Məhkəmə qərarları › İş №2(102)-569/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-569/2021

16.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-569/2021 16.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı: İddiaçı Cavabdeh1 qarşı iş üzrə QƏRARİ iş № 2(102)-569/21 (Açar sözlər: kredit müqaviləsinin ləğv edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (sədrlik edən və məruzəçi), Dəmirov İlqar Kamal oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Əzimova Səbinə Yaşar qızının katibliyi, İddiaçı: İddiaçı və vəkili Vəkil, Cavabdeh: Cavabdeh2 iştirakları ilə, Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx xxxx 2020-ci il tarixli, 2(104)-943/2020 saylı qətnaməsindən İddiaçı kasasiya şikayəti üzrə işə xx xxxxxx 2021-ci il tarixd ə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İşin hallarına görə, iddiaçı məhkəmədə cavabdehlərə qarşı iddia qaldıraraq, Cavabdeh2la Cavabdeh1 arasında notarial qaydada bağlanmış xx xxxxx 2018-ci il tarixli kredit müqaviləsinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edib və tələbini belə əsaslandırıb ki, sözügedən kredit müqaviləsinə əsasən Cavabdeh1 xx xxxxxxx 2019-cu il tarixədək qaytarmaq şərti ilə Cavabdeh2 150.000 manat borc pul verib. Müqavilənin şərtlərinə görə Cavabdeh2 qeyd olunan borcu qaytara bilmədiyi halda, əvəzində təsisçisi olduğu “Babək” firmasının Tovuz rayonu, Qovlar qəsəbəsi, Vağzal küçəsində yerləşən yanacaq doldurma məntəqəsinin ½ hissəsini (50 faizini) Cavabdeh1 adına rəsmiləşdirməyi öz öhdəsinə götür üb. Lakin sözügedən kredit müqaviləsi bağlanarkən birgə mülkiyyətçi kimi onun yazılı razılığı alınmayıb. Halbuki, o, Cavabdeh2la xx xxxxxx 1985-ci il tarixdə rəsmi nikah əsasında ailə qurub və “Babək” firmasının nizamnamə kapitalındakı pay onların ümumi birgə mülkiyyəti hesab edilir. Bu səbəbdən də kredit müqaviləsi bağlanarkən ondan yazılı razılıq alınmadığı üçün həmin müqavilənin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat Tovuz Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (sədrlik edən, hakim R.S.Məmmədov) iddia rədd edilib. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, iddia əsassızdır. Belə ki, daşınmaz əmlaka birgə hüququ olan ərin (arvadın) razılığı olm adan daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış hüquq barədə bağlanmış müqavilə etibarsız hesab edilir. Hazırki halda sözügedən kredit müqaviləsi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmadan, yalnız notarial qaydada təsdiqlənib. Belə olan halda sözügedən kredit müqaviləsinin bağlanması zamanı iddiaçıdan yazılı razılığın alınmasına lüzum olmayıb və iddia rədd olunmalıdır. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 226.5-ci maddəsinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. İddiaçı apelyasiya şikayəti verərək qətnamənin ləğv edilib, iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edib. Apelyasiya instansiyası məhkəməsində icraat Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx xxxx 2020-ci il tarixli qə tnaməsi ilə (hakimlər Ş.M.Əliyeva sədrlik edən və məruzəçi, R.Ş.Muradov və Ə.İ.Məmmədov) apelyasiya şikayəti təmin edilmədən, iş üzrə Tovuz Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılıb. Apelyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, birinci instansiya məhkəməsi iddianı rədd etməklə düzgün nəticəyə gəlib, maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib. Apelyasiya şikayətinə əsasən qətnamənin apelyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Apelyasiya instansiyası məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 226.5, 421-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kasasiya instansiyası məhkəməsində icraat K asasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kasasiya şikayətinin dəlilləri İddiaçı kasasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş edib. Kasasiya şikayəti belə əsaslandırılıb ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozaraq, iş üzrə düzgün olmayan qətnamə qəbul edib. Kasasiya şikayətinə qarşı etirazın dəlilləri Kasasiya şikayətinə dair etiraz ərizəsi daxil olmayıb. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında İddiaçı və vəkili Vəkil kasasiya şikayətində göstərilənlərə uyğun olaraq eyni məzmunlu izahatlar verdilər. Cavabdeh2 məhkəmə iclasında iştirak etsə də vəkillə birgə təmsil olunmadığı üçün kasasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinin tələbini izah etməklə onu məhkəmə iclasında dinləmədi. Cavabdeh1 və üçüncü şəxs Tovuz rayon Notariat Kontoru məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də üzrsüz səbəblərdən məhkəmə iclasına gəlmədikləri üçün kasasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: Mülki Məcəllənin 226.5-ci maddəsinə əsasən, daşınmaz əmlaka birgə hüququ olan ərin (arvadın) razılığı olmadan daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış hüquq barədə bağlanm ış müqavilə etibarsız hesab edilir. Bu, həmçinin əldə edənin belə hüququn yalnız müqavilə tərəfinə məxsus olması barədə vicdanlı olduğu hallara da aiddir. Əgər müqavilə üzrə tərəf müqavilənin etibarsızlığını bilirdisə və ya bilməli idisə, əldə edən həmin tərəfdən etibarsızlıqdan irəli gələn zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Mülki Məcəllənin 421.1-ci maddəsinin mənasına görə, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tərəflərin razılaşması ilə mümkündür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Kasasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmə diyi üçün kasasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir (MPM-nin 407.2-ci maddəsi). Kasasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-nin 416-cı maddəsi). Kasasiya baxışının hədləri Kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək mülki iş materiallarında olan birinci və apelyasiya instansiyası məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə edilmiş və araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi f aktlara istinad etməsi kasasiya instansiyası məhkəməsinin işin faktiki hallarını araşdırması kimi qiymətləndirilməməlidir. Kasasiya şikayətində iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyindən, qətnamənin əsaslılığı kasasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanılmalıdır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi Kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kasasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin kasasiya qaydasında ləğv edilməsi və ya dəyişd irilməsi üçün əsaslar yoxdur. İddiaçı, kasasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozmasını, iddianın təmin edilməsi üçün əsasların olmasını göstərsə də, kasasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır. Belə ki, işin apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş həqiqi hallarından görünür ki, xx xxxxx 2018-ci il tarixli notarial qaydada təsdiq edilmiş kredit müqaviləsinə əsasən, Cavabdeh1 xx xxxxxxx 2019-cu il tarixədək qaytarmaq şərti ilə Cavabdeh2 150.000 manat borc pul verib. Həmin müqavilənin şərtlərinə görə Cavabdeh2 qeyd olunan borcu qaytara bilmədiyi halda, əvəzində təsisçisi olduğu “Babək” firmasının Tovuz rayonu, Qovlar qəsəbəsi, Vağzal küçəsində yerləşən yanacaq doldur ma məntəqəsinin ½ hissəsini (50 faizini) Cavabdeh1 adına rəsmiləşdirməyi öz öhdəsinə götürüb. Hazırda iddiaçı, xx xxxxxx 1985-ci il tarixdə rəsmi nikah əsasında Cavabdeh2la ailə qurduğunu və “Babək” firmasının nizamnamə kapitalındakı payın onların ümumi birgə mülkiyyətində olduğunu və sözügedən kredit müqaviləsinin bağlanması zamanı ondan yazılı razılığın alınmadığını göstərib, sözügedən kredit müqaviləsinin ləğv edilməsini iddia edib. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşıb, işə əlavə edilmiş sübutları, o cümlədən kasasiya şikayəti ilə eyni məzmunlu olan apelyasiya şikayətinin dəlillərini araşdırıb haqlı olaraq qeyd etmişdir ki, sözügedən kredit müqaviləsinin ləğv edilməsi üçün əsaslar yoxdur. Belə ki, əvvəla qe yd olunan maddələrin mənasına görə, ərin (arvadın) razılığı olmadan daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış hüquq barədə bağlanmış müqavilə ləğv deyil, etibarsız hesab edilir. Digər tərəfdən, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi yalnız müqavilə üzrə tərəflərin razılaşması ilə mümkündür. Hazırki halda iddiaçının ləğv edilməsini tələb etdiyi kredit müqaviləsi notarial qaydada bağlansa da, həmin müqavilə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış hüquq barədə bağlanmış müqavilə deyil. Eyni zamanda iddiaçı ümumiyyətlə həmin müqavilənin tərəfi olmayıb. Bu baxımdan onun tələbinə əsasən cavabdehlər arasında notarial qaydada bağlanmış kredit müqaviləsi ləğv edilə bilməz və həmin müqavilənin bağlanması zamanı həqiqətən iddiaçının qanunla qorunan hüququ pozulmuşdursa da, o müqavilənin ləğv edilməsini deyil, onun etibarsızlığını tələb edə bilər. Müqavilənin etibarsızlığı dedikdə onun qanunun tələblərinə uyğun olmadan tərtib edilməsi və bağlanması başa düşülür və yalnız bu halda müqavilə müəyyən hüquqi nəticə doğurmaya bilər. Kasasiya instansiyası məhkəməsi yuxarıda qeyd olunanları nəzərə alıb, apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşıb hesab edir ki, iddiaçının kasasiya şikayəti ilə eyni məzmunlu olan apelyasiya şikayətinin dəlilləri apelyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılaraq onlara düzgün hüquqi qiymət verildiyi üçün, həmin dəlillərin təkrar araşdırılmasına lüzum görmür. Ona görə də iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kasasiya şikayəti isə təmin edilmədən saxla nılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kasasiya instansiyası məhkəməsi Qərara aldı: İddiaçı kasasiya şikayəti təmin edilməsin. İş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli, 2(104)943/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar