüz əlli doqquz min dörd yüz dörd manat doxsan iki qəpik) borcu ola-ola məhkəmə həmin kredit müqaviləsi üzrə Borcalanın borcunun olmadığını müəyyən etmişdir. Halbuki məhkəmə öz qərarında yuxarıda qeyd olunan əmlakların x x xxxxxx 2007-ci il tarixli müqavilə əsasında ipoteka ilə yüklü edilməsini qeyd etmişdir. Bundan başqa bankın maliyyə arayışında, hesabdan çıxarışlarda Sultan-0 MMC-nin xx xxxxxx 2007-ci il tarixli kredit müqaviləsi üzrə Banka borclu olduğu açıq aşkar qeyd olunmuşdur. Bakı Apellyasiya Məhkəməsi mühasibatlıq ekspertizasının 4140 saylı xx xxxx 2019-cu il tarixli rəyinə əsas olmuş yalnız Mərkəzi Kredit Reyestrinin və Azərbaycan Kredit Bürosunun arayışları əsasında verilən məlumatı qətnamə çıxarılması üçün kifayət hesab etmiş və Bankın hesabdan çıxarışlarının araşdırılması üçün şərait yaratmamış və kifayət qədər aydın olmayan ekspert rəyinə istinad etmişdir. İşin halları ilə sübuta yetirilir ki, “X9” MMC-nin tərəfindən qiymətləndirmə düzgün aparılmamış, mübahisəli əmlakın dəyəri şişirdilərək həqiqi bazar dəyərindən yuxarı müəyyən olunmuş və bununla da apellyasiya instansiya məhkəməsi ipoteka predmetinin ilkin satış qiymətinin həmin rəyə əsasən müəyyən edilməsi hissəsində əsassız qənaətə gəlmişdir. Bu səbəbdən də qətnamə həmin hissədə ləğv edilməlidir. Apellyasiya instansiya məhkəməsi iş materiallarında olan sübutlara düzgün qiymət verməmiş, tərəflər arasında münasibətləri tənzimləyən müqavilə müddəalarına, qüvvədə olan qanunvericilik aktlarının müddəalarına məhəl qoymamış, maddi və prosessual hüquq normalarını pozmuş, düzgün tətbiq etməmiş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırılmamışdır. PROSESSUAL MƏSƏLƏLƏR: İddiaçının vəkili Vəkil, nümayəndəsi Turhan Quliyev tərəfindən verilmiş kassasiya şikayətinin dəlillərini müdafiə edərə k şikayətin təmin edilməsini xahiş etdilər. Cavabdeh “xxxx” MMC-nin vəkili Cahangir Mahmudov, nümayəndəsi Emin Səlimov və direktoru Cavabdeh2 kassasiya şikayətinə etiraz edərək, onun təmin edilməməsini xahiş etdilər. Digər cavabdehlərə işə baxılmasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilmiş, lakin onlar məhkəmə iclasına gəlməmişlər və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayı r. İddiaçının verdiyi kassasiya şikayətində qətnamənin ləğv edilərək, iddianın tam təmin edilməsi xahiş edilsə də, kassasiya şikayətinin məzmunundan görünür ki, iddiaçı xx xxxxxx 2007-ci il tarixli kredit müqaviləsi üzrə “xxxx” MMC-nin 1.810.021 (bir milyon səkkiz yüz on min iyirmi bir) manat əsas,139363,92 (yüz otuz doqquz min üç yüz altmış üç manat doxsan iki qəpik) faiz borcu, 10000 (on min) manat cərimə tutulması hissəsində iddianın rədd edilməsindən və ipoteka predmetlərindən Şabran rayonu Gəndob kəndi, ümumi sahəsi 237.2 kv.m olan, 2 mərtəbəli, 4 otaqlı fərdi yaşayış evi, həmin ərazidə yerləşən 0.12 ha torpaq sahəsi və həmin kənddə yerləşən 0,60 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 869,9 kv.m olan əmlak kompleksinin ilkin satış qiymətinin ümumilikdə ******* manat müəyyən edilməs indən narazıdır. Buna görə də, məhkəmə kollegiyası qətnaməni kassasiya şikayətinin dəliləri əsasında yalnız qətnamənin qanuniliyini həmin hissələrdə yoxlayır. İş materiallarından görünür ki, iddiaçı QSC X5 KB ilə cavabdeh «xxxx» MMC arasında bağlanmış xx.xx.2007-ci il tarixdə ********** №-li Kredit Müqaviləsinə əsasən, QSC X5 KB, cavabdeh «xxxx» MMC-nə 12 ay müddətinə illik 18%-lə 420000 (dörd yüz iyirmi min) manat məbləğində kredit xətti açmışdır. xx.xx.2009, xx.xx.2009, xx.xx.2010, xx.xx.2011, xx.xx.2011, xx.xx.2011, xx.xx.2011, xx.xx.2011, xx.xx.2012, xx.xx.2012, xx.xx.2012, xx.xx.2013, xx.xx.2013, xx.xx.2013, xx.xx.2013, xx.xx.2014, xx.xx.2014-cü il tarixli əlavə Sazişlərlə xx.xx.2007-ci il tarixli ********** №-li Kredit Müqaviləsinə edilmiş dəyişikliklərə əsasən, QSC X5 KB tərəfindən «xxxx» MMC-nə açılmış kredit xəttinin məbləği 1.950.000 (bir milyon doqquz yüz əlli min) manatadək artırılmışdır. Bundan başqa, kreditin ödənilməli olduğu son tarix xx.xx.2014-cü il tarixədək uzadılmış, kreditin illik faizi isə 15% olaraq göstərilmişdir. QSC X5KB-nın maliyyə arayışında qeyd olunur ki, xx.xx.2007-ci il tarixli ********** №-li kredit müqaviləsi üzrə «xxxx» MMC-nin xx.xx.2014cü il tarixinə əsas borc üzrə 1.810.021,00 manat, faiz borcu üzrə 139.363,92 manat, cərimə borcu üzrə 27.703,38 manat, ümumilikdə isə 1.977.088,30 manat borcu mövcuddur. İş materiallarında olan xx.xx.2010-cu il tarixli 170/00/349/10 №-li kredit müqaviləsindən görünür ki, QSC X5 KB tərəfindən «xxxx» MMC-nə 60 ay müddətinə illik 6% ödəmək şərtilə 1.000.000 (bir milyon) manat məbləğində kredit limiti ayrılmı şdır. QSC X5KB-nın maliyyə arayışında qeyd olunur ki, xx xxxx 2010-cu il tarixli 170/00/349/10 №-li kredit müqaviləsi üzrə «xxxx» MMC-nin xx.xx.2014-cü il tarixinə əsas borc üzrə 622.920,62 manat, faiz borcu üzrə 64.815,93 manat, cərimə borcu üzrə 39.117,49 manat, ümumilikdə isə 726.914,04 manat borcu mövcuddur. Tərəflər arasında bağanmış ipoteka müqavilələrinə əsasən X5 nömrəli binanın 1-ci mərtəbəsində yerləşən 40.6 kv.m ümumi sahəsi olan qeyri yaşayış sahəsi; X5 yerləşən 68.7 kv.m ümumi sahəsi olan 42 saylı mənzil; X5 yerləşən 24.2 kv.m ümumi sahəsi olan qeyri yaşayış sahəsi (44 saylı ayaqqabı emalatxanası) kimi əmlaklar xx.xx.2010-cu il tarixli 170/00/349/10№-li kredit müqaviləsinin təminatı kimi, Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospekti, məhəllə 501-də yerləşən 15 saylı fərdi yaşayış evi, Şabran rayonu, Gəndob kəndində yerləşən 0.12 ha torpaq sahəsi və onun üzərində yerləşən 2 mərtəbəli, 4 otaqlı ümumi sahəsi 237.2 kv.m olan fərdi yaşayış evi və Şabran rayonu, Gəndob kəndində yerləşən 0.60 ha torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 869.9 kv.m. olan əmlak kompleksi kimi müəssisə isə həm xx.xx.2007-ci il tarixli ********** №-li kredit müqaviləsi, həm də xx.xx.2010-cu il tarixli 170/00/349/10 №-li kredit müqaviləsinin təminatı kimi ipoteka ilə yüklü edilmişdirlər. Cavabdehin vəsatəti əsasında keçirilmiş məhkəmə mühasibatlıq ekspertizasının 4140 saylı xx xxxx 2019-cu il tarixli rəyində müəyyən edilmişdir ki, təqdim edilmiş Mərkəzi Kredit Reyestrindən və Azərbaycan Kredit Bürosundan çıxarış məlumatlarına əsasən xx xxxx 2010-cu il tarixli 170/00/349/10 s aylı kredit müqaviləsi üzrə xx.xx.2016-cı il tarixə əsas borcu 622.920,62 manat, faiz borcu 285.687,45 manat təşkil edir. xx xxxxxx 2007-ci il tarixli KXHŞ ********** kredit müqaviləsi üzrə Borcalanın öhdəliyinin olmadığı müəyyən edilir. Bundan başqa qeyd edilir ki, iş materiallarında olan QSC X5 KB-nin xx xxxxxx 2014-cü il tarixli 14/8373 saylı arayış (cild 1 i.v 62) məlumatında xx xxxx 2010-cu il tarixli 170/00/349/10 saylı kredit müqaviləsi üzrə borcalanın xx xxxxxx 2014-cü il tarixinə əsas borcu 622.920,62 manat, faiz borcu 64.815,93 manat təşkil edir. Cavabdeh “xxxx” MMC və Cavabdeh2 vəsatəti əsasında “xxxx” MMC-nin mülkiyyətində olan Şabran rayonu, Gəndob kəndi, ümumi sahəsi 237.2 kv.m. olan, 2 mərtəbəli, 4 otaqlı fərdi yaşayış evi, həmin ərazidə yerləşən 0,12 ha torpaq sahəsi və həm in kəndə yerləşən 0,60 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 869,9 kv.m. olan əmlak kompleksinin hazırki dövrə qiymətinin müəyyən edilməsi üçün ekspertiza təyin edilmiş və “X9” MMC-nin xx xxxx 2019-cu il tarixli ƏEM/M09-413/19 saylı rəyi ilə “xxxx” MMC-nin mülkiyyətində olan Şabran rayonu, Gəndob kəndi, ümumi sahəsi 237.2 kv.m. olan, 2 mərtəbəli, 4 otaqlı fərdi yaşayış evi, həmin ərazidə yerləşən 0,12 ha torpaq sahəsi və həmin kəndə yerləşən 0,60 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 869,9 kv.m. olan əmlak kompleksinin xx xxxx 2019-cu il tarixinə bazar dəyəri ümumilikdə 2.783.000 manat müəyyən edilmişdir. Cavabdeh2 məxsus Şabran rayonu Gəndob kəndində mülkiyyətində olan, 12 ha. torpaq sahəsinin və onun üzərində yerləşən 2 mərtəbəli 4 otaqlı fərdi yaşayış evinin xx xxxx 2019-cu il t arixinə bazar dəyəri 240.272,0 manat müəyyən edilmişdir. “X9” MMC tərəfindən verilmiş xx xxxx 2019-cu il tarixli ƏEM/M09-413/19 saylı arayışından görünür ki, “xxxx” MMC-nin mülkiyyətində olan Şabran rayonu, Gəndob kəndində yerləşən 0,60 ha torpaq sahəsində yerləşən əmlak kompleksinin xx xxxx 2019-cu il tarixinə bazar dəyəri 2 542 728 manat, Cavabdeh2 məxsus Şabran rayonu Gəndob kəndində mülkiyyətində olan, 0,12 ha. torpaq sahəsinin və onun üzərində yerləşən ümumi sahəsi 237,2 kv.m olan, 2 mərtəbəli 4 otaqlı fərdi yaşayış evinin xx xxxx 2019-cu il tarixinə bazar dəyəri 240.272,0 manat təşkil edir. Apelyasiya instansiyası məhkəməsinin yoxlanılan hissələrdə gəldiyi nəticələrdən görünür ki, apellyasiya məhkəməsi xx xxxxxx 2007-ci il tarixli kredit müqaviləsi üzrə 1.810.021 manat əsas, 139.363, 92 manat faiz, 10.000 manat cərimə borcunun, cəmi 1.959.384,92 manat borcunun tutulması və ipoteka predmetinə yönəldilməsi hissəsində iddianı rədd edərkən həmin borcun mövcud olması barədə iddiaçı tərəfindən məhkəməyə hər hansı bir mötəbər sübut təqdim edilmədiyinə, əksinə iş üzrə keçirilmiş məhkəmə mühasibatlıq ekspertizasının rəyi ilə borcalanın öhdəliyinin olmadığı müəyyən edildiyinə, ekspertin bu qənaətə X4 Palatasının Mərkəzi Kredit Reyestri Xidmətinin və Azərbaycan Kredit Bürosunun iş materialına da əlavə edilmiş rəsmi məlumatlarına əsasən gəldiyinə, ekspert tərəfindən ekspertizanın keçirilməsi üçün zəruri olan sənədlərin tələb olunması barədə xx xxxxxx 2019-cu il tarixdə verilmiş vəsatət bir neçə dəfə həm iddiaçı təşkilata, həm də ləğvediciyə təqdim edilsə də, onlar tərəfindən nəink i vəsatətdə göstərilən sənədlərin təqdim edilməsi, ümumiyyətlə nə vəsatətə, nə də ki, məhkəmənin müraciətinə əhəmiyyət verilməməsinə, iddiaçının Mülki Prosessual Məcəllənin 97.5-ci maddəsinin tələblərini pozaraq zəruri tədqiqat predmetlərinə aid sənəd və məlumatları ekspertə təqdim etməməklə faktiki olaraq ekspertizanın keçirilməsinə mane olduğuna istinad etmişdir. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən ipoteka predmeti olan Cavabdeh2 məxsus olan Şabran rayonu, Gəndob kəndində mülkiyyətdə olan 0,12 ha torpaq sahəsinə və onun üzərində yerləşən 2 mərtəbəli 4 otaqlı fərdi yaşayış evinin ilkin satış qiymətinin 165.300 manat və “xxxx” MMC-nə məxsus olan Şabran rayonu, Gəndob kəndində yerləşən, 0,60 ha torpaq sahəsinə və onun üzərində yerləşən ümumi sahəsi 869,9 kv.m olan əmlak kompleksi kimi müəssisənin ilkin satış qiymətinin 934.900 manat müəyyən edilməsi barədə nəticəsi ilə razılaşmayaraq, “X9” məhdud məsuliyyətli cəmiyyətin ipoteka predmetlərinin bazar dəyəri barədə verdiyi xx xxxx 2019-cu il tarixli ƏEM/M09-413/19 saylı rəy və arayışın işin hallarına uyğun olduğu və həmin əmlakların real dəyərini düzgün əks etdirdiyi üçün ilkin satış qiymətinin həmin məbləğlərdə müəyyən edilməsi qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə əsasən qətnamənin qanuniliyini mübahisələndirilən hissələrdə yoxlayaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikasının Mülki Məcəllənin: - 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət h üququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. - 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. - 269.4-cü maddəsinə əsasən ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. - 307.3-cü maddəsinə əsasən ipoteka müqaviləsində ipotekanın predmeti olan əşyanın hansı hüquqa əsasən ipoteka verənə mənsub olduğu və ipoteka verənin bu hüququnu qeydə almış dövlət orqanı göstərilməlidir. - 307.6-cı və 307.7-ci maddəsinə uyğun olaraq, ipoteka müqaviləsi ipoteka ver ən və ipoteka saxlayan tərəfindən, habelə ipoteka verən borclu deyildirsə, borclu tərəfindən imzalanmış bir sənədin tərtibi yolu ilə yazılı formada bağlanmalıdır. İpoteka müqaviləsi notariat qaydasında təsdiqlənməlidir. - 309.1.-cı maddəsinə əsasən daşınmaz əmlakın ipotekası haqqında müqavilə daşınmaz əmlakın dövlət reyestrində, daşınar əmlakın ipotekası haqqında müqavilə isə dövlət qeydiyyatına alınmalı olan daşınar əmlakın rəsmi reyestrində qeydə alınmalıdır. - 317.1-ci maddəsinə uyğun olaraq, əgər borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. “İpoteka haqqında” Qanunun 39.3.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, q ərarda ipoteka predmetinin ilkin satış qiyməti göstərilməli, ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Apellyasiya instansiyası məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Ali Məhkəmənin Plenumunun xx xxxxxxx 2018-ci il tarixli qərarında da qeyd olunduğu kimi əmlak kompleksi “xxxx” MMC tərəfindən bir neçə dəfə, o cümlədən xx.xx.2012-ci il tarixdə 934.900 manata, xx.xx.2014-cü il tarixdə isə 3.362.000 manata qiymətləndirmişdir. İqtisadi məhkəmə icraatı zamanı da Şabran rayonu, Qəndab kəndind ə yerləşən ümumi sahəsi 237.2 kv.m olan, 2 mərtəbəli, 4 otaqlı fərdi yaşayış evinin bazar dəyəri 223.550 manat, Əmlak kompleksi kimi müəssisənin bazar dəyəri 2.792.082 manat müəyyən edilmişdir. Ali Məhkəmənin Plenumunun xx xxxxxxx 2018-ci il tarixli qərarında göstərilənlərin icrası ilə əlaqədar apellyasiya instansiyası məhkəməsi tərəfindən qeyd olunan ipoteka predmetlərinin dəyəri barədə fərqli rəylər olduğundan ilkin satış qiymətinin müəyyən edilməsi üçün yenidən “X9” məhdud məsuliyyətli cəmiyyətindən və X7 Komitəsindən birgə müstəqil qiymətləndirici təyin edilmiş və “X9” MMC tərəfindən “xxxx” MMC-nin mülkiyyətində olan Şabran rayonu, Gəndob kəndində yerləşən 0,60 ha torpaq sahəsində yerləşən əmlak kompleksinin xx xxxx 2019-cu il tarixinə bazar dəyəri 2 542 728 manat, Cavabdeh2 məxsus Şab ran rayonu Gəndob kəndində mülkiyyətində olan, 0,12 ha. torpaq sahəsinin və onun üzərində yerləşən ümumi sahəsi 237,2 kv.m olan, 2 mərtəbəli 4 otaqlı fərdi yaşayış evinin xx xxxx 2019-cu il tarixinə bazar dəyəri 240 272,0 manat təşkil etdiyi göstərilsə də, X7 Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş xx xxxxxx 2019-cu il tarixli məktubda fərdi yaşayış evinin qiymətləndirilməsi prosesində istifadə olunan məlumatları təşkil edən, həmin ərazi üzrə satışa çıxarılmış və ya notarial qaydada alqı-satqısı baş tutmuş oxşar obyektlərin aşkar edilməməsi səbəbindən fərdi yaşayış evinin, həmçinin əmlak kompleksinin tərkib hissəsini təşkil edən avadanlıq və qurğuların qiymətləndirilməsi üçün zəruri olan məlumatlar olmadığından əmla k kompleksinin qiymətləndirilməsinin mümkün olmadığı bildirilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi düzgün olaraq bu nəticəyə də gəlmişdir ki, “X9” məhdud məsuliyyətli cəmiyyətin ipoteka predmetlərinin bazar dəyəri barədə verdiyi rəy və arayış işin hallarına uyğun olduğundan və həmin əmlakların real dəyərini düzgün əks etdirdiyindən, ilkin satış qiyməti həmin məbləğdə müəyyən edilməlidir. Belə ki, bu rəydə göstərilən qiymət həmin ipoteka predmetləri barədə “xxxx” MMC tərəfindən xx.xx.2014-cü il tarixdə verilmiş və iqtisadi məhkəmə icraatı zamanı da müəyyən olunmuş qiymətləndirmə rəylərinə uyğundur. Məhz bu amillər də əsas götürülməklə qeyd olunan ipoteka predmetlərinin ilkin satış qiyməti “X9” məhdud məsuliyyətli cəmiyyətinin rəyində göstərilən məbləğ də müəyyən edilməlidir. Məhkəmə kollegiyası kassasiya şikayətinin “X9” MMC-nin xx xxxx 2019-cu il tarixli ƏEM/M09-413/19 saylı rəylərində əksini tapan əmlakların məbləğlərinin reallığı əks etdirməməsi, ipoteka müqaviləsində bu əmlakların 1.100.200 manat qiymətləndirildiyini, bu əmlakın dəyərinin 3 dəfə artdığı halda, digər ipoteka predmeti olan əmlakların dəyərinin dəyişməməsinin ağlabatan olmaması barədə dəlillərini əsassız hesab edir və qedy edir ki, cavabdeh tərəfindən yalnız 2 əmlakın ilkin satış qiyməti mübahisələndirildiyindən məhkəmə tərəfindən həmin əmlakların dəyərinin müəyyən edilməsi barədə ekspertiza təyin edilmiş, digər ipotekaların satış qiyməti ilə bağlı ipoteka qoyan və ipoteka saxlayan arasında mübahisə mövcud olmadığından onların dəyərinin müəyyən edilməsinə zərurət olmam ışdır. Digər tərəfdən, ipoteka müqaviləsində həmin əmlakın dəyəri “xxxx” MMC tərəfindən hazırlanmış xx.xx.2012-ci il tarixli qiymətləndirici aktına əsasən 1.100.200 (bir milyon bir yüz min iki yüz) manat məbləğində müəyyən edilmişdi. Həmin qiymətləndirmə aktında da göstərilmişdi ki, əmlak kompleksində tikinti işləri başa çatdırılır və baxış tarixinə sənaye meydançasında mövcud olan bina və qurğular qiymətləndirilib. “xxxx MMC-nin xx.xx.2014-cü il tarixli hesabatından isə görünür ki, əvvəlki rəydə təmirsiz göstərilən tikililər təmir edilmiş, əlavə avadanlıqlar quraşdırılmış, bəzi tikintisi başa çatmayan tikililər mövcuddur və s. Göründüyü kimi, həmin ipoteka predmetinin ilkin qiymətləndirilməsindən keçən müddət ərzində əmlak kompleksi inşa edildikcə əmlakın dəyəri dəyişmişdir. Göstərilənlər ə əsasən, məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti ipotekanın satış qiymətinin müəyyən edilməsi hissəsində əsassız olduğundan təmin edilməməli, həmin hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Lakin məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin cavabdehlərdən müştərək qaydada xx xxxxxx 2007-ci il tarixli kredit müqaviləsi üzrə 1.810,021 manat əsas, 139.363,92 manat faiz, 10.000 manat cərimə borcunun tutulması və ipoteka predmetinə yönəldilməsi hissəsinin rədd edilməsi üzrə gəldiyi nəticələrin əsaslandırılması ilə razılaşmır. Belə ki, apellyasiya instansiyası məhkəməsi özünün təyin etdiyi 4140 saylı xx xxxx 2019-cu il tarixli ekspert rəyinin verilməsinə əsas kimi yalnız X4 Palatasının Mərkəzi Kredit Reyestri Xidmətinin və Azərbaycan Kredit Bürosunun iş materia lına əlavə edilmiş rəsmi məlumatlara istinad olunmasına düzgün hüquqi qiymət verməmiş, Bankdan tələb edilən hesabdan çıxarışların ekspertizadan sonra məhkəməyə təqdim edildiyini və təkrar ekspertiza barədə vəsatət verilməsinə baxmayaraq, iddiaçı tərəfin Mülki Prosessual Məcəllənin 97.5-ci maddəsinin tələblərini pozaraq zəruri tədqiqat predmetlərinə aid sənəd və məlumatları ekspertə təqdim etməməklə faktiki olaraq ekspertizanın keçirilməsinə mane olması kimi səhv qənaətə gəlmiş, təqdim edilmiş sənədlərə əsasən təkrar ekspertiza keçirilməsinin məqsədəmüvafiqliyinə düzgün qiymət verməmişdir. Belə ki, apellyasiya məhkəməsi qətnamədə qeyd etmişdir ki, ekspert tərəfindən ekspertizanın keçirilməsi üçün zəruri olan sənədlərin tələb olunması barədə xx xxxxxx 2019-cu il tarixdə verilmiş vəsatət bir neçə dəfə həm iddiaçı təşkilata, həm də ləğvediciyə təqdim edilsə də onlar tərəfindən bu vəsatət əsasında “hesabdan çıxarış” adlanan sənədi təqdim etmişlər. İddiaçı tərəf həmin sənədlərin təqdim edərkən bununla bağlı müzakirələr zamanı hesabdan çıxarışların sistemdən verilməsini və onların sistemə müdaxilə etmələrinin mümkün olmamasını göstərmişdir. Halbuki, ekspertiza keçirilməsi barədə vəsatətdə məhz kredit müqavilələri üzrə hesabdan çıxarışların verilməsi tələb edilmişdir. Həmin vəsatətdə göstərilən ödəniş qəbzlərini təqdim etmək isə bankın deyil, borclunun vəzifəsi olmuşdur. Təqdim edilən həmin hesabdan çıxarışlar əsasında kredit məbləğinin hesablanmasının mümkün olub-olmamasını müəyyən etmək isə ekspertin səlahiyyətində olan məsələdir. Belə olan halda, apellyasiya instansiyası məhkəmə si iddiaçınin nümayəndəsinin izahatında göstərilənləri nəzərə almadan həmin sənədlərin bir neçə vərəqdən ibarət olan, mötəbərliliyi hər hansı formada təsdiq edilməmiş sübut kimi qiymətləndirsə də, məhkəmənin bu mövqeyi təkrar ekspertizanın keçirilməsindən imtinaya əsas sayıla bilməz. Bundan başqa, məhkəmə kollegiyası qeyd edir ki, xx xxxxxx 2007-ci il tarixli kredit müqaviləsi üzrə kreditin alınaraq istifadə edilməsi borcalan tərəfindən mübahisələndirilməmişdir. Belə olan halda, həmin müqavilə üzrə kredit öhdəliklərinin tam həcmdə yerinə yetirilməsini sübut etmək üçün cavabdehlər tərəfindən də məhkəməyə heç bir sübut, ödəniş qəbzləri təqdim edilməmişdir. Kollegiya qeyd edir ki, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksək olmuş olsa da, bu hal hə min rəyin “xüsusi”, “müstəsna” sübut kimi qiymətləndirilməsi üçün əsas ola bilməz. Məhkəmə üçün ekspert rəyi məcburi əhəmiyyətə malik deyil və o, məhkəmə tərəfindən Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsi ilə müəyyən edilmiş qaydalar əsasında qiymətləndirilir. Ekspert rəyinin qiymətləndirilməsinə aşağıdakılar daxildir: 1) ekspertizanın hazırlanması, təyini, keçirilməsinin prosessual qaydasına riayət edilməsi; 2) qoyulmuş suallara cavabın uyğunluğunun yoxlanılması; 3) rəyin tamlığının müəyyən edilməsi; 4) rəyin elmi əsaslandırılmasının elmi qiymətləndirilməsi. Ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminatı o vaxt kifayət qədər yüksə k ola bilər ki, araşdırma zamanı hazırkı ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilməsin. Yalnız bu halda və ekspert rəyinin sübut növü kimi qəbul edilməməsinə dair dəlillər ehtimal xarakterli olduğundan, həmin rəy hazırkı iş üzrə mötəbər sübut növü kimi qəbul edilməlidir. Azərbaycan Respublikası MPM-nin 101.3 və 206.1-ci maddələrinə əsasən ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir. Azərbaycan Respublikası MPM-nin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işin araşdırılmış halları və qeyd edi lən prossesual normaların tələbləri baxımından düzgün olmayaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx xxxx 2019-cu il tarixli 4140 saylı rəyini hazırkı mübahisənin həll edilməsi üçün və işə baxılması üçün əsas sübut kimi qəbul etmişdir. Belə ki, həmin rəydə ekspertiza qarşısında qoyulmuş suallara yalnız X4 Palatasının Mərkəzi Kredit Reyestri Xidmətinin və Azərbaycan Kredit Bürosunun rəsmi məlumatlarından istifadə edilmiş, iddiaçının təkrar ekspertiza ilə bağlı təqdim etdiyi sənədlər isə yalnız apellyasiya instansiyası məhkəməsinin mövqeyi baxımından ekspertiza tədqiqatının predmeti olmamışdır. Bununla da iddiaçının ədalətli məhkəmə araşdırması hüququ pozulmuşdur. Halbuki, ədalətli məhkəmə araşdırması hüququ, eyni zamanda, Konvensiyanın 6-cı maddəsind ə nəzərdə tutulmuşdur. Həmin maddəyə əsasən, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Ədalətli məhkəmə araşdırması hüququ, məhkəmə prosesinin iştirakçısı olan hər kəsin, onu əks tərəf qarşısında əlverişsiz vəziyyətə salmayan şəraitdə, öz işinə aid dəlilləri məhkəmədə irəli sürmək imkanına malik olmasını da ehtiva edir. Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni subutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyən ləşdirir. Azərbaycan Respublikasının MPM-nin: - 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. - 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. - 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Qanunvericiliyə görə işin hərtərəfli tədqiqi baxılan iş üzrə yaranan bütün məsələlərin məcmusunun, onların daxili əlaqəsi nəzərə alın maqla mübahisə edən tərəflərdə hər birinin xeyrinə, həm də mənafeyinin ziddinə olan halların yoxlanılmasını əhatə etməlidir. Kollegiya hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnaməsi xx xxxxxx 2007-ci il tarixli kredit müqaviləsi üzrə 1.810,021 manat əsas, 139.363,92 manat faiz, 10.000 manat cərimə borcunun tutulmasının rədd edilməsi hissəsi üzrə işə baxarkən həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmamış, işin faktiki hallarını düzgün müəyyənləşdirməmiş, iddiaçının tələbinin, apellyasiya şikayətinin isə dəlillərinə müfəssəl hüquqi qiymət verməmiş, beləliklə də, gəldiyi nəticələri maddi və prosessual qanunvericiliyin tələblərinə uyğun olmadığı üçün qanuni və əsaslı sayıla bilməz. Ona görə də qətnamə göstərilən hissədə ləğv edil məli və iş həmin hissədə yeni apellyasiya baxışına qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Məhkəmə kollegiyası hesab edir ki, işə ləğv edilmiş hissə üzrə yenidən baxan məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, iddiaçının tələbinin, apellyasiya şikayətinin dəlillərinə eləcə də, araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88 və 106.1-ci maddələrinin tələblə ri baxımından düzgün hüquqi qiymət verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti qismən təmin edilsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli 2(103)1384/2019 saylı qətnaməsi cavabdehlərdən müştərək qaydada xx xxxxxx 2007-ci il tarixli kredit müqaviləsi üzrə 1.810,021 manat əsas, 139.363,92 manat faiz, 10.000 manat cərimə borcunun tutulub, ipotekaya yönəldilməsinin rədd edilməsi hissəsində ləğv edilsin və iş ləğv olunmuş hissə üzrə yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qətnamə yoxlanılan digər hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-568/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-568/2020
10.02.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver