Məhkəmə qərarları › İş №2(102)-5689/2021

Ali Məhkəmə Qərardad — İş №2(102)-5689/2021

15.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-5689/2021 15.10.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı "xxxx" ASC-nin cavabdehlər Məhsulov Mansur Elizamin oğluna, Cavabdeh2, Cavabdeh3 və X1 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair iddia ərizəsi üzrə QƏRARDADİ (Açar sözlər: kassasiya şikayətinin icraata qəbul edilməsindən imtina, kassasiya şikayətinin məzmununun prosessual qanunvericiliyə uyğun olmaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimi Şamayev Elşad Yaquboviç, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 23 iyun 2021-ci il tarixli, 2(104)2782/2020 nömrəli qərardadından Cavabdeh1 Elizamin oğlu tərəfindən verilmiş kassasiya şik ayətini nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: Bərdə Rayon Məhkəməsinin 07 may 2020-ci il tarixli, 2(021)-478/2020 nömrəli qətnaməsi ilə iddiaçı "xxxx" ASC-nin cavabdehlər Məhsulov Mansur Elizamin oğluna, Cavabdeh2, Cavabdeh3 və X1 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair iddiası təmin edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin 16 sentyabr 2020-ci il tarixli, 2(104)-2782/2020 nömrəli qətnaməsi ilə cavabdeh Məhsulov Mansur Elizamin oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bərdə Rayon Məhkəməsinin 07 may 2020-ci il tarixli, 2(021)-478/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh Məhsulov X2 Apellyasiya Məhkəməsinin 16 sentyabr 2020-ci il tarixli, 2(104)-2782/2020 nömrəli qətnaməsindən kassasiya şikayəti vermiş, kassasiya şikayəti iş m aterialları ilə birlikdə kassasiya instansiyası məhkəməsinə göndərilmiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin 08 iyun 2021-ci il tarixli qərardadı ilə kassasiya şikayətinin icraata qəbul edilməsindən imtina edilmiş və kassasiya şikayətinin geri qaytarılması məsələsinə baxılması üçün apellyasiya instansiyası məhkəməsi məhkəməsinə göndərilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin 23 iyun 2021-ci il tarixli, 2(104)-2782/2020 nömrəli qərardadı ilə cavabdeh Məhsulov Mansur Elizamin oğlu tərəfindən verilmiş kassasiya şikayəti ona əlavə edilmiş sənədlərlə birlikdə kassasiya şikayətində maddi və yaxud prosessual hüquq normalarının pozulmasının nədən ibarət olması göstərilmədiyi üçün geri qaytarılmışdır. Cavabdeh Məhsulov Mansur Elizamin oğlu kassasiya şikayəti verərək, Gəncə Apellyasiya Məhkəmə sinin 23 iyun 2021-ci il tarixli, 2(104)-2782/2020 nömrəli qərardadının ləğv edilməsi və işin yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən işlə birlikdə baxılması üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilmişdir. Kassasiya şikayəti və iş materialları öyrənilərkən müəyyən olunmuşdur ki, cavabdehin kassasiya şikayətinin məzmunu Azərbaycan Respublikası MPM-in 407-ci maddəsində müəyyən olunmuş qaydalara uyğun deyildir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq ol araq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Həmin Məcəllənin 407.1.4-cü maddəsinə əsasən kassasiya şikayətində şikayəti verən şəxsin tələbi, məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi, maddi və yaxud prosessual hüquq normalarının düzgün tətbiq edilməməsinin nədən ibarət olması, işə məhkəmə iclasında baxılması istənildiyi halda bu Məcəllənin 414.1-ci maddəsində nəzərdə tutulmuş əsasların mövcudluğunun əsaslandırılması göstərilməlidir. Məcəllənin 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldi yi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Azərbaycan Respublikası MPM-in 408.1.5-ci maddəsinə əsasən kassasiya şikayətində maddi və prosessual hüquq normalarının pozulmasının, yaxud düzgün tətbiq edilməməsinin nədən ibarət olması göstərilməmişsə, kassasiya şikayəti qaytarılır. Kassasiya şikayətinin məzmunundan görünür ki, cavabdeh şikayətini iş üzrə mühasibatlıq ekspertizasının keçirilməməsi və borc məbləğinin şişirdilməsi ilə əsaslandırmışdır. Göründüyü kimi, cavabdeh Gəncə Apellyasiya Məhkəməsinin 16 sentyabr 2020-ci il tarixli, 2(104)-2782/2020 nömrəli qətnaməsindən verdiyi kassasiya şikayətinin geri qaytarılmasına dair həmin M əhkəmənin 23 iyun 2021-ci il tarixli qərardadından kassasiya şikayət versə də, həmin şikayətində qərardadda hansı maddi və ya prosessual hüquq normalarının pozulmasını göstərməmiş, şikayətini mübahisələndirilən qərardadın predmetini təşkil etməyən, qətnamə ilə müəyyən olunan borc məbləğinin düzgün müəyyən olunmaması ilə əsaslandırmışdır. Bununla da, cavabdeh tərəfindən Azərbaycan Respublikası MPM-in 407.1.4 və 407.2-ci maddələrinin tələbləri pozulmuşdur. Azərbaycan Respublikasının MPM-in 409-cu maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə cavab verən kassasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə kassasiya ş ikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində kassasiya instansiyası məhkəməsinə göndərilir. Buna baxmayaraq apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətini iş materialları ilə birlikdə baxılması üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərmişdir. Qeyd olunanlara əsasən, kassasiya şikayətində maddi və yaxud prosessual hüquq normalarının pozulmasının nədən ibarət olması göstərilmədiyi üçün icraata qəbul edilə bilməz. Odur ki, kassasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 408 və 411-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Gəncə Apellyasiya Məhkəməsinin 23 iyun 2021-ci il tarixli, 2(104)-2782/2020 nömrəli qərardadından cavabdeh Məhsul ov Mansur Elizamin oğlu tərəfindən verilmiş kassasiya şikayəti icraata qəbul edilməsin. Kassasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə Gəncə Apellyasiya Məhkəməsinə qaytarılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar