Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5682/2019 11.09.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əsgərov Qürbət Ağa oğlunun sədrliyi və məruzəsi ilə, Vəliyeva Elşanə Rafiq qızı və Hacıyev Sənan Firudin oğlundan ibarət tərkibdə, Əkbərli Əkbər Eldar oğlunun katibliyi, iddiaçının vəkili Vəkil iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 09 aprel 2019-cu il tarixli qətnaməsindən İddiaçı Əmanətlərin Sığortalanması Fondunun və vəkili Vəkil kassasiya şikayəti üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 30 yanvar 2019-cu il tarixli 2(009)533/2019 saylı qətnaməsi ilə iddia rədd edilmişdir. Bakı Ap elyasiya Məhkəməsinin 2(103)-4184/2019 saylı 09 aprel 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər İ.Kərimli, X.Cəmilova və İ.Xəlilov) iddiaçı Ləğv prosesində olan “xxxx” ASC-nin apelyasiya şikayəti təmin edilməyərək Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 30 yanvar 2019-cu il qətnaməsi mübahisələndirilən hissədə iddiaçıya münasibətdə dəyişdirilmədən saxlanılması, apelyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya iad edilməsi qət edilmişdir. İŞİN HALLARİ: İddiaçı ləğv prosesində olan İddiaçı Əmanətlərin Sığortalanması Fondu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 11 avqust 2018-ci il tarixə kredit öhdəliyi üzrə qalan cəmi 5957,70 manat borcun və 30 manat dövlət rüsumunun bankın xeyrinə tutulması, tutmanın cavabdehə məxsus ünvan 1 ünvanda yerləşənmənzilinə y önəldilməsi, mənzilin açıq hərracdan satılması və satışdan əldə edilmiş vəsaitin ödənişə yönəldilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: İddiaçı Əmanətlərin Sığortalanması Fondu və vəkili Vəkil kassasiya şikayəti verərək şikayəti onunla əsaslandırmışlar ki, məhkəmə tərəflər arasında münasibətləri tənzimləyən müqavilə müddəlarına, qüvvədə olan qanunvericilik aktlarının müddəalarına məhəl qoymamış, maddi və prosesual hüquq normalarını pozmuş, düzgün tətbiq etməmişdir. Ona görə də Bakı Apelyasiya məhkəməsinin 09 aprel 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məkəməsinə göndərilməsini xahiş edirlər. M əhkəmə kollegiyasının iclasında iddiaçının vəkili Vəkil kassasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin edilməsini Bakı Apelyasiya məhkəməsinin 09 aprel 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məkəməsinə göndərilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada bildiriş göndərilmiş olsa da, tərəflər üzrlü səbəblər olmadan gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən kollegiya işə gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası məruzəçini dinləyib, kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 09 aprel 2019-cu i l tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQ MƏSƏLƏLƏRİ: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinin tələbinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları a raşdırma kimi qiymətləndirilməməlidir. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apellyasiya instansiyası məhkəməsinin işin materialları əsasında müəyyən etmişdir ki, 21 sentyabr 2010-cu il tarixdə Cavabdeh ilə “xxxx” ASC arasında 24 ay müddətinə, illik 26% dərəcəsi ilə 20000 manat məbləğində kredit verilməsinə dair müqavilə bağlanmışdır. Eyni tarixdə bağlanmış ipoteka müqaviləsi ilə Cavabdeh məxsus ünvan 1 ünvanda yerləşənmənzili ipoteka ilə yüklü edilərək iddiaçının tələb hüququna təminat verilmişdir. Bank kredit müqaviləsi üzrə öhdəliyini icra edərək, 20000 manat məbləğində pulu Cavabdeh ver miş və tərəflər arasında ödəniş qrafiki razılaşdırılmışdır. Tərəflər arasında 17 senyabr 2012-ci il tarixdə bağlanmış əlavə saziş əsasında kreditin ödənilmə müddəti 21 sentyabr 2014-cü il tarixə kimi uzadılmışdır. Göstərilən hallar 21 sentyabr 2010-cu il tarixli kredit və ipoteka müqavilələri, 21 sentyar 2010-cu il tarixli məxaric orderi, 17 sentyabr 2012-ci il tarixli, 01 saylı əlavə saziş, ödəniş cədvəl Daşınmaz Əmlakın Dövlət Reyestrindən 22 sentyabr 2012-ci il tarixli çıxarış, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında ərizə, ipoteka predmetinə tutmanın yönəldilməsi haqında bildirişin qeydə alınması barədə məktub, 12 sentyabr 2018-ci il tarixli maliyyə arayışı, hesabdan çıxarış, 13 may 2018-c il tarixli ödəniş qəbzi və digər sənədlərlə təsdiqlənir. Apellyasiya instansiyası məhkə məsi işin müəyyən olunmuş halları əsasında gəldiyi nəticəyə əsasən 17 sentyabr 2012-ci il tarixli əlavə sazişlə 21 sentyabr 2010-cu il tarixli kredit müqaviləsinin müddəti 21 sentyabr 2014-cli il tarixə kimi uzadılmışdır. Kredit müqaviləsi izrə cavabdeh banka ümumilikdə 27000 manat məbləğində pul ödəmiş, sonuncu ödəniş isə 13 may 2015-ci il tarixdə həyata keçirilmişdir. 21 sentyabr 2010-cu il tarixli, 959 saylı kredit müqaviləsi üzrə iddia müddətinin başlanğıcı 13 may 2015-ci il tarixindən hesablandıqda iddiaçı ləğv prosesində olan xxxx” ASC həmin tarixdən 3 il 7 ay sonra, yəni 05 dekabr 2018-ci il tarixdə iddia irəli sürməklə qanunla müəyyənləşdirilmiş 3 illik iddia müddətini ötürmüşdür. Kredit münasibətlərindən yaranan mübahisələrə müqavilə tələbləri üzrə iddia müddəti şamil edildiyind ən hazırkı mübahisə üzrə əsas öhdəlik üzrə iddia müddətinin axımı bitmişdir. Apellyasiya instansiyası məhkəməsi apelyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd etmişdir ki, apelyator məhkəmə tərəfindən kredit müqaviləsi üzrə iddia müddətinin axımının müqavilənin icra müddətinin bitdiyi 13.05.2015-ci il tarixdən hesablanmasının düzgün olmamasını göstərsə də, iş materialları ilə kredit müqaviləsi üzrə son ödənişin 13.05.2015-ci il tarixdə olması, iddianın isə sonuncu ödənişdən 3 il 7 ay sonra verilməsi öz təsdiqini tapmışdır ki, məhkəmə hazırkı mübahisə üzrə əsas öhdəlik üzrə iddia müddətinin axımının bitməsini nəzərə alaraq, 3 illik iddia müddəti ötürüldüyündən cavabdehin ərizəsi əsasında kredit borcunun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsf’tələbinə dair iddiasını təmin etm əyərək qanuni və əsaslı qətnamə qəbul etmişdir. Apellyasiya instansiyası məhkəməsi mübahisəli hüquq münasibətinə maddi hüquq normalarının tətbiq edilməsi ilə əlaqədar aşağıdakıları qeyd etmişdir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinə əsasən, müqavilədə nəzərdə tutula bilər ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur. Belə şərtin olmadığı mü qavilə öhdəliyinin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anma qədər qüvvədə sayılır. Eyni zamanda Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 03 iyun 2013-cü il tarixli Qərarında qeyd edilir ki, kredit müqaviləsində yalnız bu hüquq münasibətlərinə xas olan ayrı-ayrılıqda kredit müqaviləsinin qüvvədə olma müddəti və kreditin (əsas məbləğ və hesablanmış faizlərin) qaytarılması müddəti müəyyənləşdirilə bilər. Göstərilən müddətlər müqavilə üzrə müvafiq hüquqi nəticələrin yaranmasına səbəb olduğundan, nəzərə alınmalıdır ki, kredit müqaviləsinin qüvvədə olma müddəti belə müqavilənin bağlanma və öhdəliklərin tam icra edilməsi anını, kreditin (əsas məbləğ və hes ablanmış faizlər) müddəti isə kreditin alınmasını və müvafiq ödənişlərin müddətini əhatə edir. Hüquqi təbiətinə görə kredit müqaviləsinin müddəti tərəflərin hüquq və vəzifələrinin yaranmasının, dəyişdirilməsinin və ona xitam verilməsinin vaxtını tənzimlədiyi halda, kredit müddəti kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklərin icra edilməsinin vaxtını tənzimləyir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il təşkil edir. Həmin Məcəllənin 377.2-ci maddəsinə əsasən isə icra müddəti müəyyənləşdirilmiş öhdəliklər izrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Eyni zamanda Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunıın “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci və 384.0.4-cü maddələrinin şərh edilməsin dair 03 iyun 2013-cü il tarixli Qərarında imperativ qaydada qeyd olunmuşdur ki, kredit münasibətlərdən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərəd tuutlan üç illik iddia müddəti tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Məhkəmənin mövqeyi bundan ibarətdir ki, kredit müqaviləsində icra müddəti müəyənləşdirildiyinə görə iddia müddətinin axımı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386-cı maddəsinə əsasən həmin tarixlərdən başlamışdır. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Həmin Məcəllənin 376-cı maddəsinə əsasən əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər (girov, dəbbə pulu, saxlama, zaminlik, beh) üzrə də iddia müddəti keçir. Həmin Məcəllənin 381.1-ci maddəsinə əsasən əgər iddia məhkəmə tərəfindən baxılmamış saxlanmışdırsa, iddia irəli sürülənədək başlanmış iddia müddətinin axımı ümumi qaydada davam edir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin işin materialları üzrə gəldiyi nəticə işin faktiki hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olduğu üçün qanu ni və əsaslıdır. İddiaçı “xxxx” ASC-nin Əmanətlərin Sığortalanması Fondunun apellyasiya şikayətinin dəlilləri ilə eyni olan kassasiya şikayətində apellyasiya məhkəməsi tərəfindən tərəflər arasında münasibətləri tənzimləyən müqavilə müddəalarının nəzərə alınmaması, maddi və prosessual hüquq normasının pozulması ilə nəticələnən qətnamə qəbul edilməsinə səbəb olduğundan həmin qətnamə qanuni və əsaslı hesab edilə bilməz. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, işdən göründüyü kimi kredit müqaviləsi üzrə son ödəniş 13.05.2015-ci il tarixdə olmuş, hazırkı iddia tələbi ilə iddiaçı 05.12.2018-ci il tarixdə, yəni sonuncu ödənişdən 3 il 7 ay sonra məhkəməyə müraciət etmişdir. Apellyasiya instansiyası məhkəməsi düzğün olaraq bu qənaətə gəlmişdir ki, kredit münasibətlərindən yaranan mübahisələrə müqavilə tələbləri üzrə iddia müddəti şamil edildiyindən hazırkı mübahisə üzrə əsas öhdəlik üzrə iddia müddətinin axımı bitmişdir. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi iddaçının iddia tələbinin əsası kimi istinad etdiyi hallara, həmçinin apellyasiya şikayətinin dəlillərinə yetərincə hüquqi qiymət vermiş, iş üzrə tərəflərin izahatlarından əlavə, təqdim edilmiş və araşdırılmış sübutlar əsasında qanuni və əsaslı qətnamə qəbul etmişdir. Digər tərəfdən işdən göründüyü kimi hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddiaçı kassasiya şikayətində istinad etdiyi hallarına dair heç bir sübut məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci mad dəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən səbəblərdən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya Məhkəməsi işdə olan sübutlarla tərəflərin irəli sürdüyü dəlillərə lazımi hüquqi qiymət verərək iş üzrə düzgün hüquqi nəticəyə gəlmiş, qəbul etdiyi qətnaməsi qanuni və əsaslı olmaqla, maddi və prosessual hüquq normaları duzgün tətbiq edilmişdir. Buna görə də kassasiya şikayəti təmin edilmədən, Apellyasiya Məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı Əmanətlərin Sığortalanması Fondunun kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın iş üzrə 09 aprel 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-5682/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-5682/2019
11.09.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver