Məhkəmə qərarları › İş №2(102)-5685/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-5685/2021

09.12.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5685/2021 09.12.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçılar İddiaçı və X5 cavabdehlər Cavabdeh və X3 qarşı iş üzrə QƏRARİ Açar sözlər: mənzilə istifadə hüququnun tanınması və mənzilə köçürülmə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Əhmədova Mehparə Tofiq qızı və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Nəsirova Günel İnqilab qızının katibliyi ilə, Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-1446/2021 nömrəli iş üzrə 05 may 2021-ci il tarixli qətnaməsindən iddiaçılar İddiaçı və X9 tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 09 dekabr 2021 -ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İş materiallarından görünür ki, İddiaçı Cavabdehlə 08 noyabr 2000-ci ildə nikahlarını rəsmiləşdirməklə ailə qurmuşlar. Ailə qurduqdan sonar iddiaçı qaynanası X mülkiyyətində olan ünvan 1 ünvanda yerləşəı evə köçmüşdür. Birgə nikandan 28 dekabr 2001-ci il təvəllüdlü X10 və 04 dekabr 2006-cı il təvəllüdlü X12 adiı uşaqları anadan olmuşlar. X17 2008-ci ildə vəfat etmişdir. 21 fevral 2018-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında həmin ev vərəsəlik hüququ əsasında mərhum X4 X1. 09 mart 2018-ci ildə X2 adına çıxarış verilmişdir. 15 may 2018-ci ildə İddiaçı ilə Cavabdeh arasında olan nikan pozulmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci ins tansiya məhkəməsində icraat

2. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X ünvanda yerləşən evə onun və azyaşlı övladlarının istifadə hüququnun tanınması və azyaşlı övladları ilə birlikdə həmin mənzilə köçürülmələrinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə 2000-ci ildə rəsmi nikaha daxil olmadan faktiki ailə qurmuş, birgə nikahlarından 28.12.2001-ci il təvəllüdlü X13, 04.12.2006-cı il təvəllüdlü X13 dünyaya gəlmişdir. Aralarında olan nikah 2008-ci ildə rəsmiləşmişdir. 15 may 2018-ci il tarixdə aralarındakı nikah pozulmuş, birgə nikahlarından olan uşalar onun himayəsində saxlanılmışdır. Mübahisəli mənzil onların yeganə yaşayış yerləridir və o, məcbur qalıb məhkəməyə müraciət etmişdir.

4. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 01 oktyabr 2019-cu il tarixli, 2(044)2574/2019 nömrəli qətnaməsi ilə (hakim Z.A.Hünmətov) iddia tələbi təmin edilməmişdir.

5. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, mübahisəli evin mülkiyyətçisi olan X11 iddiaçının ailə üzvü olmamışdır. Ona görə də iddiaçının mübahisəli mənzildə hər hansı istifadə hüququ mövcud olmamışdır.

6. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 30-cu, Mülki Prossesual Məcəllənin 88, 106.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

7. Qətnamədən İddiaçı apellyasiya şikayəti vermişdir.

8. İşə apelyasiya instansiyası məhkəməsində baxılarkən X6 cavabdeh, habelə tərəflərin birgə nikahlarından anadan olmuş X9 yetkinli k yaşına çatdığından iddiaçı qismində cəlb olunmuşlar.

9. Gəncə Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 21 fevral 2020-ci il tarixli, 2(104)-927/2020 nömrəli qətnaməsi ilə (hakimlər İ.Ə.Şəfiyev - sədrlik edən və məruzəçi, R.Z.Mamedovdan və A.V.Bayramovdan ibarət tərkibdə) iddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 01 oktyabr 2019-cu il tarixli, 2(044)-2574/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

10. Apellyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, İddiaçı 2000-ci ilin noyabr ayında rəsmi nikah münasibətinə girməklə mübahisəli fərdi yaşayış evinə köçüb orada yaşasa da, mərhum qayınanası, yəni evin mülkiyyətçisi ilə istifadə hüququnun əmələ gəlməsinə dair notariat qaydasında yazılı müqavilə bağlamamışdır. Belə olan halda iddiaçının Mülki Məcəllənin 228-ci maddəsinə istinad etməklə mübahisə fərdi yaşayış evinə köçürülməsini tələb etməsi əsassızdır.

11. Bundan başqa iddiaçıların mübahisəli mənzilə köçürülməsi ilə bağlı mübahisənin 01.10.2009-cu ildən qüvvədə olmuş Mənzil Məcəlləsinin müddəaları baxımmdanda təhili də iddianın təmin olunmamasını şərtləndirir.

12. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu «X şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 12 iyun 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 11 iyul 2014-cü il tarixli qərarında belə bir hüquqi mövqe bildirmişdir ki, yaşayış sahəsinin mülkiyyət formasının dəyişdirilməsinin, y əni xüsusi mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması anı həmin yaşayış sahəsində yaşayan şəxslər və mülkiyyətçi arasında mövcud olan hüquq və vəzifələrin həcminin dəyişilməsinə səbəb olur. Bu halda, xüsusi mülkiyyət hüququ əsasında dövlət qeydiyyatına alınan belə yaşayış sahəsinə digər ailə üzvlərinin yaşayış hüququnun yaranması Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrində və ya qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsində müəyyən edilmiş əsaslara və qaydalara uyğun olaraq həll olunmalıdır.

13. Həmin qərarda daha sonra Konstitusiya Məhkəməsinin Plenumu hesab etmişdir ki, mübahisəli fərdi ev dövlət qeydiyyatına 2011-ci ildə alındığına görə apelyasiya məhkəməsi tətbiq edilməli olan Mənzil Məcəlləsinin 30-cu maddəsinin müddəalarını tətbiq etməmişdir.

14. Hazırki işdə də mübahis əli evin üzərində mülkiyyət hüququ 21.02.2018-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında X4 X1 və onun mülkiyyət hüquqları 09.03.2018-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır.

15. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə görə yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər.

16. Həmin Məcəllənin 30.4-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər.

17. Bu normaların düzgün tətbiqi üçün ilk növbədə iddiaçıların evin mülkiyyətçisinin ailə üzvü olub-olmaması məsələsi müəyyən edilməlidir.

18. Azərb aycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu bununla bağlı «Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair» 16 dekabr 2014-cü il tarixli qərarında izah etmişdir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir.

19. Ailə Məcəlləsinin 13 və 15-ci fəsillərinin müvafiq müddəalarına əsasən valideynlərin uşaqlarını saxlamağa borclu olması, əmək qabiliyyətini itirən və maddi yardıma ehtiyacı olan ər və arvadın bir-birinə kömək etməli olması, qardaş və bacıların ye tkinlik yaşma çatmayan və əmək qabiliyyəti olmayan qardaş və bacılarını saxlamaq, baba və nənənin nəvələri saxlamaq, həmçinin nəvələrin baba və nənəni saxlamaq, yetirmələrinin öz faktiki tərbiyəçilərini saxlamaq, həmçinin ögey oğul və qızların ögey ata və ananı saxlamaq vəzifəsi müəyyən edilmişdir.

20. Göründüyü kimi ailə qanunvericiliyinin istinad edilən müvafiq normalarında əmək qabiliyyəti olan qardaşının arvadı və qardaşının oğlu “ailə üzvləri” anlayışının əhatə dairəsinə daxil edilməmiş, həmçinin baldızın qardaşı arvadını və uşağını saxlamaq vəzifəsi müəyyən olunmamışdır.

21. Məhkəmə kollegiyası hesab etmişdir ki, hazırkı vəziyyətdə iddiaçıların ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə mübahisəli fərdi yaşayış evindən onun ailə üzvü kimi yaşamaq və öz ünün saxlanılmasını tələb etmək hüququ yoxdur. Kassasiya instansiyası məhkəməsindəki birinci icraat

22. Qətnamədən İddiaçı kassasiya şikayəti vermişdir.

23. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 12 oktyabr 2020-ci il tarixli, 2(102)-4949/2020 nömrəli qərarı ilə (hakimlər E.Şamayev - sədrlik edən və məruzəçi, E.Vəliyeva və A.Abbasovdan ibarət tərkibdə) İddiaçı və vəkili X14 tərəfindən verilmiş kasasiya şikayəti təmin edilmiş, Gəncə Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 21 fevral 2020-ci il tarixli, 2(104)-927/2020 nömrəli qətnaməsi mübahisələndirilən hissədə, yəni İddiaçı və azyaşlı övladının X ünvanda yerləşən yaşayış sahəsinə istifadə hüququnun tanınması və həmin mənzilə köçürülmələrindən imtina edilməsi hissəsində ləğv edilmiş və iş yenidən baxılması üçün a pelyasiya instansiya məhkəməsinə qaytarılmışdır.

24. Kassasiya instansiyası məhkəməsi qəbul etdiyi qərarı onunla əsaslandırmışdır ki, apelyasiya instansiyası məhkəməsi işin faktiki hallarını tam araşdırmamış, iddiaya maddi qanun normalarının qanunvericiliyinin tələbləri baxımından düzgün hüquqi qiymət verməmiş və nəticə olaraq əsassız nəticəyə gəlmişdir. 25. \Belə ki, yuxarıda qeyd olunduğu kimi işin mübahisəsiz halına əsasən iddiaçı 08 noyabr 2000-ci il tarixdə nikaha daxil olub, mübahisələndirilən mənzilə köçərkən mənzil cavabdehlərin mərhum analarının (iddiaçının qayınanasının) mülkiyyətində olmuşdur. İddiaçı həmin mənzildə daimi yaşamış və mülkiyyətçi 27 mart 2008-ci il tarixdə vəfat etmişdir. Həmin tarixdən sonrada iddiaçı, cavabdeh və övladları mənzildə 10 ilə yaxın müddətdə yaşamağa davam etmişlər. Bu müddətdə cavabdehlərdən hər hansı biri rəsmi olaraq notariat orqanına müraciət edərək mirası qəbul etməmişdir. Yalnız tərəflər arasında ailə münasibətləri faktiki pozulduqdan sonra cavabdeh X6 notariat orqanına müraciət edərək mirası qəbul etmişdir.

26. Apelyasiya instansiyası məhkəməsi mənzilin əvvəlcə iddiaçının qayınanasının, sonradan isə baldızının mülkiyyətində olmasını və iddiaçının həmin mənzilə istifadə hüququnun yaranmamasını əsas gətirməklə, iddianı təmin etməmişdir.

27. Lakin apelyasiya instansiyası məhkəməsi nəzərə almamışdır ki, mənzilin keçmiş mülkiyyətçisi vəfat etdikdən sonra mənzil iddiaçı ilə cavabdeh X5 istifadəsində olmuşdur.

28. Belə olan halda, X5 mənzilin əvvəlki mülkiyyətçisinin birinci növbəli vərəsəsi kimi miras əmlakı idarə edərək qəbul etmə si və müvafiq olaraq ona münasibətdə iddiaçının yaşayış sahəsinə istifadə hüququnun yaranması məsələsi araşdırılmamış, sonradan əmlak üzərinə mülkiyyət hüququ X2 adına rəsmiləşdirilsə də, iddiaçının mənzilə mümkün olan istifadə hüququnun qalması məsələsinə hüquqi qiymət verilməmişdir. Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

29. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-1446/2021 nömrəli iş üzrə 05 may 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər F.Mehtiyev - sədrlik edən və məruzəçi, R.Muradov və Ə.Məmmədovdan ibarət tərkibdə) İddiaçi İddiaçı tərəfindən verilmiş apelyasiya şikayət qismən təmin edilmiş, iş üzrə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 01 oktyabr 2019-cu il tarixli, 2(044)- 2574/2019 saylı qətnaməsi ləğv edilmiş, iddianın qismən təmin edilməsi, İddiaç ı, onun övladları (digər iddiaçı) 28.12.2001ci il təvəllüdlü X15 və 04.12.2006-cı il təvəllüdlü X8 ünvan 2 ünvanda yerləşən evə istifadə hüquqları 3 (üç) il müddətinə saxlanılmaqla həmin müddətə köçürülmələri, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

30. Apellyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, evin mülkiyyətçisi olmuş X ilə İddiaçı arasında evdən istifadə hüququna dair mülkiyyətçi vəfat edənə kimi rəsmi razılaşmaları olmamışdır, yəni 2008-ci ilə kimi iddiaçının mübahisəli mənzilə istifadə hüququ yaranmamışdır. Sonradan mülkiyyətçinin oğlu Cavabdeh mübahisəli mənzildə iddiaçı ilə birgə yaşaması da həm Mülki Məcəlləsinin və həm də yeni Mənzil Məcəlləsini əhatə edir ki, hər bir halda mülki və mənzil qanunvericiliyi iddiaçının mübahi səli mənzilə istifadə hüququnun yaranması üçün mülkiyyətçi ilə razılaşmasının olmasını mütləq şərt kimi nəzərdə tutur. Çünki iddiaçının qayınanasının ölümündən sonra həmin vaxt onun ailə üzvü hesab edilən Cavabdehlə həm Mülki Məcəlləsinin həm də yeni Mənzil Məcəlləsinin qüvvədə olduğu zaman yaşamışlar ki, belə olan halda zaman prinsipi, yəni sonrakı qəbul olunmuş norma rəhbər tutulmalıdır.

31. Bununla belə iddiaçının Cavabdehlə münasibətləri pozulduqdan və o evdən çıxıb yaşamaq üçün başqa yerə getdikdən sonra evin mülkiyyətçisi dəyişmiş və hazırda o köçmək istədiyi evin mülkiyyətçisinin ailə üzvü hesab olunmur. 32. “X.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 12 iyun 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və q anunlarına uyğunluğunun yoxlanılmasına dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 11 iyul 2014-cü il tarixli qərarındakı hüquqi mövqeyinə görə, yaşayış sahəsinin mülkiyyət formasının dəyişdirilməsinin, yəni xüsusi mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması anı həmin yaşayış sahəsində yaşayan şəxslər və mülkiyyətçi arasında mövcüd olan hüquq və vəzifələrin həcminin dəyişdirilməsinə səbəb olur. Bu halda, xüsusi mülkiyyət hüququ əsasında dövlət qeydiyyatına alınan belə yaşayış sahəsinə digər ailə üzvlərinin yaşayış hüququnun yaranması Mülki Məcəlləsinin 228.1 və 228.2-ci maddələrində və ya qüvvəoə olan Mənzil Məcəlləsinin 30-cu maddəsində müəyyən edilmiş əsaslara və qaydalara uyğun olaraq həll olunmalıdır.

33. Mülkiyyətçi ilə istifadəçinin hüquqlarını tənzimləyən Mə nzil Məcəlləsinin 30.1, 30.2 və 30.4-cü maddəsində göstərilmişdir ki, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürülaukdə, onun ailə üzvləri hesab edilə bilərlər. Əgər yaşayış sahəsinin mülkiyyətçisi i o ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşay.ş sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşaya sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti vo diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər.

34. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu bununla bağlı «Azərbaycan RespublİKasının Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair» 16 dekabr 2014-cü ıl tarixli qərarında izai; etmişdir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar" ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir.

35. Ailə Məcəlləsinin 13 və 15-ci fəsillərinin müvafiq müddəalarına əsasən valideynlərin uşaqlarını saxlamağa borclu olması əmək qabiliyyətini itirən və maddi yardıma ehtiyacı olan Əı və arvadın bir-birinə Kömək etməli olması, qardaş və bacıların yetkinlik yaşına çatmayan vo əmək qabiliyyəti olmayan qardaş «ə bacılarını saxlamaq, baba və nənənin nəvələri saxlamaq həmçinin nəvələrin baba və nənəni saxlamaq, yetirmələrinin öz faktiki tərbiyəçilərini saxlamaq həmçinin ögey oğul və qızların ögey ata və ananı saxlamaq vəzifəsi müəyyən edilmişdir.

36. Göründüyü kimi, iddiaçı evin mülkiyyətçisi X ailə üzvü hesab olunmur.

37. Məhkəmə Kollegiyasının iclasında müəyyən edilmişdir ki, İddiaçı mübahisəli evdə müəyyən müddət yaşayıb həmin evin mülkiyyətçisi və onun ailə üzvü olan Cavabdehlə ümumi təsərrüfatı birgə idarə etmiş olsalar da, hazırki mülkiyyətçi X olmaqla, onun iddiaçının saxlanması ilə bağlı hər hansı aliment öhdəliyi yoxdur.

38. Lakin bununla belə, məhkəmə kollegiyası iddiaçının özünə hazırda başqa yaşayış sahəsi əldə etmək imkanı olmamaqla, başqa daimi yaşayış yerinin olmamasını, idd ia qaldıranda himayəsində iki uşağının (biri artıq yetkinlik yaşına çatıb və iddiaçı kimi cəlb olunmuşdur) olmaqla ehtiyac içində yaşamasını, İddiaçı Cavabdehlə nikahlarının pozulmasını nəzərə alaraq hesab etmişdir ki, iddia tələbi qismən təmin edilərək, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 01 oktyabr 2019-cu il tarixli, 2(044)- 2574/2019 saylı qətnaməsi ləğv edilməli və iddia qismən təmin edilməli, iddiaçı X7 və onun övladları digər iddiaçı 28 dekabr 2001 -ci il təvəllüdlü X13 və 04 dekabr 2006-cı il təvəllüdlü X8 ünvan 2 ünvanda yerləşən evə istifadə hüquqlarının 3 (üç) il müddətinə saxlanılmaqla həmin müddətə köçürülmələri barədə yeni qətnamə qəbul edilməlidir, iddia qalan hissədə təmin edilməməlidir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının iz ahatları a) Kassasiya şikayətinin dəlilləri

39. İddiaçılar kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

40. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi işin hallarını düzgün araşdırmamış, maddi və posessual hüquq normalarının tələblərini pozmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

41. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

42. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə tərəflər hər hansı üzrlü səbəb göstərmədən Məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessu al Məcəlləsinin (bundan sonra – MPM) 415.3-cü maddəsini rəhbər tutaraq işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri

43. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.

44. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlay ır (maddə 416).

45. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

46. Hazırkı kassasiya şikayətində iş üzrə iddiaçılar apelyasiya instansiyası məhkəməsinin aktının tam ləğvini xahiş etdiklərindən həmin məhkəmə aktı tam yoxlanılır. Mülki işə tətbiq edilən hüquq Mənzil Məcəlləsi

47. Yaşayış sahəsi mülkiyyətçisinin ai lə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. (maddə 30.1)

48. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiy yətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. (maddə 30.4) Mülki Prossesual Məcəllə

49. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.(maddə 14.2)

50. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. (maddə 77.1)

51. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. (maddə 88)

52. Kassasi ya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. (maddə 407.2)

53. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. (maddə 416)

54. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. (maddə 417.1.1) Kassasiya instansiyası məhkəməsinin mövqeyi

55. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

56. Belə ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz.

57. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apelyasiya instans iyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

58. Yuxarıda göstərilənləri və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçılar İddiaçı və X9 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-1446/2021 nömrəli iş üzrə 05 may 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar