Məhkəmə qərarları › İş №2(102)-5684/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-5684/2020

01.12.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5684/2020 01.12.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ iş № 2(102)-5684/20 (Açar sözlər: kreditin qaytarılması, ekspert rəyi) Bakı şəhəri, xx xxxxxx 2020-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi), X1 və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Cəfərov Araz Əhməd oğlunun katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh1 qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair mülki iş üzrə Gəncə Apelyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-170/2020 nömrəl i, xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh1 kassasiya şikayətinə xx xxxxxx 2020-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı ilə cavabdeh Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə əsasən, sonuncuya 24 ay müddətinə 28 faizlə 5730 ABŞ dolları məbləğində kredit verilib.

2. İddiaçı ilə Cavabdeh2 arasında xx.xx.2015- ci il tarixində zaminlik müqaviləsi bağlanıb. a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, borclular Cavabdeh1 və Cavabdeh2 4898.92 ABŞ dolları əsas, 922.07 ABŞ dolları faiz borcu olmaqla, cəmi 5820.99 ABŞ dolları borcun və 20 manat dövlət rüsumunun tutulması barədə məhkəmə əmri çıxarılmasını xahiş etmişdir. 4.Ərizə onunla əsaslandırılmışdır ki, borclu müqavilənin şərtlərini pozaraq, öhdəliyini icra etməkdən boyun qaçırır.

5. Borclunun banka 4898.62 ABŞ dolları əsas, 922.07 ABŞ dolları faiz borcu olmaqla, cəmi 5820.99 ABŞ dolları borcu yaranmışdır.

6. Xəbərdarlıq edilməsinə baxmayaraq, borclular borcu ödəməkdən yayınmışlar.

7. Ərizəçi (iddiaçı) tələbin hüquqi əsası kimi Mülki Məcəllənin 428.4, 442, 445.2.1, 448.1, 449 və 472.1-c maddələrinə istinad etmişdir.

8. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx xxxx 2016-cı il tarixli, 2(043)5544/2016 saylı məhkəmə əmri ilə ərizə təmin edilmişdir.

9. Borclu Cavabdeh1 məhkəmə əmrinə etirazı əsasında, məhkəmə əmri ləğv edilmiş və iddia icraatına keçilmişdir.

10. Cavabdehlər birinci instansiya məhkəməsinə ərizə ünvanlayıb, ekspertiza təyin edilməsini xahiş etmişl ər.

11. İddiaçının nümayəndəsi iddia tələbinin azaldılması barədə xx xxx 2018-ci il tarixli ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 "İddiaçı” ASC- nin xeyrinə 4898.92 ABŞ dolları əsas və 445.21 ABŞ dolları faiz borcunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

12. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(043)2148/2018 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmiş, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 "İddiaçı“ ASC-nin xeyrinə kredit sazişi 4898.02 ABŞ dolları əsas, 445.21 ABŞ dolları faiz məbləği olmaqla, cəmi 5344.23 ABŞ dolları borcun (ödəniş anına manata məzənnə ilə manat ekvivalentində) və 20 manat dövlət rüsumunun tutularaq "İddiaçı“ ASC-yə ödənilməsi qət edilmişdir.(hakim Afiq Hüseynzadə)

13. Məhkəmə toplanmış sübu tlara hüquqi qiymət verərək müəyyən edib ki, tərəflər arasında kredit müqaviləsi, eləcə də bu müqavilənin təminatı olaraq zaminlik müqaviləsi bağlanmış və bununla da onlar arasında kredit hüquq münasibətləri yaranmışdır. İddiaçı kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmiş, cavabdeh isə həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri lazımı qaydada yerinə yetirməmiş, nəticədə onun iddiaçı qarşısında öhdəlikləri yaranmışdır.

14. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, cavabdehlər iddiaçı tərəfindən tələb edilən faiz məbləği ilə razılaşmadığını bildirsələr də, etirazın əsaslarını izah edə bilməmiş, vəsatəti əsaslandıra bilməmişlər.

15. Birinci instansiya məhkəməsi belə nəticəyə gəlib ki, iddia təmin edilməlidir.

16. Məhkəmə öz mövqeyini Mülki Məcəllənin 442, 448.1, 472.1, 739.1, Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələri ilə əsaslandırmışdır. b) Apelyasiya instansiyası məhkəməsindəki icraat

17. Cavabdehlər qətnamədən apelyasiya şikayəti verib.

18. Apelyasiya şikayətinin dəlilləri ondan ibarət olub ki, məhkəmə həqiqətə nail olmaq üçün ekspertiza təyin edilməsi barədə vəsatətlərini təmin etməyib.

19. Gəncə Apelyasiya Məhkəməsi xx xxxxxxx 2018-ci il tarixli qərardadla mühasibatlıq ekspertizası təyin etmiş, ekspertin qarşısında kredit sazişinə əsasən xx xxx 2018-ci il tarixə kredit borcunun nə qədər olması barədə sual qoyulmuşdur.

20. Məhkəmə-mühasibatlıq ekspertizasının xx.xx.2019-cu il tarixli, 29153 saylı rəyi ilə müəyyən olunub ki, Cavabdeh1 xx.xx.2018-ci il tarixinə "İddiaçı“ ASC-yə 4597,73 ABŞ dolları əsas, 507.46 ABŞ dolları faiz borcu olmaqla, cə mi borcu 5105,19 ABŞ dollarıdır.

21. İddiaçı bankın nümayəndəsi əsas borcun azalması ilə bağlı ekspert rəyi ilə razı olmayaraq, təkrar ekspertiza təyin edilməsini xahiş etmişdir.

22. Gəncə Apelyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-170/2020 nömrəli, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə apelyasiya şikayəti qismən təmin edilmiş, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(043)-2148/2018 saylı qətnaməsi iddianın təmin edilmiş, Cavabdeh1 "İddiaçı“ ASC-yə olan kredit borcunun 4898,92 ABŞ dolları məbləğində və cəmi borcun 5344, 23 ABŞ dolları məbləğində müəyyən edilməsi hissəsində dəyişdirilmiş, Cavabdeh1 "İddiaçı“ ASC-yə olan əsas borcu 4597,73 ABŞ dolları məbləğdə, cəmi borc isə 5042,94 ABŞ dolları 94 sent müəyyən edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanmış, iş üzrə ekspertiza xərcinin cavabdehlərə aid edilməsini qət etmişdir. (hakimlər Ədil Məmmədov (sədrlik edən və məruzəçi), Rəhman Muradov, Şəfiqə Əliyeva)

23. Apelyasiya instansiyası məhkəməsi özünün təyin etdiyi ekspertizanın rəyinə uyğun olaraq müəyyən etmişdir ki, İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış 21.01,2015-ci il tarixli CC/75488/48/17 saylı kredit müqaviləsi üzrə cavabdehlərdən tələb edilən 4898.92 ABŞ dolları məbləğində əsas kredit borcu düzgün hesablanmamış, həmin borc ekspert rəyinə görə 4597.73 ABŞ dollarıdır.

24. Ekspert rəyinə uyğun olaraq apelyasiya məhkəməsi cavabdehlərdən tələb edilən 4898.92 ABŞ dolları əsas borcu dəyişib, həmin məbləği 4597,73 ABŞ dolları kimi müəyyən etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçıları nın izahatları a) Kassasiya şikayətinin dəlilləri

25. Cavabdeh1 (Vəkil Məhəmmədəli oğlu) kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin apelyasiya şikayətinin təmin edilməyən hissəsində yenidən apelyasiya baxışına qaytarılmasını xahiş etmişdir.

26. Şikayət onunla əsaslandırılıb ki, cavabdehin kredit borcundan 3000 manat ödəməsinə məhkəmə tərəfindən düzgün qiymət verilməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

27. Kassasiya şikayətinə qarşı tərəfin yazılı etirazı daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

28. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilsə də, tərəflər məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Buna görə də məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 415.3-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Mülki Məcəllə Maddə

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 448.1. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Mad də 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Prosessual Məcəllə Maddə 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

28. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsini n faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir

29. Kassasiya şikayətində cavabdeh apelyasiya instansiyası məhkəməsinin qətnaməsini apelyasiya şikayətinin təmin edilməyən hissəsini mübahisələndirir. Apelyasiya şikayətində də cavabdehlər borcun məbləğini mübahisələndirmişlər. Bu səbəbdən hazırki kassasiya baxışının predmeti də borcun məbləğidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

30. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisə ləndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

31. İddia tələbi öhdəlik münasibətlərindən irəli gəlib, kredit borcunun qaytarılması barədədir.

32. İşin məhkəmələr tərəfindən müəyyən edilən halları da ondan ibarətdir ki, iddiaçı bankla Cavabdeh1 arasında kredit müqaviləsi bağlanıb, kredit müqaviləsi üzrə cavabdehə kredit verilib, cavabdeh kredit müqaviləsi üzrə öhdəlikləri icra etməyib.

33. Mülki Məcəllənin 448.1-ci maddəsinə görə də əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

34. Göründüyü kimi, apelyasiya instansiyası işin müəyyən edilmiş halına uyğun olaraq mübahisəyə digər hüquq normaları ilə yanaşı, Mülki Məcəllənin 448.1-ci maddəsini düz gün tətbiq etmişdir.

35. Kassasiya şikayətinin borc məbləğinin şişirdilməsi barədə dəlilinə gəldikdə, qeyd edilməlidir ki, birinci instansiya məhkəməsi əsas və faiz borcu hissəsində iddianı tam təmin təmin etmişdir. Cavabdehlər borc məbləği ilə razı olmamış, apelyasiya şikayətində borc məbləğinin müəyyən edilməsi məqsədilə ekspertiza təyin edilməsini xahiş etmişlər.

36. İş materiallarından görünür ki, apelyasiya məhkəməsi cavabdehlərin həmin dəlillərini yoxlamaq üçün mühasibatlıq ekspertizası təyin etmiş və ekspert rəyinə əsasən cavabdehin əsas borcunun 4597,73 ABŞ dolları olmasını müəyyən edərək, əsas borc hissəsində qətnaməni ekspert rəyinə uyğun dəyişməklə, əsas borcu azaltmışdır.

37. Ekspert rəyində cavabdehin faiz borcu 507.46 ABŞ dolları müəyyən edilməklə, iddia tələbindəki faiz borc undan çox olmuşdur. Bu baxımdan, apelyasiya məhkəməsinin faiz borcu hissəsində birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlaması Mülki Prosessual Məcəllənin 218.3-cü maddəsinin tələblərinə uyğun olmuşdur.

38. Qətnamədən görünür ki, apelyasiya instansiyası məhkəməsi ekspert rəyinə formal yanaşmamış, rəyə Mülki Prosessual Məcəllənin 88 və 103.1-ci maddələrinin tələblərinə uyğun olaraq düzgün qiymət vermişdir.

39. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, borc məbləği hissəsində apelyasiya məhkəməsinin gəldiyi nəticə və tətbiq edilən maddi hüquq normaları işin müəyyən edilmiş hallarına uyğun olmuşdur. Apelyasiya məhkəməsi həmin hissədə apelyasiya şikayətinin dəlillərini tam yoxlamış, bu məqsədlə mühasibatlıq ekspertizası təyin etmiş və borcun məbləğini də məhz ekspert rəyinə uyğun müəyyən etmişdir.

40. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.

41. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 kassasiya şikayəti təmin edilməsin. Gəncə Apelyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-170/2020 nömrəli, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar